Məhkəmə qərarları › İş №2-1(112)-5142/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5142/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5142/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə İddiaçı Yusif qızının cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh1nə və Azərbaycan Respublikası Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon şöbəsinə (idarəsinə) qarşı “X2 ölmüş və itkin düşmüş hərbi qulluqçular siyahısına salınması öhdəliyinin həvalə edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Məmmədova X6 rayon qeydiyyat şöbəsini maraqlı şəxs göstərilməklə iddia tələbi ilə məhkəməyə müraciət edərək oğlu əri X2 ölüm haqqında akt qeydində ölüm səbəbinin “Bədənin yanıb kömürlənməsi" kimi deyil, “Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur" kimi düzəliş edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, əri, X5 07.03.1992-ci il tarixdə Ağdam uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Onun ölümü 09.04.1992-ci il tarixdə 53 saylı aktla Suraxanı rayon Əmircan qəsəbə icra nümayəndəliyində dövlət qeydiyyatına alınmış, ölüm səbəbi kimi isə “Bədənin yanıb kömürlənməsi” qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən verilmiş arayışda ərimin ölüm səbəbi hərbi xidməti vəzifəsini yerinə yetirərkən “Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə" həlak olmuşdur kimi yazılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəların” 1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən, əks halda isə sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

3. Məhkəmənin hüquqi yardım haqqında məktubuna əsasən, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə dəftərxana vasitəsilə ünvanlanmış müraciətdə Suraxanı rayon qedyiyyat şöbəsini cavabdeh kimi nəzərə alınmasını xahiş edərək bildirmişdir ki, ölüm aktına dəyişiklik olunmasını, yəni Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmasının müəyyən edilməsində məqsəd şəhid ailələrinə verilən təqaüdün təyin olunması istəyidir.

4. Məhkəmənin hüquqi yardım haqqında məktubuna əsasən, iddiaçı tərəfindən məhkəməyə dəftərxana vasitəsilə ünvanlanmış ərizə əsasında məhkəmənin 30.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbi X2 ölmüş və itkin düşmüş hərbi qulluqçular siyahısına salınması öhdəliyinin həvalə edilməsi kimi dəyişdirilmiş, eləcə də cavabdeh qismində Azərbaycan Respublikasının Cavabdeh1nə və Azərbaycan Respublikası Cavabdeh1 Bakı şəhəri Suraxanı rayon şöbəsi (idarəsi) nəzərə alınmışdır.

II. İddianın növü

5. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar

6. 01.03.2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 07.03.1992-ci il tarixdə ölmüşdür və bu fakt 09.04.1992-ci il tarixdə qeydə alınmışdır (ölümün səbəbi bədənin yanıb kömürlənməsi). X5 və İddiaçı Yusif qızı arasındakı nikah 23.09.1972-ci ildə qeydə alınmışdır (evlənmək haqqında şəhadətnamədə qadının adı “Həcər” kimi göstərilmişdir).

7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, müraciətdə X2 07.03.1992-ci ıl tarixdə vəfat etdiyini və olüm səbəbinin səhv qeyd edildiyini bildirərək ərizədə ölüm səbəbinin “Bədənin yanıb kömürlənməsı" kımı deyil, “Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur” kimi düzəliş edilməsini xahiş ediblər. Məsələ ilə bağlı ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən bunun uçun kifayət qədər əsasın olmadığı məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların" 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir, əks halda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə tibbi eksperti za və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Birliyin Ağdam və Bərdə rayon şöbələrindən verilmiş rəsmi məlumata əsasən şöbələrin arxivində ərizəçinin həyat yoldaşı kimi göstərdiyi X2 07.03.1992-ci il tarixdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə Ağdam şəhərində həlak olmasına dair onun meyitinin həmin şöbələrdə müayinəsi ilə bağlı hər hansı bir qeydiyyat və sənəd aşkar olunmamışdır. Belə ki, Birlikdə arxiv sənədlərinin saxlanma müddəti 25 il olduğundan və mərhum X2 ölümündən 25 ildən çox müddət keçdiyindən araşdırma zamanı buna dair hər hansı bir sənəd aşkar olunmamışdır. Ona görə də məsələnin məhkəmə yolu ilə araşdırması məqsədəuyğun olardı.

9. Azərbaycan Respublikası Cavabdeh1 Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi,hərbi hissənin arayışı əsasında təsdiq edilir. Mərhum 1952-ci il təvəllüdlü X2 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirakı və həlak olması barədə Suraxanı rayon idarəsində heç bir məlumat yoxdur. İdarə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinə sorğu edilmişdir. X1 barəsində Müdafiə Nazirliyinin arxivində məlumatın olmadığı bildirilmişdir. Ona görə də X2 şəhid olması, onun hərbi qulluqçu kimi həlak olması barədə müvafiq hərbi hissə komandirinin əmrindən çıxarışı və ya arxiv arayışı olduğu təqdirdə müraciətinizdə qeyd olunan məsələyə yenidən baxıla bilər.

10. Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün X5 barəsində araşdırma apara bilmirlər.

11. Azərbaycan Respublikası Cavabdeh1 tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalari’mn təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş herbi qulluqçular şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Xidmətin Suraxanı rayon idarəsinin mövcud (və arxiv) sənədlərində mərhum Ağayar Məmmədovun hərbi xidmətə çağırılması, xidmət keçməsi, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda hərbi qulluqçu kimi həlak olması və şəhid hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən təqdim edilmiş "1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısf’nda da Ağayar Məmmədovun adı keçmir. Bu səbəbdən X2 şəhid hərbi qulluqçu hesab edilməsi və yuxarıda göstərilən Fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya adının əlavə edilməsi hazırda mümkün deyil. Odur ki, Ağayar Məmmədovun hərbi qulluqçu kimi həlak olması barədə müvafiq hərbi hissə komandirinin əmrindən çıxarışı və ya arxiv arayışı olduğu təqdirdə müraciətdə qeyd olunan məsələyə yenidən baxıla bilər.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh1 Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin təqdim etdiyi 22.12.2020-ci il tarixli 1378 nömrəli məktubuna əsasən 1952-ci il təvəllüdlü X2 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirakı, həlak olması və qeydiyyatı barədə heç bir məlumat tapılmamışdır. Qeyd olunanları nəzərə alaraq ona Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına uyğun olaraq (şəhid ailəsinin üzvlərinə) təqaüd təyin olunması mümkün deyildir.

13. Azərbaycan Respublikası Cavabdeh1 Bakı Şəhəri Suraxanı Rayon İdarəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının ünvanlanmış məktubunda bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi,hərbi hissənin arayışı əsasında təsdiq edilir. Mərhum 1952-ci il təvəllüdlü X2 1992-ci ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirakı və həlak olması barədə Suraxanı rayon idarəsində heç bir məlumat yoxdur. Şəhidlərin qeydiyyatı kitabindan keçmir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh1 Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən bildirilmişdir ki, 1952-ci il təvəllüdlü mərhum X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 07.03.1992- ci il tarixdə həlak olması barədə İV-JQ 304708 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 2002-ci il tarixədək tərəfimizdən arayış verilmişdir. Qeyd edirəm ki, X2 Ağdam rayonu uğrunda gedən döyüşlərdə həlak olmasını təsdiq etmək üçün, 26.05.2000-ci il tarixdə, 10.10.2012-ci il tarixdə, 01,08.2013-cü il tarixdə, 17.09.2015-ci il tarixdə MN-nin arxivinə sorğu edilmiş,lakin mərhumun barəsində MNnin arxivində hec bir məlumatın olmadığı bildirilmişdir. Hərbi hissə tərəfindən Suraxanı rayon idarəsinə bildiriş daxil olmadığı üçün və MN-nin arxiv idarəsi ölüm faktını təsdiq edə bilmədiyinə görə mərhumun ailəsinə şəhid ailəsi kimi arayışın verilməsi dayandırılmışdır. Bildirir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 saylı Qərarının 1.2.5-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Bu qərarın 4.1 -ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi məhkəmə qətnaməsi, hərbi hissənin arayışın əsasında təsdiq olunur.

15. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfi tərəfindən bildirilmişdir ki, N №-li və N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün X2 xidməti barədə araşdırma aparıla bilmir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib.

17. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından X2 xidməti və həlak olması barədə araşdırma aparıla bilmir.

18. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən İddiaçı Yusif qızı iddianı müdafiə edərək bildirmişdir ki, əri X5 1992-ci ilin yanvar ayında müharibəyə yollanmış, 07.03.1992-ci il tarixdə şəhid olması xəbərini almışdır, ona görə də mərhum ərinin adı müvafiq siyahıya salınmalı və onun şəhid ailəsi kimi təminatlardan yararlanmaq hüququ təmin olunmalıdır.

19. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclasında) iddiaçı iştirak etmir.

20. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaya və müraciətə əlavə edilmiş keçmiş Suraxanı rayon hərbi komissarlığının 31 oktyabr 2007-ci il tarixli 541 nömrəli arayışında mərhum Ağayar Məmmədovun 07.03.1992-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması qeyd edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018ci il tarixli, 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cavabdeh1 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Həmin Fərmanın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Cavabdeh1nə təqdim etməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Azərbaycan Respublikasının Cavabdeh1nə təqdim edilmiş müvafiq siyahısında mərhum X2 adı qeyd olunmamışdır. Xidmətin Suraxamı rayon idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 17.08.2021-ci il tarixli 1409 nömrəli məktuba əsasən keçmiş Suraxanı rayon hərbi komissarlığı tərəfindən 1952-ci il təvəllüdlü mərhum X2 adına verilmiş arayışlar ölüm haqqında şəhahətnaməyə əsasən verilmiş və sonradan həmin şəxsin hərbi qulluqçu olduğunu təsdiq edən hər hansı əsasverici sənəd olmadığı üçün arayışların verilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən, mərhum X2 hərbi qulluqçu statusu olmaması səbəbindən onun adı Azərbaycan Respublikası Malkiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş müvafiq siyahıya əlavə edilməmişdir. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilir

IV. Məhkəmənin mövqeyi

21. İddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ var.

22. İşin mübahisəsiz olan halı budur ki, iddiaçının əri 07.03.1992-ci il tarixdə ölümünün səbəbi bədəninin yanıb kömürlənməsi olmaqla vəfat etmişdir.

23. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri);

24. İddiaçıya vaxtilə Suraxanı rayon hərbi komissarlığı tərəfindən verilmiş tarixi müəyyənləşdirilməyən arayışa əsasən qeyd edilmişdir ki, X5 həqiqətən hərbi xidmət vəzifəsini yerinə yetirərkən 07.03.1992-ci ildə Azərbaycan Respublikası bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Əsas: iş-6; səh 372-374 olaraq göstərilmişdir. Eləcə də iddiaçıya vaxtilə Suraxanı rayon hərbi komissarlığı tərəfindən verilmiş 19.07.2000-ci il tarixli arayışa əsasən qeyd edilmişdir ki, X5 Azərbaycan Respublikasının suverenliyinin qorunmasında gedən döyüşlərdə 07.03.1992-ci il tarixdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.01.1994-cü il tarixli 10 saylı qərarına əsasən şəhid ailələrinə güzəştlər verilir. Əsas: DN34 T-6. Qeyd edilən əsas olmuş sənəd(lər) məhkəmə araşdırması zamanı dəfələrlə tələb olunmasına baxmayaraq, olmadığı üçün məhkəməyə təqdim edilməmiş, həmin arayışların ölüm haqqında şəhadətnamə əsasında verildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, mərhumun bədəninin yanıb kömürlənməsi səbəbindən vəfat etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması qənaətinə gəlməyə əsas verə bilməz.

25. Cavabdeh orqanın imtinası iddiaçının oğlunun hərbi qulluqçu olmaması faktı ilə bağlı olmuşdur.

26. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

27. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar.

29. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlara əsasən, mərhumun (iddiaçının ərinin) müvafiq təminata götürülməsinə dair əmr olmamaqla yanaşı, faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması da müəyyən edilmir.

30. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən hallar məhkəmə araşdırmasının nəticəsində öz təsdiqini tapmadığından mərhum əri X2 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyasına daxil edilməsinə dair iddiaçının qanuni gözləntisi yoxdur.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar