Məhkəmə qərarları › İş №2-1(112)-5139/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5139/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5139/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X1 rayonu, Ə.Rəcəbli küçəsi 38 ünvanında yerləşən 930 kv.m torpaq sahəsinin X2 adına verilməsi barədə qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə inzibati iş 2-1(112)-5139/2025 nömrə ilə məhkəmənin icraatındadır. Həmçinin iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2024-cü il tarixli 11 saylı protokoldan çıxarışının (inzibati aktın) ləğv edilməsi və Nərimanov Bələdiyyəsinin üzərinə X3 ilə bağlanmış icarə müqaviləsinin bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 2-1(112)-3335/2025 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə vəsatət verərək, Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın icraatında olan 2-1(112)-3335/2025 saylı iş ilə icraatda olan 2-1(102)-5139/2025 saylı iş üzrə icraatların birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş bir icraatda birləşdirilməli, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) 2-1(112)- 5139/2025 nömrəli inzibati işə, iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı) 2-1(112)-3335/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, hər iki iddia bir-biri ilə əlaqəlidir və hər iki üzrə iddiaçılar bir-birinin barələrində bələdiyyə aktlarını mübahisələndirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hər iki iddia tələbinin predmetini eyni olduğundan hər iki işə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə işlər bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5139/20254 nömrəli (İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3)) inzibati iş, həmin məhkəmənin icraatında olan 2-1(112)-3335/2025 nömrəli (iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs İddiaçı)) inzibati işə birləşdirilsin. 2-1(112)-5139/20254 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-3335/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar