Məhkəmə qərarları › İş №2-1(112)-5151/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5151/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5151/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs X1 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “texniki pasport və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 10-da X1 adına verilmiş texniki pasport və çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli, 2(008)-5362/2014 saylı qətnaməsinə əsasən ilk iddia təmin edilmiş, Bakı şəhəri Bakıxanov qəsəbəsi Ü.Hacıbəyov küçəsi 10 və 12 saylı evlər arasındakı mövcud olan ortaq sərhəd hasarının sökülməsi və həmin hasarın Azərbaycan Respublikası şəhərsalma və tikinti şərtlərinə uyğun yenidən bərpa olunması, hər iki evin 2-ci mərtəbəsindən bir-birinə istiqamətində quraşdrılan pəncərənin sökülərək bağlanması qərarı verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Sabunçu icra şöbəsi tərəfindən icra edilmişdir. Lakin cavabdeh tərəf qanunsuz yollarla AR ƏMDK yanında DƏDR xidmətindən şəhərsalma və tikinti qaydalarını kobudcasına pozmaq şərtilə çıxarış və texniki pasport alması nəticəsində qanuni qüvvəsin almış məhkəmə qətnaməsi olmasına baxmayaraq yenidən söküntüləri bərpa etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********27 №li 16.05.2021-ci il tarixli və üçüncü şəxsin münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər-torpaq sahəsi üzərində müikiyyət, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə məlumat verilməsini təsdiq edən sənəd əsasında və digər payçıların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri nəzərə alınmaqla müvafiq fərdi yaşayış evinə dair X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ü.Hacıbəyov küçəsi, 10 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən müvafiq fərdi yaşayış evinə dair X1 adına olan 12.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir.Nəzərinə çatdırmaq istərdik ki, texniki sənədlər, o cümlədən daşınmaz əmlaka dair tərtib olunan texniki pasport müvafiq əmlakın cari anda mövcud olan vəziyyətini əks etdirir. Hazırda sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X18, X20, X7 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarının 13- cü bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yenə həmin Qərarda qeyd olunur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X5 etirazını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı evi mərhum əri X12 1966- cı ildə çıxarış əsasında öz adına almış və xüsusi mülkiyyətində olmuşdur. Ailə üzvləri həmin ildən orada qeydiyyatda olmuşdur və bu günə qədər qeyd olunan ünvanda yaşayır. Əri öldükdən sonra onun adına olan ünvan 3 ünvanındakı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyester Xidmətinin 12.12.2019-cu il tarixli **********38-10302 saylı reyestr nömrəli çıxarış əsasında onun adına rəsmiləşdirilmişdir. Qeyd olunan ünvana fərdi yaşayış evi kimi AR.ƏMDK yanında DƏDRX-ti 1 saylı Bakı ərazi idarəsi tərəfindən texniki pasport verilmiş, torpaq sahəsi 0.03468, tikinti altı sahə 0.01749 digər sahələr 0.01719 olması qeyd olunmuşdur. AR.ƏMDK yanında DƏDRX-tinin verdiyi ********** saylı 12.12.2019-cu il tarixli qeydiyyat nömrəsi olan çıxarışda ümumi birgə torpaq sahəsi göstərilməklə X5, X13, X19 və X18 qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında veriyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X1 nümayəndəsi X14 məhkəmə iclasında veriyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Saatlı rayonunda doğulmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 006970 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacıbəyov küçəsindəki 4 (dörd) otaq 62, 76 kv.m yaşayış sahəsindən, 167, 53 kv.m ümumi sahədən ibarət 12 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı Məmməd oğlunun, ½ hissəsi isə X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 03 saylı reyestr kitabında 441-ci səhifədə 30/9667 nömrəli ilə 19.05.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)- 5362/2014 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh X2 qarşı onun Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanda cavabdehə məxsus olan 10 saylı evn arasında mövcud olmuş 1,5 metr hündürlüyündəki daş divarın üstündə tikilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı X5 cavabdeh İddiaçı qarşı pəncərələrin bağlanmamasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)-5362/2014 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 10 və 12 saylı evlərin arasında mövcud sərhəd hasarının sökülməsi və həmin hasar Azərbaycan Respubliikasının şəhərsalma və tikinti şərtlrinə uyğun olaraq yenidən bəpa olunması; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 10 saylı evin ikinci mərtəbəsində yerləşən və həmin ünvandakı 12 saylı ev istiqamətində quraşdırılmış pəncərənin sökülərək bağanması; qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 112 saylı evin ikinci mərtəbəsində yerləşən və 10 saylı ev istiqamətində quraşdırılmış pəncərənin sökülərək bağlanması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli 2(008)- 5362/2014 saylı qətnaməsindən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(103)-635/2015 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2014-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, üçüncü şəxsə aid fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********59 №li 13.04.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5362/2014 saylı, 23.10.2014cü il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 22 iyun 2021-ci il tarixli **********56 saylı məktubuna əlavə olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X1, 1/3 hissəsi isə X9 adına xüsusi mülkiyyət kimi 22.01.2013-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 218 nömrəli reyestr kitabının 20148 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 196337 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin 9/12 X1, 1/12 X7, 1/12 X15, 1/12 X10 adına paylı mülkiyyət hüququ kimi 02.11.2019-cu il tarixdə hüquqları qeydiyyatdan keçirilmiş və bu barədə 218 nömrəli reyestr kitabının 20148 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 196337 saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 10 (yeni qaydalarla ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi birgə mülkiyyət hüququ ilə X1, X7, X15, X10 adına 12.12.2019-cu il tarixdə hüquqları qeydiyyatdan keçirilmiş və bu barədə 504 nömrəli reyestr kitabının 47389 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********38- 10302 reyestr nömrəli 12.12.2019-cu il tarixli Texniki pasportda X5 və başqalarının mülkiyyətində olan fədi yaşayış evinin ünvanı ünvan 9 Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsi ev 12) qeyd olunmuşdur. Texniki pasportda torpaq sahəsi 0, 03468 ha, faktiki sahə 0,03468 ha, tikinti altı sahə 0,01749 ha, digər sahələr 0,017719 ha qeyd olunmuşdur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınarkən, qanunvericiliyin tələblərinə əməl olunmuş və bu zaman iddiaçının hər hansı hüquqlarının pozulmasına səbəb olacaq heç bir hərəkətə (və ya hərəkətsizliyə) yol verilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxs X1 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, 12.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar