Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5144/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, tərcüməçi X5, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X3rşı diplomun ölkə ərazisində tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hindistan Respublikası Raciv X12 Universitetinin “Cərrahiyyə” ixtisası üzrə 23 fevral 2019cu il tarixdə ona verilmiş bakalavr diplomunun tanınması (nostrifikasiyası) və bu barədə ekvivalentlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hindistan Respublikası Raciv X12 Universitetinin "Cərrahiyyə" ixtisası üzrə bakalavr təhsili almışdır. Hindistan Respublikası ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Bu əsasla ona "Cərrahiyyə" ixtisası üzrə bakalavr dərəcəsi, həmçinin 23 fevral 2019-cu il tarixdə bakalavr diplomu verilmiş, eyni zamanda X7 İşlər Nazirliyi tərəfindən 07 iyul 2019-cu il tarixdə, DLND********** nömrəsi ilə təsdiq edilmişdir (apostil). Təhsil aldığı universitet tərəfindən "Cərrahiyyə" ixtisası üzrə ona verilmiş bakalavr diplomunun tanınması ilə bağlı 17 yanvar 2021-ci ildə Təhsildə X1yn kabinet vasitəsilə elektron şəkildə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə Azərbaycan Respublikası NK-nin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslaırn tanmması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 3.7-ci bəndinə əsasən imtina verilmişdir. O, verilmiş imtinanın əsaslı olmadığı və məhkəmə tərəfindən baxılaraq düzgün hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Ona görə ki, o, müsahibədə iştirak etdiyi zaman verilən sualları müvafiq olaraq cavablandırmışdır. Diploma əlavədən görunür ki, o, təhsil müddətində təhsil öhdəlikləri lazımi səviyyədə yerinə yetirmiş və təhsilini başa vurmuşdur. Lakin sözügedən diplomunun Azərbaycan Respublikasında tanınmaması (nostrifikasiya) onun gələcəkdə təhsilni davam etməyinə, yəni təhsilin növbəti pillələrinə (magistratura, aspirantura və s.) keçməyinə, ən önəmlisi isə ixtisası üzrə işləməyinə, əmək fəaliyyəti ilə məşğul olmağına ciddi maneə yaradır. Digər tərəfdən həmin Qanunun 3.8-ci maddəsinə əsasən təqdim edilmiş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında fərqlər yarandığı və ya hazırlıq sahəsi uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Lakin cavabdeh tərəfindən onun ixtisasına dair heç bir sınaq yoxlamaları aparılmamışdır. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Lakin cavabdeh anlaşıla bilən heç bir izah vermədən, qısa şəkildə "tədris yükü" yazaraq imtina vermişdir. İddia ərizəsinə əlavə etdiyi diploma verilmiş əlavədən də göründüyü kimi o sözügedən ixtisas üzrə bütün tibbi biliklərə yiyələnmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun müraciəti üzrə inzibati icraat tam və hərtərəfli aparılmamış, ixtisas üzrə bilikləri dövlət standartlarına cavab verməməyi barədə düzgün qənaətə gəlinməmiş, imtina məktubunda yazılı inzibati aktın rekvizitləri tam qeyd edilməmiş və yetərli sübutlar toplanılmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə 06.10.2021-ci il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq müvafiq sənədin verilməsindən imtina etmişdir və hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “Cərrahiyyə” ixtisası üzrə yerinə yetirdiyi tədris yükü Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent hesab edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2019-cu il tarixli, 45 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda yer alan 050904 “Tibb” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun deyildir. İddiaçı Hindistan Respublikası Raciv X12 Universiteti cərrahiyyə ixtisası üzrə 4 il 6 ay təhsil almışdır. Bu müddət Azərbaycan Respublikasında əsas (baza ali) tibb təhsili üzrə normativ təhsil müddətinə dair tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və izahedici Memorandumun 12-ci bəndinə əsasən xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - X9 İnstitutu tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq və azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, şəhadətnamə təsdiq edir ki, DR. İddiaçı bu Kollecin tələbəsi olub, Tibb üzrə bakalavr və Cərrahiyə üzrə bakalavr kursunu müvəffəqiyyətlə tamamlayaraq Cərrahiyyə üzrə tibbi bakalavr dərəcəsi üçün uyğundur. Bu dərəcə Raciv X12 Universiteti tərəfindən 23 fevral 2019-cu ildə Kollecin möhürü ilə verilmişdir. Həmin şəhadətnaməyə əlavə olunmuş əlavələrdə İddiaçın tədris müddətində verdiyi imtahan fənnləri, keçid balları və topladığı ballar barədə qeydlər əks olunmuşdur. - Qeyd olunan şəhadətnamə və ona əlavə (imtahan qiymətləri ilə bağlı) Hindistan Hökümətinin səlahiyyətli orqanı tərəfindən 17.07.2019-cu il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. - Raciv X12 Universiteti 4-cu T bloku, Jayanagar, Bengalaur-560 041 tərəfindən verilmiş 22.11.2019-cu il tarixli şərti dərəcə şəhadətnaməsinin və qeydiyyat şəhadətnaməsinin notarial qaydada tərcümə və azərbaycan dilinə tərcümə olunmuş nüsxəsindən görünür ki, DR.İddiaçı qeydiyyat nömrəsi 05M0657 ilə 2018-ci ilin iyul ayında keçirilən Cərrahiyyə üzrə Tibb bakalavrı imtahanını keçmiş və 01.11.2019-cu ildə icbari bir illik tibbi internaturanı tamamlamışdır. O, Cərrahiyyə üzrə tibbi bakalavr dərəcəsi üçün uyğundur. 06.07.1982-ci il təvəllüdlü Dr.İddiaçı Hajı Ghorbanın ixtisaslaşması “Tibb üzrə bakalavr və Cərrahiyyə bakalavrı”, kolleci X8 Elmləri İnstitutu, universiteti isə Raciv X12 Universitetidir. - X9 İnstitutu tərəfindən verilmiş İnternaturanı tamamlamaq barədə 12.12.2019-cu il tarixli əhadətnamənin notarial qaydada təsdiq və azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, Dr.İddiaçı Tibbi üzrə bakalavr və cərrahiyyə üzrə bakalavr kursunu davam etdirərkən internatura tələbəsi olmuşdur. O, yekun Tibb üzrə bakalavr və cərrahiyyə üzrə bakalvr kursunu tamamlayıb. Raciv X12 İnstitutunun imtahanı 2018-ci ilin iyul ayında keçirilib və o, şərti qeydiyyat nömrəsi 20604 ilə 02.10.2018-ci ildən 01.11.2019cu ilədək olan müddətdə icbari internatura proqramını rezident internatura tələbi kimi müvəffəqiyyətlə tamamlamışdır. O, Universitetin Tibb üzrə bakalavr və cərrahiyyə üzrə bakalavr dərəcəsi üzrə uyğundur. Onun işin və davranışı kafi qiymətləndirir. - X10 İnstitutu (Hindistan, X14 Şurası tərəfindən tanınmış və Səhiyyə Elmləri üzrə Rajiv Gandhi Universitetinə birləşdirilmiş) KİMKS/1383/2021-22 №-li, 23.11.2021-ci il tarixli transkriptin notarial qaydada təsdiq və tərcümə olunmuş surətlərindən görünür ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsində tədris dili ingilis dili, təhsilin davametmə müddəti isə 4 ½ il olmaqla, 9 semestr (hər biri 6 ay olmaqla) təşkil edir. Bu ümumi 4 ½ illik dövr 3 mərhələyə bölünür: İ mərhələ 1 və 2-ci semestr; İİ mərhələ 3, 4 və 5-ci semestr; İİİ mərhələ - İ hissə 6 və 7-ci semestr; İİİ mərhələ - İİ hissə 8 və 9-cu semestr. Transkriptə əlavə olunmuş qiymət cədvələrində, tədris planında, klinik elmi işlər və təcrübənin tamamlanması haqqında şəhadətnamədə iddiaçının təhsil müddətində aldığı fənnlər, verdiyi imtahanlar ilə bağlı yekun nəticələr, həmçinin klinik işləri barədə qeydlər mövcuddur. - Qeyd olunan sənədlər Hindistan Hökümətinin səlahiyyətli orqanı (Xarici İşlər Nazirliyi) tərəfindən 29.11.2021-ci il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə sənədlərin qanuniliyi tanınmışdır. - Cavabdeh təfəndindən qəbul edilmiş 01.11.2021-ci il tarixli, NA00002991 nömrəli qərarın surətindən görünür ki, sözügedən təhsil müəssisəsi tərəfindən ərizəçinin adına verilmiş diplom əlavəsində qeyd olunan tədris yükünün həmin ixtisasa Azərbaycan Respublikası ərazisində ekvivalent hesab edilən ixtisas üçün nəzərdə tutulmuş “Ali ixtisas təhsilinin Dövlət Standartları”na uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda nəzərdə tutulmuş dövlət standartlarına mütənasibliyin gözlənilməsi zəruri hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.2-ci bəninə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 8.7.6-cı bəndinə əsasən təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının: - 1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. - 2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın: - 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. - 3.2.4-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Sadalanan normaların məzmununa keçməzdən əvvəl məhkəmə ilk növbədə qeyd edir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Təhsil münasibətlərini tənzimləyən qanunvericilik və normativ hüquqi aktlar xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlarını, eyni zamanda kvalifikasiyanın tanınmasından imtina üçün əsaslarını dəqiq müəyyən etmişdir. Təkzib olunmaz haldır ki, Qaydaların 3.7-ci bəndinə ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş əsaslardan biri - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması ilə bağlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, dünyada müxtəlif təhsil sistemləri vardır ki, onlar özünəməxsus xüsusiyyətlərə, qayda-qanunlara, tədris planına və tədris müddətləri ilə bağlı meyarlara malikdirlər. Nəzərə alınmalıdır ki, yuxarıda da göstərildiyi kimi hazırda Azərbaycan Respublikasının təhsil sektorunda tibb üzrə təhsilalanlara münasibətdə təhsil müddəti ilə bağlı meyarlar bir qədər fərqlidir. Belə ki, normativ hüquqi aktın tələblərinə görə tibb ixtisası üzrə təhsilalan tələbələrin bakalavr üzrə fənnlərin mənimsəməsi üçün təhsil müddətinin 5-6 il olması imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müddət qarşılığından tibb təhsili almayan tələbələrin tibb sahəsi üzrə təhsillərin (rezidentura, doktorantura və s.) davam etdirilməsi mümkün deyildr. Məhkəmə diqqətə çatdırır ki, hər hansı bir xarici ölkədə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan az olsa da və bu hal vətəndaşın xarici ölkə tərəfindən diplomun apostil olunması üçün maneə yaratmasa da, vətəndaşın həmin diplom üzrə kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması mümkün deyildir. Çünki, bu hal bir mənalı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində göstərilən əsaslardan biridir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil forması əyani, təhsil müddəti 4 il 06 ay, tədris dili ingilis dili olmaqla Hindistan Respublikası Raciv X12 Universitetidə “Tibb üzrə bakalavr və Cərrahiyyə bakalavrı” istiqamətində təhsil almış və “Cərrahiyyə” ixtisasını mənimsəyərək ona bakalavr dərəcəsi üzrə “Raciv X12 Universiteti” tərəfindən 23.02.2019-cu il tarixli qeydiyyat nömrəli diplom (şəhadətnamə) verilmişdir. Göründüyü kimi iddiaçının bakalavr üzrə aldığı təhsilin müddəti (4 il 06 ay) Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğu müddətdən (tibb ixtisası üzrə müddət 5-6 il) bir il azdır. Məhkəmə qeyd edir ki, göstərilən bu hal onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Bundan başqa məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının əlavə olaraq internatura proqramının müvəffəqiyyətlə tamamlaması hazırki iddia üzrə hər hansı əhəmiyyət kəsb etmir. Çünki, hazırki mərhələdə iddiaçının aldığı bakalavr təhsilinə münasibət bildirilir və həmin təhsilin müddətinin Azərbaycan Respublikasının təhsil sisteminə uyğunluğu yoxlanılır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5144/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5144/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver