Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5124/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2008-cı il tarixdən həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 75 №-li Texniki Peşə məktəbində aşbazlıq ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər və xx.xx.1983-cü ildən xx.xx.1987-cı ilə qədər Məktəbli və tələbə qidası Trestində aşbaz, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Bakı şəhəri Nəsimi rayonu Meyvə-tərəvəz ticarət kontorunda kassir, xx.xx.1988-ci ildən xx.xx.1993-cu ilə qədər «xxxx» X1 kassir vəzifəsində işləmişdir. İddiaçının uşağı Səfərəliyev Rauf Rövşən oğlu 1985-ci il təvəllüdlüdür və o, uşaqlıqdan əlildir. Buna dair Azərbaycan Respublikası ƏƏSMN tərəfindən ona müvafiq vəsiqə verilmişdir. İddiaçıya 3 uşaqlı ana kimi DSMF-nin Nizamı rayon Şöbəsi tərəfindən sosial müavinət təyin olunmuş və həmin müavinət hazırda da ödənilməkdədir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, əslində DSMF tərəfindən ona 50 yaşı tamam olan tarixdən pensiya təyin edilməli idi. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına gorə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uygun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Lakın həmin maddənin xx.xx.2009cu il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən sağlamlıq imkanlan məhdud övladını səkkiz yaşmadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa gorə əmək pensiyası hüququ vardır. Sadalanan hallardan aydın olur kı, iddiaçının 50 yaşı xx.xx.2008-ci il tarixdə, yəni «Əmək pensiyaları haqqında» Qanunun 8.2-ci maddəsinin xx.xx.2009-cu il tarixli redaksiyası qüvvədə olan zaman tamam olmuşdur. Həmin tarixə qədər isə təhsil müddəti də nəzərə alınmaqla iddiaçının 15 il 5 ay 13 gün ümumi ış stajı yaranmışdır. Eyni zamanda, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görunur kı, iddiaçının uşağı Səfərəliyev Rauf Rövşən oğlu uşaqlıqdan əlildir və o, yetkinlik yaşına çatana qədər sağlamlıq imkanları məhdud uşaq olmuşdur. Göründüyü kimi, iddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 8.2-ci maddəsinin 27.10 2009-cu ıl tarixli redaksiyası qüvvədə olan zaman bütün tələblərə cavab vermişdir, lakın buna baxmayaraq, ona pensiya təyin olunmamışdır. Bununla bağlı olaraq iddiaçı rəsmi şəkildə DSMF-nin Nizamı rayon Şöbəsinə müraciət etsə də, ona mübahisənin mahiyyətinə uyğun olmayan imtina cavabı verilmişdir. Belə ki, cavabdeh inzibati orqanının imtina məktubuna inansaq guya iddiaçı əlilliyə görə əmək pensiyası alır. Halbuki, iddiaçıya 3 uşaqlı ana kımı yalnız 130 manat sosial müavinət ödənilir. Göründüyü kimi, cavabdehin imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Sosial müavinətlər haqqında” Qanunun xx xxxxxx 2019cu ilədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət hüququ vardır. Bu normaya əsasən iddiaçıya sosial müavinət təyin edilmişdir. 1) ”Sosial müavinətlər” haqqında Qanuna əsasən sosial müavinətlə əmək pensiyası eyni zamanda təyin edilə bilməz. Yəni vətəndaşın hər iki növ sosial təminat növünə hüququ olduqda öz arzusuna əsasən onlardan biri üçün müraciət edə bilər. Vətəndaşın müraciəti (xx.xx.2017) isə ona sosial müavinət təyin edilməsi ilə bağlı olmuşdur, onun pensiya təyin edilməsi ilə bağlı müraciəti olmamışdır. Belə ki, vətəndaşın müraciətinə uyğun olaraq ona xx.xx.2015-ci il tarixdən’müavinət təyin edilmişdir. Vətəndaş öz ərizəsi ilə sosial müavinət hüququnu seçmiş olduğu üçün əvvəlki dövrlər üzrə ona pensiya təyin edilməsi ilə bağlı hüququ mübahisələndirməsi əsassızdır. 2) Bütün bunlardan əlavə iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 2009-cu ilədək qüvvədə olan versiyasının 8.2-ci maddəsinə əsaslanaraq sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşında pensiya hüququnun yarandığını iddia etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 saylı əlavəsində əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı müəyyən olunmuşdur. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün, qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı, uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı, uşağın doğum haqqında şəhadətnaməsinin surəti. İş üzrə materiallardakı sənəddən məlum olur ki, iddiaçının oğlu Səfərəliyev Rauf Rövşən oğluna həkim-əmək ekspert komissiyasının xx.xx.1996-cı il tarixli (iddiaçının oğlunun 11 yaşlı olduğu tarixdə) qərarına əsasən 16 yaşınadək əlil statusu verilmişdir. Həmin sənədin mötəbərliyi əsaslı şübhələr doğurur. Bundan başqa, həmin sənədin verilmə tarixi iddiaçının oğlunun 11 yaşında olduğu vaxta təsadüf etdiyi üçün iddiaçının əlil övladını 8 yaşadək tərbiyə etmiş ana kimi pensiya almaq tələbi əsassızdır. Bundan əlavə iddiaçı 2.2.1-ci maddədəki arayışı da təqdim etməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayonu şöbəsi Sizın xx.xx.2020-ci il tarixli müraciətinizlə əlaqədar olaraq bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 18 yaşına qədər sağlamlıq imkanı məhdud övladını 8 yaşınadək tərbiyə etmiş anaların, yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, bu olmadıqda isə azı 25 il əmək stajı olduqda təyin edilir. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajınız olmadığından sizın pensiya növünüzün əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi qanunvericiliklə mümkün deyildir. Sizə şöbəmizdən əlilliyə gorə əmək pensiyası ödənişi davam etdiriləcəkdir. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X7 Komitəsi xx.xx.1978-ci ildə verilmiş 621 nömrəli attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Bakı şəhəri 75 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 75 №-li Texniki Peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər və xx.xx.1983-cü ildən xx.xx.1987-cı ilə qədər Məktəbli və tələbə qidası Trestində aşbaz, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Bakı şəhəri Nəsimi rayonu Meyvə-tərəvəz ticarət kontorunda kassir, xx.xx.1988-ci ildən xx.xx.1993-cu ilə qədər “xxxx” X1 kassir vəzifəsində işləmişdir. İş materiallarında olan ƏƏSMN Binəqədi rayon ƏSMM tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 031717 nömrəli vəsiqənin surətindən görünür ki, Səfərəliyev Rauf Rövşən oğlu uşaqlıqdan əlildir. İş materiallarında olan İddiaçı məxsus müavinət işində olan sənədlərin surətindən görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə xx.xx.2018-ci il tarixli qərara əsasən İddiaçı yaşa görə xx.xx.2015-ci ildən xx.xx.2016-ci ilədək 60 manat, xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək 66 manat, xx.xx.2018-cı ildən ömürlük 73 manat müavinət təyin edilmişdir. Həmin müavinət işində olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərəliyev Rövşən Səhliyar oğlu ilə İddiaçı xx.xx.1983-cü ildə nikahlarını bağlamışlar. Həmin müavinət işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərəliyev Rauf Rövşən oğlu xx.xx.1985-ci ildə Bakıda doğulmuşdur, atası Səfərəliyev Rövşən Səhliyar oğlu, anası İddiaçıdır. Həmin müavinət işində olan xx.xx.1993-cü il tarixli 16 yaşınadək uşaqlıqdan əlil uşağın tibbi rəyindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Səfərəliyev Rauf Rövşən oğlu (anası İddiaçı) uşaqlıqdan əlildir. Həmin müavinət işində olan DSMF-nin Nizami rayon Şöbəsinin xx.xx.2018-ci il tarixli 4253 saylı arayışının surətindən görünür ki, İddiaçı DSMF Nizami rayon şöbəsinin kompyuter bazasının məlumatına əsasən heç bir növ pensiya almır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin xx.xx.2009-cu ilədək olan redaksiyasında göstərilmişdir: 8.2. Sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsaslar da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. O, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 75 №-li Texniki Peşə məktəbində təhsil almışdır, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilə qədər və xx.xx.1983-cü ildən xx.xx.1987-cı ilə qədər Məktəbli və tələbə qidası Trestində aşbaz, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər Bakı şəhəri Nəsimi rayonu Meyvə-tərəvəz ticarət kontorunda kassir, xx.xx.1988-ci ildən xx.xx.1993-cu ilə qədər “xxxx” X1 kassir vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya üç uşağı olan ana kimi müavinət təyin edilmişdir və bu günə qədər ödənilir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının övladı xx.xx.1985-ci il təvəllüdlü Səfərəliyev Rauf Rövşən oğlu uşaqlıqdan əlildir (Sağlamlıq imkanları məhduddur). Məhkəmə qeyd edir ki, iddiaçının 50 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. Onun övladı uşaqlıqdan əlildir (sağlamlıq imkanları məhduddur). İddiaçının təhsil müddəti də nəzərə alınmaqla o, 15 ildən çox ümumi sığorta stajına malikdir. İddiaçının 50 yaşının tamam olduğu zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının 50 yaşının tamam olduğu zaman onun qeyd olunan normanın tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağı olan ana kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə də iddiaçıya 50 yaşının tamam olduğu tarixdən, yəni hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun: 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 03/2020 saylı Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə iddia tələbinin hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün - xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 50 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci ildən hesablanaraq (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5124/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5124/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver