Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5123/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı nümayəndəsi (vəkili) ərizə təqdim edərək iddia tələbinin “İddiaçı 60 yaşı tamam olduğu üçün ona 10 sentyabr 2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-ci il təvəllüdlüdür. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin kifayət qədər əmək stajının olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, güzəştli şərtlərlə pensiyası almaq üçün 2023-cü ilin oktyabr ayında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina məktubu ilə mənə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçının stajı 9 il, 10 ay, 4 gün təşkil edir və tələb olunan 12 il 6 ay sığorta stajına malik deyil. Belə ki, iddiaçının xx.xx.1986-cı ildən 28 iyun 1993-cü ilədək və 18 aprel 1994-cü ildən 15 aprel 1994-cü ilədək əmək stajı var. Lakin iddiaçı 15 oktyabr 2005ci ildə əmək fəaliyyətinə “X6 Management” LTD-nin Sinqapur filialında başlamışdır. Həmin müəssisədə baş mühəndis vəzifəsi üzrə işləmişdir. 26 may 2016-cı ildə müəssisədə yaranmış vəziyyətin zəifliyi ilə əlaqədar olaraq, müəssisədə ixtisar aparılmış və müqaviləmə xitam verilmişdir. 26 oktyabr 2018-ci il və 12 aprel 2019-cu il tarixləri arasında müqavilə ilə yenidən şirkətdə əmək fəaliyyətinə başladı. Ümumilikdə isə 20 ildən çox əmək stajı var. Lakin, əmək pensiyası ilə bağlı hüquqları pozulur. Əmək stajının niyə hesablanmadığı ilə bağlı ona rəsmi açıqlama verilmir, məktubda da qeyd edilməmişdir. Ona məxsus arayışda işə daxil olma və işdən çıxma barədə müvafiq qeydiyyat aparılmış və təsdiq edilmişdir. Həmin sənəd Azərbaycan dilinə tərcümə edilmişdir və notariat qaydasında təsdiq edilmişdir. Lakin işlədiyi həmin dövr güzəştli şərtlərlə əmək pensiyasının alınması üçün nəzərdə tutulan sosial sığorta stajına aid edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edilmişdir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarf’nm 3.1-ci bəndinə görə Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1- ci bənd - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2- ci bənd- Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.
4. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 4 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1994- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıiı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. E.X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 4 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. “X7 Management” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 15 oktyabr 2005-ci ildə X7 Management (Sinqapur filialı) tərəfindən işə götürülüb. 26 may 2016-cı ildə onu işdən ixtisar etməli olmuşdurlar. 26 oktyabr 2018-ci il və 12 aprel 2019-cu il tarixləri arasında o, müqavilə əsasında Şirkətə yenidən qoşulmuşdur.
7. “Azərbaycan X4” QSC X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Azərbaycan Dövlət X4nin üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1986-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2020-ci il tarixindən hal-hazıradək 4-cü, 3-cü, 2-ci, baş mexanik, mühəndis, hamiyəçi-mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr (xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək 4-cü, 3-cü, 2-ci, baş mexanik) və çalışdığı gəmilər üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 19 il 01 ay 09 gün üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 10 ay 04 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X4 Azərbaycan Dövlət X4 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X4nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X3 yenidən təşkili yolu ilə "Azərbaycan X4" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, dövlət reyestrində ”X7 Management” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktor müavininə ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 17 il 7 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 2 ay 13 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 5 ay) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 130173,03 manat təşkil edir.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
11. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
11. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il tarixində cavabdeh orqana müraciət etmişdir.
12. İddiaçının mübahisələndirilməyən ümumi iş stajı 17 il 7 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 12 il 2 ay 13 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 5 il 5 ay) təşkil edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyinatı üçün əsas verən minimum pensiya sığorta kapitalının 40 800 manat olduğunu qeyd etmişdir.
14. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 130173,03 manat təşkil edir.
15. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 130173,03) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ mövcuddur.
16. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - “Azərbaycan X4” QSC X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ümumi iş stajı 19 il 01 ay 09 gün üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 10 ay 04 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə uyğun göstərilmişdir.
17. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi Qərarı: 21.2. Dəniz və çay donanması: b) üzən heyət: -mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər
19. İddiaçının əmək kitabçasına əsasən iddiaçı “X5 (Kəspian)” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) xx.xx.2005-xx.xx.2008-ci illər ərzində şirkət gəmilərinin kapitanın baş mexaniki vəzifəsində işləmiş və işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi Qərarında göstərilmiş peşəyə (21.2 bəndinin "b" yarımbəndinə) uyğun gəldiyindən işlədiyi dövr güzəştli iş stajına daxil edilməlidir.
20. Belə ki, sığortaedən “X5 (KƏSPİAN)” MMC (VÖEN: **********) barədə məlumata əsasən sonuncu tərəfindən yanvar 2006- iyul 2008-ci illərdə İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
21. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 ay stajı mövcuddur.
22. Məhkəmə hesab edir ki, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən (həmin məbləğin 130173,03 manat olması işin mübahisəsiz halıdır) təkrarən 25 il sığorta stajının mövcudluğu iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün mütləq zəruri şərt kimi qiymətləndirilə bilməz. Belə ki, ümumi staja münasibətdə qanunvericinin mövqeyi ya 25 il sığorta stajı, ya da fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğudur. Konkret halda isə iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Odur ki, məhkəmə bu hissədə (25 il stajının tamamlanması ilə bağlı) əlavə araşdırma aparmağa zərurət görmür.
23. Məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalıdır.
24. Beləliklə, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
25. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva