Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-517/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Məzahir oğlunun (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Məzahir oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məzahir oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun pensiyasının xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəsinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin vəzifəyə müəyyən olunmuş həddə, aylıq vəzifə maaşı, staja görə 30% əlavə, dövlət qulluğunun müşaviri dərəcəsi, vəzifə səlahiyyətlərinin icrası üzrə aylıq əmək haqqının 15%, əmək haqqının üç misli həcmində mükafat, əmək haqqının bir misli misli həcmində kompensasiya və pensiyaya çıxarkən əlavə verilən əmək haqqının bir misli həcmində mükafatın nəzərə alınması ilə hesablanması, pensiyaya çıxdığı xx.xx.2017-ci il tarixdən bu günə qədər hesablanmayan, onun ala bilmədiyi ayların pensiya ödənişi fərqini cəm halında və birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2008/2019 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2008/2019 saylı qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyasının xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla İddiaçı Məzahir oğluna dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-517/2020 saylı, 12 mart 2020-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1952-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Ona pensiya hüququnun yarandığı 06 sentyabr 1990- cı il tarixindən əlilliyə görə, 01 mart 2017-ci il tarixindən isə yaşa görə əmək pensiyası (dövlət qulluqçusu) təyin edilmişdir. Dövlət qulluğunda iş stajı əmək kitabçasına əsasən 36.6 il, vəzifə maaşı 540.0 manat, qulluq stajı 30 %-162.0 manat, mükafat 43.75%=236.25 manat, ixtisas dərəcəsi-100 manat olmaqla cəmi 1038.25 x 80% = 830.60 manat əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli sərəncamına müvafiq Dövlət Qulluqçularının aylıq əmək haqları 01 mart 2018-ci il tarixindən 10 % artırılmış, müvafiq olaraq onun pensiyası hal-hazırda 906 manat 89 qəpik təşkil edir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, ona təyin edilən əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, o, qanunvericiliyə və əmək kitabçasına əsasən, xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilə qədər əmək fəaliyyəti dövründə aldığı məvacib ilə əmək pensiyasına çıxa bilməli olduğu təqdirdə cavabdeh orqan onun əmək pensiyasına çıxdığı illəri yalnış hesablayaraq ona aşağı məbləğdə əmək pensiyası təyin etmişdir. Onda olan məlumata görə onunla eyni illərdə və eyni vəzifədə çalışan keçmiş həmkarlarının da əmək pensiyalarını hesablayan zaman oxşar yalnışlığa yol verilmişdir və onlar da bununla əlaqədar olaraq müvafiq məhkəmə orqanlarına müraciət edərək bu yalnışlığı aradan qaldırmış və haqları olan əmək pensiyalarını almışlar. Pensiyanın düzgün hesablanmaması ilə əlaqədar olaraq, o da cavabdeh orqan olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək bu yalnışlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan onun xahişini təmin etməyərək imtina cavabı vermiş və imtina məktubunu bununla əsaslandırmışdır ki, “X1qçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 №- li Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən Hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 % məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyatı üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 % miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir”. Cavabdeh orqanın qeyd etdiyi imtina cavabında qeyd etmişdir ki, onun əsaslandığı qanunlar qüvvəyə mindiyi tarixdən, yəni xx.xx.2008-ci il tarixindən aidiyyatı üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Xüsusilə həmin illər ərzində o, dövlət qulluqçusu sayılan vəzifədə çalışırdı. Bu faktı onun əmək kitabçası da təsdiqləyir. Belə ki, onun o vaxt çalışdığı vəzifəsi hal-hazırda şöbə rəisinin müavininin vəzifəsinə bərabər tutulur. Azərbaycan Respublikası Prezidendinin 13 mart 2018-ci il tarixli Sərəncamına əsasən, həmin vəzifəyə aylıq vəzifə maaşı - 845.0 manat, aylıq əmək haqqına iş stajı üzrə 30% artım - 253.50 manat, dövlət qulluğunun müşaviri dərəcəsinə - 115.0 manat, vəzifə səlahiyyətlərinin icrası üzrə aylıq əmək haqqının 15 % - 126.75 manat, aylıq əmək haqqının 3 misli həcmində maddi yardımın 12-də 1 hissəsi - 211.25 manat, aylıq əmək haqqının 1 misli həcmində kompensasiyasının 12-də bir hissəsi - 70.41 manat, aylıq əmək haqqının bir misli həcmində pensiyaya çıxarkən əlavə mükafatın 12 də 1 hissəsi - 70.41 manat, cəmi 1692,82 manat və bunun səksən faizi 1353,85 manat təşkil edir. Hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və inzibati orqanın bu hərəkətsizliyi ilə onun konstitusion hüququnu pozulmuşdur. Lakin göründüyü kimi DSMF-nun Nərimanov rayon şöbəsi ərizəsini təmin etməməklə yanaşı, qanunvericiliyin normalarını pozaraq onun konstitusion və pensiya hüququnu pozmaqdadır. DSMF-nun Nərimanov rayon şöbəsinin bu səhlənkarlığı və qanunun normalarına laqeyid yanaşması onun haqqı olan pensiya məbləğini ala bilməməsi ilə nəticələnməkdədir. Bu səbəbdən də pensiya hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi əsl cavabdehlə əvəz edilənək iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı Məzahir oğluna pensiya hüququnun yarandığı xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən pensiyanın məbləği 830,60 manat, dövlət qulluğunda stajı 30 il, vəzifə maaşı 540 manat, qulluq stajı 30 % - 162 manat, mükafat 43,75 % = 236,25 manat, ixtisas dərəcəsi 100 manat, cəmi 1038,25 x 80 % = 830,60 manat. X1qçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 saylı Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hakimiyyəti səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunla qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu Dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazı məhkəməyə təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaçıya verilmiş imtina məktubunda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, onun pensiya hüququnun yarandığı xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən pensiyanın məbləği 830,60 manat, dövlət qulluğunda stajı 30 il, vəzifə maaşı 540 manat, qulluq stajı 30% - 162 manat, mükafat 43,75%=236,25 manat, ixtisas dərəcəsi 100 manat, cəmi 1038,25x80%=830,60 manat. X1qçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 saylı Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hakimiyyəti səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunla qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu Dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “Azplodoovatsprom” Aqrar- Sənaye Birliyi Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində işləmiş, xx.xx.1986-cı il tarixədən xx.xx.1989-cu il tarixədək Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmadığını göstərərək, pensiyasının xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin halhazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə, aylıq dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, staja görə 30 faiz əlavə, bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi əlavə nəzərə alınmaqla yenidən hesablanmasını tələb edir. İddiaçı pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etsə də, X1qçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 saylı Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hakimiyyəti səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edildiyi, həmin qanunun qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edildiyi, dövlət qulluqçusu dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilməsi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinas əsassızdır və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Qüvvədə olan qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan dəyişməlidir. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinə vəzifə maaşı, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxildir. İddiaçının tələb etdiyi əlavələr dövlət məvacibinin tərkibinə daxildir. Lakin iddiaçıya xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyindən iddiaçıya münasibətdə həmin əlavə və müavinətlər qanunvericiliklə tətbiq edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vaziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müdəallarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Məhkəmə iddiaçının tələbini pensiyasının xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin (şöbə rəisinin müavini) vəzifəyə müəyyən olunmuş həddə hesablanması hissəsində əsaslı hesab edir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1989-cu il tarixə qədər Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısfnda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq ali - 5-ci kateqoriya X3 orqanlarında şöbə müdirləri və şöbə müdirlərinin müavinləri vəzifələri də qeyd edilmişdir. Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. Həmin “Siyahı’”nın 1.15-ci bəndinə əsasən Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında şöbə rəisi vəzifəsi və şöbə rəisinin müavini hazırkı Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan təminedici şöbə müdiri və təminedici şöbə müdirinin müavini vəzifəsinə uyğunlaşdırılması aparılmışdır. Belə olan halda iddiaçı xx.xx.1981-ci ildən 1989-cu ilə qədər çalışdığı vəzifələrin hal-hazırda mövcud struktura uyğun olaraq şöbə rəisinin müavini vəzifəsinə bərabər tutularaq ona düşəcək pensiyanın həmin vəzifəyə müəyyən olunmuş həddə təyin edilməsi tələbində haqlıdır. İddiaçının işlədiyi vəzifənin hazırkı mərkəzi icra hakimiyyəti orqanlarında, yəni 2-ci kateqriya dövlət orqanlarında şöbə müdiri və şöbə müdirinin müavini vəzifəsinə uyğunlaşdırıldığı və müvafiq nomrativ hüquqi aktla şöbə müdiri və onun müavini vəzifəsinin hakimiyyət səlahiyyəti verilən dövlət vəzifəli şəxslərin siyahısına aid edildiyi üçün ona pensiya hesablanarkən hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmalıdır. «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunverciliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. Qeyd edilən siyahının 25.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının təminedici və yardımçı şöbə müdirləri və şöbə müdirlərinin müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları sırasına daxildirlər. Göründüyü kimi hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən təyin edildiyindən, iddiaçıya xx.xx.1990-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyindən ona münasibətdə həmin əlavə xx.xx.2008-ci il tarixdən tətbiq edilərək hesablanmalıdır. Məhkəmə iddia tələbinin dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, X1qçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30 % əlavə haqq ödənilir. Məhkəmə iddiaçının “ixtisas dərəcəsi nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi bu hissədə də əsaslı və qanunidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 16.2.4-cü maddəsinə əsasən inzibati vəzifələrin üçüncü təsnifatı üzrə - dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcələri verilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən isə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5-ci və 17.6-cı maddələrinə əsasən X1qçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “X1qçularına ixtisas dərəcələrinin veriiməsi Qaydaları”nın 5-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəc'ələri-müvafiq dövlət orqanının rəhbəri. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qaydaların 12-ci bəndində isə qeyd edilmişdir ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Qaydaların 15-ci bəndinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdə tutduğu vəzifədən azad edilməklə köçürülmə yolu ilə İqtisadiyyat və Proqnozlaşdırma şöbəsinin Maliyyə sektorunda baş məsləhətçi-iqtisadçı vəzifəsinə təyin edilmişdir və ona dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçasında ixtisas dərəcəsinin verilməsi ilə bağlı müvafiq qeydlər mövcud olduğundan və iddiaçının dövlət qulluqçusu olması işin mübahisələndirilməyən halı olduğundan, həmçinin ixtisas dərəcəsindən qanunvericilikdə yalnız bir halda, yəni Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə məhrum edildiyindən, iddiaçının isə Azərbaycan Respublikası vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçıya verilmiş ixtisas dərəcəsi, yəni dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququ şamil olunmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin bir sıra Fərmanları ilə dövlət qulluqçularının aylıq vəzifə maaşlarının tərkibinə bir sıra əlavələrin edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavələr dövlət məvacibinin tərkib hissəsi olduğu, habelə hazırda dövlət qulluğunda çalışıb pensiyaya çıxan şəxslərə münasibətdə tətbiq edilsə də, əsassız olaraq iddiaçıya münasibətdə tətbiq edilməmiş və bununla da, iddiaçıya verilən pensiyanın məbləği düzgün hesablanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin hazırda qüvvədə olan (xx.xx.2017-ci il tarixdən sonrası dövrdə qüvvədə olan redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Məzahir oğlunun xx.xx.1981-ci ildən xx.xx.1989-cu ilədək Azərbaycan SSR Meyvə-tərəvəz Təsərrüfatı Nazirliyinin Maliyyə və kredit plan şöbəsinin rəisi, idarənin rəis müavini vəzifəsində və Baş Pİİ-nin Maliyyə İdarəsinin maliyyə fəaliyyətinin kredit planı və analizi və ümumi maliyyələşməsi şöbəsinin rəisi vəzifəsində işləməsi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında mövcud olan təminedici şöbə müdiri və təminedici şöbə müdirinin müavini vəzifəsinə uyğunlaşdırılaraq, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% məbləğində təyin edilən və ödənilən əlavə haqq, dövlət qulluğunda qulluq stajının 15 ildən artıq olması ilə əlaqədar 30% əlavə, ixtisas dərəcəsinə görə əlavə, dövlət qulluqçularına 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-517/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-517/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver