Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5148/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi Şəxsinə qarşı “məlumatın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinə qarşı “məlumatın verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi Şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 148 nömrəli Smetada qeyd edilmiş Torpaq-Kadastr baza məlumatları və çöl ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinə qanunvericiliyin tələblərinə müvafiq olaraq əlavə edilməli olan ayrı vərəqdə qrafik üsul vasitəsi ilə sorğuda qeyd edilmiş torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin nömrələri, koordinatları və onlar arasındakı məsafələr; qonşu torpaq sahələrinin sərhədlərinin təsviri; “cənub-şimal” istiqaməti; miqyas; şərti işarələr və mərzçəkmə planının tərtib olunma tarixi göstərilməsi və iki Ayrıc aktları ilə birgə əlavə edilmiş cizgilərinə əsasən ayrılımış torpaq sahələrinin üst-üstə düşməsi nəticəsində sorğuda qeyd olunmuş döngə nöqtələri hüdudlarında yerləşən dördbucaq ərazidə sorğuya əlavə olunmuş hansı Ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi hüdudlarında yerləşən ərazidə aparılan yaşayış binasının hansı hissəsinin yerləşməsi sualına konkret cavab verilməsinin təmin edilməsi və xx.xx.2022 il tarixli 54/2022 nömrəli vəkil sorğusunda qeyd edilmiş Bakı şəhəri, Nərimanov rayonu, 793-cü Məhəllə. Qarabağ küçəsi 65-67 və ünvan 1 ünvanlarında yerləşən torpaq sahələrinin dövlət mülkiyyətində olub olmaması barədə məlumatın o cümlədən sözügedən torpaq sahələri dövlət mülkiyyətindədirsə hansı sənədlər əsasında və hansı tarixdən dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin təqdim edilməsi vəzifəsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13- cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. (SS829707154AZ) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki ərizəyə İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddia ərizəsində qeyd edilənlərə əsasən iddiaçı sorğuda qeyd edilən məlumatların verilməsi, ünvan 2 və ünvan 1 ünvanlarında yerləşən torpaq sahələrinin dövlət mülkiyyətində olub olmaması barədə məlumatın, o cümlədən sözügedən torpaq sahələri dövlət mülkiyyətindədirsə hansı sənədlər əsasında və hansı tarixdən dövlət mülkiyyətində olmasını təsdiq edən sənədlərin təqdim edilməsi öhdəliyini cavabdehə həvalə olunmasınına dair qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub ilə rəsmi cavab verilərək, məktubda qeyd edilmişdir: Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 36 və 36a və ünvan 2 ünvanlarında yerləşən torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətində olması haqqında məlumatın verilməsi ilə bağlı müraciətin gec cavablandırılmasına dair xx.xx.2022-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Sözügedən mübahisə predmeti olan ərazidə çoxmərtəbəli yaşayış binasının bir hissəsi yerləşir və təqdim edilmiş ayrıc aktlarına əsasən üst-üstə düşən hissənin koordinatları "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 31,05.2022-ci il tarixli, **********42 nömrəli və xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktublarla təqdim edilmişdir. Bildiririk ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətinə verilmiş torpaq sahələrinin xəritələri təsdiq edilməmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli müraciət "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubla cavablandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının inzibati orqana etdiyi müraciətə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya rəsmi qaydada xx.xx.2022-ci il tarixli məktubla məlumat verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bir neçə tələbdən ibarət olan iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı eyni zamanda bir neçə müstəqil iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, belə olan halda hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamlıdır. Eyni zamanda, iddia ərizəsində qeyd edilən tələbin dəqiq və aydın olmadığı və cavabdehin iş üzrə əsl cavabdehlə əvəz olunmadığı məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Beləliklə, iddiaçıya izah edilsin ki, iddia tələbini və cavabdehin iş üzrə əsl cavabdehlə əvəz edilməsinə dair tələbi dəqiqləşdirildikdən sonra, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın uğurluluq ehtimalını nəzərə alaraq, iddia tələbi ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət edə bilər, inzibati orqan hərəkətsizlik və imtina edərsə, yenidən məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5148/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5148/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver