Məhkəmə qərarları › İş №2-1(112)-5169/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5169/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5169/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı Şəmistan qızının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Şəmistan qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şəmistan qızı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 2017-ci ildən 2020-ci ilin fevral ayı da daxil olmaqla (aya 25 manat) ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 10 oktyabr 1956-cı ildə doğulmuşdur. Hazırda 64 yaşı var. 16.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Həmin vaxt ona 276.66 manat pensiya təyin olunub. 2017-ci ildən onun Neft Şirkəti tərəfindən əmək haqqının 5 misli ödənilmişdir. Həmin məbləğdən 7150 manatın 25 faizi sığorta fonduna ödənilib. Həmin puldan 2018-ci ildə ona ayda 25 manat ödənilməklə, ümumilikdə 2017-ci ilin yığımı 300 manat ona ödəniməli olduğu halda ödənilməyib və pensiya məbləği də artırılmamışdır. Eyni qayda ilə nə 2018-ci ilin, nə 2019-cu ilin və 2020ci ilin yanvar və fevral ayları ona ödənilməyib. O ilk dəfə müraciət etdikdə ona bildirilmişdir ki, gec müraciət etdiyi üçün onlar onu ödəyə bilmir, yalnız məhkəməyə müraciət etmək lazımdır. Həmin ödənişlərdən yalnız 2020-ci ilin mart ayından oktyabr ayına kimi 200 manat məbləğ birdəfəlik ödənildi. Qalan 38 ay ödənilməmiş və eyni zamanda hər il üçün olan indeksasiya da ona uyğun aparılmamışdır. Ona görə də o yazılı şəkildə cavabdehə müraciət etmişdir. Ona 03.03.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanununun qüvvəyə mindən gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müvafiq olaraq keçmiş dövr üçün hesablanmış fərq məbləği cari pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bunu aldıqdan sonra o, soruşmuşdur ki, onun pensiyası nə qədər ödənilməmiş məbləğ əlavə olunacaq? Ona şifahi demişdilər ki, 3 manat. Eyni zamanda imtina məktubunda ödənilməmiş məbləğ fərqinin məbləği qeyd olunmamışdır. Həmçinin imtina məktubunda 01.01.2017-ci il tarixdən 256.85 manat pensiya təyin olduğu qeyd edilsə də, o 276.66 manat pensiya almışdır (2017-ci ilin artımı da nəzərə alınmaqla). Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən ona keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edildiyi, həmçinin keçmiş dövr üçün hesablanmış fərq məbləğinin cari pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1- 1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu alaraq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İş materiallarından göründüyü kimi İddiaçı 01.01.2006-cı il tarixədək 29 il sığorta stajı və 01.01.2006-cı il tarixdən 16.10.2016-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15266.12 manat sığorta kapitalına əsasən 16.10.2016-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, iş materiallarına əsasən, Filial tərəfindən təqdim edilmiş 31 may 2021-ci il tarixli, **********5 nömrəli məktuba əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə müvafiq icra hakimiyyəti orqam tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsilə əlaqədar iddiaçının pensiyasının məbləğinin 01.01.2017-ci il tarixdən 256.85 manata, 01.01.2018-ci il tarixdən 292,43 manata, 01.01.2019-cu il tarixindən 301.2 manata çatdırıldığı, həmçinin İddiaçınm müraciəti və ona əlavə edilmiş sənədlər əsasında onun pensiyasının pensiya kapitalına əsasən yenidən hesablandığı və 06.03.2020-ci il tarixdən 376,61 manatdan 376,89 manata çatdırıİdığı, eyni zamanda həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləğinin 01.01.2020-ci il tarixdən 351.2 manata, əmək fəaliyyətinin dayandırılması barədə ərizəsinə əsasən 09.10.2020-ci ildə 351.2 manatdan 376.61 manata, 01.01.2021-ci tarixindən 419.85 manata çatdırıldığı qeyd edilmişdir. Diqər tərəfdərı iş materiallarına əsasən Fililal tərəfindən təqdim edilmis 27 may 2021-ci il tarixii, **********9 nömrəli “İddiaçı keçmiş dövr məbləği barədə” məktubda 01.10.2020-ci il tarixli sərəncama əsasən 06.03.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək yenidən hesablama zamanı yaranmış 173.77 (yüz yetmiş üç manat 77 qəpik) manat məbləğin 2020-ci ilin oktyabr ayında, 29.01.2021-ci il tarixli sərəncama əsasən isə 06.03.2020-ci il tarixdən 31.01.2021-ci il tarixədək yenidən hesablama zamanı yaranmış 3.03 (üç manat üç qəpik) manat məbləğin 2021-ci ilin fevral ayında aylıq pensiya məbləğinin üzərinə əlavə olunarag ödənildiyi geyd olunmuşdur. İş materiallarından göründüyü kimi İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün qaydada hesablanmış və keçmiş dövr üçün qalıq pensiya məbləği cari pensiyanın üzərinə əlavə edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Yuxarıda sadalananları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şəmistan qızı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi NümayəndəTahir qızı iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Qazax rayonunda doğulmuşdur. - Filial tərəfindən məhkəməyə ünvanlanan **********2 №-li, 22.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş pensiya işinin materiallarından görünür ki, İddiaçı Şəmistan qızına 08.02.2017-ci il tarixli, 209 №-li qərara əsasən 16.10.2016-cı ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 16.10.2016-cı ildən 01.01.2017-ci ilədək 176,06 manat, 01.01.2017-ci ildən ömürlük 184,25 manat müəyyən edilmişdir. 29.09.2020-ci il tarixli, 3196 №-li qərar ilə əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 376,61 manat müəyyən edilmişdir. 23.01.2021-ci il tarixli, **********2 №-li qərar ilə əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 376,89 manat müəyyən edilmişdir. Pensiya məbləği hesablanan zaman İddiaçı Şəmistan qızının hesabına 2017-ci ildə ödənilmiş 1797,63 manat nəzərə alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən məhkəməyə ünvanlanan **********3 №-li, 12.06.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sığortaedənlər: “Abşeron qazma işləri idarəsi” (SUN: **********4) tərəfindən 2006-2013-cü illər, AR DNŞ-nın "Kompleks qazma işləri" Tresti (SUN: **********5) tərəfindən 2014-2016-cı illər, 2017-ci ilin İ rübü, "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (SUN: **********6) tərəfindən 2019-cu ilin lll-İV, 2020-ci ilin İ rübləri və “Sabunçu rayonu Kommunal Təsərrüfatı İdarəsi" (SUN: **********7) tərəfindən 2020- ci ilin İ rübü üzrə təqdim edilmiş illik "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lara (Forma B3) (2006-2016) və “Məcburi dövlət sosial sığortası üzrə hesabaflara (2017-2020) əsasən sığortaolunan İddiaçı (FİN: xxxxxxx) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi şəxsi hesabda əks olunmuş məlumatlar təqdim edilmişdir. 2017-ci ilin yanvar ayında İddiaçı hesabına sığortaedən tərəfindən 1788,13 manat ödəniş edilmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanan **********3 №-li, 25.09.2021-ci il tarixli məktubundan görünür ki, sorğuya əsasən İddiaçı əmək pensiyasının məbləği (01.01.2006cı ilə kimi 29 il sığorta stajı və 01.01.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16014,52 manat pensiya kapıtalı, o cümlədən 2017-ci ildə ödənilmiş və indeksləşdirilmədən sonra 1847,96 manat müəyyən edilmiş məbləğ nəzərə alınmaqla) Mərkəzi Filialın 17.09.2021-ci il tarixli, **********3 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən 16.10.2016-cı il tarixindən cədvəldə göstərilən qaydada yenidən hesablanmışdır: 16.10.2016-cı ildən 31.12.2016-ci il tarixədək hesablanmayadək 257.01 manat, hesablandıqdan sonra 250,41 manat, 01.01.2017-cı ildən 31.12.2017-ci il tarixədək hesablanmayadək 276.66 manat, hesablandıqdan sonra 267,82 manat, 01.01.2018-cı ildən 31.12.2018-ci il tarixədək hesablanmayadək 292.43 manat, hesablandıqdan sonra 283,08, 01.01.2019-cı ildən 31.12.2019-ci il tarixədək hesablanmayadək 301.20 manat, hesablandıqdan sonra 291,57 manat, 01.01.2020-cı ildən 05.03.2020-ci il tarixədək hesablanmayadək 251.20 manat, hesablandıqdan sonra 339,98 manat, 06.03.2020-cı ildən 31.12.2020-ci il tarixədək hesablanmayadək 376.89 manat, hesablandıqdan sonra 365,67 manat, 01.01.2021-cı ildən 30.09.2021-ci il tarixədək hesablanmayadək 419.86 manat, hesablandıqdan sonra 407,35 manat müəyyən edilmişdir. Hesablanma qaydası təyinat zamanı: 29 ilx 2,28=66,12 manat Psk 10697,76 : 144=74,29 manat, baza hissə 110 manat 66,12+74,29+110=250,41 manat. İndeksləşdirilmədən sonra; 01.01.2017-ci il tarixindən 140,41+12.4%=157,82+110=267,82 manat 01.01.2018-ci il tarixindən 267,82+5.7%=283,08 manat 01.01.2019- cu il tarixindən 283,08+3%=291,57 manat, 01.01.2020-ci il tarixindən 291,57+16.6%=339,98 manat, 06.03.2020-ci il tarixindən psk 3460,07:131=25,69 manat, 339,98+25,69=365,67 manat 01.01.2021-ci il tarixindən 365,67+11,4%=407,35 manat. Yenidən hesablama zamanı müəyyən edilmişdir ki, İddiaçı pensiya təyin edilərkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı düzgün hesablanmamışdır və nəticədə 16.10.2016-cı tarixindən 30.09.2021-ci tarixinədək əmək pensiyasının məbləğində 597,68 manat artıq ödəmə yaranmışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanan **********4 №-li, 03.03.2021-ci il tarixli məktubdan görünür ki, 19.01.2021-ci il tarixli müraciətinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına ımkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 01.07.2020-ci il tarixindən 01 07.2021-ci il tarixinə kimi qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən ona 01.01.2006-cı ilə kimi 29 il sığorta stajı və 01.01.2006-cı ildən 16.10.2016-cı il tarixinə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15266.12 manat sığorta kapitalına əsasən 16.10.2016-ci il tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsilə əlaqədar pensiyanın məbləği 01.01.2017-ci il tarixindən 256.85 manata, 01.01.2018-ci il tarixindən 292,43 manata, 01.01.2019-cu il tarixindən 301.2 manata çatdırılmışdır. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar 01.01.2020-ci il tarixindən 351.2 manata, əmək fəaliyyəti dayandırılmağı barədə ərizəyə əsasən 09.10.2020-ci ildə 351.2 manatdan 376.61 manata, 01.01.2021-ci tarixindən 419.85 manata çatdırılmışdır. Qeyd olunan Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Müraciətə və ona əlavə edilmiş sənədlər əsasında onun pensiyası pensiya kapitalına əsasən yenidən hesablanmış və 06.03.2010ci il tarixindən 376,61 manatdan 376,89 manata çatdırılmışdır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Müvafiq olaraq keçmiş dövr üçün hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəkdir. "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 14.0.8-ci maddəsinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Şəmistan qızına 01.01.2006-cı il tarixədək 29 il sığorta stajı və 01.01.2006-cı il tarixdən 16.10.2016cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15266.12 manat sığorta kapitalına əsasən 16.10.2016-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı Şəmistan qızının əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən 01.01.2006cı ilə kimi 29 il sığorta stajı və 01.01.2006-cı ildən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16014,52 manat pensiya kapıtalı, o cümlədən 2017-ci ildə ödənilmiş və indeksləşdirilmədən sonra 1847,96 manat müəyyən edilmiş məbləğ nəzərə alınmaqla 17.09.2021-ci il tarixli, **********3 nömrəli qərarla yenidən hesablanmış, iddiaçının hazırdakı aylıq pensiya məbləği 408,35 manat müəyyən edilmişdir. İddiaçı pensiya məbləği hesablanarkən işəgötürən tərəfindən ona 2017-ci ildə ödənilmiş əmək haqqının 5 misli məbləği üzrə 7150 manatın 25 faiz sığorta hissəsinin, yəni 1787,5 manatın nəzərə alınmadığını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş: - 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən ibarətdir. - 10.1-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinin tələblərinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 29-cü maddəsinə əsasən əmək pensiyasının sığorta ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 32.1-2-ci maddəsinə əsasən Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. - 37.3.1-ci maddəsinin tələblərinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə araşdırılması zamanı İddiaçı Şəmistan qızına qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Şəmistan qızına qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildiyindən və ödənildiyindən, pensiya məbləği müəyyən edilən zaman iddiaçının hesabına ödənilmiş bütün sığorta ödənişləri nəzərə alındığından, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar