Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5161/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ordu sıralarından ehiyata tərxis olunması ilə bağlı əmrin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ordu sıralarından ehiyata tərxis olunması ilə bağlı əmrin verilməsi vəzifəsinin qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə doğulmuşdur. 1999-ci ilin iyun Ali Hərbi Akademiyaya daxil olmuş və həmin ilin avqust ayından xidmətə başlamışdır. Ali Hərbi Akademiyanı 2003-cü ildə bitirdikdən sonra təyyarəçi-dinləyici kimi N saylı hərbi hissəyə göndərilmiş, orda bir il təyyarəçi kursu keçdikdən sonra Kürdəmirə təyyarəçi kimi göndərilmişdir. 1997-ci ildən bu günə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda N nömrəli hərbi hissənin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini icra edir, mayor hərbi rütbəsindədir. Ümumi 21 il 7 aydan çoxdur ki, Silahlı Qüvvələr sıralarında xidmət edir. 08.02.2021-ci il tarixində öz arzusu ilə ehtiyata buraxılması barədə komanda üzrə N nömrəli hərbi hissə komandirinə müraciət etməsinə baxmayaraq, ehtiyata buraxılmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Baxış oğlu, eləcə də baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq Ali Məhkəmənin analoji işlərlə bağlı hüquqi mövqeyini əks etdirən 2-1(102)-453/2019 nömrəli iş üzrə anonimləşdirilmiş qərarı təqdim edir.
4. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək bildirdi ki, hazırda N nörməli hərbi hissədə hərbi xidmətdədir. İddiaçı raportla N hömrəli hərbi hissənin komandirinə müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən həmin raport müsbət qarşılanmış və iddiaçının ehiyata buraxılması ilə bağlı əmrin verilməsi nəzərdə tutulur. Əmrin hazırlanması 2-3 ay çəkə bilər.
5. Məhkəmənin qərardadı ilə iddia tələbinin 09 mart 2021-ci il tarixdən öz arzusu ilə ordu sıralarından ehiyata tərxis olunması ilə bağlı əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
7. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddiaçı müvafiq tələblə 09.02.2021-ci il tarixdə hərbi hissənin komandanlığına müraciət etmiş (12.02.2021-ci il tarixdə çatdırılıb), barəsində əmr verilmədiyi üçün 19.03.2021-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
10. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir.
11. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 5-ci hissəsinə əsasən, Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
13. İddiaçının izahatına əsasən müəyyən edilir ki, o, hərbi hissənin yerləşdiyi Sumqayıt şəhəri üzrə xidməti mənzillə təmin olunmamış, xidmət yeri üzrə qeydiyyata alınmamış, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır.
14. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı inzibati Məhkəməsində müraciət etməkdə haqlı olmuşdur.
15. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
16. İddiaçıya N nömrəli hərbi hissə tərəfindən verilmiş şəxsi vəsiqənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir.
17. N nömrəli hərbi hissənin kadrlar və şəxsi heyətin uçotu bölməsinin rəisi kapitan Anar Məmmədov tərəfindən xx.xx.1982-ci il təvəllüdlü N nömrəli hərbi hissənin hərbi nəqliyyat eskadrilyası komandirinin (İL-76) şəxsi heyətlə iş üzrə müavini mayor İddiaçı barədə arayış-məlumat təqdim edilmişdir. Həmin arayışa əsasən mayor İddiaçı silahlı qüvvələrdə hərbi xidməti və hərbi rütbələri aşağıdakı kimidir: Silahlı qüvvələrdə hərbi xidməti 09.08.1999 25.07.2003 Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı 26.08.2003 01.07.2004 X2 Mərkəzinin dinləyicisi 01.07.2004 23.12.2005 N saylı hərbi hissənin 1-ci aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçisi 23.12.2005 08.03.2007 N saylı hərbi hissənin 4-cü aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçisi 08.03.2007 22.06.2009 N saylı hərbi hissənin 4-cü aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçisi 22.06.2009 22.06.2010 N saylı hərbi hissənin 4-cü aviasiya eskadrilyasının aviasiya manqasının böyük təyyarəçisi 22.06.2010 26.07.2012 N saylı hərbi hissənin 2-ci aviasiya eskadrilyası komandirinin tərbiyə işləri üzrə köməkçisi (A1) 26.07.2012 28.02.2013 N saylı hərbi hissənin 4-cü aviasiya eskadrilyasının (L- 39) aviasiya manqasının komandiri 28.02.2013 28.05.2013 N saylı hərbi hissənin 3-cü aviasiya eskadrilyasının (Su- 25) aviasiya manqasının komandiri 28.05.2013 28.02.2014 N saylı hərbi hissənin 2-ci aviasiya eskadrilyası (Su- 25) komandirinin müavini - şturman 28.02.2014 17.06.2015 N saylı hərbi hissənin 2-ci aviasiya eskadrilyası (Su- 25) komandirinin müavini - şturman 17.06.2015 30.09.2015 N nömrəli hərbi hissənin şturman xidmətinin şturmanı proqramçı 30.09.2015 15.10.2016 N nömrəli hərbi hissənin 1-ci aviasiya eskadrilyasının (Mi-35) aviasiya manqasının şturmanı 15.10.2016 01.02.2018 N nömrəli hərbi hissənin 5-ci xüsusi təyinatlı aviasiya eskadrilyası komandirinin şəxsi heyət üzrə müavini 01.02.2018 08.10.2019 N nömrəli hərbi hissənin 4-cü xüsusi təyinatlı aviasiya eskadrilyasının (Mi-17 əsasında) hərbi nəqliyyat aviasiya manqasının gəmi komandiri (İL-76) 08.10.2019 N nömrəli hərbi hissənin hərbi - nəqliyyat eskadrilyası Leytenant – komandirinin (İL-76) şəxsi heyətlə iş üzrə müavini
Baş leytenant Hərbi rütbələri: – Azərbaycan Respublikası Müdafiə nazirinin 0393 № -li 25.07.2003-cü il
Kapitan –
Mayor – tarixli əmri Hərbi Hava Qüvvələri və X4 Qoşunları komandanının 04r №-li 25.07.2005-ci il tarixli əmri Azərbaycan Respublikası Müdafiə nazirinin O11Ort №-li 23.12.2009-cu il tarixli əmri Azərbaycan Respublikası Müdafiə nazirinin 0132rt №-li 26.06.2013-cü il tarixli əmri
IV. Məhkəmənin mövqeyi
18. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
19. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.
156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
20. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
21. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı zabit kimi ən azı 17 il 6 aydır ki, xidmət edir və onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Odur ki, onun müvafiq müraciət etdiyi vaxtdan (12.02.2021-ci il) 15 iş günü ərzində, yəni 09 mart 2021-ci il tarixdən ehtiyata buraxılmaq hüququ vardır.
22. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin İddiaçı 09 mart 2021-ci il tarixdən N nömrəli hərbi hissənin hərbi nəqliyyat eskadrilyası komandirinin (İL-76) şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. İPM-in 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
26. Məhkəmə hesab edir ki, iddiaçının tələbi məhkəmə tərəfindən konkret qərarın qəbul edilməsi ilə şərtlənmədiyindən təmin edilməlidir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 09 mart 2021-ci il tarixdən N nömrəli hərbi hissənin hərbi - nəqliyyat eskadrilyası komandirinin (İL-76) şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva