Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5123/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X28 kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə,üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı X38, X34, X4, X3, X2, X5, X11 azyaşlı övladları X29, X21 və X12 üçüncü şəxslər qismində cəlb edilməklə “X34, X4, X3, X2, X5, X11 azyaşlı övladları X29, X21 və X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” bаrədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı “X19 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X34 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “X22, X4, X35, X8, X3, X2, X13, X5, X11 azyaşlı övladları X29, X21 və X12 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin 20 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
6. Məhkəmənin 18 iyul 2023-cü il tarixli qərardadı ilə X4, X35, X8, X3, X2, X13, X5, X11 azyaşlı övladları X18, X14 və X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
7. Daha sonra X38 məhkəməyə ərizə təqdim edərək,iddiaçı ilə yanaşı Bakı şəhəri, Pirallahi qəsəbəsi, S.Vurğun küçəsi 35 saylı evin 7 nömrəli mənzilin mülkiyyətçi olduğu üçün, X19, X4, X3, X2, , X5, X11 azyaşlı övladları X29, X21 və X12 ilə birlikdə, qeydiyyatdan çıxarılmasını cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə X38 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Məhkəmənin 14 noyabr 2023-cü il tarixli qərardadı ilə X43, X20 və X15 inzibati məhkəmə icraatında üçüncü şəxslər qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır.
10. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 ünvanı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hazırda adına dövlət reyestrindən çıxarış da mövcuddur. X36 iddiaçının nəvəsidir. O, iddiaçıya məxsus evdə yaşamır, qeydiyyatı formal xarakter daşıyır; onun harada olması məlum deyildir. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətindən imtina edilmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və digər üçüncü şəsxlər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdirlər. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdeh və digər üçüncü şxəslərin iştirakı olmadan baxmışdır.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
17. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1937-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Daxili İşlər Nazirliyi Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 058-117-15H-3222 nömrəli məktubuna əsasən bildirimişdir ki, X19 qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələbinə zidd olduğu üçün onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Göstərilən məsələ məhkəmə baxışı predmeti olduğu üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanında qeydiyyatdadırlar - X16, X43, X20, X9, X10, X34, X23, X17, X24, X29, X21 və X12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli və ********** nqeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanı paylı mülkiyyət hüququ ilə İddiaçı və X30 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 (yeni qaydalarla: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, 335, m1,m1 ünvanı X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İsitsmar Sahəsinin xx.xx.2022-ci il tarixli, 841 nömrəli arayışına əsasən, İddiaçı Pirallahı rayon, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, 35 nömrəli, 1 mərtəbəli evin 1-ci mərtəbəsində, sahəsi 7,00 kv.m olan 7 nömrəli 1 otaqlı mənzilində yaşayır. Ailə tərkibi 2 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olan digər şəxs X44 (nəvəsi). AZ-İİ 160433 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən, X43 xx.xx.2021-ci ildə ölmüşdür. Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-56/2-H-5327 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, X43 xx.xx.2022-ci il tarixdə ölüm səbəbi ilə bağlı qeydiyyatdan çıxarlımışdır. X20 xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzizbəyov küçəsində qeydiyyatdadır və X25 xx.xx.2020-ci il tarixdən Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-9416/2023 **********16 nömrəli “Məlumatın verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanına dair X19 istifadə hüququnun qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-29357/2023 **********57 nömrəli “Məlumatın və sənədlərin surətinin verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanına dair X4, X35, X8, X3, X2, X13, X5, X11 azyaşlı övladları X29, X21 və X6 istifadə hüququnun qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq həmin ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1279/23 nömrəli sorğuya cavab məktubuna əsasən, xx.xx.1992-ci il təvəllüdlü (Həsən) X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır – çıxış xx.xx.2019, giriş xx.xx.2019.
İV. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Konstitusiyasının
-13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun
- 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
- 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
- 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
22. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun
- 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı dəqiq göstərilmişdir. «Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun mənаsınа görə şəхs fаktiki yаşаdığı və оlduğu yеr üzrə qеydiyyаtа аlınmаlıdır. Həmin qаnunа əsаsən yаşаyış yеri üzrə və оlduğu yеr üzrə qеydiyyаtın məqsədi şəхslərin uçоtа аlınmаsı, оnlаrın bаşqа şəхslərin, dövlət və cəmiyyət qаrşısındа vəzifələrin icrа еdilməsidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
24. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında ünvan reyestrinin və daşınmaz əmlak” obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən
-1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. - 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. - 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;
İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 İddiaçı və X30 mülkiyyətindədir. Belə olan halda mülkiyyətçilər onlara məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan, onların ailə üzvü olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdirlər. Sözügedən mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildə yaşamadıqlarından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair hər hansı sübut məhkəmə icraatı zamanı müəyyən edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İş materiallarına əlavə edilmiş üçüncü şəxs X2 adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışından görünür ki, ona məxsus evin ünvanı ünvan 4i qaydalarla: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, 335, M1,m1 kimi müəyyən edilmişdir. Mənzilə, fərdi yaşayış evinə ünvan vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir. İddiaçıya məxsus daşınmaz əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanında yerləşir, üçüncü şəxs X7 məxsus evin ünvanı isə ünvan 5ir. Belə olan halda X2 yaşayış yeri üzrə qeydiyyatı ona məxsus evin ünvanı üzrə aparılmalı, iddiaçıya məxsus evdən qeydiyyatdan isə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunauyğun olmamışdır.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, İddiaçı iddiа tələbi təmin еdilməli, X34, X4, X3, X2, X5, X11 azyaşlı övladları X29, X21 və X6 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyi Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
28. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
29. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq məhkəmə QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 35, mənzil 7 ünvanından X34, X16, X9, X10, X17, X11 azyaşlı övladları X29, X21 və X6 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа