Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5119/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «ziyanın ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «ziyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddiaçının əri X3 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X9 ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun üzərinə qoyulmasına dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X10 2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul edilərək İmişli rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilmiş, stajorluq müddəti bitəndən sonra həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilmişdir. 04 yanvar 2018-ci ildə Baş prokurorun əmrinə əsasən Tovuz rayon prokurorluğuna ezam edilmişdir. xx.xx.2018-ci ildə icraatında olan cinayət işləri və materialları ilə bağlı Tovuz rayon prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna ezam edilmiş və xx.xx.2018-ci il tarixdə ezamiyyətdən iş yerinə qayıdarkən Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həlak olmuşdur. 22 iyul 2019-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı istehsalat qəzası nəticəsində həlak olmuş əri X3 əmək haqqının ailəsinə ödənilməsi barədə Bakı şəhəri Səbail rayon məhkəməsində iddia qaldırdım, iddiam təmin edilmədi. O, əri O.İddiaçı əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması ilə əlaqədar onun aldığı aylıq əmək haqqının aylıq ailə üzvləri kimi ona və qızı Selcan Hümbətliyə ödənilməsi barədə iddia qaldırmışdır. Həmin iddianın əsasını ərinin əmək qanunvericiliyində nəzərdə tutulan əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində həlak olması təşkil edirdi. Lakin sonradan məlum oldu ku iddianı düzgün qaldırmamışdır. İndi o, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuş əri O.İddiaçı əmək haqqının onun ailə üzvləri kimi ona və qızı S.O.Hümbətliyə ödənilməsini tələb edir. Belə ki, ərinin həlak olması əməyin mühafizə normalarını və qaydalarının pozulması ilə bağlı istehsalat qəzası nəticəsində deyil, əmək prosesində xidməti vəzifələrini icra etməsi zamanı həlak olmuşdur. İddianın əsasını indi əri X3 əmək prosesində əmək müqaviləsi üzrə işəgötürənin onun üzərinə qovduğu öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olması təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddiasında göstərmişdir ki, yol-nəqliyyat hadisəsi Azərbaycan Respublikası maliyyə nazirinin 25 aprel 2001-cİ il tarixli 44 saylı əmri ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”nın 4-cü maddəsinin işçinin ezamiyyə müddətinin 40 gündən artıq ola bilməməsi müddəasının işəgötürən tərəfindən pozulması nəticəsində, yəni ərinin xx.xx.2018-ci ildən Tovuz rayon prokurorluğuna 40 günlük ezamiyyə müddəti xx.xx.2018-ci ildə qurtardığı halda, onun həmin müddətdən 6 gün artıq ezamiyyədə saxlanılaraq, daimi iş yerinə getməsi barədə əmr verilməməsi nəticəsində baş vermişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin birinci hissəsinə istinad edərək əmək prosesində əmək müqaviləsi üzrə işəgötürənin və ya işçinin öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək Məcəlləsi və müvafiq normativ-hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıdıqlarını və həmin maddənin 2-ci hissəsində göstərilmiş, bu məsuliyyəti şərtləndirən üç halın (a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) onun qaldırdığı iddia tələbi üzrə mövcud olduğunu bildirmişdir. Qeyd edirlər ki, X7 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014-cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018-ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir, xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X4 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır. İddiaçı ərizəsində mərhum ərinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında səbəbli əlaqənin olduğunu bildirsə də, göründüyü kimi, burada heç bir səbəbli əlaqə yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsində maddi məsuliyyət üçün 3 şərtin eyni zamanda olması vurulmuş ziyana görə tərəflərin məsuliyyət daşıması üçün əsas kimi göstərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin, istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X8 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X12 məxsus olan “Mersedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZ-İİ 206669 nömrəli Nikah haqqında Şəhadətnamənin surəti; - AZ-İ 596815 nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti; - xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2018-ci il tarixli 10/05-393 nömrəli məktubunun və ona əlavə edilmiş Arayışın surəti; - “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qərarının surəti; - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli xx/xx-1653 nömrəli imtina məktubunun surəti; - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli 2-2-20/2- 440/2023 nömrəli məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Dəmirçi kəndində anadan olmuş, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, xx.xx.2014- cü il tarixdə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət əldə edib həmin tarixdə İmişli rayon rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru, xx.xx.2015-ci il tarixdə həmin prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2016-cı il tarixdə prokurorluqda daimi qulluğa qəbul edilərək İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilərək İİİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə Oruc Hümbətzadəyə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2018- ci il tarixdə xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilmişdir, xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli 11/127-k nömrəli əmri ilə X3 adı prokurorluq orqanları işçilərinin siyahısından çıxarılmışdır. İddiaçı hazırki iddia tələbi ilə mərhum əri X3 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X9 ödənilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtinasında bildirmişdir: “Sizin Azərbaycan Respublikasının Baş prokuroruna ünvanladığınız xx.xx.2022-ci il tarixli müraciətinizə Kadrlar idarəsində baxılmışdır. Bildirilir ki, müraciətiniz üzrə əriniz X3 xx.xx.2018-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonuna qayıdarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar sosial sığorta müavinətinin verilməsi məsələsinə Baş Prokurorluğun müvafiq komissiyasında baxılaraq O.Hümbətzadənin vəfat etməsi xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq sığorta ödənişi alınması üçün araşdırmanın nəticəsinə dair arayışın Sizə göndərilməsi təmin edilmişdir. Bundan əlavə, Sizin “istehsalat qəzası nəticəsində həyatını itirmiş Oruc Hümbətzadənin əmək haqqının onun ailəsinə ödənilməsi”nə dair tələbinizə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılaraq, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianız təmin edilməmişdir. Qətnamədən verdiyiniz apellyasiya şikayətiniz təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmçinin verdiyiniz kassasiya şikayətiniz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Əlavə olaraq bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, X8 18 fevral 2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X12 məxsus olan “Mersedes Benz 230" markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarə etməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalma avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş, o, isə suda boğulma nəticəsində törənən mexaniki asfıksiya nəticəsində hadisə yerində ölmüşdür. Göründüyü kimi hazırki ərizənizdə istinad etdiyiniz Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri yuxarıda göstərilən hala aid edilmir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair həmin qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin qanunun 5-ci maddəsinə görə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab olunur və sığorta hadisəsi baş verdikdə sığorta məbləğindən sığorta ödənişləri verilir. Odur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq, hazırki müraciətinizin təmin edilməsi mümkün deyildir. ” Azərbaycan Respublikası Baş Prokurorluğunun məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli 2-2-20/2-440/2023 nömrəli məktubunda göstərilmişdir: “Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Respublikası Qanununun 5-ci maddəsinə əsasən sığortaolunanların (barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri) xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir.- Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında 03 yanvar 2018-ci il tarixli Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən işçilər 5 (beş) illik əmək haqqı məbləğində sığorta edilmişlər. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta məbləğinin 1 (bir) faizi miqdarında sığorta haqqı ödənilmişdir. Müqaviləyə əlavə edilmiş əmək haqqı barədə arayışda (sıra 673) X3 qanunla müəyyən edilmiş dövr üzrə əmək haqqının 47872.04 manat (qırx yeddi min səkkiz yüz yetmiş iki manat 04 qəpik) olması göstərilmişdir.” İddiaçı iddia ərizəsində mərhum ərinin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi xidməti zərurətlə əlaqədar Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında səbəbli əlaqənin olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Tovuz rayon prokurorluğuna ezam edilməsi ilə onun xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı arasında hər hansı səbəbli əlaqənin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qərarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş rayon prokurorluğunda aparılan cinayət işinin, istintaqı zamanı müəyyən edilmişdir ki, İmişli rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X8 xx.xx.2018-ci il tarixdə saat 19:20 radələrində etibarnamə olmadan X12 məxsus olan “Mersedes Benz 230” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən 260 km-də Qazax rayonu istiqamətində 110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyərək avtomobilin idarəetməsini itirib yoldan çıxıb yolun kənarında yerləşən şirə kanalına avtomobillə birlikdə aşmış, nəticədə avtomobildə olan sərnişinlər X2 ağır zərər vuran suda boğulma, sağ dirsək oynağının çıxığı və X1 az ağır zərər vuran sağ körpücük sümüyünün yerdəyişən sınığı, sol qabırğaların çoxsaylı yerdəyişən sınıqları xəsarətləri ilə Ağdaş RMX-ya daxil olmuş o isə suda boğulma ilə əlaqədar yaranan mexaniki asfiksiya nəticəsində hadisə yerində ölmüşdür. Göründüyü kimi, Oruc Hümbətzadənin həlak olduğu hadisə onun Tovuz rayonuna ezam edilməsi ilə əlaqədar olmayıb, sonuncunun “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozması ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;
2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;
3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Beləliklə məhkəmə qeyd edir ki, baş vermiş hadisə ilə (zərərlə) cavabdeh orqanın hüquqa zidd əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmədiyindən, həmçinin cavabdeh öz davranışı ilə zərər vurmadığından və məlum hadisə bu davranışın nəticəsində baş vermədiyindən iddia tələbi əsassızdır və təmin edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddiaçının əri X3 əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürənin, yəni cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə onun üzərinə qoyulmuş öhdəlikləri, yəni xidməti vəzifələrini icra etməsi zamanı həlak olduğuna görə cavabdehin vurduğu ziyana görə onun əmək haqqının ona və qızı X9 ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev