Məhkəmə qərarları › İş №2-1(112)-5174/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5174/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5174/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (aparıcı mütəxəssis, Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi cəlb olunmaqla) üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddaçı bildirir ki, xx.xx.1961-ci ildə Ağdam rayonunun Novruzlu kəndində doğulmuşdur. Ona 3-cü dərəcəli əlillik pensiyasının müddətsiz olaraq təyin edilməsi qərara alınmışdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət etmiş, Ali Məhkəmənin 19 dekabr 2018-ci il tarixli iş № 2-1(102)- 2386/2018-ci il qərarı) Belə ki, onun xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətində olduğu dövrün sosial siğorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixindən etibarən üçüncü dərəcə əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən əlilliyin səbəbi kimi “arxa qütbün və ləkənin degenerasiyası, OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H2. OD” qeyd olunmuş və əlillik müddətsiz təyin edilmişdir. İddiçı bildirir ki, 2021-ci ilin yanvar ayında onun 3-cü dərəcə əlilliyi üzrə pensiya təyin edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, DSMF tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinini Tibb İdarəsinə və Azərbaycan Respublikasl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.1988-ci ildən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olduğu dövrün sosial siğorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2018-ci il tarixindən 3-cü qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin “əlillik altsistemində” əlilliyimin etibarlı hesab edilməsinin təmin edilməsi barədə də müraciətlər edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2021-ci il tarixli 029-37726-3221 saylı məktubuna əsasən aşağıdakılar qeyd edilmişdir: Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər (Forma 88) poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. ƏƏSMN-in 2018-ci ildə müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığı müəyyənləşmişdir. Bu səbəbdən qeyd olunan göndərişlər etibarsız hesab edilmiş və X8 müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. İddiaçı əlavə olaraq bildirir ki, əlilliyin və pensiyanın təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Müraciətdə qeyd edilən məsələ ilə əlaqədar tibbi qeydiyyatda durduğu poliklinikanın Həkim Məsləhət Komissiyası tərəfindən barənizdə tərtib edilmiş göndərişlə əlillik dərəcisinin təyin edilməsi üçün ƏƏSMN-nə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin məktubda 1 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2732/2018 nömrəli qərarının icra edilərək iddiaçıya xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətində olduğu dövrün sosial siğorta stajı kimi nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixinədək İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunduğu göstərilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən 3-cü dərəcə əlillik xx.xx.2018-ci il tarixindən etibarən müddətsiz olaraq təyin olunmuşdur. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, ona məxsus müalicə məlumatları səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlilliyim əlillik Alt sistemində etibarsız edilmişdir. Qeyd olunanlarla bağlı iddiaçı aşağıdakılar bildirir. Ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə iddiaçıya hər hansı bir qərar təqdim olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Talib qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə cavabdeh bildirir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADC4 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X1 : Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.0 - Fon retinopatiyaları və retinal d...; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xəstə xx.xx.2018-ci il tarixində Z.Əliyeva adına MOM-da müayinədə olub. Müayinə protokoluna əsasən ona,927N-li rəylə diaqnoz təyin edilib-OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H 2.OD; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsi xx.xx.2018-ci il tarixli 029-2961-1218 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 72 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən etibarsız hesab olunmasını bildirmişdir. 72 nəfərdən bir nəfərin polis əməkdaşı olması işçi qaydada aydınlaşdırılmış, 4 nəfərə isə əlillik təyinatının aparılmadığı müəyyən olunmuşdur. Beləliklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (30-cu sıra), “Əlillik altsistemi”ndə İddiaçı Talib qızına aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 029-676-1222 saylı məktubda aşağıdakılar qeyd edilmişdir: Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran, eləcədə nazirliyin Xüsusi Həkim Komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. 2018-ci ildə aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK-sı tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığının aşkarlanmasına dair məlumat ƏƏSMN-nə verilmiş, bu səbəbdən qeyd olunan göndərişlər etibarsız hesab edilmiş və X8 müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. -İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə ünvanladığı ərizəsindən və poçt xəbərnaməsindən görünür ki, o, İddiaçı təyin olunmuş 3cü qrup əlilliyin əsassız ləğv edilməsini qeyd edərək xx.xx.2018-ci il tarixdən “əlilliyin alt sistemi”də bərpa edilməsinin xahiş etmiş, sonuncunun iddiaçıye ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda Daxili İşlər Nazirliyinin Tibb idarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər (Forma 88) poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim Komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, ƏƏSMN-in 2018-ci ildə müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər isasında əlillik təyinatlarının aparıldığı müəyyənləşdiyi, bu səbəbdən qeyd olunan göndərişlərin etibarsız hesab edildiyi və X8 müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edildiyi, əlilliyin və pensiyanın təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar tibbi qeydiyyatda durduğunuz poliklinikanın Həkim Məsləhət Komissiyası tərəfindən iddiaçının barəsində tərtib edilmiş göndərişlə əlillik dərəcisinin təyin edilməsi üçün ƏƏSMN-nə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı tərəfindən yuxarıda qeyd olunan məzmunda cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinə cavab verilməmişdir. İddiaçı haqlı olaraq iddia ərizəsi ilə hazırdaməhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı sorğu əsasında iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi barədə qərarın və həmin qərarın əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim olunan 10 mart 2022-ci il tarixli **********2 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı “ümumi xəstəlik” səbəbindən əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADC4 nömrəli göndərişi əsasında xx.xx.2018-ci ildə elektron qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AADC4 nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsıziaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Bununla əlaqədar, qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Qeyd olunan məktuba əlavə edilmiş əsas qiymətləndirmə məlumatlarından görünür ki, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADC4 saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X1 : Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.0 - Fon retinopatiyaları və retinal d...; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xəstə xx.xx.2018-ci il tarixində Z.Əliyeva adına MOM-da müayinədə olub. Müayinə protokoluna əsasən ona,927N-li rəylə diaqnoz təyin edilib-OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H 2.OD; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” əsası ilə İddiaçı müddətsiz əlillik dərəcəsi verilmişdir. Məktuba həmçinin qoşma olaraq əlavə edilmiş Əlillərin Sosial müdafiəsi siyasəti şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan Xidməti Məruzə məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 029-2961-1218 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna Nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, məktubda qeyd edilmiş 72 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən etibarsız hesab olunması məqsədəuyğun hesab edilmişdir. 72 nəfərdən bir nəfərin polis əməkdaşı olması işçi qaydada aydınlaşdırılmış, 4 nəfərə isə əlillik təyinatının aparılmadığı müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq əlavə olunmuş siyahıda adları qeyd olunmuş 67 nəfərin əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair İnformasiya texnologiyaları şöbəsinə tapşırıq verilməsi xahiş edilmişdir. Məktuba həmçinin qoşma olaraq əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubdan müəyyən edilir ki, X8 göstərişinin icrası ilə bağlı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş siyahıda adları qeyd olunan, lakin daxili işlər orqanlarına aidiyyəti olmayan 228 vətəndaşa və sonradan araşdırmanın gedişində nazirliyin tibb müəssisələri tərəfindən əsassız Forma 88 verildiyi müəyyən edilmiş, 72 vətəndaşa əlillik dərəcələri ilə əlaqədar ödənilmiş maliyyə vəsaitinin miqdarı haqda DİN-in Tibb İdarəsinə məlumat verilməsi barədə göstəriş verməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16 may 2022-ci il tarixli məktubda əlillik dərəcəsinin təyin edilməsi üçün DİN-in Tibb İdarəsinin poliklinikaları tərəfindən göndərişlər (Forma 088) idarənin poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində idarənin poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri tərəfindən poliklinikalarda tibbi qeydiyyatda durmayan mülki vətəndaşlar barəsində tərtib edilmiş göndərişlərin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilməsi müəyyən edildiyi və həmin göndərişlərin əsassız hesab olunması üçün ƏƏSMN-nə müraciət edildiyi bildirilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AADC4 saylı göndərişi əsasında qiymətləndirilmiş və gözdən əlil; X1 : Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.0 - Fon retinopatiyaları və retinal d...; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xəstə xx.xx.2018-ci il tarixində Z.Əliyeva adına MOM-da müayinədə olub. Müayinə protokoluna əsasən ona,927N-li rəylə diaqnoz təyin edilib-OD-mərkəzi seroz xoriorrtinopatiya. OU-zəif dərəcəli hipermetropiya. H 2.OD; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” əsası ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillərin sosial X3 məruzəsi ilə 72 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız edilməsi barədə daxil olduğu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdən etibarsız edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş 3-cü dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz xidməti məruzə məktubu olmuşdur. İddiaçının 3-cü dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız yuxarıda göstərilmiş xidməti məruzə məktubu ilə həll olunmuşdur, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azından "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1. 1 -ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-ü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəlarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qərar qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X5 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdə təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2018-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar