Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-515/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailələri məlum hadisələrlə əlaqədar Füzuli rayonundan məcburi köçkün düşmüşdür. Nümayəndə xx.xx.1969-cu il tarixində Füzuli rayonunda anadan olmuşdur. xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamışlar. Sonradan erməni işğalçılarının hücumu nəticəsində doğma torpaqlardan Bakı şəhərinə köçməyə məcbur olmuşlar. Nümayəndə məcburi köçkün statusunu təsdiq edən AA434514 saylı məcburi köçkün vəsiqəsi də verilmişdir. İddiaçı2 xx.xx.2003-cü il tarixində Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. İddiaçı1 xx.xx.2006-cı il tarixində Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən valideynləri məcburi köçkün olan 18 yaşına çatmamış uşaqlar da məcburi köçkün statusunu əldə edirlər. İddiaçılar müvafiq məcburi köçkün statusuna malik olmalarını təsdiq edən vəsiqə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ərizələrinin təmin edilməsindən imtina edilmiş və əsas kimi də, uşaqların atalarının qeydiyyat ünvanının dəyişdirildiyi göstərilmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçıların hər ikisi anadan olduqdan sonra məcburi köçkün kimi həm yerli icra nümayəndəliyində, həm də, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyata alınmışlar. Nümayəndə iddiaçıların valideyni kimi bu gün də, məcburi köçkün statusu və həmçinin, bu statusunu təsdiq edən məcburi köçkün vəsiqəsi vardır. Ona görə də, hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edilərək bildirilmişdir ki, müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıların qanuni nümayəndəsi Nümayəndə “övladı İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciətləri Komitənin 01/4222 nömrəli xx.xx.2021-ci il tarixli və 01/4887 nömrəli xx.xx.2021-ci il tarixli məktubları ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ‘‘məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı2 atası Nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsa da, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bununla yanaşı, İddiaçı2 anası X1 rayonu, Horadiz şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı2ın atası Nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Xətai rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” satusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını, iddiaçının qanuni nümayəndəsinin izahatını və dəlillərini araşdıraraq, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1969-cu il təvəllüdlü olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 097776 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Nümayəndə 2004-cü il tarixdə məcburi köçkün satusunu təsdiq edən vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 12387774 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2003-cü il təvəllüdlü olmaqla ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11344137 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il təvəllüdlü olmaqla ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 15793817 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1978-ci il təvəllüdlü olmaqla ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Füzuli rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 059918 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nümayəndə ilə X2 xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan Füzuli rayon VVADQ Şöbəsi tərəfindən 26 yanvar 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 419173 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 2003-cü il təvəllüdlü olmaqla, Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, ata qrafasında Nümayəndə, ana qrafasında X2 göstərilmişdir. İşdə olan Füzuli rayon VVADQ Şöbəsi tərəfindən 10 may 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 769204 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1 xx xxxxx 2006-cı il təvəllüdlü olmaqla, Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, ata qrafasında Nümayəndə, ana qrafasında X2 göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən Nümayəndə ünvanlanmış 01/4222 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, Nümayəndə müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Horadiz şəhər ərazi daiərsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2363 nömrəli arayışdan görünür ki, Nümayəndə həqiqətən daxili işlər orqanlarında xidməti işi ilə əlaqədar olaraq xidmətini Bakı şəhərinə dəyişən zaman, 1999-cu il tarixdə daimi qeydiyyatda olduğu Füzuli rayon, Horadiz şəhər ünvanından qeydiyyatdan çıxmışdır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 01/1489 nömrəli 14 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhər sakini Nümayəndə həqiqətən 23 avqust 1993-cü il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində yaşamış, məcburi köçkün olmuşdur. Bakı şəhərinə qeydiyyata düşdüyü üçün ona verilən yemək xərci müavinəti dayandırılmış və Horadiz şəhər əhalisinin adlı siyahısından çıxarılmışdır. Halhazırda Bakı şəhəri, Xətai rayonunda yaşayır və onun, Horadiz şəhərində özünəməxsus evi və torpaq sahəsi yoxdur. Beləliklə iddiaçıların atası Nümayəndə məcburi köçkün statuna malik olmaqla, övladlarına da məcburi köçkün statusunun əldə edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilinə köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə, Nümayəndə yaşayış yeri Bakı şəhərində qeydiyyatda olması əsas gətirilərək imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nümayəndə məcburi köçkün statusuna malik olmaqla daxili işlər orqanlarında xidməti ilə əlaqədar olaraq xidmətini Bakı şəhərinə dəyişən zaman Bakı şəhərinə qeydiyyata düşmüşdür. Məhkəmə hesab edir ki, Nümayəndə məcburi köçkün statusuna malik olduğu halda xidməti zərurətlə əlaqədar olaraq yaşayış yerini dəyişdirməsi halı hazırki halda iddiaçıların hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarından da, göründüyü kimi, iddiaçılar və onların digər valideyni X2 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadırlar və iddiaçıların atası Nümayəndə məcburi köçkün statusuna malikdir. Ona verilmiş məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin qüvvədən düşməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməs ivə ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndiən əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci, 33.1-ci, 58-ci, 68-69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-515/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-515/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver