Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5135/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci il tarixli informasiya sorğusuna cavab vermək ("xxxx" MTK-nın sədri Cahangir Alışovun cinayət işi üzrə sübutların qiymətləndirilməsi və zərərçəkmiş şəxs qismində tanınması barədə qərarların surətinin təqdim edilməsi, habelə həmin cinayət işi üzrə onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verildiyi təqdirdə, bunun səbəbi barədə məlumat verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2010-ci il tarixdə "xxxx" MTK-nın sədri Cahangir Alışov tərəfindən tikintisi həyata keçirilən çoxmənzilli yaşayış binasındakı mənzillərin bir neçə şəxsə satılaraq dələduzluq etməsi faktı üzrə 2017-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra - "Cavabdeh") cinayət işi başlanmış və həmin iş üzrə Cahangir Alışov məhkəmə məsuliyyətinə verilmişdir. İddiaçı və digər şəxslər həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Lakin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən iddiaçı zərərçəkmiş şəxs kimi məhkəmə iclasına çağırılmamış və hazıradək də, həmin işin nəticəsi barədə rəsmi məlumatı olmamaqla ona vurulmuş maddi ziyan ödənilməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə informasiya sorğusu göndərərək sübutların qiymətləndirilməsi və zərərçəkmiş şəxs qismində tanınma barədə qərarların surətinin təqdim edilməsini, habelə onun həmin iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verildiyi təqdirdə, bunun səbəbi barədə rəsmi məlumat verilməsini xahiş etsə də, bu günə qədər heç bir sənəd və ya məlumat verilməmişdir. Halbuki "İnformasiya əldə etmək haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 is günündən gec olmayaraq icra edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində bildirmişdir ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın surətinin ona təqdim edilməsi barədə müraciətinə Cavabdehndə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməklə baxılmışdır. Müəyyən edilmişdir ki, "xxxx" MTK, "xxxx" MMC və "xxxx" MMC-nin, "xxxx" MTK-nin inşa etdiyi binalardan mənzil satışlarında yol verilmiş qanunsuzluq faktları üzrə istintaqı aparılan cinayət işi üzrə İddiaçı prosesin iştirakçısı olmadığından həmin iş üzrə yekun qərarın ona təqdim edilməsi məqsədə müvafiq hesab edilməmiş, eləcə də sonuncu, arvadı və qanuni nümayəndəsi Baş İdarənin inzibati binasında qəbul edilməklə, onlara Azərbaycan Respublikasının CPM-in 285-287-ci maddələrinə əsasən, cinayət işinin materialları ilə tanış olmaq, çıxarışlar etmək, surət çıxarmaq kimi hüquqlarının olmadığı izah edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, işdən görünür ki, İddiaçı aparılan araşdırmanın nəticəsi barədə xx.xx.2021-ci il tarixli informasiya sorğusu ilə cavabdehə müraciət etmiş və "xxxx"' MTK-nın vəzifəli şəxslərinin dələduzluq etməsi faktı üzrə istintaqı aparılmış cinayət üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi və zərərçəkmiş şəxs qismində tanınması barədə qərarların surətinin ona təqdim edilməsi, habelə onun həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdirsə, bunun səbəbləri barədə rəsmi məlumat verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı bu müraciətinin cavablandırılmadığını bildirməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının bu tələbi ilə bağlı məhkəməyə ünvanladığı məktubda iddiaçının daxil olmuş müraciətinə baxıldığını, onun həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmədiyini, bu səbəbdən tələbində göstərilən sənədlərin ona verilməsinin qeyri-mümkün olduğunu bildirmiş, məsələ ilə bağlı iddiaçıya şəxsən qəbul edilməklə məlumat verildiyini göstərmişdir. Cavabdehin həmin məktubu xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçıya təqdim edilmiş, iddiaçı məsələ ilə bağlı cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən şəxsən qəbul edilməklə məlumat verildiyini qəbul etmişdir. Məhkəmə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; Həmin Qanunun 16.2-ci maddəsinə əsasən informasiya sorğusu yalnız aşağıdakı hallarda şifahi cavablandırılır: 16.2.1. vəzifəli şəxslərə bilavasitə müraciət edildikdə; 16.2.2. informasiya sorğusu üzrə məlumatlar soruşulduqda; 16.2.3. informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı öyrənildikdə. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən vəzifəli şəxsin şifahi cavabı sorğuçunu qane etmədikdə və ya bu Qanunun 14.5.3-cü maddəsində nəzərdə tutulan hallarda sorğuçuya yazılı şəkildə müraciət etməsi təklif olunur. Göründüyü kimi, qanunverici informasiya sorğusunun təkcə yazılı deyil, şifahi formada cavablandırılmasının mümkünlüyünü də nəzərdə tutmuş, iddiaçının müraciəti informasiya sahibində sorğuçunu maraqlandıran məlumatın olub-olmadığı ilə bağlı olmuş, cavabdehin vəzifəli şəxsi tərəfindən ona şifahi cavab verilmiş, iddiaçı bu halı qəbul etmişdir. İddiaçı müvafiq məlumatın ona yazılı şəkildə təqdim edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında verdiyi izahatdan aydın olmuşdur ki, sorğu verildikdən 7 aydan artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsinin səbəbi sorğusuna cavab almaq deyil, onun müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməməsində narazı qalması olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən və onun məhkəmə iclasındakı izahatından aydın olur ki, onun müraciəti şifahi olaraq cavabdeh tərəfindən cavablandırılmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddia ilə bağlı məhkəməyə təqdim edilmiş və iddiaçının cavabdehə ünvanladığı sorğuda göstərilən məsələləri də əhatə edən müvafiq məktub məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2alahova
Məhkəmə qərarları › İş №2-1(112)-5135/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5135/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver