Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5171/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair mübahisəyə dair işə şifahi məhkəmə baxışı iclasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı 10.08.1992-ci il tarixdə SHXÇDX-nin Zəngilan rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 14.08.1992-ci il tarixdən 28.N.1993-cü il tarixədək N saylı hərbi hissədə, 04.01.1994-cü il tarixdən 17.07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 10.N.2019-cu il tarixli arxiv arayışında da qeyd edilir ki, o, İddiaçı N nömrəli hərbi hissə komandirinin 27.08.1992-ci il tarixli 263 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. Hərbi biletində 14.08.1992-ci il tarixdən 28.N.1993-cıı il tarixədək N saylı hərbi hissədə, 04.01.1994-cü il tarixdən 17.07.1996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmağı barədə qeydlər vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdim. Komissiya 21.02.2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Halbuki, ərizəyə əlavə olunan hərbi biletimin səhifəsində göstərilmişdir ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon şöbəsi tərəfindəni0.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğum 17.07.1996-cı il tarixədək döyüşən ordunun tərkibində 702, N və N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdirm. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir.... X1 göndərilən Arxiv Arayışında hərbi xidməti barəsində Arxiv məlumatının olmaması onun təqsiri ucbatından olmamışdır. Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirlər.... qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaya münasibət bildirərək göstərmişdir ki, İddiaçı Mehis oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 10 avqust 1992-ci il tarixdən N may 1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə xidmətdə olarkən N.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməlliyatlarında iştirak etdiyinə görə arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2-1(1N)- 65N/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-716/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(1N)-65N/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardad qanuni qüvvəyə minib. Cavabdeh qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İPM-nin 47.2-ci və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı Mehis oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 10 avqust 1992-ci il tarixdən N may 1994-cü il tarixədək elan olunan atəşkəsə qədər və tərxis olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə xidmətdə olarkən N.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməlliyatlarında iştirak etdiyinə görə arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 15 aprel 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, tələbin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid aid olmadığı iddiaçının nəzərinə çatdırılmıdır. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 01 iyun 2021-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə qiymət verilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia tələbində 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(1N)- 65N/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərardadı əsasında iddiaçının 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 702, N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq 10.08.1992-ci il tarixdən N.05.1994-cü il tarixinədək elan olunan atəşkəsə qədər və təxris olunduğu 17.07.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 702, N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli , 2-1 (103)-716/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 29.10.2020-ci il tarixli 2-1(1N)-65N/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən tələblərə artıq bir dəfə məhkəmə icraatı qaydasında baxılaraq, həmin tələblər üzrə qəbul edilmiş məhkəmə qərarı artıq qüvvəyə minmişdir. Buna baxmayaraq iddiaçı həmin qərardadı kassasiya qaydasında mübahisələndirməmiş, bir ay sonra yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərində barəsində məhkəmə qərarı qəbul edilmiş tələbə təkrar baxıla bilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Plenumun qeyd olunan Qərarının tələbi baxımından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquququnun olması o halda mümkündür ki, iddia tələbi mümkünlük şərtlərinə əməl edilməklə verilmiş olsun. Lakin hazırkı halda iddiaçı eyni tələblə mümkünlük şərtlərinə əməl etmədən məhkəmədə iddia qaldırmışdır. Yuxarıda qeyd olunanlara əsasən və 15.6-cı bəndin tələblərini mövcud münasibətlərə tətbiq edərək məhkəmə hesab edir ki, iddia mümkün saymamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5171/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5171/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver