Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-513/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müraciətə cavab verilməsi və dəymiş ziyanın ödənilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri X2 üzərinə qoyulması, malların qanunsuz saxlanmasına görə iddiaçıya dəymiş 66000 manat maddi ziyanın Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq iddiaçıya ödənilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması səbəbi ilə dövlətə olan inamı sarsdığına görə dəyən mənəvi zərərə görə **********000 (üç trilyon) avro məbləğinin iddiaçıya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-960/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12056/2021 saylı 30 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2001-ci i tarixli şikayət üzrə cavabın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr əvəzi birinci müavini X5 üzərinə qoyulması, onlara dəyən maddi ziyanın 66000 manat, əldə çıxmış faydanın ******* manat və dəymiş mənəvi zərərin **********000 manat məbləğdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri X1 tutularaq, iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8771/2022 №li qərardadı ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8771/2022 №li qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8771/2022 №li qərardadının ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2812/2022 №li qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8771/2022 saylı qərardadının iddiaçının müraciətinə cavab verilməsi tələbinin mümkün sayılmaması hissəsində ləğv edilərək, həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi və qərardadın iddiaçının qalan (maddi və mənəvi ziyan tələbinin mümkün sayılmaması) hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında göstərmişdir ki, lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh inzibati orqanın rəhbərinə qarşı verilmiş olan həmin tələb inzibati orqanın, yəni Dövlət Gömrük Komitəsinə qarşı verilmiş iddia kimi qəbul edilməklə, qanunvericiliyin qeyd olunan tələbləri daxilində, həmin tələb mahiyyəti üzrə baxılmalı olduğu halda, həmin hissədə iddia tələbinin mümkün sayılmaması barədə səhv nəticəyə gəlinmişdir Bakı Apellyasiya Məhkəməsinin 2-1(10)-2812/2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə 2-1(112)8771/2022 saylı (hazırki İş № 2-1(112)-513/2023) inzibati iş xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı xx.xx.2023-cü il tarixdə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini göstərməklə, xx.xx.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması, malların qanunsuz saxlanmasına görə ona dəymiş 66000 (altmış altı min) manat maddi ziyanın və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması səbəbi ilə dövlətə olan inamı sarsdığına görə ona dəyən mənəvi zərərə görə **********000 (dörd trilyon) avro məbləğinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Tərəflərin iştirakı ilə iddianın mümkünlük hallarının müzakirə olunması üçün iş üzrə məhkəmə iclası sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının qeyd olunan iddia tələbinə baxan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2001-ci il tarixli şikayət üzrə cavabın verilməsi öhdəliyinin Dövlət Gömrük Komitəsinin sədr əvəzi birinci müavini Ş.Bağırovun üzərinə qoyulmasını, onlara dəyən maddi ziyanın 66000 manat, əldə çıxmış faydanın ******* manat və dəymiş mənəvi zərərin **********000 manat məbləğdə Dövlət Gömrük Komitəsinin sabiq sədri S.Mehdiyevdən tutularaq, iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və həmin tarixli qərardadla iddia mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının iddiaçının müraciətinə cavab verilməsi tələbinin mümkün sayılmaması hissəsində ləğv edilərək, həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi və qərardadın qalan (maddi və mənəvi ziyan tələbinin mümkün sayılmaması) hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını qərara alınmışdır. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Gömrük Komitəsini göstərməklə. xx.xx.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması, malların qanunsuz saxlanmasına görə ona dəymiş 66000 manat maddi ziyanın və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını pozması səbəbi ilə dövlətə olan inamı sarsdığına görə ona dəyən mənəvi zərərə görə **********000 avro məbləğinin Dövlət Gömrük Komitəsindən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinə ünvanladığı müraciətlə əlaqədar olaraq bildirilir ki, həmin müraciət baxılması üçün aidiyyəti üzrə Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir. Bakı Baş Gömrük idarəsi tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli 1000-154/1xx-xx/008177 nömrəli elektron müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xx.xx.2021ci il tarixli 1400-012/0xx-xx/003660 nömrəli məktubla cavab verilmişdir. İddiaçının iddia tələbinin maddi və mənəvi ziyana dair hissəsi ilə əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikası MM-nin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinin tələbindən də göründüyü kimi mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqazidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Belə olan halda iddia tələbi maddı zərərin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. İddaçının iddia tələbinin maddi zərərin tələb edilməsi əsassız olduğundan, tələbin mənəvi zərərin ödənilməsi hissəsi də maddi zərərin tələb edilməsindən birbaşa asılı olduğundan və törəmə tələb olduğundan, mənəvi zərərin ödənilməsi tələbinin də təmin edilməsi istisna edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materialarında olan; Məhkəmənin müvafiq sorğusuna cavaba olaraq Dövlət Gömrük Komitəsinin 1000- 210/2xx-xx/018647 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli, 1000-154/1xx-xx/008177 nömrəli elektron müraciətinə verilmiş xx.xx.2021-ci il taarixli 1400-012/0xx-xx/003660 nömrəli məktubla cavab verilmişdir. 1000-210/2xx-xx/018647 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş Baş İdarəsinin rəis müavini Zaur Bağırov tərəfindən "xxxx" MMC-nin direktoru İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun Dövlət Gömrük Komitəsinə unvanladığı elektron müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılmışdır və cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli, **********1511 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük ilə bağlı tərəfindən 2-1(81)-4364/2019 saylı iş üzrə Bakı Baş Gömrük İdarəsinə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iş prosesi davam etdiyindən gömrük bəyannaməsi Əməliyyat Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə müşvafiq araşdırılma aparılması üçün aidiyyəti üzrə yönləndirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İş materiallarından göründüyü kimi, işə yenidən birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərilməklə, xx.xx.2021-ci il tarixli şikayət üzrə qanuni cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması xahiş olunmuşdur ki, bununla da apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərdiyi hal yəni, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh inzibati orqanın rəhbərinə qarşı verilmiş olan həmin tələb inzibati orqanın, yəni Dövlət Gömrük Komitəsinə qarşı verilmiş iddia kimi qəbul edilməklə, qanunvericiliyin qeyd olunan tələbləri daxilində, həmin tələb mahiyyəti üzrə baxılmalı olduğu halda, həmin hissədə iddia tələbinin mümkün sayılmaması barədə səhv nəticəyə gəlindiyinə dair hal aradan qalxmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. “Vətəndaşlarrın müraciəti haqqında” Azəraycan Respublikası Qanununa əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə araşdırması zamanı iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərdən olan tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu müəyyən olunmamışdır. İddianın maddi və mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, iddia maddi və mənəvi ziyan tələbi hissəsində əsaslandırılmış iddia kimi qəbul oluna bilməz və birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın mümkün sayılmaması maddi və prosessual qanunvericiliyə uyğun olduğundan əsaslıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “müraciətə cavab verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-513/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-513/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver