Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5130/2020 30.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1araq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdehlər Bakı şəhəri Cavabdehnə və Bərdə rayonu Ləmbəran kənd icra mümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Ləmbəran kənd icra mümayəndəliyi tərəfindən 29 nömrəli akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Ləmbəran kənd icra mümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 29 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul olunmuş, Bərdə rayonu Ləmbəran kənd icra mümayəndəliyinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının Novqorod vilayətinin Novqorod şəhərində xx.xx.1996-cı ildə anadan olmuşdur. Bununla əlaqədər xx.xx.1996-cı il tarixində Rusiya Federasiyasının Novqorod vilayətinin Novqorod şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində 689 nömrəli doğum haqqında akt qeydə alınmışdır. Lakin valideynləri tərəfindən iddiaçının doğumu ikinci dəfə Bərdə rayon Ləmbəran kənd icra münayəndəliyində 29 nömrəsi ilə qeydə alınmışdır. Doğumu Bərdə rayonunda qeydə alınarkən iddiaçının soyadı, doğum yeri və doğum tarixi səhv yazılmışdır. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə, müvafiq sistemdə ona aid iki doğum akt qeydi aşkar olunmuş, bu isə onun şəxsiyyət vəsiqəsi almağına maneçilik törədir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Bakı şəhəri Cavabdehndən məhkəməyə daxil olmuş 91-05/5 saylı məktubda hazırkı inzibati işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İddiaçı 29 dekabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə şifahi dinləmələr keçirilməsinə etiraz etmədiyini bildirmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, tərəflərin yazılı razılığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Novqorod vilayəti Novqorod şəhər VVAQ şöbəsi tərəfindən verilmiş İ-ДЛ seriyalı, 53564 saylı doğum haqqında şəhədatnamənin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası Novqorod vilayətinin Novqorod şəhərində doğulmuş, bu barədə xx.xx.1996-cı il tarixdə 689 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin xx.xx.2020-ci il tarixli 05/Q-1602/69 saylı məlumatında göstərilmişdir ki, X4 xx.xx.1996-cı il tarixdə Bərdə rayonunun Ləmbəran kəndində anadan olmuş, bu barədə xx.xx.1996-cı il tarixdə Bərdə rayonu Ləmbəran kənd icra nümayəndəliyi tərəfindən 29 nömrəsi ilə akt qeydi tərtib edilmişdir. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 251-05/76 saylı məktubda bildirilmişdir ki, doğum haqqında akt qeydinin ləğv olunması ilə əlaqədar Cavabdehnə daxil olmuş müraciətə baxılmışdır. Müraciətlə əlaqədar informasiya sistemi nəzərdən keçirilərkən doğumun xx.xx.1996-cı il tarixdə 29 saylı akt qeydi ilə Bərdə rayon Ləmbəran kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Təqdim edilmiş sənədlər nəzərdən keçirilərkən isə həmin doğumun, həmçinin, Rusiya Federasiyasında dövlət qeydiyyatına alındığı aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq bildirilmişdir ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.5-ci bəndinə əsasən icra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. Həmin Qaydanın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Məhkəmə hesab edir ki, iş materiallarında olan Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş X3 aid Bərdə rayon Ləmbəran kənd icra münayəndəliyində tərtib edilmiş 29 nömrəli, xx.xx.1996-cı il tarixli doğum akt qeydi əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, həmin akt qeydi 04 iyun 1996-cı il tarixdə tərtib edilməsinə baxmayaraq, “uşağın doğumunu təsdiq edən sənədlər” qrafasında akt qeydinin tərtib edildiyi tarixdən sonrakı tarixdə, yəni xx.xx.1996-cı ildə verilmiş Ləmbəran kənd xəstəxanasının doğum haqqında arayışına istinad edilmişdir. Həmçinin, iş materiallarından məlum olur ki, X4 xx.xx.1996-cı ildə Bərdə rayonunun Ləmbəran kəndində deyil, xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyası Novqorod vilayətinin Novqorod şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Məhkəmə göstərilən normanının işin faktiki hallarına tətbiqi baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, 29 nömrəli, xx.xx.1996-cı il tarixli doğum akt qeydi iddiaçının babası, X6 müraciətinə əsasən tərtib edilsə də, X1 valideynlərinin müvafiq doğum akt qeydinin tərtib edilməsi ilə əlaqədar nümayəndəliyə müraciət edə bilməməsinin üzrlü olmasını təsdiq edən hal müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 23-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin müddəaların 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. Həmin müddəaların 28-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Həmin müddəaların 29-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə, həmçinin, inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, X1 xx.xx.1996-cı ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olması barədə xx.xx.1996-cı ildə Bərdə rayon Ləmbəran kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 29 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X1 xx.xx.1996-cı ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olması barədə xx.xx.1996-cı ildə Bərdə rayon Ləmbəran kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 29 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5130/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5130/2020
30.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver