Məhkəmə qərarları › İş №2-1(112)-5166/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5166/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5166/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, istefada olan zabit) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qаrşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı 15 sentyabr 1962-ci ildə Azərbaycan Respublikasının Astara rayonunda anadan olmuşdur, ali hərbi təhsillidir,istefada olan zabitdir. xx.xx.1980-cı ildən xx.xx.1992-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək,xx.xx.1992-ci ildən 16.12. 1996-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində “N” saylı hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir.İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda ön mövqedə döyüş əməliyyatlarında yaxından iştirak etmişdir.Ağdam- Ağdərə istiqamətində gedən qanlı döyüş əməliyyatlarının birində ağır yaralanmış,kəllə-beyin travması almışdır. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli,580 saylı qərarı ilə təsdiq olunur ki, iddiaçının aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Hazırda iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon dairəsində hərbi qeydiyyatdadır, ona aid bütün zəruri hərbi xəstəlik sənədləri orada saxlanılır. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Cavabdehnə çoxsaylı müraciətlər etsə də müraciətləri təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasinda hərbi xidmət keçərkən yaxud döyüş zonasinda döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma,travma,kontuziya) almış hərbi qulluqçulara – müdafiə,daxili işlər,milli təhlükəsizlik,ədliyyə orqanları,Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma,travma,kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar,hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılmasını) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 1/1370 nömrəli məktubunda iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandirinin müavini, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri olmuş və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmri ilə İddiaçı törətdiyi cinayətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.Bakı Hərbi Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmri ilə İddiaçı baş leytenant hərbi rütbəsi əsgər hərbi rütbəsinədək aşağı salınmışdır. İddiaçı barəsində xx.xx.1995-ci il tarixli və xx.xx.1996-cı il tarixli Bakı Hərbi Məhkəməsinin hökmləri mövcuddur. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 580 nömrəli, 17 oktyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı aldığı “baş beyin silkələnməsi.Hər iki göz nahiyyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu- “Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi şəhadətləndirilmişdir.Qeyd olunan qərar iddiaçı T.Q. Baxşıyevin ərizəsinə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından verilmiş çıxarış epikrizinə əsaslanmışdır. Bundan başqa yuxarıda qeyd edilən Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı aldığı “kəskin kataral prostatit” diaqnozu –“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi şəhadətləndirilmişdir. Qeyd olunan qərar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının çıxarış epikrizinə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisi-terapevtin və nevropatoloqun rəylərinə əsaslanmışdır.İddiaçının 24 avqust 1992-ci il tarixdən 7 gün müddətinə qısa müddətli məzuniyyətə buraxılmasından sonrakı müddətlətdə yenidən xidmət yerinə və yaxud digər hərbi hissələrə qayıtması barədə arxiv məlumatlarında məlumat aşkarlanmamışdır.Yalnız iddiaçının xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə davam etməsi barədə məlumat vardır. Eyni zamanda iddiaçının hərbi xidmət dövründə yaralanması,travma alması və yaxud müəyyən xəstəliklərlə bağlı tibb məntəqələrinə,hospitala göndərilməsi barədə arxiv sənədlərində hər hansı məlumatlar (əmrlər və sair) aşkarlanmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının çıxışını, cavabdehin etirazını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İddiaçı və cavabdeh tərəfindən iddia tələbini və iddiaya etirazı təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respubikasının Müdafiə Mazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı, cavabdehin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2020-ci il tarixli arayışı, cavabdehin imtina məktubları, cavabdehin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubu, Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2022ci il tarixli məktubu,iddiaçı barədə tələbnamə,778 saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il, xx.xx.1992-ci il, xx.xx.1992-ci il, xx.xx.1992-ci il tarixli əmrlərindən çıxarışlar, Bakı qarnizonunun hərbi tribunalının xx.xx.1995-ci il tarixli hökmü təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur, hərbi xidmətdə olan zaman Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travmalar almışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini əsas götürərək cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda gstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında”. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur..” İnzibati iş materiallarında olan tələbnamədən görünür ki, iddiaçının məhkumluğu olsa da iddiaçıya veteran adının verilməsini istisna edən hal kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə iddiaçı məhkum olunmamışdır. Bundan əlavə cavabdehin özünün etirazda qeyd etdiyi kimi şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi (hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətini sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması); bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması. İşin faktiki hallarına əsasən iddiaçı N №li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 35 №li əmri ilə xx.xx.1992-ci ildən İİİ PCH komandiri vəzifəsinə təyin edilmişdir, həmin hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 56 №li əmri ilə may 1992-ci ildə ərzaq payı ilə təmin olunmuşdur, 91 nömrəli, xx.xx.1992-ci il tarixli əmri ilə Goran təlim mərkəzinə göndərilmişdir, 17.081992-ci il tarixli, 113 nömrəli əmrinə əsasən iddiaçı təlim mərkəzindən hərbi hissəyə qayıtmışdır, habelə həmin hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 113 nömrəli əmrilə qısamüddətli məzuniyyətə göndərilmişdir. Bundan başqa cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər N nömrəli hərbi hissədə bölük komandirinin müavini, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər N nömrəli hərbi hissədə böük komandiri kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər isə N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən törətdiyi cinayətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi travma alması da cavabdehin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilir. Beləliklə, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər hərbi xidmət etməsi, hərbi xidmətdən ehtiyata buraxılması, hərbi xidmət edən zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatda yaralanması inzibati işin materialları ilə təsdiq edilir. Qeyd edilən sənədlər cavabdeh inzibati orqanda olmasına baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir (bu faktiki hallar mötəbər sənədlərlə təsdiqlənir) və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxsin etirazda göstərildiyi kimi qısa müddətli məzuniyyətə buraxılmasından sonrakı müddətdə yenidən xidmət yerinə və yaxud digər hərbi hissələrə qayıtması barədə arxiv məlumatlarında məlumatın aşkarlanmaması, habelə arxiv məlumatlarında iddiaçının xidmət dövründə yaralanması barədə məlumatların (əmr və s.) aşkarlanmaması kimi əsasın həmin şəxsə müharibə veteranı adının verilməsini istisna etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, inzibati iş materiallarından görünür ki, iddiaçının 1995-ci ilin dekabr ayında Müdafiə Nazirinin əmri ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə əmri mövcuddur ki, bu da onu göstərir ki, iddiaçı cavabdehin etirazında göstərilən məzuniyyətdən qayıdaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2,33, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və “Müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar