Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5159/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “ Dövlət Sosial Müdafiə Nazirliyinin müvafiq portalında iddiaçı barəsində olmuş və 2014-cü ildə xitam verilmiş əmək müqaviləsinin olması barədə qeydlərin silinməsini və işsiz kimi qeydlərin aparılıb 190 manat yardımın ödənilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “Dövlət Sosial Müdafiə Nazirliyinin müvafiq portalında onun barəsində olmuş və 2014-cü ildə xitam verilmiş əmək müqaviləsinin olması barədə qeydlərin silinməsini və işsiz kimi qeydlərin aparılıb 190 manat yardımın ödənilməsi” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Binəqədi rayonunda X1 məxsus “Türk qadın geyimi” mağazasında satıcı kimi 450 manat maaşla razılaşaraq əmək müqaviləsi bağlanılmışdır. 2014-cü ilin aprel ayında öz xahişi ilə işdən azad olunmağı barədə ərizə ilə müraciət etmiş, və mağaza sahibi tərəfindən müraciəti təmin edilmişdir. Bu günə qədər heç bir müəssisə və təşkilatla əmək müqaviləsi bağlanılmamışdır. 2020-ci ilin mart ayında “Covid-19” pandemiyası ilə əlaqədar işləməyən şəxslərə yardım kimi 190 manat verildiyi barədə qərar qəbul olunduğunu bilib. Bundan sonra DSMF-nin internet portalında həmin yardımın alınması üçün qeydiyyatdan keçib və bir müddət sonra cavab olaraq əmək müqaviləsinin mövcudluğuna görə SMS göndərilərək 190 manat yardımın verilməsindən imtina edildiyi qeyd edilmişdir. 15.04.2020-ci il tarixdə ƏƏSMN yanında X4 Xidmətinin 28.04.2020-ci il tarixli, **********1 saylı cavab məktubu ilə müraciətinə əsasən N.Məmmədovun yəni mağaza sahibinin ünvanına sorğu məktubları göndərilmiş və bu sorğular cavabsız qalmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublİkasİ Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarına 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməlidir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi 2014-cü ildən xitam verilmiş əmək müqaviləsinin mövcud olması barədə qeydlərin silinməsi və işsiz kimi qeydlər aparıb 190 manat yardımın ödənilməsindən ibarətdir. İş materiallarından göründüyü kimi, elektron ihformasiya sisteminə İddiaçı ilə X3 arasında bağlanmış əmək müqaviləsi daxil edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat isə elektron ihformasiya sistemində yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara zidd olaraq, iddiaçı ilə işəgötürən X3 arasında bağlanılmış əmək müqaviləsinin xitam veriməsi barədə bildiriş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətini göstərsə də, hazırki iş üzrə mübahisə iddiaçı ilə həmin inzibati orqanlar arasında yaranmamışdır. Buna görə də, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının konkret hüquqların pozulması əsaslandırılmamış və beləliklə, cavabdeh tərəfindən iddiaçının hər hansı subyektiv hüququnun pozulması aşkar edilməmişdir. Hazırki iş üzrə mübahisə işçi (İddiaçı) və işəgötürən (X3) arasında 2012-ci ildə bağlanmış əmək müqaviləsindən irəli gəldiyi üçün inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki icraat qaydasında rayon (ümumi) məhkəmədə baxılmalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinə görə iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalında onun barəsində olmuş və 2014-cü ildə xitam verilmiş əmək müqaviləsinin olması barədə qeydlərin silinməsini cavabdehdən tələb edir. Lakin yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, əmək müqaviləsinin xitam verilməsinə dair məlumatların(qeydlərin) elektron informasiya sisteminə daxil edilməsi, hər hansı (qeydlərin) məlumatların silinməsi cavabdehlərin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı, “maraqlı şəxs X3 olmaqla” “Dövlət Sosial Müdafiə Nazirliyinin müvafiq portalında onun barəsində olmuş və 2014-cü ildə xitam verilmiş əmək müqaviləsinin olması barədə qeydlərin silinməsini və işsiz kimi qeydlərin aparılıb 190 manat yardımın ödənilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı, “maraqlı şəxs X3 olmaqla” “Dövlət Sosial Müdafiə Nazirliyinin müvafiq portalında onun barəsində olmuş və 2014-cü ildə xitam verilmiş əmək müqaviləsinin olması barədə qeydlərin silinməsini və işsiz kimi qeydlərin aparılıb 190 manat yardımın ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5159/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5159/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver