Məhkəmə qərarları › İş №2-1(112)-5125/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5125/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5125/2024 12.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1, İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi yardımın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı evin 66B nömrəli mənzilində yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin əmlaka dair ona xx.xx.2019-cu il tarixli çıxarış və texniki pasport verilmişdir. Mənzilin sahəsi 19.3 kv.m təşkil edir. Həmin mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Sözügedən mənzillərə dair 1995-ci və 2000-ci ildən atasının adına orderlər mövcud olmuşdur. Halhazırda onun mülkiyyətində olan mənzili atası notarial qaydada ona bağışlamışdır. Xüsusi mülkiyyətində olan mənzil qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikasının Fövqəlada Hallar Nazirliyi tərəfindən sökülməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yaşadığı binanın sakinlərinin təhlükəsizliyinin təmin edilməsi barədə müvafiq tapşırığı olmuşdur. Atasının həmin binada xüsusi mülkiyyətində olan 66 saylı mənzilə və ayrıca onun xususi mülkiyyətində olan 66b saylı mənzilə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birdəfəlik maddi yardımın - 36000 manatın ayrılması nəzərdə tutulmuşdur. Həmin ünvanda atasına və ona ayrı-ayrılıqda mənzillər məxsusdur. Hər mənzilə dair 30500 manat vəsait cavabdeh tərəfindən ödənilməli olduğu halda ümumi şəkildə iki mənzilə dair 36000 manat vəsait cavabdeh tərəfindən ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin birdəfəlik maddi yardımın ödənilməsinin hesablanmasına görə hər mənzilə 30500 manat ödənilməli idi. Onun mülkiyyətində olan qeyd edilən mənzilə dair ayrıca 30500 manat ödənilməlidir. Bakı şəhərində qəzalı vəziyyətdə olan bir necə çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq onun yaşadığı yataqxananın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstəriş verilmişdir. Həmin tapşırığa əsasən sahəsi 20 kv.metr və daha az olan sahədə yaşayan ailələrin hər birinə 30 min manat birdəfəlik maddi yardım ödənilməlidir. Mənzildə olan əşyaların daşınması üçün 500 manat qeyd edilən orqanlar tərəfindən ödənilməlidir. İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin sökülməsi ilə əlaqədar ona 30500 manat, birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı evin 66 nömrəli mənzilində yaşayır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd edilən əmlaka dair çıxarış və texniki pasport verilmişdir. Mənzilin sahəsi 19,3 kv.m təşkil edir. Həmin mənzilə dair onun mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Həmin binada ona məxsus iki mənzil olmuşdur (66 və 66B saylı mənzillər). Sözügedən mənzillərə dair 1995-ci və 2000-ci ildən adına orderlər mövcud olmuşdur. Onun mülkiyyətində olmuş 66B saylı mənzili oğluna notarial qaydada bağışlamışdır. Xüsusi mülkiyyətində olan mənzil qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yaşadığı binanın sakinlərinin təhlükəsizliyinin təmin edilməsi barədə müvafiq tapşırığı olmuşdur. Oğlunun həmin binada xüsusi mülkiyyətində olan 66B saylı mənzilə və ayrıca onun xüsusi mülkiyyətində olan 66 saylı mənzilə görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birdəfəlik maddi yardım – 36 000 manat ayrılması nəzərdə tutulmuşdur. Qeyd edilən ünvanda oğluna və ona ayrıayrılıqda mənzillər məxsusdur. Hər mənzilə dair 30500 manat vəsait cavabdeh tərəfindən ödənilməli olduğu halda ümumi şəkildə iki mənzilə dair 36000 manat vəsait cavabdeh tərəfindən ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin birdəfəlik maddi yardımın ödənilməsinin hesablanmasına görə hər mənzilə 30500 manat ödənilməli idi. Onun mülkiyyətində olan qeyd edilən mənzilə dair ayrıca 30500 manat ödənilməlidir. Bakı şəhərində qəzalı vəziyyətdə olan bir necə çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq onun yaşadığı yataqxananın sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstəriş verilmişdir. Həmin tapşırığa əsasən sahəsi 20 kv.metr və daha az olan sahədə yaşayan ailələrin hər birinə 30 min manat birdəfəlik maddi yardım ödənilməlidir. Mənzildə olan əşyaların daşınması üçün 500 manat qeyd edilən orqanlar tərəfindən ödənilməlidir. Məhkəmənin 2-1(112)-5126/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(112)- 5126/2024 saylı inzibati iş üzrə məhkəmə icraatının 2-1(112)-5125/2024 saylı inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi və 2-1(112)-5125/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. 2-1(112)-5126/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)- 5125/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı1 tərəfindən ünvan 4 saylı yataqxanada ona əxsus 66 B saylı mənzilə görə 30.500 manat birdəfəlik maddi yardımın ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli 5-10/1-H-78/6-071/5-t/2/2023 saylı məktubla müraciət olunmuşdur. Tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 5- 10/2-H-78/6-071/5- t/2/2023 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə bidəfəlik yardım ödəməklə köçürülməsi və ünvan 3 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 m2-a qədər olan otaqlara 30000,0 manat, 30 m2-dan çox olan mənzillərə hər m2-a 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 olan 66 B saylı mənzilinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, atanız İddiaçı2 isə həmin binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 olan 66 saylı mənzilinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim edərək, hər mənzilə dair hər birinə 30.500 manat məbləğində maddi yardımın ödənilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfimizdən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən iddiaçı 2 otaqlı, sahəsi 36 m2 olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onun adı qeyd olunmuş, siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən artıq müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzili 2 mənzilə bölərək 2019-cu il tarixli çıxarışları təqdim edərək, 2 mənzilə dair 61.000 manat məbləğində maddi yardımın ödənilməsini xahiş etmişdir. Bu səbəbdən də, yuxarıda qeyd olunan ünvanda yerləşən 66 B saylı mənzilə dair iddiaçının istədiyi məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hazırda yaşayan sakinlərin, iddiaçının və ailə üzvlərinin həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2023-cü il tarixli 352/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirə salınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən sözügedən ünvanda yerləşən yataqxananın boşaldılması iddiaçıya tövsiyə olunmuş, əks halda Koroğlu Rəhimov 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. ünvan 4 ünvanında yerləşən binada yaşayan sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. ünvan 6 ünvanda yerləşən beş mərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması, sakinlərin təhlükəsizliyinin təmin olunması və köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktubuna əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair : Bu binalar üzrə sahəsi 30 m2 və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30.000 (otuz min) manat olmaqla cəmi 13 320 000 (on üç milyon üç yüz iyirmi min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; Sahəsi 30 m2-dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 m2 üçün 1000 (bir min) manat olmaqla cəmi 12 760 000 (on iki milyon yeddi yüz altmış min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər lcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53A ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 81 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. İddiaçı nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. İddiaçı ünvan 4 saylı binanın 66 B saylı mənzilinin sökülməsi ilə əlaqədar ona 30500 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən iddiaçı 2 otaqlı, sahəsi 36 m2 olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onun adı qeyd olunmuş, siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən müəyyən məbləğ ayrılmışdır. Buna baxmayaraq iddiaçı müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzili 2 mənzilə bölərək xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışları təqdim edərək, 2 mənzilə dair 61.000 manat məbləğində maddi yardımın ödənilməsini xahiş edir. Bu səbəbdən də qeyd olunan ünvanda yerləşən 66 saylı mənzilə dair iddiaçının istədiyi məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019-cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra-mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra-mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyəm müraciət edərək bildirmişdir ki, İddiaçı2 tərəfindən ünvan 4 saylı yataqxanada ona əxsus 66 saylı mənzilə görə 30.500 manat birdəfəlik maddi yardımın ödənilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli 5-10/1-H-78/7-071/6/2023 saylı məktubla müraciət olunmuşdur. Tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 5-10/2-H- 78/7-071/6/2023 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə bidəfəlik yardım ödəməklə köçürülməsi və ünvan 3 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 m2-a qədər olan otaqlara 30000,0 manat, 30 m2-dan çox olan mənzillərə hər m2-a 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53 saylı binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 olan 66 saylı mənzilinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, oğlu İddiaçı1 isə həmin binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 olan 66 saylı mənzilinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim edərək, hər mənzilə dair hər birinə 30.500 manat məbləğində maddi yardımın ödənilməsinə dair müvafiq göstəriş verilməsini xahiş etmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfimizdən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən iddiaçı 2 otaqlı, sahəsi 36 m2 olan 66 saylı mənzilə dair xx.xx.2012- ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onun adı qeyd olunmuş, siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən artıq müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzili 2 mənzilə bölərək 2019-cu il tarixli çıxarışları təqdim edərək, 2 mənzilə dair 61.000 manat məbləğində maddi yardımın ödənilməsini xahiş etmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan ünvanda yerləşən 66 saylı mənzilə dair iddiaçının istədiyi məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hazırda yaşayan sakinlərin, iddiaçının və ailə üzvlərinin həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2023-cü il tarixli 352/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirə salınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən sözügedən ünvanda yerləşən yataqxananın boşaldılması iddiaçıya tövsiyə olunmuş, əks halda Koroğlu Rəhimov 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. ünvan 4 ünvanında yerləşən binada yaşayan sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinə yazdıqları kollektiv müraciətdə yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərkommunallayihə" Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 83 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. ünvan 10 ünvanda yerləşən beş mərtəbəli yataqxana binası əvvəllər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması, sakinlərin təhlükəsizliyinin təmin olunması və köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktubuna əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair: Bu binalar üzrə sahəsi 30 m2 və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30.000 (otuz min) manat olmaqla cəmi 13 320 000 ( on üç milyon üç yüz iyirmi min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi; Sahəsi 30 m2-dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 m2 üçün 1000 (bir min) manat olmaqla cəmi 12 760 000 (on iki milyon yeddi yüz altmış min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər lcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 3 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53A ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 81 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. İddiaçı nəzərə almır ki, qəzalı vəziyyətdə olan binadan köçməkdən imtina edərək yaşamaqda davam etməsi onun və ailə üzvlərinin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. İddiaçı ünvan 4 saylı binanın 66 saylı mənzilinin sökülməsi ilə əlaqədar ona 30500 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən iddiaçı 2 otaqlı, sahəsi 36 m2 olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onun adı qeyd olunmuş, siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən müəyyən məbləğ ayrılmışdır. Buna baxmayaraq iddiaçı müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzili 2 mənzilə bölərək xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışları təqdim edərək, 2 mənzilə dair 61.000 manat məbləğində maddi yardımın ödənilməsini xahiş edir. Bu səbəbdən də qeyd olunan ünvanda yerləşən 66 saylı mənzilə dair iddiaçının istədiyi məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon İcra Hakimiyyətilərinin başçılarına xx.xx.2019cü il tarixli 7-214/7g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon İcra Hakimiyyətlərinə verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra-mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra-mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən ünvan 12 İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən ünvan 13 İddiaçı2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5- 10/2-H-78/6-071/5-t/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 3 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53A saylı binanın 1 otaqlı, yaşayış sahəsi 18 m2, ümumi sahəsi 19.3 m2 sahəsi olan 66B saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, atanız İddiaçı2 isə həmin binanın 1 otaqlı, yaşayış sahəsi 18 kv.m, ümumi sahəsi 19.3 kv.m sahəsi olan 66 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış təqdim edərək hər mənzilə dair hər birinə 30500 manat məbləğində maddi yardımın ödənilməsinə dair müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar tərəfindən araşdırma aparılarkən müəyyən olunmuşdur ki, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən atası İddiaçı2 2 otaqlı, sahəsi 36 kv.m olan 66 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli MA ******* seriyalı çıxarış təqdim etmiş, siyahıda yalnız onu adı qeyd olunmuş, atasına aidiyyəti qurum tərəfindən həmin çıxarışa əsasən maddi yardım ayrılmış və siyahıya alınma prosesi və maddi yardımın ödənilməsi üçün mənzillərə dair müvafiq qurumlar tərəfindən artıq müəyyən məbləğ ayrıldıqdan sonra həmin mənzil 2 mənzilə bölünərək 2019-cu il tarixli çıxarışlar təqdim olunmuşdur. Bu səbəbdən də yuxarıda qeyd olunan ünvanda yerləşən 66B saylı mənzilə dair Sizə istədiyiniz məbləğdə maddi yardımın ödənilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin, onun və ailə üzvlərinin həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxananın boşaldılması tövsiyə olunur. Əks halda Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli texniki pasportdan (hüquq subyekti İddiaçı1) görünür ki, ünvan 12 ünvanındakı mənzilin otaq sayı 1, ümumi sahəsi 19.3 kv.m, yaşayış sahəsi 18 kv.m təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli texniki pasportdan (hüquq subyekti İddiaçı2) görünür ki, ünvan 13 ünvanındakı mənzilin otaq sayı 1, ümumi sahəsi 19.3 kv.m, yaşayış sahəsi 18 kv.m təşkil edir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-10/2-269/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı1 müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5- 10/2-71-78/3-071/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 7/1417 saylı xx.xx.2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırığına əsasən (MN-nin 2019-cu il 15 tarixli 09/02-3-64-438 nömrəli məktub) 17 binanın sakinlərinin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ölkə rəhbərliyi tərəfindən məqbul hesab edilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 14 ünvanda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan səbəblərə əsasən ona və digər sakinlərə qəzalı binalardan köçürülməyi üçün birdəfəlik maddi yardım olaraq vəsait təklif olunmuş, lakin həmin məbləğlə razı deyil. Qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin və onun həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədi ilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxananın boşaldılması tövsiyə olunur. Əks halda Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə dair müvafiq tədbirlər görüləcəkdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5- 10/2-71-78/4-071/3-t/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, o və atası İddiaçı2 tərəfindən cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırılaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, 53A saylı binanın 66 və 66B saylı mənzillərinin sökülməsi ilə əlaqədar hər mənzilə görə 30500 manat, ümumilikdə 61000 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş olunmuş və hal-hazırda məhkəmə icraatı davam edir. Beləliklə də, aparılmış araşdırma zamanı müraciətdə qaldırılan məsələlər üzrə məhkəmə icraatının mövcud olduğu müəyyən olunmuşdur. Müraciətdə qeyd olunan hallar məhkəmə müstəvisində araşdırılaraq məsələyə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 7062/2024 **********62 saylı xx.xx.2024-cü il tarixli məktub ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. İddiaçı2 və İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m yaşayış sahəsi 36 kv.m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 bağışlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Binəqədi rayonu K.Rəhimov küçəsi ev 53a mənzil 66-ya dair bölgü sxemi təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2012-ci il) əsasən ünvan 13 İddiaçı2 xüsusi mülkiyyətindədir. 79 saylı müvəqqəti orderdən görünür ki, İddiaçı2 həqiqətən 3 nəfər ailə tərkibi ilə Bakı “Elektroştamp” X11 qəsəbəsi, Əlişir Nəvai küçəsi, 53a ünvanında yerləşən yataqxananın dördüncü mərtəbəsi 66, 66a saylı otaqlarda yaşayış sahəsi almaq hüququna malikdir (ailə tərkibi İddiaçı2, X3, İddiaçı1). Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş 1461 saylı xx.xx.2011-ci il tarixli arayışa əsasən İddiaçı2 həqiqətən 53a saylı evin 66 saylı mənzilində Rəhimov küçəsində 2 otaqlı 36,0 kv.m sahəli 5 mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Ailə tərkibi 5 nəfərdən ibarətdir (İddiaçı2, X5, İddiaçı1, X12 və X8). 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 1462 saylı xx.xx.2011-ci il tarixli arayışa əsasən İddiaçı2 həqiqətən K.Rəhimov küçəsi 53a saylı evin 66 nömrəli mənzilində qeydiyyatdadır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 181/2 saylı xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Koroğlu Rəhimov küçəsində yerləşən 53a saylı evin yaşayış sahəsi 36,0 kv.m olan 2 otaqlı 66 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu) İddiaçı2 adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-806/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı “Eletroştamp” Təcrübə zavodunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vətəndaşlara mənzillərə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Azərbaycan Elektroenergetika və X1 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 17 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, məhkəmənin məktubu baxılmaq üçün Azərbaycan Elektroenergetika və X1 Həmkarlar İttifaqı Respublika Komitəsinə göndərilmişdir. "xxxx" ASC uzun illərdir fəaliyyət göstərmədiyi üçün həmkarlar təşkilatına üzvlük haqqı ödəməmişdir. Bu səbəbdən zavod xidmət sahəsindən çıxarılmışdır. Kömək olunması məqsədi ilə ASC-yə tərəfindən müraciət olunmuş və xahiş edilmişdir ki, tələb olunan sənəd təqdim edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-359/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 53a saylı evin, 66 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı2 adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2011-ci il tarixli, 181/2 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri “Yaşayış sahəsi üçün” 79 saylı orderdən görünür ki, İddiaçı2 Hüseyn oğlu həqiqətən 3 nəfər ailə tərkibi ilə Bakı “Elektroştamp” Təcrübə Zavodunun Ə.Nəvai küçəsi 53 “a”-da yerləşən yataqxanasının 4-cü mərtəbəsinin 66 nömrəli otağında yaşayış sahəsi almaq hüququna malikdir (ailə üzvləri: İddiaçı2, X6, İddiaçı1). Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13/2-378/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsində yerləşən 53a saylı evin 66 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı2 adına bağlanılması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2011-ci il tarixli, 181/2 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Bildirilmişdir ki, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər müvafiq qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq BEŞ-X-24-0442/001 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı "Elektroştamp" X11 qəsəbəsi, Əlişir Nəvai küçəsi 53a ünvanında yerləşən yataqxanasında yaşayış sahəsi almaq üçün vətəndaş İddiaçı2 verilmiş 75 saylı orderin və yaşayış üçün orderin verilməsinə əsas olmuş zavod müdiriyyəti və zavod Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı birgə qərarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına ünvanladığınız xx.xx.2024-cü il tarixli, 2-l(112)-5125/2024 saylı məktubunuza tərəfimizdən baxılmışdır. Arxiv sənədlərinin bir hissəsinin məhv olması səbəbindən zavod müdiriyyəti və zavod Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2000-ci il tarixli, 07 saylı birgə qərarmın təsdiq edilmiş surətinin (arxivdə qalan sənədlərin içərisində mövcud deyil) məhkəməyə təqdim edilməsi qeyri mümkündür. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış 5- 10/2-71-78/2-071/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, yaşadığı binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar olaraq adlı siyahıya əsasən dövlət büdcəsindən 2019-cu ildə kompensasiya ayrılmışdır. Hüquqmüəyyənedici sənədlərin əslini təqdim edən sakinlərə 2019-cu ilin iyun ayından başlayaraq kompensasiya ödənilmişdir. Təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA0325128 nömrəli çıxarışın surətinə əsasən dövlət büdcəsində adlı siyahıya uyğun olaraq ona 2019-cu ildə birdəfəlik maddi yardımla birlikdə 36500 (otuz altı min beş yüz) manat kompensasiya ayrılmışdır (2019-cu ildə bazar qiymətlərinə uyğun olaraq). Lakin ona dəfələrlə müraciət etməyinə baxmayaraq tərəfindən hüquqmüəyyənedici sənədlərin əsli təqdim edilməmiş və razılıq protokolunun imzalanmasından imtina etmişdir. Bu səbəbdən ona kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Razılaşma protokolu imzalandıqdan sonra dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi üçün kassa sifarişi əsasında maliyyə vəsaiti sifariş olunur və ödənilir. Qeyd olunanlara əsaslanaraq dövlət tərəfindən ayrılmış maddi yardımı almaqla qəzalı vəziyyətdə olan yataqxanadan köçməyi və mənzilin təhvil verilməsi tövsiyə olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 (digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi) iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X9rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının sözügedən mənzilə dair “qanuni gözləntisi” varmı? Belə ki, X20 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hazırki iş üzrə araşdırmanı X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X2rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X10rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Məhkəmə nəzərə alır ki, iddiaçıların təqdim etdiyi daşınmaz əmlakın reyestrindən çıxarışlar və ya onların müvafiq olaraq Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B və 66 saylı mənzillərinə dair iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları mübahisələndirilməmişdir, qüvvədədir. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, dövlət tərəfindən ayrılmış maddi yardımı almaqla qəzalı vəziyyətdə olan yataqxanadan köçməyi və mənzilin təhvil verilməsinin iddiaçılara tövsiyə edilməsi, Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı bina qəzalı vəziyyətdə olan binalar sırasına daxil olması, sözügedən binada 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30m2-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat birdəfəlik maddi yardımın, həmçinin hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat birdəfəlik yardım ayırılması işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçılardan heç birinə mülkiyyətçisi olduqları mənzillə əlaqədar (30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat və hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat) birdəfəlik yardım ödənilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş hər iki mənzilə dair mənzil planı və bölgü sxemindən görünür ki, birgə iddiaçıların hər birinə məxsus ümumi sahəsi 19.3 kv.m olan yaşayış otaqlarının hər birinin qapısı ümumi dəhlizə açılır və 66 b və 66 saylı mənzillərin arasında iki fərqli qonşu otaqlar (mənzillər) yerləşir. Başqa sözlə, 66b və 66 saylı mənzillər faktiki olaraq fərqli nömrəli və sahəli mənzillər olmaqla bərabər, mənzillər yanaşı belə yerləşmir, onların arasında sərbəst girişi və çıxışı olan digər iki qonşu mənzil də yerləşir. Məhkəmə hesab edir ki, qəzalı vəziyyətdə olan ünvanında yerləşən çıxarış və ya order üzrə sahəsi ailələrin hər birinə birdəfəlik maddi yardım ödəndiyindən iddiaçılara münasibətdə fərqli yanaşma ayrı-seçkiliyə səbəb olmaqla bərabərlik hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X23 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X23 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X14rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, fərqli yanaşma bərabərlik hüququnun pozuntusu hesab edilə bilər və iddia təmin edilməli, qəzalı vəziyyətdə olan binanın 30 kv.m-ə qədər otağı olan sakinlərinə birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi iddiaçılara münasibətdə də tətbiq edilməlidir. Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı1, 66 saylı mənzilin mülkiyyətçisi kimi isə İddiaçı2, hər birinə 30500 manat (30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat və hər mənzil sahibinə ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə 500 manat) məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66B saylı mənzilin mülkiyyətçisi kimi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov 53a saylı binanın 66 saylı mənzilin mülkiyyətçisi kimi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar