Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5148/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair iddiaçının adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibliyində və istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tərəfindən hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə bir neçə müraciətləri etmişdir. Həmin müraciətlər təmin edilmir, digər tərəfdən guya izah xarakterli cavablar verilir və həmin cavab məktublarında xahişinin təmin edilməməsinin imtina olmaması vurğulanır. Bu hal isə məsələni məhkəmə çəkişməsi müstəvisində həll etməyə imkan vermirdi. Cari ilin noyabr ayında etmiş olduğu müraciət də cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********30 saylı məktubla eyni məzmunlu cavab verilmişdir.... Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366 saylı bağ sahəsi RX seriyalı ******* saylı ÇİXARİŞ-a əsasən iddiaçının xüsusi mülkiyyətində olmasından, 0,25 sotdan ibarət bağ sahəsinin 1989-cu ildə 4366 və 4366A nömrəli bağ sahələrinə bölünməsi və həmin bağ sahələrinin hər ikisinin X3 tərəfindən iddiaçının ailəsinin istifadəsinə verilməsi, lakin keçmiş sovetlər dövrünün qanunvericiliyinə əsasən bağ sahəsinin bir ailə və ya şəxs üçün ancaq 0,12 ha.dan ibarət ola bilinəsi səbəbindən 4366 nömrəli bağ sahəsinin rəsmi müqavilə əsasında iddiaçının istifadəsinə verilməsindən, qalan 0,12 ha.dan ibarət 4366A nömrəi sahəsi bütün ailə üzvlərinin razılığı əsasında faktiki olaraq X3 tərəfindən iddiaçının ailəsinin istifadəsinə verilməsi, sənədlərdə Tyutenkovanın istifadəsində olması kimi qalmasından, lakin nə Tyutenkovanın özü, nə də onun ailə üzvləri həmin tarixdən həmin bağ sahəsindən istifadə etməmələrindən, qeyd edildiyi kimi 4366 və 4366A nömrəli hər iki bağ sahələri bir hasar daxilində ailənin istifadəsində olması, iki bağ sahəsinin ortasında inşasına dövlət orqanları tərəfıindən müvafiq razılıqlar üzrə Sərəncam verilməklə bağ evinin inşa edilməsindən ibarətdir. Qeyd edildiyi kimi, bağ sahəsi 1989-cu ildən sonra Tyutenkovanın adında qalsa da, faktiki olaraq Yelena Tyutenkovanın Azərbaycan Respublikasında olması barədə heç bir məlumat olmamışdır...4366 nömrəli bağ sahəsi iddiaçının ailəsinin rəsmi istifadəsinə verilmişdir və verildiyi vaxtdan 4366 saylı bağ sahəsi 4366A saylı bağ sahəsi ilə bir hasar daxilindədir, həmin sahədən yeganə yola çıxış ancaq iddiaçıya məxsus bağ sahəsindən mümkündür. İddiaçının mülkiyyətində olan bağ sahəsi üçün verilmiş A- 300184 saylı ‘Torpaq sahəsinin planı və ölçüsii”ndən də göründüyü kimi, iddiaçıya məxsus bağ evi hər iki sahənin ortasında yerləşir. 4366A saylı bağ sahəsinin icarədarının və ya ailə üzvlərinin uzun müddət ərzində bağ sahəsindən istifadə etmədiklərini, onunla əlaqə saxlamadıqlarını, həmçinin Azərbaycan Respublikası ərazisində olmadıqların bildirərək həmin sahənin özəlləşdiıilmədiyini, ayrıc plan və cizgi sxeminin olmamasını göstərərək bu kimi halların ona məxsus bağ sahəsi üzərində sərbəst sərəncam vermək hüququnun məhdudlaşdırdığını bildirmiş və 4366A saylı bağ sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 4366 saylı bağ sahəsi RX seriyalı ******* saylı ÇİXARİŞ-a əsasən onun xüsusi mülkiyyətində olması, 0,25 sotdan ibarət bağ sahəsinin 1989-cu ildə 4366 və 4366A nömrəli bağ sahələrinə bölünməsi və həmin bağ sahələrinin hər ikisinin X3 tərəfindən iddiaçının ailəsinin istifadəsinə verilməsi, lakin keçmiş sovetlər dövrünün qanunvericiliyinə əsasən bağ sahəsinin bir ailə və ya şəxs üçün ancaq 0,12 hadan ibarət ola bilməsi səbəbindən 4366 nömrəli bağ sahəsinin rəsmi müqavilə əsasında onun istifadəsinə verilinəsi qeyd olunan bağ sahəsi üzərində onun tam mülkiyyət hüququnun qeydə alınmasına əsas verir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdeh sərəncamının icrası ilə əlaqədar bildirir ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair onun adına reyestrdən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə vəzifə olaraq tapşırılması barədə qərar qəbul edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 4366a saylı bağ sahəsinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyasına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin Sabunçu rayonu Ləhiş bağ massivi ünvanında yerləşən 4366a saylı bağ sahəsinə dair İdarənin arxivində digər şəxsin (X3) adına xx.xx.1989-cu il tarixli, 10421 saylı müqavilə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş RX seriyalı, **********12-11301 reyestr nömrəli xx.xx.2015-ci il tarixli hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa istinad edərək faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair iddiaçının adına reyestrdən çıxarışın verilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı cavabdehə bir neçə dəfə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan sonuncu 06 dekabr 2021-ci il tarixli **********30 nömrəli imtina məktubu ilə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinə dair iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilmədiyi, həmçinin sözügedən 4366a saylı bağ sahəsinə dair İdarənin arxivinə əsasən X1 adına Bağlar İdarəsində bağlanmış müqavilənin mövcud olduğu, qeyd olunan səbəbdən, torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alındıqdan sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə uyğun olaraq hər hansı bir əqd (müqavilə) əsasında iddiaçının adına keçirilməsinin mümkün olduğu bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edir və imtinası ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Məhkəmə araşdırması cavabdehin imtinada qeyd olunan dəlillərinin araşdırılması məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366 və 4366a saylı bağ sahələrinə dair arxiv qovluğunda olan bütün sənədlərin təsdiq edilmiş surətləri tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********58 saylı məktub əsasında İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş RX seriyalı ******* saylı **********63 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilmişdir. Məktuba əlavə edilən: -23 may 1977-ci il tarixli, 10421 №li torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilədən görünür ki, Ləhiş bağ sahəsi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi X2 icarəyə verilmiş, sonradan 08 sentyabr 1978-ci il tarixli, 10421 №li icarəyə verilməsi əsasında müqavilənin müddəti yenilənmişdir. -06 oktyabr 1989-cu il tarixli, 26665 №li torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqavilədən görünür ki, Ləhiş bağ sahəsi ərazisində yerləşən 4366 №li bağ sahəsinin 0,12 ha hissəsi X1 razılığı əsasında X7 icarəyə verilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 18 iyul 2018-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə ölmüş X5 vərəsələri – İddiaçı, X8, X6 – Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi olan 4366 saylı bağ sahəsində yerləşən 0,11 ha torpaq sahəsindən onların hər biri bərabər olaraq miras əmlakdan 1/3 hissədə pay almalıdır ünvanında miras əmlakdan 1/3 hissə paydan 1/3 paya (evin 1/9 hissəsinə) pay almalıdır. - xx.xx.2018-ci il tarixli Mirasın bağışlanması haqqında müqaviləyə əsasən, X8 və X6 – Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi olan 4366 saylı bağ sahəsində yerləşən 0,11 ha torpaq sahəsindən onlara düşən 1/3 pay hissələrini anaları İddiaçı bağışlamışlar. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından X3 barəsində (1923cü il təvəllüdlü) vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatın (doğum, ölüm, nikah, boşanma və s.) 10 gün müddət ərzində məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti tərəfindən təqdim olunmuş 25 may 2022-ci il tarixli cavab məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X3 barəsində hər hansı məlumatın aşkar olunmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin X1 (1923-cü il təvəllüdlü) Azərbaycan Respublikasının sərhədlərindən giriş-çıxışı barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən tələb olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 27 may 2022-ci il tarixli cavab məktubunda 1923-cü il təvəllüdlü X1 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumatın aşkar olunmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin X1 (1923-cü il təvəllüdlü) Azərbaycan Respublikasında qeydiyyatı, doğum yeri, tarixi və digər məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən tələb olunmuşdur. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim olunmuş 26 may 2022-ci il tarixli cavab məktubunda 1923-cü il təvəllüdlü X1 qeydiyyatda olmadığı barədə 17 may 2022-ci il tarixli Arayış məhkəməyə ünvanlanmışdır. Göründütyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 may 1977-ci il tarixli, 10421 №li torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləsinə əsasən Ləhiş bağ sahəsi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi X2 icarəyə verilmiş, sonradan 08 sentyabr 1978-ci il tarixli, 10421 №li icarəyə verilməsi əsasında müqavilənin müddəti yenilənmişdir. 06 oktyabr 1989-cu il tarixli, 26665 №li torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə müqaviləyə əsasən Ləhiş bağ sahəsi ərazisində yerləşən 4366 №li bağ sahəsinin 0,12 ha hissəsi X1 razılığı əsasında X7 icarəyə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 18 iyul 2018-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı, X8, X6 xx.xx.1990-cı il tarixdə ölmüş X5 vərəsələri hesab edilmiş, xx.xx.2018-ci il tarixli Mirasın bağışlanması haqqında müqaviləyə əsasən, X8 və X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi olan 4366 saylı bağ sahəsində yerləşən 0,11 ha torpaq sahəsindən öz paylarından (1/3) anaları İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə araşdırması zamanı torpağın əvvəlki icarədarı X3 barəsində müvafiq dövlət qurumlarına sorğu göndərilmiş, lakin hər hansı məlumat əldə edilməmişdir. Cavabdehdən sorğu əsasında əldə olunan arxiv məlumatları əsasında həmçinin müəyyən edilmişdir ki, Sabunçu rayonu Ləhiş qəsəbəsində yerləşən, iddiaçının istifadəsində olan bağ sahəsi hələ əvvəldən onların istifadəsinə verilərkən 4366 və, 4366a saylı bağlara bölünmüş və 4366 nömrəli bağ ailənin sərəncamına verilmişdir. Lakin iddiaçıya verilən bağ sahəsi ilə 4366a saylı bağ sahəsi eyni hasarın hüdudlarında yerləşməklə 4366a saylı bağ sahəsi üçün də keçid yolu məhz 4366-nın ərazisindən keçmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən inşa edilmiş ev də iki sahənin mərkəzində inşa edilmişdir. Belə olan təqdirdə sözügedən sahənin əvvəlcədən iddiaçının istifadəsində olduğu istisna edilmir. Məhkəmə iddiaçının qeyd olunan torpaq üzərində mülkiyyət hüququqlarının dövlət reyestrində qeydə alındığını nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair çıxarışın verilməsindən cavabdehin imtina etməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə...” xx.xx.2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Torpaq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar qeydiyyat üçün əsas hesab edilir. Torpaq islahatı ilə bağlı publik münasibətlərin tənzimlənməsi üçün qəbul olunmuş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən olunmuş qayda və şərtlər pozulduğu halda hüququ pozulmuş şəxs inzibati orqan olan cavabdeh tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququ mübahisələndirə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, imtina formal mülahisələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci və 11.1-ci maddələrinin, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 24.2-ci müddəalarının tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair İddiaçı adına reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 62-ci, 68-ci, 85-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4366A saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və həmin bağ sahəsinə dair İddiaçı adına reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5148/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5148/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver