Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-513/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, X4nın, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X7, üçüncü şəxs “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X10 iştirakları ilə, X5 qızının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya və borcun restrukturizasiya olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: X4 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensassiya və borcun restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən vaxtı keçmiş kreditlərinə görə ona düşəcək kompensasiya məbləğinin yenidən faktiki borcuna görə hesablanması və faktiki qalıq borcunun restrukturizasiya olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC onu gecikmiş kredit borcuna görə məhkəməyə verərək, cəmi 10.499,24 ABŞ dolları məbləğində pulun ondan tutulmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən ondan həmin pul tutulmuş, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsində iş üzrə keçirilmiş məhkəmə mühasbatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli rəyinə əsasən onun xx.xx.2017-ci il tarixinə olan borcunun məbləği 3.033,81 ABŞ dolları, faiz borcu isə 604,74 ABŞ dolları təşkil etmişdir. Bundan sonra 2 dəfə təkrar mühasibatlıq ekspertizası keçirilmiş, hər dəfə eyni rəy verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən ondan “xxxx” MMC-nin xeyrinə cəmi 3.683,55 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı 2019-cu ilin mart ayından etibarən X1 düşəcək kompensasiya məbləğinin yenidən hesablanması və qalıq borunun restrukturizasiya olunması ilə bağlı bir neçə dəfə müraciət etmişdir. Palata tərəfindən ona ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubda, onun kreditlər üzrə xx xxxx 2019-cu il tarixə qalıq borcunun (“xxxx” ASC-yə 79,96 manat, “xxxx” ASC-yə 5.661,14 manat, “xxxx” MMC-yə 12.017,39 manat məbləğində qalıq əsas kredit borcu) 17.000 manatdan və 10.000 ABŞ dollarından artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC inzibati məhkəmə icraatına üçüncü şəx qismində cəlb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, hazırki iş üzrə məhkəmə araşdırmaları zamanı onun yenidən müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” MMC-yə və ona (iddiaçıya) ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 26-17212-2020 №li məktubda onunla “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalan əsas kredit borcunun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklif olunmuşdur. İddiaçı qeyd olunanların nəzərə alınmaqla iş üzrə icraata İPM-nin 67-ci maddəsinin tələblərinə əsasən (Azərbaycan Respublikası Mərkəzi Bankı ilə aralarında mübahisə artıq mövcud olmadığından) xitam verilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X12 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X11 “xxxx” MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsinə dair ərizə ilə Mərkəzi Banka müraciət etmişdir. Ərizəçi müraciətində bildirmişdir ki, xx.xx.2013cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalan əsas kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində restrukturizasiya edilməmişdir. Belə ki, “xxxx” MMC X9 Palatasına Fərmanın qüvvəyə mindiyi günə, yəni xx.xx.2019-cu il tarixinə həmin müqavilə üzrə 12.017,38 manat ödənilməmiş əsas kredit borcunun mövcud olması barədə məlumat vermişdir. Həmin tarixə ərizəçi ilə “xxxx” ASC və “xxxx” ASC ilə arasında bağlanmış digər kredit müqaviləsi üzrə müvafiq olaraq 79,96 manat və 5.661,14 manat ödənilməmiş əsas kredit borclarının da qalması, bununla da ümumi borcun 17.000 manatdan çox təşkil etdiyi nəzərə alındığından sözügedən kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə daxil edilməmişdir. Bununla belə hazırda ərizəçi tərəfindən təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-522/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5946/2019 saylı qərarlarına əsasən müəyyən edilmişdir ki, X11 ilə “xxxx” MMC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixində əsas kredit borcu 3.033,81 ABŞ dolları təşkil etmişdir. Qeyd edilməlidir ki, sözügedən kredit müqaviləsi üzrə əsas borc məhkəmə qərarlarında göstərilən məbləğlər əsas götürülərək hesablandığı təqdirdə iddiaçının bu kredit müqaviləsi Fərmanın 5-ci hissəsinin, habelə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesalanmış faiz və dəbbə pulu (cərimə, penya)” üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 6.1-ci bəndinin tələblərinə cavab vermiş olur. Odur ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, “xxxx” MMC-yə iddiaçı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalan əsas kredit borcunun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklif olunmuşdur (xx.xx.2020-ci il tarixli 26-17212-2020 №li məktub). Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən (iddiaçı ilə aralarında mübahisə artıq mövcud olmadığından) xitam verilməsini xahiş etdi. Üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X15 məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində və izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təmsil etdiyi cəmiyyətə ünvanlanmış xx.xx.2020-ci il tarixli 26-17212-2020 №li məktuba cavab olaraq 1643/HO-out №li xx.xx.2020-ci il tarixli məktub göndərilmiş və məktubda göstərilmişdir ki, aşağıda qeyd edilənlərə əsasən X11 ilə bağlanmış kredit müqaviləsi üzrə qalıq 1.285,73 ABŞ dolları təşkil edən əsas borc məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklifini qəbul etmirlər: 1) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanı ilə müəyyən edilmiş restrukturizasiya müddəti xx xxxxxx 2019-cu il tarixində bitmişdir; 2) Bu məqsədlə təşkilatın sərbəst vəsaiti yoxdur; 3) Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əsas borc məbləğinin 3.033,81 ABŞ dolları məbləğində müəyyən edilməsinin məhkəməmühasibatlıq ekspertlərinin bilərəkdən yalan rəy verməsi nəticəsində formalaşdığına olan inamlarının mövcud olması (bununla bağlı AR Baş Prokurorluğuna müraciət olunmuşdur). X2 hesablanmış kompensasiya məbləğinin yaranma mənbəyi xx.xx.2019-cu il tarixinə olan 7.319 ABŞ dolları əsas borc məbləğidir. Qeyd edilən məbləğ əsasında müştəriyə 4.319,43 manat kompensasiya hesablanmış və onun 2.971,73 manat hissəsi Cəmiyyətə verilmişdi. Əgər əsas borc məbləği 3.033,81 ABŞ dolları kimi qəbul olunarsa, ödəniləcək ümumi kompensasiya məbləği təxminən 1.819,8 manat, Cəmiyyətə ödəniləcək məbləğ isə təxminən 1.237,46 manat, ümumi qalıq əsas borc isə indiki kimi 1.285,73 ABŞ dolları deyil, 2.305,89 ABŞ dolları təşkil edəcəkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən üçüncü şəxs “xxxx” MMC-yə və X4na ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 26-17212-2020 №li məktubda “xxxx” MMC-yə iddiaçı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq qalan əsas kredit borcunun Fərmanın 6-cı hissəsinə uyğun olaraq restrukturizasiya edilməsi təklif olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X5 qızının cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya və borcun restrukturizasiya olunması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-513/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-513/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver