Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5117/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə dayandırılmış və ünvanlı dövlət sosial yardımına qoyulmuş 1 illik məhdudiyyətin bərpa edilməsi barədə qərar qəbul edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ.
1. İddiаçı İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə dayandırılmış və ünvanlı dövlət sosial yardımına qoyulmuş 1 illik məhdudiyyətin bərpa edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 10 mart 2025-ci il tarixli Qərardadı ilə İddiaçı1 iddiaçı qismində prosessual iştirakına xitam verilməsi, İddiaçı2 iddiaçı qismində tanınması qərara alınmışdır. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı müraciəti əsasında xx.xx.2024cü il tarixdən aylıq 559,27 manat məbləğində ünvanlı dövlət sosial yardım alırdı, lakin xx.xx.2024-cü il tarixdən həmin sosial yardım əsassız olaraq cavabdeh orqan tərəfindən dayandırılmışdır. Əsas kimi də onu gətirmişdir ki, iddiaçının adında Mercedes Benz E 220 CDİ markalı ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur,bundan başqa da yenə də Mercedes Benz C 200 markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən güya satış həyata keçirmiş, bu səbəblə satışdan əldə etdiyi gəliri bəyan etməmiş və ona görə də iddiaçıya ayrılmış ünvanlı sosial yardımı cavabdeh orqan kəsmişdir. Cavabdeh orqanın yəni Azərbaycan Respublikasının Əmək və Əhali sosial müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş.İnformasiya sisteminin elektron sənəd dövriyyəsi alt sistemi ilə verdiyi cavab əsassızdır və qanunsuzdur. Belə ki, iddiaçının adında olmuş həmin avtomobillərin onun adına olmuş olsa da, iddiaçının mülkiyyətində olmamışdır. Həmin avtomobillərin ona aidiyyatı olmamışdır. Sadəcə olaraq həmin avtomobillərin iddiaçı tərəfindən verilən etibarnamə əsasında olan şəxslər, Bakı qeydiyyatı olduğuna görə onun adına almışlar. Ona görə ki, rayon qeydiyyatı olan şəxslər öz adlarına həmin avtomobili birbaşa alardısa, dövlət rüsumu ödənişi arasında böyük məbləğdə fərq yaranırdı. Sadəcə olaraq əvəllər iddiaçının adına olan avtomobillərin səbəbi bu göstərilənlərdir. Lakin bir neçə vaxtdan sonra həmin adamlar avtomobilləri öz adlarına keçirtmişdirlər. İddiaçının həmin avtomobillərə praktiki olaraq heç bir aidiyyatı olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı2 Vüsal qızı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı (sosial yardım) almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********94902 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na (Qaydalar) uyğun olaraq baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi-məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 559,27 manat məbləğində ÜDSY təyin olunmuşdur. Təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə yarana biləcək artıqödəmə hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən Mərkəzi Filiala daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-114572/2024 nömrəli sorğunun cavabında “Mercedes Benz E220 CDİ” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə sosial yardım alan ailənin üzvü İddiaçı1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə, həmçinin “Mercedes Benz C200” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bu səbəblə aşkarlanmış məlumatlar iddiaçının sosial yardım müraciəti zamanı ərizə- bəyannamədə qeyd olunan məlumatlarla eyniləşdirilmiş və ailənin gəlirləri bölməsində son 12 ay ərzində nəqliyyat vasitəsinin satışından əldə olunmuş gəlirin bəyan edilməməsi öz təsdiqini tapmışdır. Ərizəbəyannamədə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının ödənilməsi xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. İddiaçı1 adında olmuş avtomobillərin onun adına olmuş olsa da mülkiyyətində olmadığını qeyd etmişdir. Belə ki, həmin avtomobilləri etibarnamə əsasında istifadəsinə verdiyi şəxslər Bakı qeydiyyatdında olmadığından avtomobili onun adına qeydiyyatdan keçirmiş, daha sonra o avtomobilləri həmin şəxslərin adına keçirtmişdir. Oxşar iş üzrə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2- 1(107)-152/2024 nömrəli iş üzrə ÜDSY alan ailənin yoxlanılması məqsədilə keçirilən monitorinq zamanı ailənin yaşayış yerinin qarşısında nəqliyyat vasitəsi aşkar edilərək ailənin istifadəsində olduğu müəyyənləşdirmişdir. Buna görə də ailəyə ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmış və 1il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, Qazanılmış hüquqlara” münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. ” Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclsaında işitrak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclsaında işitrak edən cavabdehin nümayəndəsi iddiaya etirazda və etiraza əlavədə göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü
6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 7.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar.
Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-S-161793 nömrəli məktubunda qeyd edilmişdir ki, hal-hazırda ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1986-cı İİ təvəllüdlü İddiaçı1 adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur, "Mercedes Benz E220 GDİ" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu İİ tarixdə İddiaçı1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir, "Mercedes Benz C200" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. BA 280697 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, "Mercedes Benz C200" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. 31 oktyabr 2019-cu il tarixli 957961 nömrəli “etibarnamə”dən görünür ki, mülkiyyətçi İddiaçı1 "Mercedes Benz E220 CDİ minik" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 idarə etmək, sərəncam vermək və digər səlahiyyətlər əsasında etibar etmişdir. (Hazırda xitam verilib) 20 oktyabr 2023-cü il tarixli 118630 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı1 "Mercedes Benz E220 CDİ minik" markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 idarə etmək, sərəncam vermək və digər səlahiyyətlər əsasında etibar etmişdir. (Hazırda xitam verilib) 18 aprel 2016-cı il tarixli 263679 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X2 "Mercedes Benz C200 minik" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı1 idarə etmək, sərəncam vermək və digər səlahiyyətlər əsasında etibar etmişdir. (Hazırda xitam verilib) “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” 31 oktyabr 2023-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı1 "Mercedes Benz C200 minik" markalı **- BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X3 etibar etmişdir. (Hazırda xitam verilib) “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı1 İddiaçı2 həyat yoldaşıdır. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən görünür ki "Mercedes Benz C200 minik" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 adında qeydiyyatdadır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
Məhkəmənin mövqeyi
9. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-ci maddəsinə əsasən bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:.. 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10-cu maddəsində deyilir: 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. 10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X4 və X7 (VEMTAS) yaradılmışdır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla). Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
11. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
13. Mübahisənin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında ona xx.xx.2024-cü il tarixdə ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Sonradan cavabdeh Baş X8 İdarəsindən aldığı məlumat əsasında müəyyən etmişdir ki, sosial yardım alan ailənin üzvü olan İddiaçı1 adına nəqliyyat vasitələri olmuş və 2023-cü il ərzində özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi ailənin gəlirlərinə daşınar və daşınmaz əmlakların icarəyə verilməsindən, satılmasından əldə edilmiş gəlirlər daxildir. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müraciətində avtomobillərin satışından əldə edilmiş gəlirlər barədə məlumat qeyd edilməmişdir. Nəticədə bu hal cavabdeh tərəfindən iddiaçıya ünvanlı dövlət sosial yardımın ödənilməsinin dayandırılması üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qanunvericilik normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılmasına əsas olmuş hallar iş materialları ilə sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə onuda qeyd edir ki, elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən "Mercedes Benz C200 minik" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 adında qeydiyyatdadır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydaları qəbul edilmişdir (Əlavə 1). İstinad olunan Qaydaların 1.2-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. 2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır. Məhkəmə əlavə olaraq qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquqmüəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. Odur ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə dayandırılmış və ünvanlı dövlət sosial yardımına qoyulmuş 1 illik məhdudiyyətin bərpa edilməsi” barədə iddiası rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
16. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova