Məhkəmə qərarları › İş №2-1(112)-5151/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5151/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5151/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı inzibati xəta üzrə qərar qəbul edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxx 2020-ci il tarixli, **********22 №-li məktubunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X2 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1, 78.1, 78.2, 80.1, və 80.2-ci maddələrinin və Əmək qanunverirciliyi sisteminə daxil olan normativ hüquqi akt sayılan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 №-li qərarı ilə təsdiq edilmiş əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə Kompleks Proqramının 5-ci bəndin qanuni tələblərinin pozulması ilə işdən azad olunma və başqa işə keçirilmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 №-li əmrin qanunsuz qəbul etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati qərarın qəbul etmək, onu dərs hissə müdiri vəzifəsində saxlamaq və ona dərs hissə müdiri vəzifəyə dair təyin edilmiş aylıq əmək haqqının xx xxxxxx 2020-ci ildən ödənilməmiş hissəsini hesablayaraq dərhal birdəfəlik 8 nömrəli Bakı Peşə Liseyinin tərəfindən ödənilməsinə dair qərar qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15, 308 və 312-ci maddələrinin qanuni tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 №-li Bakı Peşə Liseyinin direktoru X7 tərəfindən qanunsuz verilən xx xxxxxx 2020-ci il tarixli, 03 №-li əmrin ona aid hissədə ləğv edilməsində, onu dərs hissə müdiri vəzifəsində saxlanılmasında və direktor X4 inzibati məsuliyyətinə cəlb edilməsində tədbir görülməsini aidiyyəti şəxslərə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsi xx xxx 2020-ci il tarixli, **********22 №-li cavab məktubu ilə bildirilmişdir ki, onun ********** №-li, xx xxxxxx 2020-ci il tarixli **********2 №-li, xx xxxxxx 2020-ci il tarixli və **********2 №-li, xx xxxxxx 2020-ci il tarixli müraciətləri (həqiqətəndə müraciəti bir dəfə xx xxxxxx 2020-ci il tarixdə olduğu halda ilk müraciəti isə olmadığı halda yalnış göstərilib) Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsində baxılmışdır və həmin məsələ Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olduğu üçün müraciətinə dair məsələlərin həlli üzrə Azərbaycan Respublikası ƏM-nin 15-ci maddəsinin tələbinə görə DƏMX-i Bakı şəhər İdarəsi fəaliyyət göstərə bilməzdir. Cavabdehin xx xxx 2020-ci il tarixli, **********22 saylı cavab məktubu qanunsuz və əsassız olduğu üçün məhkəmə qaydasında ləğv edilməli və arzuladığı inzibati aktı qəbul etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası TN-i Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyini direktoru X7 tərəfindən qəbul olunmuş işdən azad olma və başqa işə keçmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 №-li əmrin ona aid hissədə və təhvil təslim əmrin ləğv edilməsinə, onu dərs-hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunanlardan və iddia ərizəyə əlavə edilmiş sənədlərindən məlum olmuşdur ki, 8 nömrəli Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbov işdən azad olma və başqa işə keçirilmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 №-li əmri qəbul edən zaman Azərbaycan Respublikası ƏM-nin 77.1, 78.1, 78.2, 80.1, 80.2-ci maddələrin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi akt sayılan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 №-li qərarı ilə təsdiq edilmiş və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə Kompleks Proqramının 5-ci bəndin pozduğuna görə Azərbaycan Respublikası ƏƏSMN-yi yanında DƏMX-nə Bakı şəhər idarəsi müraciətində göstərilənləri araşdırmalı, Azərbaycan Respublikası ƏM-nin 15,308 və 312-ci maddələrinə əsasən 8 №-li Bakı Peşə liseyin direktoru X4 Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair əsaslı qanuni qərar qəbul edilməli idi. Lakin DƏMX-i Bakı şəhər İdarəsi ona məktubla bildirmişdir ki, həmin məsələ Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olduğu üçün müraciəti Azərbaycan Respublikası ƏM-nin 15-ci maddəsinin tələbinə görə DƏMX-i Bakı şəhər İdarəsi guya fəaliyyət göstərə bilməz gəldiyi nəticə qanunsuz və əsassız bir vərəqli məktubdan ibarətdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçının tələbi inzibati məhkəmə icraatında araşdırıla bilməz. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 3 №-li, xx.xx.2020-ci il tarixli işdən azad olma və başqa işə keçmə barədə əmrindən görünür ki, Dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişiklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. - İddiaçının Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli əmək qanunvericiliyinə əməl olunmasına dair ərizədən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyin direktoru X9 tərəfindən qanunsuz verilən işdən azad olma və başqa işə keçmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 saylı əmrin ona aid hissədə ləğv edilməsinə, onu dərs hissə müdiri vəzifəsinə saxlanmasına və direktor X5 inzibati məsuliyyətinə cəlb edilməsinə dair tədbir görülməsini aidiyyəti şəxslərə həvalə etmələrini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı **********2 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, qeyd edilən məsələ Qaradağ rayon məhkəməsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunveriliciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməzdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işin ilkin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində olan işdən azad olma və başqa işə keçmə barədə əmrini ümumi məhkəmə icraatı qaydasında (Qaradağ rayon məhkəməsində) mübahisələndirmiş, həmçinin işəgötürən X3 Əmək Məcəlləsinin tələblərini pozmasını iddia edərək sonuncunun inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, inzibati icraat zamanı şəxs özü barəsində arzuladığı inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət edə bilər. Hazırki mübahisədən göründüyü kimi iddiaçı özünə münasibətdə hüquqi nəticə yaradan deyil, başqa şəxsə münasibətdə hüquqi nəticə yaradan inzibati icraatın aparılmasını xahiş edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının aparılmasını istədiyi icraat inzibati icraat deyil, inzibati xətalara dair işlər üzrə icraatdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu qanun inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiasına inzibati icraat qaydasında baxıla bilməz. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar