Məhkəmə qərarları › İş №2-1(112)-516/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-516/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-516/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin (vəzifəsinin) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. Ailəlidir, iki övladı var və ünvan 1 ünvanında yaşayır. 1976-1980-ci illərdə Bakı Politexnik Texnikumunun əyani şöbəsində “Qaynaq istehsalının texnologiyası” ixtisası üzrə tam kursu bitirərək texnik-texnoloq ixtisasına yiyələnmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982 ilədək olan dövr ərzində keçmiş SSRİ-nin Litva Respublikasında tikinti Batalyonunda həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan dövrdə 5№-li texnoloji sexə 4-cü dərəcəli qaz qaynaqçısı işində, xx.xx.1984-cü ildən xx.xx.1985-ci “Azərnəqliyyat tikinti trestində sürücü, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək Neftkimyasənayesi Avtonəqliyyat kontorunda sürücü, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək olan dövrdə Bakı 2№-li ayaqqabı fabrikində kəsici işində, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək “Bakı Baş Tikinti” İETİ.B - 2-ci və 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1992-ci ildən 5-ci dərəcəli qaz qaynaqçısı dərəcəsi verilməklə xx.xx.2001-ci ilədək həmin İdarədə bu peşədə işləmişdir. xx.xx.2013-cü ildən hal-hazıradək (xx.xx.2021-ci ilədək) dövr ərzində isə “KB PRESS-AVTOMAT" MMC-də elektrik qaynaqçısı peşəsində işləyir. Qeyd etmişdir ki, yuxarıda adları çəkilən müəssisələrdə qaynaqçı kimi işləyərkən gördüyü işlər əl ilə qaynaq işlərindən, kəsməkdə və eləcə də əl ilə qaynaq aparan elektrik və qaz qaynaqçısı işindən ibarət olmuşdur. Ümumilikdə onun əl ilə elektrik qaynaqçısı peşəsində iş stajı 22 il təşkil edir. Onun bu günə qədər ümumi əmək stajı 31 il, 11 ay təşkil edir. Lakin 2017-ci ilin 22 noyabr tarixində 57 yaşı tamam olduğuna görə isə həmin vaxtadək olan ümumi əmək stajı isə 27 il 11 ay olmaqla bunun 22 (iyirmi iki) ili isə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş illəridir. Ona görə də ona xx.xx.2017-ci il tarixdən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını ədalətli və qanuni hesab edir. Bununla əlaqədar o, xx.xx.2021-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin həmin idarədə ərizəsinin xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, bu günədək, yəni xx.xx.2021-ci il tarixədək ona cavab verməmişlər və cavabdən yayınırlar. Odur ki, o da 35 günlük müddəti gözlədikdən sonra bu məqsədlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bunu poçt xəbərnaməsi təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan müddəalarına əsasən) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1)tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2)azı 25 il sığorta stajı olduqda, 3)stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Müvafiq maddənin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1)tələb olunan yaş həddinə çatdıqda (60 yaş); 2)azı 25 il sığorta stajı olduqda; 3)stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə 4)fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin istinad olunan Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İddiaçı xx.xx.1992-xx.xx.2001-ci il tarixlərdə işlədiyini iddia etdiyi dövrlər ona məxsus l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd edilməsinə baxmayaraq müvafiq qeydlər arxiv arayışı ilə öz təsdiqini tapmamışdır. Belə olan halda əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq ‘‘Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli is arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən əmək şəraiti zərərli və aq irislərdə işlədiyini iddia etdiyi dövrlər üzrə güzəştli arayış təqdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair 2-1(112)- 516/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş BТ 037533 nömrəli, xx.xx.1980-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1976-cı ildə Bakı Politexnikumuna daxil olmuş və xx.xx.1980-ci ildə həmin texnikumun texnik ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə 5 № texnoloji sexə 4 dərəcəli q/qaynaqçısı qəbul edilmişdir, xx.xx.1984-cü ildə işdən azad edilmişdir, xx.xx.1984cü ildə "Azərnəqliyyattikinti" trestinin avtobazasına işə qəbul edilib və sürücü təlimi keçmək üçün ZTŞ göndərilmişdir, xx.xx.1985-cü ildə 1 № a/k 3-cü dərəcəli sürücü keçirilmişdir, xx.xx.1985-ci ildə işdən azad edilmişdir, xx.xx.1985-ci ildə Neftkimyasənayesi Avtonəqliyyat kontoru 3-cü dərəcəli sürücü keçirilmişdir, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Bakı 2 № ayaqqabı fabrikinə "Ayaqqabının daban hissəsinin çəkilməsi" prosesinə şagird qəbul edilmişdir, xx.xx.1986-cı ildə Hissə ödənişlə 1 dərəcəli "kəsici" keçirilmiş, xx.xx.1987-ci ildə dəstə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə "Bakı Baş tikinti" İndustial ev tikintisi istehsalat birliyi TTİ 2-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı bərpa edilmişdir. xx.xx.1992-ci il tarixli 10 № sərəncama əsasən İEİB TTİ adı dəyişdirilərək "Təməl" kiçik müəssisəsi adlandırılmış, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə "Bakıbaştikinti" İndustrial ev tikintisi istehsalat birliyi "Təməl" KM köçürülmə ilə 4 (dördüncü) dərəcəli əl qaynaqçısı qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə "Bakıbaştikinti" EİBİ TTİ BBT EİBİ köçürülmə qaydası ilə 4-dcü dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir. xx.xx.1992-ci ildə ÜKN 5-ci dərəcəli qaz qaynaqçısı verilmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 26 oktyabr 1998-ci il 1436 saylı sərəncamına əsasən Təmir Tikinti idarəsi bazasında “Sənayə Təmin Tikinti” Səhmdar Cəmiyyəti yaradılmışdır, xx.xx.2001-ci ildə “Sənayə Təmin Tikinti” ATSC-nin 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsindən azad edilmişdir, xx.xx.2013-cü ildə KB "xxxx" kiçik müəssisəsinə çilingər quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə KB "xxxx" kiçik müəssisəsinə 5-ci dərəcəli elektrik qaynaqşısı vəzifəsinə köçürülmüşdür, xx.xx.2021-ci ildə hal hazırda KB "xxxx" MMC şirkətində işləyir. Təqdim olunmuş sığortaolunanın hesab vərəqəsində qeyd olunmuşdur ki, sığortaedən "xxxx" MMC tərəfindən 2013-cü ilin aprel-dekabr ayları, 2014-cü il, 2015-ci ilin yanvar-noyabr ayları, 2016-cı ilin oktyabr-dekabr ayları, 2017-ci ilin aprel-dekabr ayları, 2018-2021-ci illər və 2022-ci ilin yanvar-sentyabr ayları üçün ödənişlər edilmişdir. Sığortaedən "xxxx" MMC tərəfindən 2020-ci ilin oktyabr-dekabr, 2021-ci ilin yanvar-sentyabr ayları üçün məcburi sosial sığoorta haqları üzrə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş DİN Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin faktiki ünvanının harada yerləşməsi və fəaliyyəti barədə hər hansı bir əldə etmək mümkün olmamışdır. Gələcəkdə müəyyən ediləcəyi təqdirdə Sizə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Press-Avtomat MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 15 aprel 2013-cü il tarixdən halhazıradək "KB PRESS-AVTOMAT” MMC-də əi ilə elektrik-qaynaqçı peşəsində işləyir. Onun işlədiyi peşə xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 N-li qərarə ilə təsdiq olunan "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li siyahısı"nın "XXXİİİ.Ümumi peşələr" bölməsinə əsasən 2320000-19906 kodu ilə qeyd edilmiş əli ilə qaynaq aparan elektrik qaynaqçı peşəsi ilə və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq olunan "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında "35. Ümumi peşələrin bölməsi"ndə göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. İş materiallarına əlavə edilmiş Bakı Sənayeləşdirilmiş Evtikmə İstehsalat birliyinin 15- 02-017 nömrəli xx.xx.1998-ci il tarixli Arayışında qeyd olunmuşdur ki, verilir Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin Sənayeləşdirilmiş evtikmə istehsalat birliyinin işçisi İddiaçı ondan ötrü ki, o həqiqətən SEİB-də 1987-ci ildə hazırkı vaxt qədər elektrik qaynaqçısı işləyir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********609100 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1998-ci ildə D-2949 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) Tikinti-Təmir İdarəsinin bazasında yaradılıb və onun hüquqi varisidir. Həmçinin bildiririk ki, idarədə olan reyestrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 09 yanvar 2023-cü il tarixli **********2 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləyin edilməsi məsələsinə ona dair ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.2001-ci li tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmənin sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 2844/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1436 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Tikinti və Şəhər İnkişafı Departamentinin X4 Birliyinin Təmir tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planına (emissiya prospektinə) əmək kollektivinin adlı siyahısı daxil edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-69358/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sorğunuza əsasən İddiaçı dair ИТ-İ ******* nömrəli əmək kitabçasındakı bütün qeydlər nəzərə alınarsa adıçəkilən şəxsin ümumi iş stajı 29 il 10 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 29 gün əmək stajı (xx.xx.1976-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-04.11,1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 4 ay sığorta stajı), güzəştli iş stajı 15 il 10 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar, onun 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23094,06 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5830,38 manat olmaqla ümumilikdə 28924,44 manat təşkil edəcək. Lakin İddiaçı xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair qeyd arxiv arayışı ilə təsdiqlənmədiyindən həmin dövrün adıçəkilən şəxsin ümumi iş stajına daxil edilməsi tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən onun ümumi iş stajının 21 il 6 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 24 gün (xx.xx.1976-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 6 il 4 ay sığorta stajı), güzəştli iş stajının isə 6 il 8 ay 5 gün (xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Qeyd olunan dövrlər nəzərə alınmaqla, İddiaçı pensiya kapitalı ümumilikdə 22504,16 manat (xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış 14107,41 manat, həmin tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8396,75 manat olmaqla) təşkil edir. Bu səbəblərdən də, adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48- 2F/2-03904/2023 nömrəli məktubuna qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin Tikinti və Şəhər İnkişafı Departamentinin X4 Birliyinin Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 iyun 2023-cü il tarixli, 3-17-1/2-139467/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı dair ИT-İ ******* nömrəli əmək kitabçasındakı bütün qeydlər nəzərə alınarsa, adıçəkilən şəxsin ümumi iş stajı 29 il 10 ay 29 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 6 ay 29 gün əmək stajı (xx.xx.1976-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-04.11,1985-ci il, xx.xx.1985xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-12.01,2001-cİ İl tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 4 ay sığorta stajı), güzəştli iş stajı 15 il 10 gün (xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2001 -ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23094,06 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 5830,38 manat olmaqla ümumilikdə 28924,44 manat təşkil edəcək. Lakin İddiaçı xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair əmək kitabçasındakı qeyd arxiv arayışı ilə təsdiqlənmədiyindən həmin dövrün adıçəkilən şəxsin ümumi iş stajına daxil edilməsi tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən onun ümumi iş stajının 21 il 6 ay 24 gün (xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 24 gün (xx.xx.1976- 01,07.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1985-ci İl, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 6 il 4 ay sığorta stajı), güzəştli iş stajının isə 6 il 8 ay 5 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Qeyd olunan dövrlər nəzərə alınmaqla, İddiaçı pensiya kapitalı ümumilikdə 22504,16 manat (xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış 14107,41 manat, həmin tarixdən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8396,75 manat olmaqla) təşkil edir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixə olan pensiya kapitalı 19247,16 manat təşkil edir. Bu səbəblərdən də, adıçəkilən şəxsə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin istər xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına, istərsə də hazırda qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Qeyd olunananları nəzərə alaraq bir daha bildiririk ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə ИT-İ ******* əmək kitabçasında xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq təqdim edildikdən sonra baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyul 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə MT-11001086 nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinizə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı müraciətinə xx.xx.2021-ci il tarixli müraciətinə ƏPQ-nun 9.8-ci maddəsinə əsasən mahiyyəti üzrə imtina vermədiyini, məhkəmə icraatı gedişində isə xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubunda, eləcə də məhkəmə sorğusuna cavab olaraq 19 iyun 2023-cü il tarixli, 3-17-1/2-139467/2023 nömrəli məktubunda xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQ-nun 9.1-ci maddəsi üzrə qiymətləndirmə aparmaqla iddiaçının müraciətinə bilavasitə hazırkı qanunvericiliyin tələbləri əsasında öz mövqeyini bildirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır və bu halda cavabdeh iddiaçının hazırkı qüvvədə olan qanuna əsasən pensiya təyinatı ilə bağlı iddia qaldırılanadək icraat aparılmadığına və ya inzibati orqanın münasibət bildirmədiyinə istinad edə bilməz. Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır. Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 1 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2020-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 61 yaş 7 ay olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək: xx.xx.1976-xx.xx.1980-ci ilədək təhsil dövrü 03 il 09 ay 02 gün, xx.xx.1980- xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü 02 il 17 gün, xx.xx.1983-xx.xx.1984-cü ilədək 01 il 07 ay 05 gün, xx.xx.1984-xx.xx.1985-ci ilədək 06 ay 19 gün, xx.xx.1985- xx.xx.1985-ci ilədək 05 ay 27 gün, xx.xx.1985- xx.xx.1987-ci ilədək 01 il 06 ay 20 gün, xx.xx.1987-xx.xx.1992-ci ilədək 04 il 096 ay 13 gün, xx.xx.1992-xx.xx.1992-ci ilədək 03 ay 20 gün, xx.xx.1992-xx.xx.2001-ci ilədək 08 il 04 ay 06 gün olmaqla 23 il 05 ay 09 gün və xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi 2013-cü ilin aprel-dekabr ayları, 2014-cü il, 2015-ci ilin yanvar-noyabr ayları, 2016-cı ilin oktyabr-dekabr ayları, 2017-ci ilin aprel-dekabr ayları, 2018-2021-ci illər və 2022-ci ilin yanvar-sentyabr ayları üçün ödənişlər edilmişdir. Sığortaedən "xxxx" MMC tərəfindən 2020-ci ilin oktyabr-dekabr, 2021-ci ilin yanvar-sentyabr ayları cəmi 7 il olmaqla ümumilikdə xx.xx.2022-i il tarixə sığorta stajı tələb olunan 25 ildən çoxdur. Cavabdeh sonuncu imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdən xx.xx.1992-xx.xx.2001-ci li tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq edilməli olduğunu qeyd etsə də sözügedən əmək fəaliyyəti dövrlərinin əmək kitabçası ilə təsdiq olunduğu halda əlavə olaraq arxiv arayışı ilə təsdiq olunması ilə bağlı sənədlərin tələb edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasına xx.xx.1987-ci ildə "Bakı Baş tikinti" İndustial ev tikintisi istehsalat birliyi TTİ 2-ci dərəcəli elektrik qaynaqçısı qəbul edildiyi, xx.xx.1987-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı bərpa edildiyi, xx.xx.1992-ci il tarixli 10 № sərəncama əsasən İEİB TTİ adı dəyişdirilərək "Təməl" kiçik müəssisəsi adlandırıldığı, xx.xx.1992-ci ildə işdən azad edildiyi, xx.xx.1992-ci ildə "Bakıbaştikinti" İndustrial ev tikintisi istehsalat birliyi "Təməl" KM köçürülmə ilə 4 (dördüncü) dərəcəli əl qaynaqçısı qəbul edildiyi, xx.xx.1992-ci ildə işdən azad edildiyi, xx.xx.1992-ci ildə "Bakıbaştikinti" EİBİ TTİ BBT EİBİ köçürülmə qaydası ilə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edildiyi, xx.xx.1992-ci ildə ÜKN 5-ci dərəcəli qaz qaynaqçısı verildiyi, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 26 oktyabr 1998-ci il 1436 saylı sərəncamına əsasən Təmir Tikinti idarəsi bazasında “Sənayə Təmin Tikinti” Səhmdar Cəmiyyəti yaradıldığı və xx.xx.2001-ci ildə “Sənayə Təmin Tikinti” ATSC-nin 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsindən azad edildiyi barədə işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi bir sıra sənədlər-X4 Birliyinin Təmir tikinti İdarəsinin xx.xx.1998-ci il tarixli arayışı, Nizami rayon XDS İK-nin iddiaçının X4 Birliyinin Təmir tikinti idarəsində işləyən işçi kimi özü ailə 3 nəfər ailə tərkibində mənzil tikinti kooperativinə daxil eidlməsi ilə bağlı xx.xx.1990-cı il tarilxi 21/2977 nömrəli qərarı da iddiaçının həmin müəssisədə işləməsini təsdiq edir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işləmiş olduğu Bakı Şəhər İcra Hakimiyyətinin Tikinti və Şəhər İnkişafı Departamentinin X4 Birliyinin Təmir tikinti İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2002-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Adıçəkilən ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası cəmiyyətin özəlləşdirmə planına özəlləşdirmədə iştirak etmək hüuquna sahib əmək kollektivinin adlı siyahısını tərtib etməmişdir. Başqa sözlə, ASCnin yaradılması zamanı əmək kollektivinin adlı siyahısının tərtib edilməməsi, eləcə də hazırkı halda xx.xx.1998-ci ildə D-2949 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) hüquqi şəxs kimi mövcud olsa da həmin müəssisənin hüquqi ünvanında tapılmaması və bununla da hüquqi varisdən iddiaçının əmək fəaliyyəti ilə bağlı müvafiq sənədləri əldə edilməsinin mümkün olmaması iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Bununla əlaqədar həddindən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyulması yolverilməzdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının 2021-ci il tarixli müraciəti zamanı onun əmək kitabçasında olan xx.xx.1992-xx.xx.2001-ci li tarixləri arasındakı dövrün yoxlanılmalı olması ilə bağlı hər hansı münasibətini bildirməmiş, əsasən güzəştli arayışın və təhsil dövrünü təsdiq edən sənədin təqdim edilməsini bildirmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarilxi cavabında və iddiya olan etirazında əvvəlki tələb üzrə mübahisələndirmədiyi iş stajı dövrlərinin mötəbərliyinə şübhə ilə yanaşmasını əsaslandıra bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—11620 qaz qaynaqçıları və 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydlərində olan xx.xx.1987-xx.xx.1992, xx.xx.1992xx.xx.1992, xx.xx.1992-xx.xx.1992-ci ilədək elektrik qaynaqçısı və xx.xx.1992-xx.xx.2001-ci ilədək qaz qaynaqçısı peşələrində işlədiyi vəzifələr siyahıdakı 23200000—11620 və 23200000—19906 peşələrinə uyğun hesab edilir. Məhkəmə qeyd edir ki, adıçəkilən müəssisələr hazırkı halda fəaliyyət göstərmədiklərindən və həmin müəssisələrin hüquqi varisi Sənaye Tikinti təmir ASC-dən həmin dövrlərə aid güzəştli arayışın əldə edilməsinin mümkün olmaması hazırkı halda iddiaçının həmin vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən vəzifələr ümumi peşələrə aiddir, əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda olan qaz qaynaqçısı və əl ilə elektrik qaynaqçısı peşələrinin adları ilə eynidir. Əksi sübut olunmadığı (hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparıldığı) sürəcə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi məhz əl ilə elektrik qaynaqçısı peşəsini ehtiva edir. Başqa sözlə, iddiaçının işlədiyi vəzifələr həm sahə, həm də peşə adı ilə 23200000— 11620 və 23200000—19906 kodundakı zərərli işlərə uyğundur. Bundan əlavə KB "xxxx" kiçik müəssisəsi tərəfindən iddiaçının xx.xx.2013-cü ildən halhazıradək həmin müəssisədə işlədiyi elektrik qaynaqçısı peşəsinin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 35 Ümumi peşələr bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğunluğu bardə güzəştli arayış təqdim edilmişdir. Beləliklə, iddiaçının cəmi güzəştli iş stajı 13 il 05 ay 10 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia tələbi təmin edilsin İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar