Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-512/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri. Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən, mülkiyyətçi X8 tərəfindən hüququn güzəşti qaydasında İddiaçı adına keçirilmiş 32 nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi hissəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatnın aparılması, bununla bağlı ona çıxarış və texniki sənəd verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən, ölşüsü 0.25 ha olan 32 nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi hissəsi 2003-cü il tarixində X6 ərizəsi əsasında keçmiş X12 və İstismarı Birliyi tərəfindən onun, digər 0.12 ha torpaq sahəsi isə atası X17 adına keçirilmişdir. Atasının 0.12 ha bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin, ona ayrılmış 0.12 ha bağ/torpaq sahəsi üzərində mülkiyyət hüququnu artıq neçə illərdir ki. qeydiyyata aldıra bilmir. X3 icarə müqaviləsi əsasında 1991-ci ildən həmin bağ sahəsinin qanuni sahibi və faktiki istifadəçisi olub. Məhz müqavilə əsasında 0.25 ha ölçüdə həmin bağ-torpaq sahəsinin qanuni istifadəçisi hesab olunub. 1996-cı ildə qəbul olunmuş Torpaq islahatı haqqında AR Qanunu ilə torpaq onun mülkiyyətinə verilib. Belə ki, həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ həmçinin dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 2003-cü il tarixində atası qarşılıqlı razılıq əsasında həmin bağ sahəsini qohumu olan X1 alıb, qarşılıqlı razılıq əsasında da həmin şəxsin notariat təsdiqli razılıq ərizəsi ilə torpaq sahəsi hüququn güzəşti qaydasında onların sahiblik və istifadəsinə keçirilib. Həmin zaman qüvvədə olan qanunvericiliyə görə bir şəxsin adına 0.12 ha-dan artıq torpaq sahəsi sənədləşdirilə bilməzdi. Bu üzdən torpaq sahəsinin 0.12ha-sı atasının, 0.12ha-sı isə onun adına keçirilib. Sabunçu rayonu, Vişnyovka-2 ünvanda yerləşən, ümumi torpaq sahəsi 0.25ha olan 32 saylı bağ evinin 0.12 ha torpaq sahəsi hissəsi 2017-ci ildə atası X17 adına xüsusi mülkiyyəti hüquqları ilə qeydiyyatdan keçib, ona xx.xx.2017-ci il tarixli RX seriyalı Çıxarış verilib. Lakin yerdə qalan 0.12ha torpaq sahəsinin onun adına keçirilməsi daşınmaz əmlakın dövlət reyestrində indiyə kimi qeydiyyata alınmır. Atasıyla bağlanmış 2003-cü il tarixli İcarə müqaviləsinin özündə də göstərilirdi ki. "3.Bağ torpaq sahəsinin ölçüsü (3.1.) 0.12 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988- ci il tarixli 6 333 No-li Qərarına əsasən) (3.2.) 1988-ci ilədək istifadəsinə bağ götürmüş vətəndaşlar üçün isə bu ölçü 0.25 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 No-li Qərarına əsasən). Göründüyü kimi.həmin zaman Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 No-li Qərarı qüvvədə idi. İlkin hüquq sahibi olan X2 Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə icarə müqaviləsini xx.xx.1991-ci il tarixində bağladığı üçün atasının adına 0.25ha-ı rəsmiləşdirmək mümkün olmadığından 0.12ha torpaq sahəsi onun adına keçirilmişdir. Bağ sahəsinin 0.12 ha hissəsinin adına keçirilməsini 1 saylı Bakı Ərazi İdarəsinin özü də təsdiqləyir. Belə ki. İdarənin cavab məktublarından görünür ki, 0.12ha bağ-torpaq sahəsinin ilkin hüquq sahibin razılığı ilə keçmiş Bağlar İdarəsində adına sənədləşdirilməsiadına keçirilməsi inkar olunmur. O, müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia da qaldırmışdır. Məhkəmə iddianı təmin etməsə də, özünün xx.xx.2020-ci il tarixli 2(008)-1504/2020 saylı qətnaməsində göstərmişdir ki. "... hazırkı iş üzrə maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktublardan maraqlı şəxsin həmin müqavilənin bağlanmış hesab edilməsi görünür. Maraqlı şəxsin hüquqi faktın mövcudluğunu qəbul eldiyi halda həmin faktın təsdiqinə ehtiyac qalmır.". Həmin məhkəmə qətnaməsi artıq qüvvəyə minmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, ortada müqavilənin bağlanmış hesab edilməsi faktı artıq vardır-mövcuddur.Yəni cavabdeh orqan müqavilənin bağlanmış olmasını etiraf etmişdir. Məhkəmə isə buna hüquqi fakt kimi qiymət vermiş və bildirmişdir ki,bu fakt özü-özlüyündə hüquqi əsasıdır. Bunun üçün təkrar məhkəmə aktı qəbul edilməsinə zərurət уoxdur. Bununla belə, sözügedən məhkəmə aktının özü də preyudsiallıq yaradır, əlavə sübutolunmaya zərurət qalmır. O üzdən müqavilənin bağlanmış hesab edilməsi etirafı və bunun məhkəmə aktı ilə də təsdiqini tapması hüququnun qeydiyyatı üçün əsas kimi hazırki məhkəmə tərəfindən qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli **********12 xaricolma nömrəli, xx.xx.2021-ci il tarixli **********25 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********86 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsinə dair 23 aprel 1991-ci il tarixdə keçmiş X12 və İstismarı Birliyi ilə X7 arasında 5035 saylı müqavilə bağlanmışdır. X5 razılıq ərizəsinə əsasən 0.25 ha-dan ibarət olan bağ sahəsinin bir hissəsi X13, qalan hissəsi isə İddiaçıağa oğlunun adına keçməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri mövcud olsa da, keçmiş X12 və İstismarı Birliyi ilə İddiaçıağa oğlu arasında müqavilə bağlanmamışdır. Bundan əlavə, Sabunçu rayon Məhkəməsinin 2(008)-1504/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ilə X12 və İstismarı Birliyi arasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ünvanında yerləşən 32 saylı bağın onun istifadəsində və sahibliyində olan 0.12 ha hissəsinin ona ayrılması barədə müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı iddiası rədd edilmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixində əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.12 ha qeyd olunsa da, faktiki olaraq 0.1822 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 32 nömrəli bağ sahəsinin 0.12ha torpaq sahəsi hissəsinin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********21 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1991-ci il tarixli 5035 nömrəli “32 nömrəli bağın icarəyə verilməsi haqqında” müqavilədə göstərilmişdir ki, Bakı şəhər X26 İcraiyyə Komitəsinin X12 və istismarı birliyi Bakı şəhəri, Vişnyovka-2 qəsəbəsində 0.25 ha bağ sahəsini və üzərində 15.5 kv.m 1 otaqdan ibarət binanı və yardımçı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün X9 istifadəsinə vermişdir. -X8 tərəfindən Bakı şəhəri, X16 ünvanlanmış ərizədə bildirilmişdir ki, Vişkyovka-2 ərazisində 37 saylı 0.25 ha bağ sahəsi X6 icarəsindədir. Həmin bağın evli hissəsinin qohumu X11 adına, qalan hissəsinin isə İddiaçıağa oğlunun adına sənədləşməsinə etiraz etmir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X10 Departamentinin X12 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli “Vişnyovka-2 ərazisindəki 32 nömrəli bağın istifadəyə verilməsi haqqında” 5035 nömrəli müqavilədə göstərilmişdir ki, X12 və X23 rayonunun Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 32 nömrəli bağı üzərində yaşayış otağı 15.5 kv.m olan tikili ilə birlikdə X17 istifadəsinə vermişdir. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən **********19- 11301 reyestr nömrəli 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 36.3 kv.m bağ evi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15224 nömrəli vərəqində qeydiyyata alınmışdır. -ünvan 3 ünvanında yerləşən **********19-11301 reyestr nömrəli bağ evinin planında göstərilmişdir ki, torpaq sahəsinin sənəd üzrə sahəsi- 0.12 ha, faktiki sahəsi-0.12 ha, tikinti altı sahəsi-0.00722 ha, digər sahələri-0.11278 ha təşkil edir. Bağ- torpaq sahəsində “A” tikilisi mövcuddur. Yaşayış evinin texniki göstəricilərinə əsasən 1 mərtəbəlidir, 1 yaşayıçş otağı var, ümumi sahəsi 36.3 kv.m, yaşayış sahəsi 15.5 kv.m, köməkçi sahəsi 20.8 kv.m, açıq eyvanın sahəsi 9.3 kv.m, tikintialtı sahə-62.2 kv.m, həcmi-205.2 kv.m təşkil edir. Yaşayış evi 1 mərtəbəli olmaqla 1 yaşayış otağı(15.5 kv.m, 1 mətbəx(8.3 kv.m), 1 açıq eyvan(9.3 kv.m) və 1 bağlı eyvandan(12.5 kv.m) ibarətdir. Bağ sahəsində yaşayaşın evində əlavə həyətyanı tikili kimi 2.6 kv.m olan sanitar qovşaq mövcuddur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1504/2020 nömrəli Qətaməsinə əsasən ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2013-cü il tarixli **********84 nömrəli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 0.25 ha-dan ibarət olan 32 saylı bağ sahəsinə dair 23 aprel 1991-ci il tarixdə keçmiş X12 və İstismarı Birliyi ilə X7 arasında 5035 saylı müqavilə bağlanmışdır. X5 razılıq ərizəsinə əsasən 0.25 .ha-dan ibarət olan bağ sahəsinin bir hissəsi X13, qalan hissəsi isə İddiaçıağa oğlunun adına keçmişdir. Lakin keçmiş X12 və İstismarı Birliyi- ilə İddiaçı arasında müqavilə bağlanmadığı üçün dublikatın icrası mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli 3-52/2-482/2024 nömrəli məktubda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 89 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamla vətəndaş İddiaçı bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********61 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, Bağın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki isə 0.1822 ha təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********06 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən məlum olur ki, İddiaçı tərəfindən iddia olunan Sabunçu rayonu, Vişnyovka-2 ünvanında yerləşən 32 saylı bağ sahəsinin ətrafında 31A, 33, 34 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-8415/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən məlum olur ki, İddiaçı tərəfindən iddia olunan bağ sahəsinin ətrafında 31a, 33,34,34, 44a saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13505/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda **********19-11301 reyestr nömrəli (32 nömrəli) bağ evi yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********25 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağlı müraciətlərinizə dəfələrlə, xx.xx.2014-cü il tarixli **********93 nömrəli, xx.xx.2019-cu il tarixli **********26 nömrəli və xx.xx.2020-ci il tarixili **********12 nömrəli məktublarda ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 32 nömrəli bağ sahəsinin 0.12ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatını mübahisləndirir. Cavabdehin imtina əsası ondan ibarətdir ki, iddia olunan torpaq sahəsi ilə bağlı X12 və İstismarı Birliyi ilə İddiaçıağa oğlu arasında müqavilə bağlanmamışdır. Halbuki bağ sahəsinə dair arxiv sənədlərindən müəyyən olunur ki, ilkin olaraq 32 nömrəli bağ sahəsinə dair 23 aprel 1991-ci il tarixdə keçmiş X12 və İstismarı Birliyi ilə X7 arasında 5035 saylı müqavilə bağlanmış, X5 razılıq ərizəsinə əsasən 0.25 ha-dan ibarət olan bağ sahəsinin bir hissəsini X13, qalan hissəsini isə İddiaçıağa oğlunun adına keçməsinə notarial qaydada təsdiq edilmiş razılıq vermiş, X12 və İstismarı Birliyi ilə X24 arasında 0.12 ha torpaq sahəsi olan 32 nömrəli bağ evinə dair xx.xx.2003-cü il tarixli “Vişnyovka-2 ərazisindəki 32 nömrəli bağın istifadəyə verilməsi haqqında” 5035 nömrəli müqavilə bağlanmış, həmin 0.12 ha ölçüdə bağ torpaq sahəsi üzərində sonuncunun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Beləliklə, 0.25 ha ölçüdə 32 nömrəli bağ sahəsi faktiki olaraq 0.12 ha olmaqla iki hissəyə bölünmüş, X8 tərəfindən Bakı şəhəri, X16 ünvanlanmış Vişkyovka-2 ərazisində 37 saylı 0.25 ha bağ sahəsinin bağ evli hissəsinin qohumu X11 adına, qalan hissəsinin isə İddiaçıağa oğlunun adına sənədləşməsinə etiraz etməməsi barədə ərizə arxivsaxlayıcı olan hazırkı cavabdehin arxivində mövcud olsa da, lakin həmin ərizədən sonra qalan 0.12 ha hissəyə dair İddiaçıağa oğlu ilə keçmiş X12 və İstismarı Birliyi arasında bağlanmış müqavilə bağlanmamış və ya belə bir müqavilə arxivdə aşkar olunmamışdır. Bununla bağlı iddiaçı Sabunçu rayon məhkəməsinə ərizə təqdim edərək sahibliyində olan 0.12 ha bağ sahəsinə dair müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnaməyə əsasən ərizə müqavilə tərəfi kimi X19 və İstismarı Birliyinin mövcud olmadığından onun adından müqavilənin bağlanmış hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olması əsası ilə təmin edilməmişdir. Lakin həmin qətnamədə də məhkəmə qeyd etmişdir ki, “hazırkı iş üzrə maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış məktublardan maraqlı şəxsin həmin müqavilənin bağlanmış hesab edilməsi görünür. Mraqlı şəxsin hüquqi faktın mövcudluğunu qəbul etdiyi halda həmin faktın təsdiqinə ehtiyac qalmır”. Beləliklə, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 0.25 ha-dan ibarət olan 32 saylı bağ sahəsinə dair 23 aprel 1991-ci il tarixdə keçmiş X12 və İstismarı Birliyi ilə X7 arasında 5035 saylı müqavilə bağlandığı, X5 razılıq ərizəsinə əsasən 0.25 .ha-dan ibarət olan bağ sahəsinin bir hissəsinin X13, qalan hissəsinin isə İddiaçıağa oğlunun adına keçdiyini cavabdeh qəbul etdiyi, belə bir ərizənin arxivdə mövcud olduğu, hazırkı halda müqavilənin bağlanmış hesab edilməsinin mümkün olmadığı, iddia olunan 0.12 ha torpaq sahəsinə dair hər hansı şəxsin adına müqavilə və ya hər hansı hüquqmüəyyənedici sənədin olması ilə bağlı cavabdeh tərəfindən dəlil irəli sürülmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının sözügedən bağ sahəsindən qalan 0.12 ha hissəyə dair bağlar idarəsi ilə bağlanmış müqaviləni təqdim edə bilməməsi onun həmin bağa dair hüququnun qeydiyyatından imtinaya əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddia olunan sahənin koordinatları müəyyən edilmiş, sahənin iddiaçının faktiki sahiblik və istifadəsində olduğu, hər hansı şəxsə aid torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edilməmişdir. Təqdim edilmiş ərazinin ortofotogörüntüsündə iddia olunan sahənin qonşuluğunda 31a, 33, 34 nörməli bağ sahələrinin yerləşməsi, xüsusən də iddia olunan sahənin vaxtilə 0.25 ha olub, həmin sahədən ayrılmış 0.12 ha ölçüdə olan **********19-11301 reyestr nömrəli 32 saylı bağ sahəsi ilə qonşulqda yerləşməsi sözügedən bağ sahəsinin məhz 0.25 ha olan bağ sahəsindən ayrılmış sahə olmaqla bağların yerləşmə ardıcıllığına uyğun gəldiyini sübut edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən ilkin olaraq 0.25 ha ölçüdə 32 nömrəli bağ sahəsindən qalan 0.12ha torpaq sahəsi hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən ilkin olaraq 0.25 ha ölçüdə 32 nömrəli bağ sahəsindən qalan 0.12 ha torpaq sahəsi hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-512/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-512/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver