Məhkəmə qərarları › İş №2-1(112)-517/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-517/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-517/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı – əldə olunmanın təsdiq olunması, kompensasiya ödənilməklə mənzilin boşaldılması barədə iddia tələbinə və Cavabdeh iddiaçı Bakı şəhəri İddiaçınə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə, çətinliyə, köçmək puluna, eləcə də, mənəvi zərərə görə kompensasiya məbləğinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi üzrə işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyyacları üçün alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Bakı şəhəri İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdiir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alğı-satqı) yolu ilə onun qeydiyyatda olduğu daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacarı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqdar müstəqil qiymətləndiirci “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqına” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 69026 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib. Cavabdeh İddiaçınə qarşı Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə xx xxxx 212986 manat, çətinliyə görə xx xxxx 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pul tutulması barədə qarışlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi 2/3 hissədə X6 mülkiyyətindədir. Digər 1/3 hissə X2 mülkiyyətindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə həmin ərazinin zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Cavabdeh təşkilata dəfələrlə ədalətli kompensasiyanın verilməsinə dair müraciətlər olmuş, görüşlər keçirilmiş, lakin, nəticə olmamışdır. Bu səbəbdən, ədalətli və real bazar qiymətinə uyğun kompensasiyanı məhkəmə qaydasında tələb edir. Hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 31 saylı evin bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat təşkil edir. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000-200.000 manat arasında dəyişir. Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi həm özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 371.2 kv.m təşkil edir. Qanunvericiliyin tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi, həmçinin mülkiyyəti (potensial mülkiyyət) olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsi kompensasiya edilməlidir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi ilə yanaşı, 371.2 kv.m təşki ledən torpaq sahəsinin 2/3 hissəsi kompensasiya edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli, 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın xxxxsinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınallma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanununun 66.4, 66.4.6-cı maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 ildən artıq müddət üçün 10 faiz ümumi miqdarında müəyyənləşdirilir. Çətinliyə görə10 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda, mənəvi zərər qismində cavabdehdən 100.000 manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın dövlət ehtiyacları üçün satın-alınmaya məruz qalmadan, kompensasiya ödənilmədən ərazinin insan həyatı üçün zəruri olan kommunal xətlərinin (qaz, su, elektrik) özbaşına kəsilməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəktsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Daha sonra ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhər Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi qarşılıqlı iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, mübahisə predmeti olan evin 2/3 hissəsi “xxxx” MMMC tərəfindən qiymətləndirilmiş və qiymətləndirmə rəyində əmlakın bazar dəyəri faktiki dəyərindən dəfələrlə həddindən artıq şişirdilmişdir. Bundan başqa, “xxxx” MMC tərəfindən tərtib edilmiş “Qiymətləndirmə rəyi” qanunvericiliyin tələbblərinə uyğun olmadığından, eyni zamanda hansı meyarlara əsasən qiymətləndirmə aparılması məlum olmadığından, hansı əsaslarla mübahisəli evin 570 000 manat olaraq qiymətləndirildiyi göstərilmədiyindən, hər hansı mötəbər mənbəyə və faktiki vəziyyətə əsaslanmadığından qanunsuz və əsassızdır. Hazırki inzibati iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qarşılıqlı iddia ərizəsində “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2018-ci il tarixli məktubuna istinad edilir ki, bu da hazırkii iş üzrə mötəbər sübut olaraq qiymətləndirilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.4-cü maddəsinə sasən alınan hər bir topraq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz Əmlakın alınması Qrupu” təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici “xxxx” MMC-ni cəlb edilibdir. Yasamal rayonu, Səid Rüstəmov küçəsi, 31 saylı ev ünvanında yerləşən bina Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. Hesab edir ki, iddiaçıya məxsus olan əmlakın dövlət ehtiyacları üçün alınmasına görə onun qiymətləndirilməsi qiymətləndirmə sahəsində ixtisaslaşmış ekspert-qiymətləndirici tərəfindən bu sahədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması müvafiq qaydada təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də, nəzərə alınmaqla 1500 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacarı üçün alınması haqqında” Azərbaycan Respulikası Qanununa uyğun həyata keçirilir. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin çıxarışına əsasən xxxx cavabdehin anası mərhum X9 olmuşdur. Cavabdeh anasından qalan əmlakı miras əmlak kimi qəbul etməmişdir. Evin texniki pasportu mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmədiyi üçün qiymətləndirmə aparılan zaman Texniki pasportda müəyyən olunan sahələr deyil, yerində faktiki olan mövcud sahələr qiymətləndirilmişdir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Cavabdehin anası X6 adına olan Çıxarış mülkiyyət hüqunu təsdiq edən sənəd hesab edilir və həmin sənəddə X6 mülkiyyətində hər hansı torpaq sahəsinin olması göstərilmədiyi halda torpaq sahəsi üçün kompensasiya hesablanmamışdır. Mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə isə, bildirirlər ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mənəvi ziyan dəydiyini təsdiq edən hər-hansı mötəbər sübutlar (mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən həkim sənədləri) yoxdur. Eləcə də, iş materiallarında torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını əks etdirən mötəbər sənəd və ya digər əsas mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Kompensasiya hesablanarkən “Torpaqların dövlət ehtiyacları üçün alınamsı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr, eyni zmanda təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də, nəzərə alınmışdır. Qeyd olunanlarla yanaşı, əlavədə qoşulan mühüm faktiki hallara malik digər analoji işlər barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2542/2019 saylı və xx.xx.2019-cu il tarixli, 2- 1(102)-2348/2019 saylı qərarlarının surətlərini məhkəmənin nəzərinə təqdim edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2542/2019 saylı qərar ilə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1, 67.3, 139.1, 146.1,249.1-ci maddələrinə istinad edərək, torpaq sahəsi ilə bağlı kompensasiya ödənilməsi məsələsinə aşağıdakılardan ibarət hüquqi mövqe nümayiş etdirmişdir.: - torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılmalıdır; - daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində əqdin notarial qyadasında təsdiq edildiyi andan əmələ gəlir; torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir; torpağa görə kompensasiya almaq hüququ yalnız torpaq üzərində mülkiyyət, istifadə, icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına, həmin torpağın ona ayrılmasına dair səərncam və ya digər hüquq müəyyənedici sənədlərin olduğu halda yaranır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarilxi, 2-1(102)-2348/2019 saylı qərarı ilə məhkəmə kollegiyası daşınmaz əmlaka görə hesablanan kompensasiya məbləğinə 20% əlavə haqq, 10% çətinliyə görə əlavə kompensasiyanın tutulması barədə aşağıdakı məzmunda hüquqi nəticəyə gəlmişdir: -mövcud inzibati praktikaya əsasən evin əsas və köməkçi sahələri üçün hər kv.m-ə görə ödənilən 1500 manat bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etdiyi üçün kompensasiya məbləğinə 20 % əlavə haqq, 10 % çətinliyə görə əlavə tutulması mümkünsüzdür. Beləliklə, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qərarının 12-ci maddəsini rəhbər tutaraq, hesab edirlər ki, icraatda olan qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə qərar qəbul edilərək eyni mühüm faktiki hallara malik digər analoji işlər barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2-1(102)-2542/2019 saylı və xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2348/2019 saylı qərarları nəzərə alınmalıdır. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respubikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçı nümayəndəsi X8 iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini qəbul etməyərək ilkin iddiaya qarşı təqdim etdiyi qarşılıqlı iddiaya uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, işdə olan “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 nömrəli qərarının surətindən görünür ki. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara almışdır: 1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səsfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilsin. 2. Bakı şəhəri İddiaçınə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. İşdə olan xx xxxxxx 2019-cu il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 saylı qərarına əsasən ünvan 3 ünvanında X9, Cavabdeh məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 5010/9) dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, Yaasamal rayonu 43 saylı MKİS vasitəsi ilə dəfələrlə alan orqan İddiaçı təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir. İşdə olan X7, Cavabdeh məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evi üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli, 51 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, Yasamal rayonu, S.Rüstəmov küçəsi 31 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (5010/9 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Topaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndirilmişdir: 39.37 kv.m əsas sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 59055 manat; 5.13 kv.m köməkçi sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 7695 manat; 1.22 kv.m sanitar qovşaq üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 666.66 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 800 manat olmaqla, ümumilikdə 976 manat; 15.0 kv.m metlax döşəmə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 16.67 manat, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 20 manat olmaqla, ümumilikdə 300 manat; cəmi: 668026 manat; 2 aylıq əmək haqqı və köçmək xərci 1000 manat olmaqla qeyd edilən daşınmaz əmlak üzrə ümumilikdə cəmi 69026 manat. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış, 71.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X6 2/3 hissə, X3 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli, reyestr kitabının 9716 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 43 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 257 nömrəli arayışdan görünür ki, 1975-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi ev 31 üvanında qeydiyyatdadır. İşdə olan “xxxx” MMC tərəfindən, Cavabdeh sifarişi əsasında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 190.90 kv.m olan daşınmaz əmlakın həqiqi dəyəri 570.000 manat qiymətləndirilmişdir. İşdə olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1965-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmişdir. İşdə olan “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB-11- 198 nömrəli, xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot torpaq sahəsinin orta bazar qiyməti 120 000 (bir yüz iyirmi min) – 200 000 (iki yüz min) manat arası dəyişir. Qiymətləndirilən ərazidə hazırda inkişaf etmiş torpaq bazarı olmadığından qiymətlər analoji zonalara əsaslanaraq göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respubikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» xx xxxxxx 2018-ci il tarixli, 51 saylı Qərarının təsiri altına düşür. Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh kompensasiya məbəlğinin ödənilməsi üçün dəfələrlə komissiyaya dəvət edilməsinə baxmayaraq, komissiyada iştirak etmişdir. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respulikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə görə, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) xxxx (xxxxlər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 6.1-ci maddəsinə görə, torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir xxxxsinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; 20.1-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1. həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; 22.1-ci maddəsinə görə, alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; 24.1-ci maddəsinə əsasən, müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; 53-cü maddəsinə görə, alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Bundan əlavə məhkəmə ilkin iddia üzrə kompensasiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, «xxxx» MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə müəyyən etdiyi 69026 manat məbləğində kompensasiya, özündə mövcud inzibati praktikaya əsasən hər kv.mə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etməsinə baxmayaraq, qiymətləndirmə hesabatı tərtib edilərkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən əmlakın ölçüləri nəzərə alınmamış, nəticədə ilkin iddia üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin miqdarı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ilkin iddia cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış və 71.2 kv.m köməkçi sahədən ibarət 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə X6 mülkiyyətində olmuşdur. Göründüyü kimi, «xxxx» MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçüləri nəzərə alınmamışdır. Halbuki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya kompensasiya məbləği sözügedən Çıxarışda qeyd olunan ölçülərə - 72.0 kv.m əsas (yaşayış) və 71.2 kv.m köməkçi sahələrə uyğun ((72.0+71.2 kv.m) ₓ 2/3 = 95.4666667 kv.m) hesablanaraq, 95.4666667 ₓ 1500 («Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat) = 143 200 (bir yüz qırx üç min iki yüz) manat, eləcə də, 2 aylıq kirayə haqqı və köçmək xərci ilə birlikdə (1000 manat), ümumilikdə 144 200 manat məbləğində kompensasiya məbləği ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570 000 manat məbləğində kompensasiya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan kompensasiya məbləğini “xxxx” MMC-yə tərəfindən tərtib edilmiş “Qiymətləndirmə rəyi”nə əsasən tələb edir ki, həmin rəy mötəbər hesab edilə bilməz. Belə ki, əmlakın qiymətləndirilməsi zamanı Cavabdeh mərhum anasına məxsus hissəyə deyil, bütövlükdə əmlaka qiymət verilmişdir. Eləcə də, qiymətləndirmədə ekspert istifadə olunan metodlara, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad etməmişdir. Məhkəmə eləcə də, qarşılıqlı iddianın sözügedən ünvanda yerləşən 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə kompensasiya məbləğinin ödənilməsi hissə ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 241.2-ci maddəsinə müvafiq olaraq dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 249.2-ci maddəsinə görə, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik 5 və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Siqunova Rusiyaya qarşı” işi üzrə xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, ....müştərək xxxxlər baxışın keçirilməsini tələb etməliydilər. O təsdiq edir ki, konkret məsələ üzrə daşınmaz əmlakın müştərək sahiblərindən heç biri, o cümlədən ərizəçilər heç zaman torpaq sahəsinə baxış keçirilməsini və onun kadastrda qeydə alınmasını tələb etməmişlər. Buradan da aydın olur ki, rəsmi orqanlar onların xxxxsi olduğu torpaq sahəsini ekspropriasiya edə bilməzdilər. Qarşılıqlı iddianın kompensasiya məbləğinə 20 faiz və çətinliyə görə 10 faiz əlavənin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat özündə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir. Bu səbəbdən də, qarşılıqlı iddia bu hissədə də, əsassızdır. Qarşılıqlı iddianın mənəvi zərərə görə 100 000 manat ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə Bakı şəhəri İddiaçı tərəfindən ona mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişlər. Bu səbəbdən də, qarşılıqlı iddia bu hissədə də, əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mahmudov, Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə xx xxxx 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «X1» qarşı xx xxxxx 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə «maddi» məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Bakı şəhəri İddiaçı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 144200 manat məbləğində kompensasiya ödənilərək mənzil boşaldılsın. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar