Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5170/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (böyük mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X18 üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx xxxxxx 2016-cı il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X18 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X18 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, 57 yaşı tamam olduğu xx xxxxxx 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinin xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli **********3 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu guya onunla əsaslandırmışdır ki, güzəştli pensiya hüququ verən iş stajı 12 il 6 aydan az təşkil edir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. O, xx xxxxxx 1959-cu ildə Ermənistanın Qafan rayonunda doğulmuşdur. Orta təhsilini başa vurduqdan sonra xx xxxxxx 1979-xx xxxxx 1980-ci il tarixində Zəngəzur X2 Zənginləşdirmə Fabrikində tənzimləyici vəzifəsində işləmişdir. xx xxx 1980-xx xxx 1982-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. xx xxxxxx 1983-xx xxxxxxxx 1984-cü ildə X8 06 saylı Yol-Tikinti İdarəsində yol fəhləsi işləmişdir. xx xxxxxxx 1983-cü ildən xx xxxxx 1985-ci ilə qədər Zəngəzur Mis-Molibden Kombinatında nasos maşinisti, xx xxxxx 1985-xx xxxxxx 1987-ci ilə kimi həmin kombinatda təmirçi çilingər işləmişdir. xx xxxxxx 1987-xx xxxxxx 1991-ci il tarixlərində Əli-Bayramlı Dövlət X9 yanacaqötürmə avadanlıqlarının təmiri üzrə çilingər, yenə də orada xx xxxxxx 1991-xx xxxxx 2005-ci ildə təmizləyici qurğu sexində avadanlıqların təmiri üzrə çilingər, xx xxxxx 2005- xx xxxx 2005-ci il tarixində həmin sexdə aparatçı, xx xxxx 2005-xx xxxxxx 2009-cu ildə həmin sexdə avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx xxxxxxxx 2009-xx xxxxxxx 2010-cu il tarixində “xxxx” ASC-nin Şirvan Təmir sahəsinin X13 Sexində təmirçi çilingər vəzifəsində çalışmışdır. xx xxxxxxx 2010-xx xxxxxx 2010-cu il tarixində “xxxx” ASC-də santexnik peşəsində çalışmışdır. xx xxxxxx 2010-xx xxxxxx 2011-ci ildə “Azəriqaz” X5 İdarəsində nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər işləmişdir. xx xxxx 2012-ci ildən hal-hazıra kimi “xxxx” Şirkətində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə 57 yaşı tamam olduğu xx xxxxxx 2016-cı il tarixinə qədər 37 ildən çox ümumi, 31 il 2 ay 26 gün güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı xx xxxxxxx 1983-xx xxxxx 1985-ci ildə Ermənistan SSR Zəngəzur X2 Zənginləşdirmə Fabrikində işlədiyi nasos maşinisti vəzifəsi 2 Saylı Siyahıda şifrəsi 20300000. İİ. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), filiz və filiz olmayan qazıntıların yandırılması. Zənginləşdirmə sonaçatdırma fabrikləri. 2030000a-13910 şlamı, pulpanı, sənaye məhsulunu və reagentləri çəkib vurmaqla məşğul olan nasos qurğuları maşinistləri peşəsinə (1 il 6 ay 3 gün), xx xxxxx 1985-xx xxxxxx 1987-ci illərdə Ermənistan SSR Zəngəzur X2 Zənginləşdirmə Fabrikində işlədiyi təmirçi çilingər peşəsinin 2 Saylı Siyahıda şifrəsi 20300000. İİ. Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), filiz və filiz olmayan qazıntıların yandırılması. Zənginləşdirmə sonaçatdırma fabrikləri. 2030000a- 18559 təmirçi çilinsərlər peşəsinə (2 il 7 ay 19 gün), xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilə kimi “X20 Stansiyası” MMC-nin (Əli-Bayramlı DRES-nin) Yanacaq nəqliyyat sexində yanacaq ötürən avadanlıqların təmiri üzrə çilingər vəzifəsi - 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı. 2140000a-18455. Yanacaq ötürmə avadanlığına...xidmət üzrə çilingərlər peşəsinə (3 il 0 ay 24 gün), xx xxxxxx 1991-xx xxxxx 2005-ci və xx xxxx 2005-xx xxxxxx 2009-ci ildə “X20 Stansiyası” MMC-də Qazan turbin sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi, 2 saylı Siyahıda şifrəsi 2110A030-17531 X.Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və X14ndə, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisinə (ümumilikdə 14 il 8 ay 26 gün), eyni vəzifədə xx xxxxxx 2006-xx xxxxxx 2009-cu illər tarixində isə bu vəzifə hazırda qüvvədə olan xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda 8.3.3. İstehsalatda texnoloji və X14ndə, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisinə (3 il 7 ay 30 gün), xx xxxxxxxx 2009-xx xxxxxxx 2010-cu il tarixində “xxxx” MMC-də X22 işlədiyi çilingər peşəsi xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatıqazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri... üzrə çilingərlər peşəsinə (1 il 1 ay 5 gün), xx xxxx 2012-ci il tarixindən hal-hazıra kimi “xxxx” Əməliyyat Şirkətində Elektrik avadanlıqları və avtomatika sexində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsi xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, X14 və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər (57 yaşı tamam olan tarixə qədər - 4 il 6 ay 10 gün) vəzifəsinə uyğun olmaqla yaranmışdır. Cavabdehin onun müraciətinə imtina məktubu qətiyyən əsaslandırılmamışdır. Belə ki, güzəştli iş stajının “12 il 6 avdan az təşkil etməsi” vurğulansa da hansı iş dövrü üçün güzəştli iş stajının qəbul edildiyi, hansı dövr üçün isə qəbul edilmədiyi göstərilməmişdir. Həmçinin güzəştli iş stajının “az olması” həmin stajın hansısa hissəsinin cavabdeh tərəfindən qəbul edilməsi başa düşülür. Lakin cavabdehin imtina məktubu əsassız olduğu üçün o, iddiaçı güzəştli iş stajının qanunvericiliyə uyğunluğunu izah etməyə məcburdur. İlk olaraq Zəngəzur Mis-Molibden Kombinatındakı güzəştli iş stajı barədə məlumat verir. Həmin müəssisədə nasos maşinisti vəzifəsində əmək funksiyalarına açıq karxana üsulu ilə hasil edilmiş mis-molibden süxurlarının zənginləşdirilməsi prosesində istifadə edilən reagentlərin qurğulara vurulması, ortaya çıxan şlamın isə istehsalat kanalizasiyası xətləri ilə anbarlara nasoslar vasitəsilə vurulması olub. Zərərli iş şəraitinə görə əməkhaqqına 24 faizlik əlavə hesablanmışdır. Daha sonra həmin müəssisədə təmirçi çilingər işləmişdir ki, bu da 2 saylı Siyahı üzrə birmənalı olaraq güzəştli iş stajı hüququ verir. Yenə də həmin vəzifədə əməkhaqqına 24 faizlik zərərli iş şəraitinə görə əlavə ödənilib. Ümumiyyətlə həmin müəssisədə çalışan hər bir fəhlə və sahə, qurğularda işləyən rəhbər və mütəxəssislərin əməkhaqqlarına zərərli iş şəraitinə görə 24 faizlik əlavə tətbiq edilirdi. Daha sonra xx.xx.1987-xx.xx.1991-ci illərdə Əli- Bayramlı DRES-da yanacaq ötürən avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmişdir ki, həmin müəssisənin hüquqi varisi tərəfindən verilmiş arayış həmin vəzifənin güzəştli kateqoriyadan olmasını sübut edir. xx.xx.1991-xx.xx.2009-cu il tarixlərində üstüstə 18 il 4 ay 26 gün olmaqla Qazan-Turbin Sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Həmin müəssisənin verdiyi arayışda bu məsələ öz təsdiqini tapır. Kimya sexi Qazan-Turbin Sexindən gələn yüksək temperaturlu çirklənmiş suların müxtəlif kimyəvi maddələrlə emal edilərək təmizlənməsi və dövriyyəyə qaytarılması işini ehtiva edir. 2 Saylı Siyahıda X. Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2110A030-17531 şifrəsi ilə 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və X14ndə, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisi vardır ki, onun işlədiyi Əli-Bayramlı DRES-ı da 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsi ilə həmin Siyahıda sadalanan istehsalatlardan biridir. Qanunverici orqanın Kimya istehsalatı bölməsində belə bir yarımbölmənin yer almasını lazım bilməsi məntiqidir, çünki kimyəvi maddələrin hazırda tətbiq edilmədiyi heç bir digər istehsalat sahəsi yoxdur və həmin işləri yerinə yetirən işçilərin hüquqlarını qorumağı lazım bilmişdir. Həmin yarımbölmədə dəqiqləşdirmə həyata keçirilmişdir. Belə ki, əvvəlcə deyilir: 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və X14ndə. profilaktikasında, xidmətində” daha sonrakı hissədə isə deyilir: “1 №-li və 2 №li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilvasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər, 3-cü hissədə isə “işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr” göstərməklə, bəzi peşə və vəzifələrin 2-ci Siyahıya, digərlərinin isə 1-ci və 2-ci Siyahılarda nəzərdə tutulan hallarında, 3-cü hissədə isə, kimya müəssisələrində işləri kanat üsulu ilə yerinə yetirən fəhlələr nəzərdə tutulur. Hər üç hissədə peşə və vəzifələrdə ümumi sərhədlər müəyyən edilmişdir. Onun Əli-Bayramlı DRES-da çalışdığı təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi də 2110A030-17531 şifrəsi ilə qeyd edilmiş yarımbölmədə göstərilən kriteriyalara tam uyğundur. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki; 1) iddiaçının ümumi stajını mübahisələndirmir; 2) güzəştli iş stajı barədə arayış tələb etmir, çünki onun hüququ yarandığı dövrdə güzəştli pensiya təyinatı üçün tələb edilən sənədlərin siyahısında belə bir sənəd nəzərdə tutulmurdu. Yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında və yalnız bu tarixdən sonra güzəştli iş stajı barədə arayış tələb edilməyə başlanılıb və bu səbəblə də həmin tarixdən etibarən hüququ yaranmış şəxslərə tətbiq edilə bilər. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında deyilirdi. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxx 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü maddəsində deyilir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanununun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 01-7P/100 saylı, xx xxxxxx 2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.2009-cu ildən (əmr № 02/17-kş xx.xx.2009-cu il) xx.xx.2010-cu ilədək (əmr № 132/17-kş, xx.xx.2010-cu il) “xxxx” ASC-nin X14 X4 Təmiri sexinin Şirvan təmiri sahəsində 6-cı dərəcəli çilingər peşəsində və xx.xx.2010-cu ildən (əmr № 120/8-kş, xx.xx.2010-cu il) xx.xx.2010-cu ilədək (əmr № 125/8-kş, xx.xx.2010-cu il) “xxxx” ASC-nin “Cənub Layihəsi”nin Tikinti sahəsində 4-cü dərəcəli santexnik peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən çilingərlərin işi (xx.xx.2009-xx.xx.2010-cu il) bilavasitə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 01 il, 01 ay, 05 gün təşkil edir. Dövlət X19 üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 saylı sərəncamına əsasən “xxxx” ASC adlandırılıb. İşdə olan “xxxx” şirkəti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışdan görünür ki, İddiaçı “xxxx” şirkətində Elektrik avadanlıqları və avtomatika sexində, Elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektron mantyoru vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə iş stajı: elektrik avadanlıqları və avtomatika sexi – elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru xx.xx.2012-xx.xx.2020. Cəmi 07 il 07 ay 29 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən İddiaçı 07 il 07 ay 29 gün imtiyazlı iş stajına malikdir. 10. Neftin qazılması və hasilatı, ne ft, qaz kondensatı, kömür və şistin emalı. 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan X14 və xidməti üzrə elektrik mantyorları. İstehsalatda məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx xxx 1980-ci il tarixdən xx xxx 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC “X20 Stansiyası” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 20/206/17/141 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən (əmr № 66-n, xx.xx.1987-ci il) xx.xx.1991-ci il tarixinə kimi “X20 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan-turbin sexinin işini təmin edən yanacaq nqəliyyat sexində yanacaq ötürən avadanlıqlarının təmiri üzrə çilingər; xx.xx.1991-ci il tarixdən (əmr № 16-k, xx.xx.1991-ci il) xx.xx.2005-ci il tarixinə kimi “X20 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan-turbin sexinin işini təmin edən kimya sexində təmizləyici qurğu avadanlıqların təmiri üzrə çilingər; xx.xx.2005-ci il tarixindən (əmr № 36-k, xx.xx.2005-ci il) xx.xx.2005-ci il tarixinə kimi “X20 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan-turbin sexinin işini təmin edən kimya sexində tullantı suların kimyəvi təmizlənməsi üzrə aparatçı; xx.xx.2005-ci il tarixdən (əmr № 76-k, xx.xx.2005-ci il) xx.xx.2009-cu il tarixinə kimi “X20 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazanturbin sexinin işini təmin edən kimya sexində təmirçi çilingər işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli “Güəzştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Qərarının 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümündə 144-cü səhifənin 3-cü xanasında qeyd edildiyi kimi çilingərlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Əsas” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı. İşdə olan iddiaçıya məxsus ПТ-İ № ******* saylı, xx xxxxx 1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxx 1979-cu il tarixdən xx xxxxx 1980-ci il tarixində Zəngəzur X2 Zənginləşdirmə Fabrikində tənzimləyici işləmiş, xx xxx 1980-ci il tarixdən xx xxx 1982-ci ildə həqiqi hərbi xidmətdə olmuş, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxxxx 1984-cü ildə X8 06 saylı Yol-Tikinti İdarəsində fəhlə işləmiş, xx xxxxxxx 1983-cü ildən xx xxxxx 1985-ci ilə qədər Zəngəzur Mis-Molibden Kombinatında nasos maşinisti, xx xxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci ilədək həmin kombinatda təmirçi çilingər işləmiş, xx xxxxxx 1987-ci il tarixdən Əli-Bayramlı Dövlət X9 yanacaqötürmə avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixdən həmin sexə istilik ötürən avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1991-ci il tarixdən təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1995-ci il tarixdən həmin sexə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər keçirilmiş, xx.xx.2005-ci il tarixdən həmin sexdə tullantı suların kimyəvi təmizlənməsi üzrə 4-cü dərəcəli aparatçı keçirilmiş, xx.xx.2005-ci il tarixdən həmin sexdə 6-cı dərəcəli təmirçi-çilingər işinə keçirilmiş, xx.xx.2008-ci il tarixdən “xxxx” ASC-nin AÜ/117 saylı, xx.xx.2008-ci il tarixli əmrinə əsasən X11 Stansiyası” MMC “X20 Stansiyası” MMC adlandırılmış və xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” ASC EAT X21 sahəsinin QAT sexinə 6-cı dərəcəli çilingər peşəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “Cənub layihəsi” Tikinti sahəsinə 4-cü dərəcəli sanitexnik vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Azəriqaz” X15 İdarəsində 2 saylı qurşadırma, təmir sazlama sahəsinə nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər peşəsində işləmiş, xx.xx.2012-ci il tarixdən “xxxx” Şirkətində elektrik avadanlıqları və avtomatika sexinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı 57 yaşı tamam olduğu xx xxxxxx 2016-cı il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx xxx 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun həm xx.xx.2006-cı il tarixədək, həm də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə araşdırması nəticəsində işdə olan əmək kitabçası əsasında iddiaçının xx xxxx 2017-ci il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması öz təsdiqini tapsa da, lakin həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı xx xxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək Ermənistan SSR Zəngəzur mis-molibden kombinatının X6 işlədiyi nasos maşinisti və xx xxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixədək həmin fabrikdə işlədiyi təmirçi çilingər peşəsinin güzəşli iş stajı verən peşələrə aid olmasını göstərsə də, lakin buna dair güzəştli arayışı məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə tərəfindən həmin peşələrin güzəştli iş stajı verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Belə olan halda iddiaçının xx xxxxxxx 1983-cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək Ermənistan SSR Zəngəzur mis-molibden kombinatının X6 işlədiyi nasos maşinisti və xx xxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixədək həmin fabrikdə işlədiyi təmirçi çilingər peşəsi güzəştli iş stajına hesablana bilməz. İddiaçı həmçinin xx xxxxxx 1991-ci il tarixdən xx xxxxx 2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X20 Stansiyası” MMC-də işlədiyi təmizləyici qurğu sexində avadanlıqların təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının X. Kimya istehsalatı bölməsində 3-cü yarımbölmədə 2110A030-17531 şifrəsi ilə sadalanmış istehsalatlarda texnoloji və X14ndə, profilaktikasında, xidmətində ... məşğul olan fəhlələr göstəricisinə uyğun gəldiyini göstərmişdir. Halbuki “xxxx” ASC “X20 Stansiyası” MMC tərəfindən iddiaçıya verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 20/206/17/141 saylı arayışda iddiaçının xx xxxxxx 1991-ci il tarixdən X20 Stansiyası MMC-də qazan turbin sexinin işini təmin edə kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyi göstərilsə də, lakin iddiaçıya məxsus əmək kitabçasında iddiaçının həmin tarixdən təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirildiyi, xx.xx.1995-ci il tarixdən həmin sexə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər, xx.xx.2005-ci il tarixdən həmin sexdə tullantı suların kimyəvi təmizlənməsi üzrə 4-cü dərəcəli aparatçı, xx.xx.2005-ci il tarixdən həmin sexdə 6-cı dərəcəli təmirçi çilingər işinə keçirildiyi və xx.xx.2009-cu il tarixədək həmin vəzifədə işlədiyi göstərilmişdir. Göründüyü kimi iddiaçı kimya sexində təmizləyici qurğu avadanlıqlarının təmiri üzrə çilingər peşəsində deyil, təmizləyici qurğu sexinə avadanlıqların təmiri üzrə çilingər peşəsində işləmişdir. İddiaçının həmin dövrdə işlədiyi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 21400000 kodlu Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı Xİİİ bölməsində nəzərdə tutulmamışdır. Lakin iddiaçı xx xxxxxx 1991-ci il tarixdən xx xxxxx 2005-ci il tarixədək, xx.xx.2005ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X20 Stansiyası” MMC-də işlədiyi təmizləyici qurğu sexində avadanlıqların təmiri üzrə çilingər peşəsinin göstərilən siyahının ******* kodlu X Kimya istehsalatı bölməsində nəzərdə tutulan 2110A030 kodlu ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr göstərici ilə eyni olması, hər iki peşə üzrə istehsalatın bir olmasını göstərərək, işlədiyi peşənin 2 saylı siyahı üzrə ******* kodlu Kimya istehsalatı bölməsində nəzərdə tutulan 2110A030 kodlu peşəyə uyğunlaşdırılmalı olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi xüsusatlar əsassızdır. Belə ki, ilk növbədə iddiaçı elektrik stansiyasında işləmişdir və bununla bağlı yuxarıda göstərilən siyahıda ayrıca Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adlı Xİİİ bölmə mövcuddur. İddiaçının işlədiyi istehsalat həmin bölməyə aid olduğundan, onun işlədiyi peşənin həmin bölmə üzrə güzəştli iş stajı verən peşələrə aid olub-olmaması araşdırılmış və həmin peşənin göstərilən bölmədə olması müəyyən edilməmişdir. Belə olan halda həmin dövr iddiaçının güzəştli iş stajına aid edilə bilməz. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “X20 Stansiyası” MMCnin Əli-Bayramlı DRES-nin qazan-turbin sexinin işini təmin edən yanacaq nəqliyyat sexində işlədiyi yanacaq ötürən avadanlıqların təmiri üzrə çilingər peşəsi (3 il 23 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının 21400000 kodlu Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində də nəzərdə tutulan 140000a-18455 kodlu qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinə uyğundur. İddiaçının həmçinin xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” ASCnin X14 X4 Təmiri sexinin Şirvan təmiri sahəsində işlədiyi 6-cı dərəcəli çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən çilingər peşəsi (01 il, 01 ay, 05 gün), həmçinin “xxxx” şirkətində xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi elektrik avadanlıqları və avtomatika sexinə elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 10-cu Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı fəslinin 10.2-ci Neft, qaz və qaz kondensatının hasilatı a) yarımbölməsinin fəhlələr: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, X14 və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsinə uyğun olsa da (04 il, 06 ay, 10 gün), lakin həmin işlədiyi peşələr üzrə güzəştli iş stajı 12 il 06 aydan az müddəti təşkil edir. Beləliklə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 57 yaşı tamam olan xx xxxxxx 2016-cı il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 12 il 6 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5170/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5170/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver