Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5147/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin və nümunə kimi əşyaların götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia tələbi ilə müraciət edərək, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətlərinin Cavabdehndən götürülməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı ilə Cavabdehndə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-cı il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin yoxlama zamanı tələb edilən sənədlər (Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli, vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilatı strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, borc və kredit müqavilələri, sığorta polisləri, yoxlama dövrü üzrə hüquqi şəxsin proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri (mühasibat müxabirləşməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş hesablar planı üzrə aparılmadıqda bütün hüquqi şəxsin apardığı bütün müxabirləşmə kodlarının açıqlaması təqdim edilməlidir), əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə) (excel faylda), yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), mal satan və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturaların, təhvil-təslim aktlarının, qaiməfakturaların və digər təsdiqedici sənədlərin surəti, alıcılar və sifarişçilərlə olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin, təqdim edilmiş invoysların, hesab fakturaların, təhvil-təslim aktlarının, qaimə fakturaların və digər təsdiqedici sənədlərin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr, əldə edilmiş invoyslar, ödəniş sənədləri və digər təsdiqedici sənədlər (excell faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar, gəlirdən çıxılmalar (o cümlədən gəlirdən çıxılmaları təsdiq edən sənədlər PDF faylda) və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), yerli və xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxt cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, yerli əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank, kassa sənədlərinin xarici əməkdaşların ölkəyə gəlişini-gedişini təsdiq edən sənədlərin (təyyarə biletləri, viza sənədləri, pasportlar və s.), idxal (o cümlədən müvəqqəti idxal) və ixrac (o cümlədən müvəqqəti ixrac) əməliyyatları barədə sənədlərin surəti, xüsusi razılıqların (lisenziyaların) surəti (PDF faylda), yoxlanılan dövr üzrə gəlirlərin və mənfəətin vergi ödəyicisinin fəaliyyəti üzrə bölgüsü, transfer qiymət siyasətlərinin surəti (PDF faylda)) vergi orqanına təqdim edilmədiyindən yoxlamanın həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 30.12.2020-ci il tarixli **********143412 nömrəli tələbnamə verilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərar qəbul edilmişdir. Lakin tələbnamə və qərar üzrə qeyd olunan sənədlər vergi orqanına təqdim edilməmiş və bununla bağlı 25.01.2021-ci il tarixli və 15.03.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Sonda iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 24 iyul 2020-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən 29.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz və mülahizədə göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı ilə Cavabdehndə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin hazırda növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərarı ilə bağlı şikayət həm Vergi orqanına, həmçinin, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə verilmişdir. Belə ki, Cavabdeh MMC-nin vergi və maliyyə məsələləri üzrə məsul şəxs sayılan Beyaz Bağırzadə noyabr ayının birindən analıq məzuniyyətə çıxmış və noyabr ayının 30-da ana olmuşdur. Bu səbəbdən də 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərar tərəflərindən heç bir icraata qəbul edilməmiş və alınması ilə bağlı imza ata bilmədiklərindən növbədənkənar səyyar yoxlamanın dayandırılması ilə bağlı iddiaçının müraciətinə baxaraq 01.02.2021-ci il tarixdən **********144217 saylı qərar ilə Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar qəbul etmişdir. 27.02.2021-ci ildə Vergi orqanına müraciət edərək 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı vergi və maliyyə məsələləri üzrə məsul şəxs tərəfindən oxuduqdan sonra həmin qərara münasibət bildirərək növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” halının iddiaçıya təqdim edilmədiyini və bu səbəbdən də növbədənkənar vergi yoxlaması ilə bağlı **********143230 saylı 29.12.2021-ci il tarixli qərarın ləğv edilməsinə və yeni qərar əsasında növbəti səyyar vergi yoxlamasının təyin edilməsinə dair göstəriş vermələrini bildirir. 03.03.2021-ci il tarixində Vergi orqanının əməkdaşları iddiaçının ofisinə gələrək **********143230 saylı 29.12.2021-ci il tarixli qərarın imzalanmasını tələb etmişlər. Direktor isə bildirmişdir ki, həmin qərar ona birbaşa təqdim edilməmiş, izah edilməmiş və eyni zamanda qeyd edilmiş halın qərarda açıqlanmadığından növbədənkənar səyyar yoxlamanın başlanılmasına etiraz edərək həmin qeydləri qərar və təqdimatda yazaraq imzalamışdır. Buna baxmayaraq “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021 tarixli **********145180 №-li Qərarı qəbul edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 1-ci müavini tərəfindən çıxarılmış 29.12.2020 tarixli **********143230 №-li qərar əsasında iddiaçı barəsində keçirilən səyyar vergi yoxlaması zamanı yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrini əsas tutaraq iddiaçıya 04.03.2021-ci il tarixli 2**********145180 nömrəli Qərar ilə həmin qərarda göstərilmiş sənədlərin götürülməsi göstəriş verilmişdir. İddiaçı 04.03.2021-ci il tarixli **********145180 nömrəli Qərara etiraz edərək 29.12.2020 tarixli **********143230 №li qərarı 4 mart 2021-ci ildə imzalayaraq, həmin qərar əsasında növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə razı olmadığını yazılı olaraq qeyd etmişdir. Eyni zamanda 27.02.2021-ci il tarixində **********789700 saylı elektron məktuba cavab verməklərini xahiş etmişdir. Həmin məktub isə iddiaçı tərəfindən 12 mart 2021-ci il tarixində cavab verilərək Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə göstərilmiş halın səbəbi izah edilmişdir. Eyni zamanda vergi orqanın 15 mart 2021-ci ildə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” aktı tərtib edilmişdir. Halbuki, 15 mart 2021-ci iddiaçı növbədənkənar səyyar yoxlamasının qanuna uyğun olmayaraq açıldığını və ləğv edilməsi ilə bağlı məktub və şikayət yazdığını şifahi olaraq bildirmişdir. Belə ki, 12 mart 2021-ci ildə Vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı səbəbi elektron məktub ilə cavablandırmışdır. Lakin 4 mart 2021-ci il tarixli 2**********145180 nömrəli Qərar ilə vergi qanunvericiliyinin pozulması halları olduğuna görə sənədlərin götürülməsi qərarının verilməsi Vergi Məcəlləsinin və “Səyyar vergilərin keçirilməsi” qaydalarının birbaşa pozulmasıdır. Eyni gündə (4 mart 2021-ci ildə) iddiaçı bəzi sənədləri növbəti səyyar yoxlamanın başladılması ricası ilə vergi əməkdaşlarına təqdim etsə də, həmin gündə də vergi qanunvericiliyi pozulması halı ilə bağlı qərar qəbul edilməsi növbədənkənar yoxlamanın qanuni yolla aparılmasına dair şübhələrin yaranmasının bir başa sübutudur. Bundan əlavə olaraq 16 mart 2021-ci il tarixində Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması ilə **********145448 saylı Qərarın verilməsi absurddur. Çünki növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. 15 mart 2021-ci ildə isə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli Qərara əsasən 15.03.2021-ci il tarixdə cəmiyyətin faktiki ünvanında həyata keçirilmiş sənədlərin və nümunə kimi əşyaların götürülməsi zamanı tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt”ı iddiaçıya təqdim etmək məqsədi ilə iddiaçının ofisinə yaxınlaşmışlar. Direktor isə növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı səbəbi iddiaçıya 12 mart 2021-ci il tarixində açıqladığını və həmin məktubun hələ oxunub araşdırılmadığını, bu səbəbdən də hazırda yoxlamanın başlanılması üçün sənədləri təqdim etməyəcəni bildirmişdir. 17 mart 2021-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə şikayət yazaraq növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 2017-ci ilin mənfəət bəyannaməsinə əsaslanmışdır. Halbuki heç bir açıqlama tələb etmədən və ya sənəd mübadiləsi olmadan iddiaçının təqdim etdiyi və kameral yoxlama tərəfindən izlənilmiş 2017-ci ilin mənfəət bəyannaməsində açıq göstərilmiş məbləğlərin növbədənkənar səyyar vergi yoxlaması üçün əsas ola bilməz. Buna baxmayaraq 17 mart 2021-ci ildə yazılmış şikayət və 22 mart 2021-ci il etiraza cavab vermədən 18 mart 2021-ci il tarixində Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək Sənədlərin götürülməsi ilə bağlı iddiaçıya qarşı cavabdeh tərəfində iddia qaldırmışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sənədlərin götürülməsi haqqında iddia ərizəsinin ləğv edilməsini və ya geri qaytarılmasını və ya 29.12.2020-ci il tarixli **********143230 nömrəli növbədənkənar səyyar yoxlamanın keçirilməsi ilə bağlı qərarın ləğv edilməsi haqqında inzibati aktın mübahisələndirməsinə dair iddiaya məhkəmə tərəfindən baxılanadək dayandırmağı xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraz və mülahizəyə uyğun izahat verərək hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə qərarda qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından görünür ki: - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29.12.2020-ci il tarixli **********143230 nömrəli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017-ci il – oktyabr 2020-ci il) təyin edilmişdir. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, noyabr 2017-ci il – oktyabr 2020-ci il dövrünün yoxlanılması məqsədilə qəbul edilən növbədənkənar səyyar vergi yoxlaması barədə vergi orqanın qərarı reyestrdə qeydiyyata alınmışdır. - İddiaçının “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında 01.02.2021-ci il tarixli **********144218 saylı qərarından görünür ki, Cavabdeh üzrə təyin edilmiş səyyar vergi yoxlması 01.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixə qədər müvəqqəti olaraq dayandırılmışdır. - Poçt göndərişinin çatdırılması barədə qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əlavələr (dəyişiklik) edilməsi barədə qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməsindən imtina edilməsi” barədə akt 26.01.2021-ci il tarixdə qəbul edilmişdir. - Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 30.12.2020-ci il tarixli **********143412 nömrəli tələbnamə təqdim edilmişdir. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25.01.2021-ci il tarixli **********145180 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən noyabr 2017-ci il – oktyabr 2020-ci il dövrü üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - İddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən noyabr 2017-ci il – oktyabr 2020-ci il dövrü üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. - İddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması” haqqında 16.03.2021-ci il tarixli **********145448 saylı qərarından görünür ki, Cavabdeh üzrə keçirilən səyyar vergi yoxlmasının müddəti 30 ( otuz ) iş günü artırılmışdır. - İddiaçı tərəfindən tərtib edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 01 saylı 15.03.2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh tərəfindən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarda qeyd edilən sənədlərdən 2018-2020-ci illər üzrə malsatanlarla əməliyyat üzrə siyahı, 2018-2020-ci il üzrə bank əməliyyatları barədə məlumatlar, 2018-ci il üzrə əmək haqqı ilə bağlı məlumatlar, 2018-ci il üzrə mənfəət vergisi üzrə xərclərlə bağlı sətrlərin açılışı barədə məlumatlar elektron formatda onlayn kargüzarlıqla Milli Gəlirlər Baş İdarəsinə göndərilməsi bildirilmişdir. Qərarda adları qeyd edilən digər sənədlər isə yoxlamaya təqdim edilməmişdir. - Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 25.01.2021-ci il tarixdə “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməsindən imtina edilməsi” barədə, 25.01.2021-ci il tarixdə “Sənədlərin təqdim edilməsindən imtina barədə”, 15.03.2021-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” aktlar tərtib edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi vergi yoxlaması üçün zəruri sənədləri tələb etmək hüququ, vergi ödəyicisinin isə həmin sənədləri təqdim etmək vəzifəsi, hətta, vergi ödəyicisi tərəfindən həmin sənədlərin təqdim edilməməsinə məsuliyyət daşıdığı təsbit edilmişdir. Cavabdeh tərəfindən vergi orqanının tələb etdiyi sənədlər təqdim edilmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərarı məhkəmə qaydasında mübahisələndirildiyi və buna görə də hazırkı iş üzrə iddianın mümkün sayılmaması barədə mülahizəsi əsassızdır. Belə ki, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilməsi barədə iddiası üzrə işin nəticəsindən asılı olmayaraq, vergi ödəyicisi tərəfindən vergi münasibətlərinin şəffaflığını təmin etmək məqsədilə tələb olunan sənədləri vergi orqanına təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 04.03.2021-ci il tarixli **********145180 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhür ilə təsdiq olunmuş surətləri Cavabdehndən götürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5147/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5147/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver