Məhkəmə qərarları › İş №2-1(112)-5170/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5170/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5170/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X10 (Bakı şəhərində qeydiyyatdadır, “Pro Bono” vəkil bürosunun vəkili) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “İddiaçı üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Cavabdeh qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq vəkil Cavabdeh İddiaçı üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ABŞ-da yaşayan Azərbaycan Dostluq Təşkilatının prezidenti Adika İqbal vəkil Cavabdeh tərəfindən aldadılaraq pulun mənimsənilməsi barədə İddiaçına müraciət etmiş və göstərmişdir ki, Cavabdeh xidmət haqqı kimi ondan 4300 ABŞ dollarını tələb etmiş, həmin məbləğ bank vasitəsi ilə Cavabdeh adına göndərilmiş, 25 iş günü keçdikdən sonra Cavabdeh atasının ağır vəziyyətdə olduğinu, təcili əməliyyat üçün 2500 ABŞ dollarına ehtiyacı olduğunu bildirərək 27 apreldə qaytaracağına dəfələrlə söz verərək borc istəmişdir. Bir neçə həftə əvvəl 1000 ABŞ dolları geri göndərmiş, lakin qalan 5700 ABŞ dolları qaytarmamışdır. Cavabdeh onun xaricdə yaşamasından istifadə edərək onu aldadıb və dələduzluq əməli törədərək onun 5700 ABŞ dollarını mənimsəmişdir. Bundan başqa X7 müraciətinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh ondan hüquqi yardım göstərilməsi adı ilə hüquqi yardım göstərilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müavilədən kənar olaraq 700 manat məbləğində pul vəsaitini əldə etmişdir, habelə X3 hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamadan müqavilədən kənar qaydada 10200 manat məbləğində pul vəsaitini, hüquqi yardım göstərilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müqavilədən kənar olaraq Ağakərim Məlikov adlı vətəndaşdan 2500 manat məbləğində pul vəsaitini əldə etmişdir, bundan başqa vəkil Cavabdeh hüquqi yardım göstərilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müqavilədən kənar qaydada Solmaz Məmmədovadan 750 manat məbləğində pul vəsaitini əldə etmişdir. Göstərilən hərəkətləri ilə Cavabdeh “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin və “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2, 1.3, 1.5, 2.3, 2.4 və 2.10-cu bəndlərinin tələblərini pozmuş, peşə borcunu yerinə yetirərkən qanunvericiliyin tələblərinə, vəkil etikası normalarına riayət etməmişdir. Qanuna zidd olaraq maddi nemət, müqavilədən kənar pul vəsaiti əldə edərək, vəkil etikasının və vəkil andının tələblərini pozmuş, vəkilliyin nüfuzunu aşağı sala bilən hərəkətlərə yol vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla cavabdehdən iddiaya dair etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmşdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi B.Məmişov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə Azərbaycan Respublikasıınn Vəkillər X1 xx.xx.2021-ci il tarixli, 11 saylı, xx.xx.2021-ci il tarixli, 15 saylı, xx.xx.2022-ci il tarixli, 02 saylı, xx.xx.2021-ci il tarixli,14 saylı iclas protokollarından çıxarışların, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xx.xx.2021ci il tarixli, 717/1 nömrəli məktubunun və məktuba əlavə edilmiş Adika İqbalın elektron müraciətinin, cavabdehin vəkil vəsiqəsinin surətinin, vəkil Cavabdeh ilə vatsap yazışmalarının, 2500 ABŞ dolları məbləğinin köçürülməsi haqqında sənədin,Cavabdeh xx.xx.2021-ci il tarixli izahatının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli rəyinin, vətəndaş Hüseyn Əkbərovun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müraciətlərinin, cavabdehin iltizamının, X5 notariat qaydasında imzalanmış ərizəsinin, xx.xx.2021-ci il tarixli şikayətinin, iddiaçıya “zoom” iclaslarda iştirak etməsi ilə bağlı İddiaçı teleqramlarının, cavabdehin X12 ilə imzaladığı “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”nin birinci vərəqinin,13 saylı Vəkil Bürosunun iddiaçının İntizam Komissiyasına ünvanlanmış 53 və 55 nömrəli, xx.xx.2021-ci il tarixli, 57 nömrəli, xx.xx.2021-ci il tarixli, 56 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunun, vətəndaş Ağakərim Məlikovun İddiaçı sədrinə ünvanlanmış ərizəsinin, 97 nömrəli, aprel 2021-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında cavabdeh ilə X11 arasında bağlanmış müqavilənin,həmin vətəndaş ilə cavabdeh arasında bağlanmış 664 nömrəli, xx.xx.2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin, iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli teleqramının, vətəndaş X8 şikayət ərizəsinin, həmin vətəndaşın şəxsiyyət vəsiqəsinin, həmin vətəndaşla cavabdeh arasında imzalanmış 47 nömrəli, xx.xx.2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin, "xxxx" ASC vasitəsilə ödəniş qəbzinin, Abbasov Sərxanın xx.xx.2021-ci il tarixli ərizəsinin, xx.xx.2021-ci il tarixli X13 ilə cavabdeh arasında imzalanmış hüquqi xidmətlərin göstərilməsi haqqında 11 nömrəli müqavilənin surətlərini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Cavabdeh İddiaçı üzvüdür, ABŞ-da yaşayan Adika İqbaldan vəkil kimi hüquqi xidmət göstərməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitləri tələb etmiş, yazışmaların mətnində vəkil Cavabdeh tərəfindən qeyd olunmuşdur: “3400 manata qədər edir 2 min dollar”, “400 manata heç adi boşanma işi götürmür icraata” və s., vəkil Cavabdeh qeyd edilən pul məbləğlərini almasını etiraf etmiş, lakin həmin pulu vəkillik fəaliyyəti ilə bağlı almadığını, şəxsi məqsədlər üçün aldığın bildirsə də faktiki olaraq o, hüquqi xidmət göstərilməsi haqqında müqavilə bağlamadan hüquqi xidmətin göstərilməsi adı ilə maddi gəlir əldə etmişdir, bundan başqa vəkil Cavabdeh hüquqi yardım göstərilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müqavilədən kənar X2 2500 manat məbləğində pul vəsaitini əldə etmişdir, bundan başqa vəkil Cavabdeh hüquqi yardım göstərilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müqavilədən kənar X9 750 manat pul əldə etmişdir, bundan başqa cavabdeh hüquqi yardım göstərilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə bağlamadan müqavilədən kənar X6 700 manat məbləğində pul vəsaitini əldə etmişdir, bundan başqa cavabdeh hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamadan müqavilədən kənar qaydada X4 10200 manat məbləğində pul vəsaitini əldə etmişdir. İddiaçı hesab edir ki, cavabdeh göstərilən hərəkətlərlə ”Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə və vəkil etikasına riayət etməmiş, vəkil andına sadiq qalmamış, qanunvericiliyin və ”Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə etməklə, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, bu inamın və etimadın sarsılmasını şərtləndirən və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir, bununla da “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İ,İİ hissələrinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 2.4, 2.10-cu bəndlərinin və Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur, odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İddiaçı üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun 1-ci maddəsinin İİİ hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; Həmin Qanunun 16-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; Həmin Qanunun 18-ci maddəsində göstərilmişdir ki, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 19-cu maddəsinin İ hissəsinə əsasən Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən: İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir...Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. İddiaçı üzvlərinin Konfransı tərəfindən xx.xx.2017-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur, həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır, 2.4-cü bəndinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həmin Əsasnamənin 2.10-cu bəndinə əsasən peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. İşin faktiki hallarına əsasən cavabdeh hüquqi yardım göstərilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlamadan müqavilədən kənar pul vəsaitlərini əldə etmişdir, belə ki, Adika İqbal adlı şəxsdən özünə məxsus vəkil vəsiqəsinin şəkilini göndərərək vəkillik xidmətləri bağlı qeydlər edərək pul məbləğləri istəmiş, Sərxan Abbasov adlı şəxslə cavabdeh arasında “Hüquqi xidmət göstərilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli, 11 nömrəli müqavilə bağlanmış, müqavilədə məbləğ 1000 manat göstərilmiş, müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh Sərxan Abbasvun “uşağın atanın himayəsinə verilməsi” tələbinə dair hüquqi prosessual hərəkətləri etmək və keyfiyyətli hüquqi yardımın göstərilməsi öhdəliyini götürmüş, müqavilənin 3.1-ci bəndində isə Sərxan Abbasov müqavilə imzalandığı zaman 600 manat, müqavilə imzalandıqdan sonra 15 gün müddətində isə 400 manat ödənişi etməyi öhdəsinə götürmüşdür, 100 manat cavabdehin bank hesabına ödənilmişdir, lakin müqavilə vəkil bürosunda qeydiyyatdan keçməmşdir, anoloji olaraq vətəndaşlar Hüseyn Əkbərovla, Solmaz Məmmədova ilə də cavabdeh arasında bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr qeydiyyatdan keçməmişlər ,Ağakərim Məlikov ilə bağlanmış müqavilədə məbləğ 100 manat göstərilsə də həmin şəxsdən 2500 manat alınmışdır, Sərxan Abbasovdan müqavilədən kənar 700 manat, Hüseyn Əkbərovdan 10200 manat, Ağakərim Məlikovdan 2500 manat, Solmaz Məmmədovadan 750 manat məbləğləri cavabdeh tərəfindən müqavilədən kənar əldə edilmişdir ki, bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh hüquqi xidmət göstərilməsi haqqında müqavilə bağlamadan hüquqi xidmət göstərilməsi adı ilə vətəndaşlardan gəlir əldə etmişdir, bu zaman peşə fəaliyyətini həyata keçirərkən yalnız qanunun tələblərini, Vəkilləri davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə etməklə qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar, və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, bu inamın və etimadın sarsılmasını şərtləndirən və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli 2(102)-3816/16 nömrəli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair mübahisə subyektiv tərkibinə, predmetinə, eləcə də hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə olduğu üçün belə mübahisələrə dair işlər üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İddiaçı üzvlüyündən xaric edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. Vəkil Cavabdeh İddiaçı üzvlüyündən xaric edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar