Məhkəmə qərarları › İş №2-1(112)-5150/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5150/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5150/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X11, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Cavabdeh2 və qeyriləri işə cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5 qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə 5061 b, 5061 v, 5061 q, 5061 e və 5061 d saylı torpaq sahələrinə dair ilkin qeydiyyatın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5150/2022 saylı, 01.03.2022-ci il tarixli qərardadı ilə Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və X7 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 285 saylı, 20.06.2007-ci il tarixli “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazənin verilməsi haqqında” sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hisəssində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə 101 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə verilmiş torpaq sahəsinin 1/178 saylı ayrıc aktı Cəmiyyətə təqdim edilərək, döngə nöqtələri müəyyən edilmişdir. Lakin, üçüncü şəxslər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 hüquqmüəyyənedici olmayan sənədlər əsasında Cəmiyyətə ayrılmış torpaq sahələrinin mübahisəli 0.60 ha hisəssinə qanunsuz olaraq çıxarışlar almışlar. Sonradan mübahisəli torpaq sahələrini (hər biri 60000 manata – cəmi 300000 manat) üçüncü şəxs X4 alğı-satqı müqaviləsi əsasında satmışlar. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında mübahisəli torpaq sahələrinin İddiaçınə 20.06.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, cavabdehlər tərəfindən torpaqların mübahisəli 0.60 ha hissəsinə qanunsuz olaraq çıxarışlar almışlar. Sonradan mübahisəl torpaq sahələri üçüncü şəxsə satılmışdır. Belə ki, bağ sahələrinin nömrələrindən də, görünür ki, sözügedən bağ sahələri bağların bölgü sxemində öz əksini tapmayıb. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. İddia tələbində qeyd olunan bağ sahələrinə dair məlumatlar təqdim edilir. 1. 5061 b saylı bağ sahəsi X5 və İstismarı Birliyinin 31303 saylı müqaviləsi əsasında Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 29.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi əsasında bağ sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bağ sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. 2. 5061v saylı bağ sahəsi X5 və İstismarı Birliyinin 31302 saylı müqaviləsi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 29.03.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında bağ sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bağ sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. 3. 5061 q saylı bağ sahəsi X5 və istismarı Birliyinin 31407 saylı müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 31.03.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında bağ sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bağ sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. 4. 5061 e saylı bağ sahəsi X5 və istismarı Birliyinin 31441 saylı müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 31,03.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında bağ sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bağ sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. 5. 5061d saylı bağ sahəsi X5 və İstismarı Birliyinin 31336 saylı müqaviləsi əsasında Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. 09.04.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında bağ sahəsi X3 adına özgəninkiləşdirilmişdir. Hazırda bağ sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərltəri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyini icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə əslində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş (inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) növü kimi yanaşılmalıdır. Həmin iddia növünün xüsusi mümkünlük şərti isə iddiaçı tərəfindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət edilməsi ilə şərtləndirilmişdir. İş materiallarının cavabdeh tərəfindən təqdim edilmiş dəlillərlə birgə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar