Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-513/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, işləmir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Hüquq şöbəsinin müdiri vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya dəmiş ziyanın əvvəlki məhkəmə hesabatında göstərilmiş 23.180,4 manat kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ilkin olaraq cavabdeh Nəsimi rayon İcra və Probasiya şöbəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m. olan qeyri-yaşayış sahəsinin bərpasına mane olanların 1000 manat maddi ziyan və hərəkətləri qanunsuz hesab edilməsi, əmlakın qəsdən sökülməsi nəticəsində 60 ay ərzində dəymiş maddi ziyan 5754 manat və əmlakın bazar qiyməti 12000 manat dəyərləndirildiyindən maddi ziyan cavabdehlərdən iddiaçının xeyrinə tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı DƏK tərəfindən xx.xx.1999-cu ildə verilmiş şəhadətnaməyə əsasən ona məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m olan qeyri-yaşayış sahəsi Nəsimi rayon Məhkəməsinin qətnaməsi içra edilərkən, Nəsimi rayonu İcra Şöbəsinin məmuru kapitan Kənan Əzizov həmin 6 kv.m olan qeyri-yaşayış sahəsini qəsdən sökmüşdür. Sonradan Nəsimi rayon Məhkəməsinin 2(006)- 717/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qeyd olunan 6 kv.m olan qeyri-yaşayış sahəsinin bərpa edilməsini qət edib. Bakı Apellyasiya məhkəməsinin 2(103)-406/2015 saylı xx.xx.2015-ci tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 2(006)-717/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb. Artıq özünün qanuni qüvvəsini almış Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-717/2015 nömrəli, 11 fevral 2015-ci il tarixli qətnaməsinin icrasına iki dəfə cəhd göstərməsinə baxmayaraq, Nəsimi rayon 16 saylı MİS-in rəisi Əliyev Vidadi məmura yaraşmayan hərəkətləri ilə qətnamənin icrasına mane olmaqla yanaşı orada iddiaçı tərəfindən aparılmış tikintini sökməklə ona 1000 manat maddi zərər vurmuşdur. Bərpa üçün 1-ci cəhdə görə: 370 manat (material və fəhlə pulu), 2-ci cəhdə görə: 630 manat(material və fəhlə pulu), cəmi: 370+630=1000 manat. Məhkəmə qətnaməsinin icra olunmasına Nəsimi rayon MKTB borclu ola-ola, aşıq-aşkar məhkəmə qətnaməsinin icrasına mane olmaqla Nəsimi rayon MKTB-nin 16 saylı MİS-in rəisi Əliyev Vidadinin məmura yaraşmayan hərəkətləri qanunsuz hesab edilməli və iddiaçıya dəymiş maddi ziyan 1000 manatın ona ödənilməsi təmin edilməlidir. Bütün bu qanunsuzluqlarla yanaşı Nəsimi rayon icra və Probasiya Şöbəsinin əməkdaşları əmlakın öz hesabına bərpa edilməsində iştirak etməsinə baxmayaraq, məhkəmə qətnaməsinin icrası mümkün olmadığı qərarına gələrək bir neçə dəfə icra vərəqini Nəsimi rayon Məhkəməsinə qaytarılmasına baxmayaraq Nəsimi rayon Məhkəməsi məhkəmə qərarının icrasını təmin emək üçün yenidən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə etmişdir. Buna baxamayaraq bu günə kimi Nəsimi rayon İcra və Probasiya Şöbəsi qətnamənin icrasında fəaliyyətsizlik göstərməkdədir. Vergi bəyannəmələri üzrə 2013-cü il üçün dövriyyə 5970 man: 12 ay=497,5 AZN təşkil edir. Nəzərə alsaq ki, sadələşdirilmiş vergi üçün 4% vergi tutulur, onda 497,5x0,04%=19,9 AZN təşkil edir, dövriyyə isə 497,5- 19,9=477,6 AZN təşkil edir. Nəzərə alsaq ki, xırdavat mağazaları üçün pərakəndə satış üzrə gəlir dövriyyənin (25-30)%-ni təşkil edir, onda 477,6x0,25=119,4 AZN 1 ayda gəlir təşkil edir. Vergi bəyannəmələri üzrə 2014-cü il üçün dövriyyə 6500 AZN təşkil edir və 1 ay üçün 6500:12=541 AZN təşkil edir. Sadələşdirilmiş vergi üçün 4% vergi tutulur onda 541x0,04%=21,66 AZN təşkil edir. Onda dövriyyə 541-21,66=519,34 AZN. Xırdavat mağazaları üzrə gəlir dövriyyənin (25-30)%-ni təşkil edir, onda 519,34x0,25=129,8 AZN. Vergi bəyannəmələri üzrə 2015-ci il üçün dövriyyə 5550,0 AZN təşkil edir. 1 ay üçün 5550,0:12=462,5 AZN olur. Sadələşdirilmiş vergi üçün 4% vergi tutulur onda 462,5x0,04%=18,5 AZN təşkil edir. Onda dövriyyə 462,5-18,5=444 AZN. Nəzərə alsaq ki, xırdavat mağazalar üçün pərakəndə satış üzrə gəlir dövriyyənin (25-30) %-ni təşkil edir, onda 444x0,25=111 AZN. Onda 3 ildə dövriyyədən orta aylıq gəlir 119,4+129,8+111=306,2; 306,2:3=120 AZN olur. Onun topladığı ödəniş qəbzlərindən və vergi orqanlarından əldə etdiyi məlumatlardan məlum olur ki: İşıq pulu üçün ödəniş 1 ayda - 16 AZN olur, 1 ildə 16x12=192 AZN; Kommunal xidmətlər, məişət tullantılarının daşınması ayda 6 AZN, 1 ildə 6x12=72 AZN; Əmlak vergisi (Nəsimi Bələdiyyəsi) 1 ildə 25 AZN; Cəmi illik ödəniş xərcləri = 192+72+25=289 AZN olur. 1 ildə dövriyyədən əldə olunan gəlir 120x12=1440 AZN, onda 1 ildə xalis gəlir 1440-289=1151 AZN olur. 1 ayda xalis gəlir 1151:12=95,9. Vergi orqanlarının verdiyi arayışa görə xx.xx/2016-cı ildən bu günə qədər əmlakından məhrum olduğuna görə fəaliyyət göstərə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci Məcəlləsinin müvafiq bəndlərinə əsasən ona dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, dəymiş ziyanı 01.2016-cı ildən xx.xx.2021-ci ilə qədər 60 ay təşkil edir. Onda cəmi dəymiş ziyan 95,9x60=5754 AZN olur. Əmlakın bazar qiyməti 1200 AZN dəyərləndirildiyindən onda ona dəymiş ümumi ziyan 5754+1200+1000=18754 AZN olur. İddiaçı daha sonra iddia tələbininin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Cavabdeh göstərilməklə “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m. olan qeyri-yaşayış sahəsinin pilləkən qəfəsliyində verilməsi məqsədə uyğun olmadığından və bununla əlaqədar yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərin təxliyə edilməsi məqsədi ilə obyektin bərpasının mümkün olmamasını nəzərə alıb iddiaçıya dəmiş ziyanın əvvəlki məhkəmə hesabatında göstərilmiş 23.180,4 manat kompensasiyasının ona ödənilməsi” barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 avqust 2022 –ci il tarixli qərardadı ilə iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının Cavabdehnə qarşı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 1999-cu il tarixli şəhadətnaməsinə əsasən ona məxsus olan, ünvan 4 ünvanda pilləkən qəfəsliyində yerləşən ümumi sahəsi 6 kv. metr olan qeyri yaşayış sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Cavabdehnə pilləkən qəfəsliyinin zəbt olunması barədə ünvanladığı xx/xx- 0378 saylı xx.xx.2021-ci il tarixli məktub və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın İdarəsi tərəfindən Cavabdehnə pilləkən qəfəsliyinin zəbt olunması barədə ünvanladığı xx/xx-0332 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə əlaqədar pilləkən qəfəsliyindən yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərinin təxliyə edilməsi məqsədi ilə, əmlakın pilləkən qəfəsliyində verilməsi məqsədəuyğun olmadığından, Bakı şəhər Nəsimi rayonu məhkəməsinin 2(006)-598/2012 saylı 24 may 2012-ci il tarixli qətnaməsi ilə sökülmüşdür. Əmlakın sökülməsi ilə o, sahibkarlıq fəaliyyətindən məhrum olmuşduır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.F.Aberkarov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı 2019-cu ildə məhkəməyə müraciət etmiş, məhkəmə qərardad ilə mümkün sayılmamışdır. Qərardadda mübahisə məsələsinə toxunulmuş, mübahisəsi olduğu inzibati orqana qarşı iddia qaldırmasını bildirmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2015-ci il tarixli, 2(103)- 4061/2015 nömrəli qətnaməsi ilə dəyişirilmədən qüvvədə saxlanılmış Nəsimi rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli 2(006)-717/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Nəsimi rayon MKTB-yə və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi təmin edilmiş, ünvan 6 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan, sahəsi 6,0 kv.m olan qeyri-yaşayış sahəsinin onun öz hesabına bərpa edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m., tikinti altı sahəsi 10,6 kv.m. olmuş və 2013-cü ilin iyun ayında ərazidə sökülmüş daşınmaz əmlakın (18 nömrəli televizor təmiri emalatxanasının) 05 mart 2019-cu il tarixə bazar dəyəri 12.000 manat təşkil edib. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 fevral 1999-cu il tarixli şəhadətnaməsinə əsasən ünvan 7 ünvanda pilləkən qəfəsliyində yerləşən ümumi sahəsi 6 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik hüququ təsdiqlənmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin iddiaçının mürəciətinə cavab olaraq ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda bildirilmişdir ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Kaveroçkin küçəsi 21 saylı binanın C.Hacıbəyli küçəsi tərəfindən bloka girişin açılması, qanunsuz tikilinin sökülməsi və blokdan istifadə edilməsi üçün maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan da məlum olur ki, İddiaçı mülkiyyətində olan əmlakın sökülməsi barədə iddia qaldırılmayıb, iddia tələbi ancaq qanunsuz inşa edilmiş tikiliyə yönəldilmişdir. Nəsimi rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini qət etmişdir. Onun tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli qətnamə ilə təmin edilməmişdir. Bundan sonra Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən məhkəmə qətnaməsi icra olunmuşdur. Kaveroçkin küçəsi 21 saylı ünvanda sahəsi 6,0 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı vəsaiti hesabına bərpa edilməsi haqqında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə əlaqədar olaraq dəfələrlə ona və Nəsimi rayon İcra şöbəsinə bildirilmişdir ki, qeyd olunan qətnamənin icra olunmasına Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən etiraz olunmur. Nəsimi rayon İcra şöbəsinin əməkdaşı məhkəmə qətnaməsinin icra edilməsi üçün dəfələrlə icra yerində olmasına baxmayaraq onun tərəfindən əmlakının bərpası ilə əlaqədar lazım elan materiallar təqdim olunmadığı üçün məhkəmə qətnaməsi rayon icra şöbəsinin əməkdaşı tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 626/2019 saylı 06 may 2019-cu il tarixli xüsusi qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı Nəsimi rayon MKTB-nin 16 saylı MİS-in rəisi Əliyev Vidadinin məhkəmə qətnaməsinin icrasına mane olmaqla məmura yaraşmayan hərəkətlərinin qanunsuz hesab edilməsi və ona dəymiş 100 manat maddi ziyan və 500 manat mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi əsasında faktların araşdırılıb qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 626/2019 saylı 06 may 2019-cu il tarixli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı Nəsimi rayon MKTB-nin 16 saylı MİS-in rəisi Əliyev Vidadinin məhkəmə qətnaməsinin icrasına mane olmaqla məmura yaraşmayan hərəkətlərinin qanunsuz hesab edilməsi və ona dəymiş 100 manat maddi ziyan və 500 manat mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçının cavabehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona dəymiş maddi ziyanın (23180,4 manat) ödənilməsini cavabdehdən xahiş edir. İddiaçı əlavə sübut qismində xx.xx.1998-ci il tarixli texniki pasportun, kommunal ödənişləri təsdiq edən qəbzlərin, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərlinə, Nəsimi rayon MKTB-yə və Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizələrinin, fotoşəkillərin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsin əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir : "11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.” “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci madəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin faktiki hallarına əsasən, iddiaçının adına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfinən özəlləşdirilən daşınmaz əmlaka dəymiş zərərin onun vəsaiti hesabına bərpa edilməsi haqqında Nəsimi rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnamə qəbul etmiş, lakin bugünə qədər iddiaçı tərəfindən icra edilməsi mümkün olmamışdır. İddiaçı hazırda ona məxsus əmlakın məhz Cavabdeh tərəfindən sökülməsinə və ya əmlakın bərpa edilməsinə manələrin törədilməsinə dair halları göstərməmişdir. İddiaçı dəymiş maddi zərərin Cavabdehndən tutulmasını xahiş etsə də, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nədən ibarət olmasını bildirməmişdir. İş materialları ilə cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçının qeyd edilən ziyana məruz qalması, bunların cavabdehin hərəkəti(hərəkətsizliyi) nəticəsində baş verməsi, qanunsuz hərəkət (və ya hərəkətsizliklə) maddi zərərin arasında səbəbli əlaqənin olması təsdiq edilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ziyanın vurulmasına dair sübutları və ya belə sübutların mövcud olması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m. olan qeyri-yaşayış sahəsinin pilləkən qəfəsliyində verilməsi məqsədə uyğun olmadığından və bununla əlaqədar yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərin təxliyə edilməsi məqsədi ilə obyektin bərpasının mümkün olmamasını nəzərə alıb iddiaçıya dəmiş ziyanın əvvəlki məhkəmə hesabatında göstərilmiş 23.180,4 manat kompensasiyanın ona ödənilməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.m. olan qeyri-yaşayış sahəsinin pilləkən qəfəsliyində verilməsi məqsədə uyğun olmadığından və bununla əlaqədar yanğın və müəyyən hadisələr zamanı binanın sakinlərin təxliyə edilməsi məqsədi ilə obyektin bərpasının mümkün olmamasını nəzərə alıb iddiaçıya dəmiş ziyanın əvvəlki məhkəmə hesabatında göstərilmiş 23.180,4 manat kompensasiyanın ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-513/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-513/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver