Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5162/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna kəndində yerləşən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ilə verilmiş 0.02 ha həyatyanı torpaq sahəsinin İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsini cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə ulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 sprel 1999-cu il tarixli, 096 saylı sərəncamı ilə tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003 il tarixli 02 saylı protokoluna əsasən İddiaçı 0.02 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Bundan başqa isə çıxarış alınması üçün lazım olan sənədlərin hamısı mövcuddur. İddiaçı faktiki sahibliyində stifadəsində olan öz torpağına çıxarış alınması üçün AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin 01 dekabr 2023-cü il tarixli imtina almışdır. Buna görə də iddiaçı hüquqlarını həyata keçirmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Abşeron rayonu İcra Hakimiyyətinin əmrdən çıxarışı mövcuddur. Bundan əlavə Xəzər rayonu, Buzovna qəsəbəsi X6 ınsmda olan torpaq sahəsinin istifadəsinə dair ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi də vardır. Həmçinin, arxiv arayışından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Administrasiyası və Dövlət lak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan Sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X4 Tərəvəzçiliksüdçülük sovxozunun 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahələrindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.02 ha hesabı ilə 5- 908 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı 16 iyun 2023-cü il tarixli 3-52/2-3522/2023 saylı məktubunda xx.xx.1996-cı il tarixli, 960 nömrəli sərəncamın Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcud olmadığı bildirilmişdir. 1 saylı Ərazi İdarəsinin cavab məktubunda “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, nömrəli sərəncamından çıxarışda Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur (ərizəçinin 14 yaşı olmuşdur). Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna kəndində yerləşən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı ilə verilmiş 2 ha həyətyanı torpaq sahəsinə İddiaçının adına müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-ci il tarixli **********65 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışda Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur. Belə ki, iddiaçının 14 yaşı olmuşdur. Həmçinin təqdim edilən cizgidə istinad və məsafələr qeyd edilməmişdir. 02 iyul 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinin tələbinə əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. 14 yaşından 15 yaşınadək yeniyetmələrlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlanılmasına, onların valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlarından) birinin yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı ilə yol verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı və Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfat Müəssisəsinin xx.xx.2023-cü il taarixli 28 saylı nömrəli əmrinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqununun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edimişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli 096 nömrəli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında qərarin çıxarışında qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə buzovna tərəvəzçilik-südçülük sovxozunda işliyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. Vətəndaş İddiaçı 0.02 ha torpaq verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.02 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2023-cü il tarixli, 1-2-27/2-470/2023 nömrəli arxiv arayışından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.02 ha hesabı ilə 5-908 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayonu, Buzovna qəsəbəsi X6 balansında olan torpaq sahəsinin istifadəsinə dair İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 məsləhətçi-arxivçisi xx.xx.2023cü il tarixində N.Qocayeva tərəfindən imzalanmış və X3 möhürü ilə təsdiqlənmişdir. Torpaq sahəsinin kodu 5.908., ölçüləri 17.83m, 17.85 m, 11.37 m, 11.31 m. təşkil edir, bir tərəfi yol, üç tərəfi qonşudur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli, 1-2-28/2-398/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən görünür ki, siyahıda adları göstərilən X6 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı protokolundan çıxarışa əsasən siyahıda qeyd olunan X6 işçilərinə və vətəndaşlara 0.10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır: -908. İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********84 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 200 kv.m, faktiki 200 kv.m təşkil edir. Torpaq sahəsi m/daş hasar daxilindədir. Bir tərəf yol, üç tərəf qonşudur. Sahədə 1 mərtəbəli həyət tikilisi var. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********65 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışda Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur (ərizəçinin 14 yaşı olmuşdur). Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında* Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, iddiaya dair ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 0.02 ha hesabı ilə 5-908 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatından imtinanın əsası ondan ibarətdir ki: -Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 nömrəli sərəncamından çıxarışda Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, lakin torpaq sahəsi ayrılan zaman hüquq sahibi İddiaçı 14 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyətli olmuşdur. -Təqdim edilən cizgidə istinad və məsafələr qeyd edilməmişdir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X6) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-südçülük sovxozuna sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda müəyyən olunur ki, həmin sərəncamla sovxoza ayrılmış torpaq sahəsi sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansına keçmiş və həmin torpaq sahəsindən X6 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə iddiaçıya 0.02 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilməlidir ki, Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli 02 saylı protokolunda balansda qalan torpaq sahəsindən təkcə müəssisənin və ya keçmiş sovxozun işçilərinə deyil, həm də ümumilikdə vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Beləliklə, iddiaçı üçün ilkin torpaqayırma sənədi onun 14 yaşının tamam olduğu vaxt ümumilikdə sovxoza torpaq sahəsinin ayrılması barədə olan -Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı deyil, həmin sovxozun yenidən təşkili nəticəsində yaranmış Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 svxozun işçisi deyil, ümumilikdə torpaq sahəsinə ehtyacı olan vətəndaş kimi 18 yaşı tamam olmuş iddiaçıya torpaq sahəsinin ayrılması barədə olan 21 may 2003cü il tarixli 28 saylı əmri çıxış edir. Torpaq sahəsinin yerləşmə cizgisi ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi kənd təsərrüfatı müəssisəsi tərəfindən tərtib edilmiş və nüsxəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 təhvil verilmişdir. Həmin cizgidə torpaq sahəsinin kodu, en və uzunluq ölçüləri göstərilməklə ümumi sahəsi, yerləşmə koordinatları qeyd edilmiş, torpaq sahəsinin yoldan yerləşmə mövqeyi göstərilmiş və cizgidəki torpaq sahəsinin 1 tərəfinin yol, 3 tərəfinin qonşu sahələr olması cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktında qeyd edilmiş torpaq sahəsinin yerləşmə mövqeyi ilə eyni olduğu müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024cü il tarixli məktubla təqdim edilmiş iddia olunan torpaq sahəsinin və Prezidentinin İşlər İdarəsinin X7 aid ərazi göstərilməklə müqayisəli ortofoto görüntüsündə iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin Prezidentinin İşlər İdarəsinin X6 ayrıc aktı daxilində yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, cavabdeh inzibati orqan naturada göstərilən torpaq sahəsinin əmrlə ayrılmış torpaq sahəsi olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 5-908 saylı 0,02 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqununun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5-908 saylı, 0,02 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5162/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5162/2024
06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver