Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5116/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının, qulluq stjına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhədliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 1979-cu ildən 2005-ci il də daxil olmaqla hərbi xidmət keçmiş və 2005-ci ildə yaş həddinə görə ehtiyata buraxılmışdır. 2005-ci ildən qulluq stajına görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli 499 nömrəli Fərmanına əsasən, 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular xüsusi rütbəli şəxslərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifələri cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına həvalə edildiyindən həmin tarixdən hal-hazıradək əmək pensiyasının ödənişləri cavabdeh orqan tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına ərizə ilə müraciət edərək ona əmək pensiyası təyin edildiyi 2005-ci ildən etibarən 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində topladığı sığorta kapitalına uyğun olaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialının 04 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-J-229671/2023 nömrəli məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2 maddəsinin tələblərini rəhbər tutaraq əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək stajına əlavənin məbləği azaldılır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-54734/2024 nömrəli vəsatətlə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, iddiaçıya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin ediliyini bildirmiş və qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2005-ci il tarixdən xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası aldığını bildirmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə X6 filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-229671/2023 nömrəli nömrəli cavab məktubu ilə əmək pensiyasının yenidən hesablandığı qeyd olunmuşdur. Belə ki, İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 1054/2024 nömrəli qərarla artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-6259/2024 nömrəli yeni qərarı təqdim edərək iddiaçının əmək pensiyasının təkrar yenidən hesablandığını bildirərək, vəsatətlərinin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən təqdim olunan qərarla tanış olaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi qərarı iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 6259/2024 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmış məbləği 2006 manat 83 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi qismində Qanunun 20.14-cü və 37.3-cü maddəsi ilə əlaqədar olaraq göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-5116/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5116/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver