Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5134/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «iddiaçıya müvafiq illər sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X2rşı «iddiaçıya müvafiq illər sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, iddiaçı (İddiaçı) x xxxxxx 1966-cı il tarixdə Ağsu rayonunun Ərəbmehdibəy kəndində doğulmuşdur. x xxxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx xxxxx 1985-ci il tarixdən xx xxxx 1987-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra xx xxxxxxxx 1987-ci il tarixdən Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsilini davam etdirmiş və xx xxxx 1989-cu il tarixdə oranı bitirmişdir. xx xxxx 1989-cü il tarixdən xx xxxxx 1990-cı il tarixinə kimi Sumqayıt “Sintezkauçuk” Zavodunun E-2 butadien-stirol kauçukunun ayrılması sexində 3cü dərəcəli quruducu aparatçı vəzifəsində, xx xxxxx 1990-cı il tarixdən x xxxxxxx 1990-cı il tarixədək həmin zavodun geniş tələbat sexində emulsiya hazırlayan 3-cü dərəcəli aparatçı işləmiş, x xxxxxxx 1990-cı il tarixədən x xxxxxx 1993-cü il tarixinə kimi həmin zavodun XİM sexinə keçirilmiş, x xxxxxx 1993-cü il tarixdən zavodun XİM sexinə 4-cü dərəcəli çilingər keçirilmiş, x xxxxxx 1994-cü il tarixdən zavodun MTS-inə 4-cü dərəcəli təmirçi çilingər keçirilmiş, x xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək zavodun MTS-nə avadanlıqların quraşdırılması üzrə spirt divinin kauçuk istehsalatları üzrə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmiş, xx xxxxxx 2008-ci il tarixdən xx xxxx 2010-cu il tarixinədək zavodun Mexaniki təmir və quraşdırıcı şöbəsinə avadanlıqların quraqlaşdırılması (divinil spirt, kauçuk) üzrə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Beləliklə, onun ümumilikdə x xxxxxxxx 1983-cü il tarixdən x xxxxxx 2006-cı il tarixədək 22 il 1 ay ümumi iş stajı, o cümlədən 11 il 18 gün ağır zərərli şəraitdə işlədiyi iş stajı var. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx xxxxxxx 2018-ci il 346 saylı arayışına əsasən o, xx xxxx 1989-cü il tarixdən xx xxxxxx 2005-ci il tarixədək "Etilen- Polietilen” Zavodunda işlədiyi müddətdə xx xxxx 1997-ci il tarixdən xx xxxxx 1997ci il tarixədək 1 ay müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası huququna malikdirlər. Bununla əlaqədar olaraq, xx xxxx 2020-ci il tarixdə DSMF X10 İdarəsinə ərizə ilə müraciət edərək, ona 52 yaşdan, yəni x xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəmin surətini, əmək kitabçasının əslini, Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbini bitirməyini təsdiq edən diplomun notariusda təsdiq edilmiş surətini, hərbi biletin 1, 2, 3-cü səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağa dair “Azərkimya” İB “Etilen- Polietilen” Zavodu xx xxxxxxx 2018-ci il 345 saylı, xx xxxxxxx 2018-ci il 346 saylı, xx xxxxxxx 2018-ci il 347 saylı arayışlarını, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətini və “Azərkimya” İB Təmir- Tikinti İdarəsinin təqdimatını əlavə etmişdir. DSMF X8 İdarəsi x xxxxx 2020-ci il tarixli məktub ilə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona Sumqayıt şəhər “ASAN” mərkəzi tərəfindən xx xxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. DSMF X8 İdarəsi imtina məktubunda «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8, 9.1, 9.8-ci maddələrinə, eləcə də «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin "a" bəndinə, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarına istinad etmiş və bildirmişdir ki, İdarəyə təqdim olunmuş əmək kitabçasında qeyd olunanlara əsasən x xxxxxxxx 1995-ci il tarixdən x xxxxxx 2006-cı il tarixədək olan dövr ərzində sənədlərdən göründüyü kimi, onun x xxxxxx 2006-cı il tarixədək “Azərkimya” İB “Etilen- Polietilen” Zavodunun təmir quraşdırma sexində işlədiyi quraşdırıcı çilingər vəzifəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın “Kimya istehsalı” bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Eyni zamanda, fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. DSMF X8 İdarəsinin imtinası qanuna zidd və əsassız hesab olunur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF X8 İdarəsinə təqdim edilmiş ərizəyə əlavə edilmiş diplomun surətindən görünür ki, iddiaçı x xxxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək və x xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1989-cu il tarixədək, yəni 3 il 5 ay 20 gün Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. Hərbi biletin surətindən görünür ki, o, xx xxxxx 1985-ci il tarixdən xx xxxx 1987-ci il tarixədək, yəni 2 il 2 ay 4 gün hərbi xidmətdə olmuşdur. ИТ-l seriyalı ******* nömrəli əmək kitabçasının əslindən görünür ki, iddiiaçı xx xxxx 1989-cü il tarixdən xx xxxxxx 2006-cı il tarixədək Sumqayıt “Sintezkauçuk” Zavodunda işlədiyi dövr 16 il 5 ay 7 gün təşkil edir. Beləliklə ümumilikdə x xxxxxxxx 1983-cü il tarixdən x xxxxxx 2006-cı il tarixinədək 22 il 4 ay ümumi iş stajına və 11 il 18 gün ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun xx xxxxxxx 2018-ci il 346 saylı arayışına əsasən o, xx xxxx 1989-cü il tarixdən xx xxxxxx 2005-ci il tarixinə kimi “Etilen- Polietilen” zavodunda işlədiyim müddətdə xx xxxx 1997-ci il tarixdən xx xxxxx 1997-ci il tarixədək 1 ay müddətində ödənişsiz məzuniyyətdə olmuşdur. “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 345 nömrəli arayışa əsasən, o, xx xxxx 1989-cü il tarixdən xx xxxxx 1990-cı il tarixədək “Azərkimya” İB “Etilen-Polretilen” Zavodunun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı işləmiş və göstərilən peşə (vəzifə) AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının Vİİİ bölməsinin 1 bəndinda 1080A010 şifr ilə butadien, stirol, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 346 nömrəli arayışa əsasən o, xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-cı il tarixədək “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun təmir quraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işləmişdir. Göstərilən peşə (vəzifə) AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarının Vlll bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadien. spirt, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Beləliklə. “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 346 saylı arayışdan görünür ki, o, x xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-cı il tarixədək həmin Zavodun təmir quraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər peşəsində tam iş günü zərərli iş şəraitində işləmişdir. Göstərilən peşə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən butadien, spirt, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrə aiddir. Göstərilən arayışlara əsasən, onun 11 il 18 gün ağır zərərli şəraitdə işlədiyim iş stajı var. Beləliklə, hesab olunur ki, onun x xxxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək və x xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1989-cu il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığım dövrü, xx xxxxx 1985-ci il tarixdən xx xxxx 1987-ci il tarixədək hərbi xidmət dövrü, xx xxxx 1989-cü il tarixdən x xxxxxx 2006-cı il tarixədək “Azərkimya” İB keçmiş Sumqayıt “Sintezkauçuk” Zavodunda işlədiyi dövrləri və “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 345, 346 nömrəli arayışlar nəzərə alınaraq, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar x xxxxxx 2006-cı il tarixədək 22 ildən artıq ümumi əmək stajına, o cümlədən 11 ildən çox əmək şəraiti zərərli və ağır olan digər işlərdə iş stajına malikdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 3.1, 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin "a" bəndinə, 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarının müddəalarına, x xxxxxxx 1956-cı ildə qüvvəyə minmiş və xx xxxxxxxx 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət pensiya təminatı» haqqında SSRİ Qanununun 109-cu maddəsinə, İPM-in 2.2, 33, 35, 73-cü maddələrinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) x xxxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985- ci il tarixədək və xx xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1989-cu il tarixədək Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı və “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 345, 346 nömrəli arayışlarda göstərilən dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 52 yaşdan, yəni xx xxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin DSMF X8 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia edir ki, x xxxxxx 2006-cı il tarixədək 22 il 1 ay ümumi, 11 il 18 gün isə güzəştli iş stajı toplamışdır. Ona görə də, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən, ona əmək pensiyası «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq 52 yaşdan, yəni x xxxxxx 2018-ci ildən təyin edilməlidir. İdarənin imtina məktubu onunla əsaslandırılır ki, 1) iddiaçının “Azərkimya” İB-nin “Etilen-Polietilen” Zavodunun təmir quraşdırma sexində çalışdığı “quraşdırıcı çilingər” peşəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının “Kimya istehsalatı” adlanan 8-ci bölməsində nəzərdə tutulmamışdır. 2) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Etirazın əsası – A) "quraşdırıcı çilingər” peşəsinin məlum Siyahıda nəzərdə tutulmaması hissəsində: Məlum olduğu kimi, 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ verən “Kimya istehsalatı” ilə bağlı peşələr AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının 8-ci bəndi ilə tənzimlənirdi. Eyni zamanda, qeyd edilən Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahı da qüvvədə olmuşdur ki, orada da, “Kimya istehsalatı” adlanan 10-cu bölmə vardır. İddiaçı çalışdığı peşəsinin hansı səbəbdən 1 nömrəli Siyahıya daxil olması ilə bağlı əsaslandırmaya yer verməyib. Digər tərəfdən, İddiaçının iddia etdiyi peşə - “quraşdırıcı çilingər” peşəsi 1 nömrəli Sivahıda öz əksini tapmayıb. B) Pensiya kapitalının yetərli olmaması hissəsində: Fərz edək ki, İddiaçının peşəsi 1 nömrəli Siyahıda öz əksini tapıb. Bu halda belə, aşağıdakıları diqqətə almaq lazımdır. 1) İdarənin imtinası «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1 və 9.8-ci maddələrinə əsaslanmaqla qanunidir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Həmin Qanunun 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun «Vətəndaşların pensiya təminatı haqqında» AR qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 13 maddəsinin “a” bəndi ilə (müvafiq dəyişiklikdən sonra) kişilər üçün pensiya yaşı 52, ümumi staj 20 il. xüsusi staj 10 il müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə (2017-ci ilin iyul ayında qüvvəyə minib) «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni, iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. İdarənin imtinası həm də həmin Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə ınəcburi dövlət sosiai sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu xx xxx 2018-ci ildə, 63 il 6 ay olmuşdur. Deməli, həmin Qanunun 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 282 aya (144 ay + 138 ay) bölünməlidir. 138 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 52 yaşla həmin Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 52 il = 11 il 6 ay). Beləliklə, iddiaçıya aid fərdi hesabdaki məbləği 282 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan v minimum pensiya təyin edilməsinə imkan vermir. Diqqət olunmalıdır ki, iddiaçı 1966-cı il təvəllüdlüdür, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdı. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X3”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X9 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı x xxxxxx 1966-cı il tarixdə doğulmuşdur və onun yaşayış yeri Sumqayıt şəhəri, Qorki küçəsi, məhəllə 20, ev 24/49, mənzil 6-dır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, x xxxxxx 1966-cı il tarixdə doğğulmuş İddiaçı 1985 – 1987-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri 41 nömrəli orta texniki peşə məktəbi tərəfindən verilmiş B seriyalı 108926 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1983cü ildə həmin məktəbə daxil olmuş və 1989-cu ildə oranı “tornaçı” peşəsi üzrə bitirmişdir. İş materiallarında olan ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” Zavodunun müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə təqdim edilmiş “İzahedici arayış”da aşağıdakılar qeyd olunmuşdur: - SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin 20 saylı x xxxxxx 1987-ci il tarixli əmrinə əsasən Sumqayıt "Sintezkauçuk" zavodu x xxxxxx 1987-ci il tarixdən "Sintezkauçuk" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 199 saylı xx xxxxxxxx 1992-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının "xxxx" Dövlət Şirkəti yaradılmışdır. xx xxxxxxxx 1992-ci il tarixdən Respublikanın bütün kimya və neftkimya müəssisələri bu şirkətə daxil edilmişdir. Həmçinin Sumqayıt "Sintezkauçuk" İstehsalat Birliyi "xxxx" Dövlət Şirkətinin tabeliyinə verilmişdir. "xxxx" Dövlət Şirkətinin xx xxxxxx 1994-cü il tarixli 128 saylı əmrinə əsasən Sumqayıt "Sintezkauçuk" İstehsalat Birliyi xx xxxxxxx 1994-cü il tarixdən "xxxx" Dövlət Şirkətinin Sumqayıt "Sintezkauçuk" zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin x xxxxx 2010-cu il tarixli 829 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli 258 nömrəli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" İstehsalat Birliyi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxx 2010-cu il tarixli 58 nömrəli əmri ilə "xxxx" Dövlət Şirkətinin "Sintezkauçuk" və "Etilen-Polietilen" zavodlarının bazasında "xxxx" İstehsalat Birliyinin tərkibində xx xxxxx 2010-cu il tarixindən "Etilen-polietolen” zavodu yaradılmışdır. İş materiallarında olan ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun xx xxxxxxxx 2020-ci il tarixli arayşlarında qeyd olunur ki, İddiaçı müvafiq dövrlərdə həmin zavodda aşağıdakı vəzifələrdə işləmişdir: - xx xxxx 1989-cu il tarixdən xx xxxxx 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı (AR NK-nın xx xxxx 1993-cü il tarixli qərarının 1 saylı Siyahısı üzrə kod 1080A010); - x xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər (AR NK-nın xx xxxx 1993-cü il tarixli qərarının 1 saylı Siyahısı üzrə kod 1080A010); - x xxxxxx 2006-cı il tarixdən xx xxxx 2010-cu il tarixədək zavodun mexaniki təmir və quraşdırma sahəsində butadien, spirt və kauçuk istehsalı üzrə quraşdırıcı-çılingər (AR NK-nın xx xxxxxx 2007-ci il tarixli qərarının Siyahısı üzrə 8-ci bölmə, 8.1.1 bənd). İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı x xxxxxx 1966-cı il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır və onun 10 ildən artıq işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda 1080A010 kodla nəzərdə tutulmuşdur. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF X8 İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF orqanı imtinaya səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin və x xxxxxx 2006-cı il tarixədək 10 il əmək şəraiti xüsusilə zərətli və xüsusilə ağır işlərdə iş stajının toplanmadığını əsas gətirmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının x xxxxxx 2006-cı il tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə 3288 nömrə ilə qeydiyyata alınmış «Fəhlə peşəsi və işlərin vahid tarif-ixtisas sorğu kitabçası»nda “121. Elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru” bölməsində işin xüsussiyyəti kimi aşağıdakılar göstərilmişdir: - yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında elektrik avadanlıqlarının təmiri üzrə mürəkkəb olmayan ayrı-ayrı işlərin yerinə yetirilməsi. Paylayıcı qutuların, sıxacların, qoruyucu lövhələrin və işıqlandırıcı armaturun montajı və təmiri. Elektrik avadanlıqlarının hissələrinin açılıb yuyulması və silinməsi ilə tənzimlənməsi və sıxılmış hava ilə üfürülməsi. Gərginliyi 1000 V-a qədər olan naqillərin kəsilməsi, bitişdirilməsi, izolə edilməsi, kabel və naqillərin basdırılması. Gücü 50 kVt-a qədər olan günəş və külək enerji qurğularının xidməti və təmiri. Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi. Elektrik avadanlıqlarının işə salınması və dayandırılması, sadə ölçülərin aparılması. Pnevmo və elektrik alətləri ilə iş görülməsi. Sadə yükqaldırıcı vəsait və kranlardan istifadə etməklə takelaj işlərinin aparılması. Elektrik mühərriklərinin stator və rotorların, transformator sarğılarının, paylayıcı şəbəkələrinin müqavimətinin meqometrlə yoxlanılması və ölçülməsi. Göründüyü kimi, yuxarıda qeyd olanan sənədin müddəaları hazırkı iddiaçının işlədiyi sahə üzrə olmasa da, bir çox sahələrdə “çilingər” peşəsini fəhlə peşəsi qismində nəzərdə tutur. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsinin “A” bəndində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri “1080A010” kodu ilə nəzərdə tutuylmuşdur: - polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər; - işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər; - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar; Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsinin “B” bəndində məhsul istehsalında texnoloji proseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr; qeyriüzvü kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar, (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lak-boyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi – “1080B010 – 17541” kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, İddiaçı əmək kitabçasındakı və təqdim etdiyi arayışlardakı qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Eləcə də, həmin qeydlərin həqiqiliyinin başqa vasotələrlə sübut olunması vəzifəsi isə inzibati icraatda ərizəçinin üzərinə qoyula bilməz. Belə hal «İnzibati icraat haqqında» AR Qanununun 15 və 19-cu maddələrinin tələblərinə ziddir. İddiaçının iş yeri üzrə verilmiş arayışlarda onun x xxxxxx 2006-cl il tarixədək 10 ildən az olmamaqla işlədiyi peşənin AR Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda əks olunmuş 1080A010 kodu üzrə peşəyə uyğunluğu təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, əvvəlki dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarix «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsi şəxsin texiniki peşə məktəbində təhsil aldığı müddətin, habelə hərbi xidmət dövrünün ümumi iş stajına daxil edilməsini nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən hazırkı iddiaçının 1983 – 1989-ci illərdə Sumqayıt şəhəri 14 saylı texniki peşə məktəbində aldığı təhsil müddəti və hərbi xidmətdə olduğu müddəti ümumi iş stajı kimi nəzərə alınmalıdır. Onun diplomu yuxarıda qeyd olunan əsasla mötəbər sübut sayılır. Bundan qaşqa, şəxsə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı”nın məbləği həmin Qanunun 9.8-ci maddəsi tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında şərtləndirən hal kimi çıxış edə bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin bu dəlili ilə də razılaşmır. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmə DSMF orqanının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasını qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulması kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 1983 – 1985-ci illərdə və 1987 – 1989-cu illərdə Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil müddəti, ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun arayşlarında qeyd olunan xx xxxx 1989-cu il tarixdən xx xxxxx 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı, x xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işlədiyi müddətlər sığorta stajına daxil edilməklə 52 yaşdan təyin olunmuş güzəştli şərtərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1983 – 1985-ci illərdə və 1987 – 1989-cu illərdə Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil müddəti, ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun arayşlarında qeyd olunan xx xxxx 1989-cu il tarixdən xx xxxxx 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı, x xxxxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işlədiyi müddətlər sığorta stajına daxil edilməklə 52 yaşdan təyin olunmuş güzəştli şərtərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5134/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5134/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver