Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5120/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun kаtibliyi, iddiaçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas,”Hikmət İnşaat” MMCdə işləyir), cavabdehin nümayəndəsi və vəkili Qurbanova Dilarə Fuad qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hesablanmış pensiyanın kəsildiyi tarixdən bərpa olunması, əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzunuyyətə çıxarkan onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Aydın oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ona 02.07.2008-ci ildən ədliyyə qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində müavinət, ədliyyə orqanlarının işçiləri hər il məzunuyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət və ədliyyə orqanlarının bütün işçilərinin mükafatlandırılması məqsədi ilə hər il aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlər verilir. İddiaçı ədliyyə orqanlarından 13.05.2008-ci ildə işdən çıxmışdır. Pensiyası hesablanarkən aldığı bütün əlavələr nəzərə alınmamışdır. Eyni zamanda həmin əlavələr də nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqındakı sonrakı artırmlar da pensiyasının hesablanmasınada nəzərə alınmışdır və pensiyası 01.01.2021-ci ilədək tam məbləğdə hesablanmışdır. Cavabdeh onun pensiyasını 01.01.2021-ci ildə azaltmışdır və cavabdehin ona yazdığı 01.03.2021-ci il tarixli məktubda bunun əsaslı bir səbəbini göstərə bilməmişdir.İddiaçıya əmək pensiyası təyin edilərkən 11.12.1984-cü ildən 20.11.1986-cı ilədək hərbi xidmətdə olduğu 1 il 11 ay 9 gün müddəti də qulluq illərinə daxil edilməmişdir. Həmin müddət daxil edilərsə ədliyyə orqanlarında qulluq illəri 17 il 5 ay 13 gün təşkil edəcəkdir. İddiaçı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respubikası Qanunun 25.1, 23.2, 23.3, 25.6-cı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.19-cu, 29.2-ci maddələrinə istinad edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən 02.07.2008ci ildən sabiq ədliyyə orqanlarının əməkdaşı kimi ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılmış audit araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair 01.11.2008-ci ildən iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 605 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəsi 184,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 91,57 manat olmaqla orta aylıq əmək haqqı 1015,32 manat təşkil etmişdir. Bununla əlaqədar, 15 il 6 ay 4 gün qulluq stajına uyqun olaraq orta aylıq əmək haqqının 80 faizi 812,26 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 01.11.2008-30.11.2013-cü illər arasındakı dövr ərzində ümumilikdə 49547,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində ümumilikdə 48283,33 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya qeyd olunan dövr ərzində 1264,53 manat əskik pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə 01.12.2013-cü ildən iddiaçının vaxtılə quluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 845 manat, rütbəyə görə əlavəzi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəzi 244,75 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 127,89 manat olmaqla orta aylıq əmək haqqısı 1351,64 manat təşkil etmişdir. Bununla əlaqədar, 15 il 6 ay 4 gün qulluq stajına uyqun olaraq orta aylıq əmək haqqının 80 faizi 1081,31 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 01.12.2013-28.02.2018-ci illər arasındakı dövr ərzində bütövlükdə 55146,81 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində ümumilikdə 93990,45 manat ödənilmişdir. Bu səbəbdən də, iddiaçıya qeyd olunan dövr ərzində 38843,64 manat məbləğində artıq pul vəsaiti ödənildiyi aşkar edilmişdir. Əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 01.07.2017-ci ilədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, iddiaçının 15 il 6 ay 4 gün qulluq stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tədbiq olunan cəmi faiz dərəcəsi 51,50 faiz təşkil edir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə 01.03.2018-ci ildən iddiaçının vaxtılə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 930 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 24 faizi miqdarına əlavəsi 266 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 140,76 manat olmaqla orta aylıq əmək haqqı 1470,76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2018ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01.03.2018-ci ilədək olan iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1351,64 manat) ilə 01.03.2018-ci ildən sonrakı əmək orta aylıq əmək haqqı (1470,76 manat) arasındakı fərq məbləğinin (119,12 manat) 51,50 faizi – 63,35 manat iddiaçının 01.03.2018-ci ilədək olan pensiyasının (1081,31 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1142,66 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu illər arasındakı dövr ərzində iddiaçıya hər ay 1642,95 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 9005,22 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə 01.09.2019-cu ildən iddiaçının vaxtılə quluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1395 manat, rütbəyə görə əlavəsi 134 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 25 faizi miqdarına əlavəsi 382,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 211,14 manat olmaqla orta aylıq əmək haqqı 2122,39 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01.09.2019-cu ilədək olan iddiaçının vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1470,76 manat) ilə 01.09.2019-cu ildən sonrakı əmək orta aylıq əmək haqqı (2122,39 manat) arasındakı fərq məbləğinin (651,63 manat) 51,50 faizi – 335,59 manat iddiaçının 01.09.2019-cu ilədədk olan pensiyasının (1142,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1472,25 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.12.2020-ci illər arasındakı dövr ərzində iddiaçıya hər ay 2146,13 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 10686,08 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Beləliklə iddiaçıya 01.11.2008-30.11.2013-cü illər arasındakı dövr ərzində 1264,53 manat əskik, 01.12.2013- 31.12.2020-ci illər arasındakı dövr ərzində isə 58534,94 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 57270,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanlanmış 01.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 01.11.2008-30.11.2013-cü illər arasındakı dövr ərzində 1264,53 manat əskik, 01.12.2013- 31.12.2020-ci illər arasındakı dövr ərzində isə 58534,94 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 57270,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tapşırılmışdır. Həmin artıq ödənilmiş 57270,41 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi iddiaçıdan xahiş olunmuşdur. Mərkəzi Filial tərəfindən cari ilin yanvar ayınadan etibarən iddiaçınn əmək pensiyası 1478,25 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin iddiaçıya ünvanlanmış 25.01.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ədliyyə orqanlarının işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşlarına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 02.02.2015-ci il tarixli arayışına əsasən 01.12.2013-cü ildən Ədliyyə Nazirliyinin aparatında idarə rəisi müavininin aylıq vəzifə maaşı 845 manat təşkil edir.Ədliyyə orqanları işçilərinin mükafatlandırılması məqsədilə hər il büdcədə aylıq vəzifə maaşının 3 misli həcmində vəsait nəzərdə tutulur.Həmçinin işçilərin müalicə olunmaları ilə əlaqədr onlara ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı 12.07.1983-cü ildən 10.12.1987-ci ilə qədər kolxoz üzvü olmuşdur, 09.11.1992-ci ildən 04.10.2006-cı ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxslərin qeydiyyatı idarəsində İ dərəcəli mütəxəssis, normativ-hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin rəis müavini işləmişdir, 29.12.2006-cı ildən 10.02.2008-ci ilə qədər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sərəncamında olan Azərbaycan ETMEK və KPİ məhkəmə ballistik-trasoloji ekspertizası EP-nin elmi işçisi, 08.02.2008-ci ildən 13.05.2008-ci ilə qədər həmin təşkilatda aparıcı ekspert işləmişdir. İddiaçının hərbi biletinə əsasən iddiaçı 11.12.1984-cü ildən 20.11.1986-cı iə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən iddiaçı işlədiyi müddətdə ona orta aylıq əmək haqqı vəzifə maaşından,qulluq stajına və rütbəyə görə əlavələrdən, mükafatlardan, müavinətlərdən, məzniyyət pullarından ibarət olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işinə aid sənədlərə əsasən: DSMF-nin Yasamal şöbəsinin 919135 nömrəli qərarına əsasən iddiaçıya 18.07.2008-cı ildə İİ qrup əlilliyə görə ilk dəfə pensiya təyinatı aparılmışdır; DSMF-nin Yasamal şöbəsinin 919135 nömrəli qərarına əsasən iddiaçıya 15.01.2016-cı ildə 1550.07 manat məbləğində pensiya təyin edilmişdir; 11.12.2019-cu ildə iddiaçının pensiyasının yenidən hesablanması aparılaraq 2146,13 manat məbləğində pensiya təyin edilmişdir; Cavabdehin **********7 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanmış və 1478,25 manat müəyyən edilmişdir, pensiya hesablanan zaman vəzifə maaşı 1395 manat, ixtisas dərəcəsinə görə əlavə 134 manat, qulluq stajına görə əlavə 25 faiz götürülməklə 382.25 manat, mükafatlar 211,14 manat nəzərə alınmışar. Dövlət qulluğunda iş müddəti kimi 01.01.1991-ci ildən 01.01.2006-cı ilə qədər olan dövr - 15 il 6 ay 4 gün gün qəbul edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 01.01.1991-ci ildən 01.01.2006-cı ilə qədər ədliyyə orqanlarında işlədiyi qulluq illəri 15 il 6 ay 4 gün nəzərə alınmaqla iddiaçıya ədliyyə qulluqçusu ikimi 2008-ci ilin iyul ayından əlilliyə görə pensiya təyin edilmişdir,11.12.2019cu ildə iddiaçının pensiyasının yenidən hesablanması aparılaraq 2146,13 manat məbləğində pensiya təyin edilərək ödənilməyə başlasa da sonradan 2020-ci ilin yanvar ayından onun pensiyasının məbləği 1478,25 manat müəyyən edilmişdir.Hazırda iddiaçı xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzunuyyətə çıxarkan onlara iki aylıq amək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanmış pensiyasınln kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğinin fərqinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, həmin qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:...21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”nın 2.2.7-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir; Məhkəmə iş materiallarında olan iddiaçının pensiya işində olan sənədlərdən göründüyü kimi isə iddiaçıya ədliyyə qulluqcusu kimi pensiya təyin edilməsinə baxmayaraq sonuncu dəfə onun pensiyasının məbləği müəyyən edilən zaman “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmuş ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara ödənilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət, ədliyyə işçiləri hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı həcmində müavinət və hər il ödənilən aylıq əmək haqqının 3 misli həcmində əlavə vəsait ödənilməsi, habelə müddətli hərbi xidmətdə olduğu müddət də nəzərə alınmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Belə olan halda qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzunuyyətə çıxarkan onlara iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla iddiaçının hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xüsusi rütbəli ədliyyə işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinət, hər il məzunuyyətə çıxarkan onlara iki aylıq əmək haqqı həcmində müavinət, digər müavinətlər, ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il verilən əmək haqqının 3 misli həcmində mükafat daxil edilməklə müəyyənləşdirilmiş orta aylıq əmək haqqı nəzərə alınmaqla İddiaçı Aydın oğlunun hesablanmış pensiyasının kəsildiyi tarixdən bərpa olunması, qeyd edilən əlavələr nəzərə alınmaqla hərbi xidmət müddəti qulluq illərinə daxil edilməklə pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq İddiaçı Aydın oğluna ödənilməsi öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5120/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5120/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver