Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5136/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2021-ci il tarixində təyin olunmuş ikinci dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixindən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, qaraciyərin C virus mənşəli sirrozundan əziyyət çəkir. Xəstəliyi səbəbindən ona 2014-cü il tarixdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin daha sonra xx.xx.2020-ci il tarixində cavabdeh orqan tərəfindən əlilliyi əsassız olaraq dayandırılmış, xx.xx.2021-ci il tarixində onun təşəbbüsü ilə yenidən ikinci dərəcəli əlillik (müddətsiz) müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı bu xəstəlikdən uzun illərdir ki, əziyyət çəkir və qaraciyərin C virus mənşəli sirrozu xəstəliyinin sağalması mümkünsüzdür. Bununla bağlı olaraq hal-hazırda müayinə və müalicə olunsa da, sözü gedən xəstəliyinin müalicəsi mümkün deyildir. Bu səbəbdən də xəstəliyi ilə əlaqədar daimi müayinə və müalicəyə ehtiyacı vardır. Xəstəlik səbəbindən ağrılarını yüngülləşdirə bilmək, öz normal həyatına davam edə bilmək üçün həkim tövsiyəsi ilə günlük dərman preaparatları qəbul edir ki, onların məbləği də olduqca yüksək olmaqla (200 manat) onun maddi vəziyyətinə uyğun deyildir. Qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalan xəstəlik olmadığından ona yenidən xx.xx.2021-ci ildə əlillik müəyyən edilmişdir. Halbuki, təyin edilmiş əlillik dayandırılmamalı, xx.xx.2020-ci il tarixindən bərpa edilməli idi. Belə ki, əlillik dayandırılan zaman da (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək) o, bu xəstəliklə mübarizə aparmışdır. İddiaçı illərdir ki bu xəstəlikdən əziyyət çəkir. Beləliklə, qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalmadığı halda dayandırılmış əlilliyinin yenidən xx.xx.2021-ci il tarixində müəyyən edilməsi əlilliyinin əsassız olaraq xx.xx.2020-ci il tarixində dayandırılmasının bariz nümunəsidir. Milli Onkoloji Mərkəzi tərəfindən təqdim edilmiş xəstəlik tarixindən çıxarışdan da aydın olur ki, o, uzun illər qaraciyərin C virus mənşəli sirrozu xəstəliyindən müalicə olunur. Təyin edilmiş ikinci dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixindən bərpa edilməsi məqsədilə cavabdehə rəsmi qaydada müraciət etsə də xəstəliyinə müvafiq olaraq xx.xx.2020-ci il tarixindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu , subkompensasiya mərhələsi.Həzm funksiyasının pozulması .; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu , subkompensasiya mərhələsi .Həzm funksiyasının pozulması .; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu,subkompensasiya mərhələsi. Uşaqlığın selikaltı leyomioması, Endometriyanın hiperplaziyası.Servikal kanalın tam stenozu.Uşaqlıq yolundan qanaxma. Portal hipertenziya, .Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Hər iki aşağı ətrafın varikozu. insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2 insulindən asılı; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus hepatiti Portal hipertenziya, Splenomeqaliya.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil.Ağırlaşmalar təsdiqini tapmır.” səbəbi ilə imtina verilmişdir. Daha sonra vətəndaşın Agentlik tərəfindən xx.xx.2021-ci ildə əyani müayinəsi həyata keçirilmiş və müayinə aktına əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbilə 2-ci dərəcə müddətsiz əlillik dərəcəsi müəyyən olunmuşdur. Əyani müayinənin nəticəsi Əlillik altsisteminə işlənərək, Bakı 7 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu,subkompensasiya mərhələsi. Assit, . Portal hipertenziya, Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya..; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri(üm...;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Şıxsoltan qızının Bakı 7 nömrəli şəhər Poliklinikasının xx.xx.2021ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil.Ağırlaşmalar təsdiqini tapmır” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aktı ilə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona Bakı 7 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci ildən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Göründüyü kimi, X2 əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ildə, yəni təxminən 1 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. İddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinin “xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının tələbi - xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin, tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbindən ibarət olmaqla mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyətiniz xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş ve ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (Qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sizin isə təyinat tarixi (xx.xx.2021-ci il) xx.xx.2021-ci ildən əvvəlki tarixə təsadüf etdiyindən ötürülmüş müddətə görə müavinətin ödənilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Oruclu iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür. 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticələrinə əsasən xx.xx.2014-cü il tarixdə ilkin müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması”. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2015-ci ildən 5 il müddətinə, xx.xx.2020-ci il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması”. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Diaqnozun mətni – Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Uşaqlığın selikatı leyomioması, Endometriyanın hiperplaziyası. Servikal kanalın tam stenozu. Uşaqlıq yolundan qanaxma. Portal hipertenziya,. Aşağı ətraf venalarının varikov genəlmə, Hər iki aşağı ətrafın varikozu. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2 insulindən asılı”. Əlavə müalicəyə ehtiyacının olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2021-ci il tarixdə təkrar müayinə nəticəsində İddiaçı ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Qaraciyərin fibrozu və sirrozu. Qaraciyərin C virus mənşəli sirrozu subkompensasiya mərhələsi. Assit,.Portal hipertenziya. Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya.”. Milli Onkologiya Mərkəzi tərəfindən tərtib olunan İddiaçı xəstəlik tarixindən çıxarışa (epikrizə) əsasən o, müalicə üzrə xx.xx.2018-ci il tarixdə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmış, “endometriyanın hipertenziyası” klinik diaqnozu qoyulmuşdur. 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı xəstəliyinin başlanma tarixi xx.xx.2013-cü ildir, xəstəliyə görə müraciətlər 20.009.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olmuşdur, AR SN Milli Onkoloji Mərkəzdə xx.xx.2018-xx.xx.2018-ci illərdə, Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında xx.xx.2014xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021-xx.xx.2021-ci illərdə stasionar müalicə almışdır. İş materiallarına əlavə edilmiş 24 may 2021-ci il tarixli Əyani müayinə aktına əsasən, İddiaçı 5 saylı TSEK-in ekspert – həkimləri tərəfindən müayinə olundu, müayinələrin nəticəsində müəyyən olundu ki, səhiyyə müəssisəsinin 017003AAEAS saylı göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5 bəndinə müvafiq olaraq İİ qrup müddətsiz əlillik təyininə əsas verir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıının əlilliyin müəyyən edilməsi üçün 7 saylı şəhər poliklinikası xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmişdir. Cavabdeh - əlavə müalicəyə ehtiyacı olması, müayinələr yetərli deyil - əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir. Lakin sonradan cavabdeh xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçını xx.xx.2021-ci il tarixdə əyani müayinə edərək, ona ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş Əyani müayinə aktında göstərilmişdir ki, “səhiyyə müəssisənin göndərişində göstərilmiş diaqnoz öz təsdiqini tapır” Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021ci il tarixli göndərişində və sonradan xx.xx.2021-ci il tarixdə təqdim etdiyi göndərişində göstərilmiş diaqnozlar eynidir. Belə olan halda əyani müayinənin nəticələrinə əsasən cavabdehin 03 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərarında 7 saylı şəhər poliklinikasının ilkin, yəni xx.xx.2021-ci il tarixli göndərişi nəzərə alınmaqla əlilliyin müəyyən edilməsi məsələsi həll olunmalı idı. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İddiaçı onun əlilliyin dayandırıldığı müddətdən (xx.xx.2020-ci ildən) bərpası üçün müvafiq qərarın qəbul edilməsini xahiş etsə də, cavabdeh iddiaçının xahişin təmin edilməsini mümkün hesab etməmişdir. Cavabdeh tərəfindən iddiaçının əlilliyi tarixinin düzgün müəyyən edilməsinə dair yeni inzibati aktının qəbulundan imtina edilməsi nəticəsində iddiaçının pensiya təminatı hüquqları pozulmuşdur. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək olan müddət üçün pensiyadan məhrum olunmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 73.1.-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin, tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin, tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5136/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5136/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver