Məhkəmə qərarları › İş №2-1(112)-5167/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5167/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5167/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Təhsildə X1rşı «şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2 sentyabr 1992-ci il tarixdə İran İslam Respublikasının “Azad İslam” Universitetinin fiqh və islami hüquqşünaslıq istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. O, 19 dekabr 1998-ci il tarixdə həmin Universitetin Takestan filialında təhsilin 2-ci pilləsini başa vuraraq magistr dərəcəsi əldə etmişdir. Hər iki diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmış və o, təhsilin növbəti pilləsinə buraxılmışdır. Daha sonra Bakı Dövlət Universitetində aspirantura pilləsinə qəbul olunaraq beynəlxalq hüquq, insan hüquqları ixtisasında “İran İslam Respublikasının beynəlxalq maliyyə münasibətlərində iştirakının hüquqi formaları” mövzusunda disertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Ona 5603.01 – “Beynəlxalq hüquq: hüquqşünaslar” ixtisası üzrə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına 4 iyul 2018-ci il tarixdə 22/07-18 saylı məktub ünvanlanmışdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə şəhadətnamə almaq üçün o, Təhsildə Keyfiyyət Təmanatı Agentliyinə müraciət etmiş, lakin Agentlik 21 oktyabr 2020-ci il tarixdə əsassız olaraq, məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, onun ixtisas aldığı “Fiqh və islami hüquqşünaslıq” ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 saylı qərarı ilə təsdiq edilmiş «Ali təhsilin magistratura üzrə səviyyəsi ixtisaslarının Təsnifatı»nda mövcud deyildir. Belə halın imtina əsası kimi gətirilməsi qanunvericiliyin tələblərini pozmaqla yanaşı, iddiaçının da təhsil alaraq müvəffəqiyyət qazandığı ixtisas dərəcəsinin alınmasına ciddi maneə törətmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.2, 68, 73.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya 5603.01 - “Beynəlxalq hüquq. İnsan hüquqları üzrə” elmi dərəcəsi diplomunun verilməsi üçün müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münsibətində (etirazda) bildirilir ki, iddiaçı aldığı ixtiasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlikdə müraciətə baxılaraq, müvafiq sənədlərin verilməsindən imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabnetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının “fiqh və islami hüquqşünaslıq” ixtisası üzrə yerinə yetirdiyi tədris yükü Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent hesab edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr (əsas (baza ali) tibb təhsili) üzrə ixtisasların (proqramların) Təsnifatı”nda olan 050207 “islamşünaslıq” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na və 24 dekabr 2013-cü il tarixli 346 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin makalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi və tədrisin təşkili Qaydaları”na əsasən sözügedən ixtisas (bakalavr səviyyəsi) üzrə müəyyən edilmiş tədris yükünün həcmi minimum 240 kredit olaraq müəyyən edilmişdir. Lakin Azərbaycan İlahiyyət İnstitutunun (Aİİ) rəyinə rəyinə əsasən onun təhsil müddətində əldə etdyi kreditin sayı “hüquqşünaslıq” ixtisası proqramında nəzərdə tutulan 64 AKTS-ə ekvivalentdir. Sözügedən məsələ ilə bağlı Azərbaycan İlahiyyət İnstitutuna da sorğu ünvanlanmış və İnstitutdan daxil olan cavabda da iddiaçının aldığı ixtisasın “hüquqşünaslıq” ixtisasına uyğun olmadığı qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli 95 saylı qərarı ilə təsdiq edilmiş «Ali təhsilin magistratura üzrə səviyyəsi ixtisaslarının Təsnifatı»nda yer alan 050214 “islamşünaslıq” ixtisası üçün nəzərdə tutulmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun deyildir. Sözgedən ixtisas (magistr səviyyəsi) üzrə müəyyən edilmiş tədris yükünün həcmi minimum 120 kredit olaraq müəyyən edilmişdir. Lakin Azərbaycan İlahiyyət İnstitutunun rəyinə əsasən onun tədris müddətində əldə etdiyi kredit sayı “islamşünaslıq” ixtisası proqramında nəzərdə tutulan 14 AMTS-ə ekvivalentdir. Sözügedən məsələ ilə bağlı Azərbaycan İlahiyyət İnstitutuna da sorğu ünvanlanmış və İnstitutdan daxil olan cavabda da iddiaçının aldığı ixtisasın “İslamşünaslıq” ixtisasına uyğun olmadığı qeyd edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın müddəalarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli və 13 may 2003-cü il tarixli 64 nömrəli qərarına (qərarla təsdiq edilmiş Qaydaların 3.6, 3.7-ci bəndlərinə) əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.34-cü maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsidir, 1.0.35-ci maddəsinə görə isə, magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 6 noyabr 2020-ci il tarixli 192-VİQD nömrəli Qanunu ilə «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36 və 27.4-cü maddələrinə dəyişiklik edilmişdir. Həmin maddə dəyişiklikdən əvvəl və dəıyişiklik edildikdən sonra aşağıdakı məzmunda olmuşdur: - (1.0.36-cı maddə əvvəlki redaksiyada) nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur; - (1.0.36-cı maddə hazırda qüvvədə olan redaksiyada) xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; - (27.4-cü maddə əvvəlki redaksiyada) Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - (27.4-cü maddə hazırda qüvvədə olan redaksiyada) Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 75 nömrəli 23 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.2-ci bəndinə görə ali təhsil müəssisələrində mütəxəssis, elmi və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna olmaqla); doktorantura. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.7-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müvafiq təhsil proqramları əsasında təşkil olunur. Ali təhsil pilləsinin bakalavr səviyyəsini bitirənlərə bakalavr, magistr səviyyəsini bitirənlərə isə magistr ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli sənəd – diplom verilir. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 7.3-cü bəndinə görə ali təhsil müəssisələrində təhsilalanların biliyinin qiymətləndiril-məsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır: qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması; qiymətləndirmədə müxtəlif metod və vasitələrdən istifadə olunması; qiymətləndirmədə ədalətliliyin, obyektivliyin, şəffaflığın təmin olunması və qiymətin əsaslandırılması; qiymətləndirmədə təhsilalanların özünüqiymətləndirmə bacarığının formalaşması, onlarda öz təlimlərini yaxşılaşdırması istəyinin yaradılması və təlimin keyfiyyətinin yüksəldilməsinə nail olunması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 nömrəli 24 dekabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.3-cü bəndinə görə qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir, 3.2.4-cü bəndinə görə isə ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300 – 360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 95 nömrəli 14 iyun 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»nda aşağıdakılar nəzərdə tutulmuşdur: - 060212 – Hüquqşünaslıq üzrə “Dövlət və hüquq nəzəriyyəsi və tarixi”, “Beynəlxalq hüquq”, “Dövlət hüququ”, “Cinayət hüququ, “Cinayət prosesi”, “Kriminalistika və məhkəmə ekspertizası”, “Mülki və təsərrüfat hüququ”, “Kommersiya hüququ”, “İnsan hüquqları”, “Konstitusiya hüququ”, “Avropa hüququ”, “Dəniz və enerji hüququ”, “Transmilli cinayət hüququ”, “İnformasiya hüququ”, “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “Əqli mülkiyyət hüququ”, “Əmək hüququ: sosial təminat hüququ”, “İdman hüququ”, “Turizm hüququ”, “Beynəlxalq iqtisadi hüquq”, “Ekologiya hüququ”, “Mədəniyyət hüququ”, “Vergi hüququ”; - 060214 – Dinşünaslıq üzrə “Dinlərin tarixi”, “Dinin sosiologiyası”, “İslamşünaslıq”, “Dinin fəlsəfəsi” və “Dinin psixologiyası” ixtisasları. Göründüyü kimi, mövcud qanunvericilik normaları xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların dair ekvivalentlik haqqında şəhadətnamənin verilməsini həm də təhsil sənədini verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, İddiaçı “Fiqh və islami hüquqşünaslıq” ixtisas üzrə təhsil almışdır, hansı ki, Azərbaycan Respublikasında təhsil standartlarını müəyyən edən «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»nda 060212 ilə nəzərdə tutulan “hüquqşünaslıq” ixtisasları sərasında bu ixtisas yer almamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Təhsildə Keyfiyyət Təminatı iddiaçının “Fiqh və islami hüquqşünaslıq” ixtisası üzrə təhsili ilə bağlı ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı «şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 14.3, 23.1, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı «şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar