Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5177/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “X7 Azərbaycan Dövlət Elmi- Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 285-295 saylı sahəyə ilkin dövlət qeydiyyatına alaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “X7 Azərbaycan Dövlət Elmi- Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində 285-295 saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, anası X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 48 (qırx səkkiz) ildən artıq müddət işləmişdi. 1987-ci il də “Azneft” İstehsalat Birliyinin Azərbaycan X16 və Layihə İnstitutunun nəzdində “Yaylaq” Bağçılıq Yoldaşlığı yaradılmışdı. “Yaylaq” Bağçılıq Yoldaşlığına, Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 19/340 nömrəli xx.xx.1987-ci il tarixli Qərarı ilə Zirə qəsəbəsində torpaq sahəsi ayrılmış və Bağçılıq Yoldaşlığının siyahısı təsdiq edilmişdi. Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin həmin Qərarı ilə X3 da torpaq sahəsi ayrılmışdır. Bu faktı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 09 mart 2013-cü il tarixli **********79 nömrəli arayışı da təsdiq edir. Bağçılığa üzvlük kitabçası və Cizgi plan itirildiyindən, təqdim edilə bilməmişdir. Bu barədə iddiaçı 10 Dekabr 2015-ci il tarixdə “Respublika” qəzetində elan vermiş, sənədlərin dublikatının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dəfələrlə müraciət etməsinə baxmayaraq onlardan bu sənədləri ala bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş Na 2(005)-462/2022 Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-d il tarixli 19/340 saylı qərarına əsasən “X7 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 259 saylı sahəyə və ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa dair üzvlük kitabçası, Protokoldan çıxarış, Əmr- Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdu. 04 aprel 2022-d il tarixdə qərar qanuni qüvvəyə minmiş və 20 aprel 2022-ci il tarixdə 2(005)-462/2022 nömrəli icra vərəqəsi verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar İttifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin bağçılığın ləğvi, möhürün məhv edilməsi səbəbindən məhkəmənin bu qərarında göstərilənlərin icrasının mümkünsüz olduğunu nəzərə alaraq, eləcə də digər tərəfdən məhkəmə qərarının məcburi icrasını təmin etmək məqsədilə “Azneft” İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının hüquqi varisi kimi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 01 sentyabr 2023-cü il tarixli Na 14-2/2- 3553/2023 saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin məktubun mətnindən və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş Na 2(005)-462/2022 Qətnaməsindən göründüyü kimi, 259 saylı sahənin və ya onun əvəzinə 285-295 saylı sahənin əvəzləşdirmə əsasında X1 adına rəsmiləşdirilməsinə SOCAR tərəfindən etiraz edilmir. Bundan sonra, iddiaçı 19 sentyabr 2023-cü il tarixdə, elektron poçt vasitəsi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, anası X1 adına “Azneft" İstehsalat Birliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığının ərazisində 285-295 saylı sahənin rəsmiləşdirilməsin xahiş etmşdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 11 dekabr 2023-cü il tarixli **********60 nömrəli məktubundan və 19 dekabr 2023-cü il tarixli 3-21-3-02/2-Ə-1964- 8/2023 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən ünvanlanan iki məktubdan göründüyü kimi cavabdeh üzərinə düşən vəzifəsini icra etməkdən imtina edir və bununla da iddiaçının qanuni hüquqlarını pozur, qanuni qüvvə almış məhkəmə qərarını qəbul etməyərək mövcud olmayan sənədləri tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli, 9/340 saylı qərarına əsasən “X7 Azərbaycan Dövlət Elmi-Tədqiqat və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 285-295 saylı sahəyə ilkin dövlət qeydiyyatına alaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvanında yerləşən 285-295 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmçinin bildiririlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 saylı icra vərəqəsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır.Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7 və 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı (“Azneft” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “bağ sahəsinə dair bağçılığa üzvlük kitabçası, protokoldan çıxarış, əmr qərarın və cizgi planının surətlərinin təqdim olunması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 icraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X17 və Layihə institutunun nəzdində yaradılmış “Yaylağ” Bağçılıq Yoldaşlığı və Bağçılıq Yoldaşlığının ümumi ərazisində İddiaçı anası X3 məxsus 259 saylı sahəyə ya onun əvəzinə 285-295 saylı sahəyə əvəzləşdirilməsi əsasında Bağçılığa üzvlük kitabçası, Protokoldan Çıxarış, Əmr-Qərarın və Cizgi planın surətlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə əsasında 20 aprel 2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun mətnində aşağıdakılar qeyd edilmişdir: “...SOCAR-ın müəssisələrinin bağçılıq təsərrüfatının, o cümlədən "Yaylaq” Bağçılıq Yoldaşlığı ləğv edildiyindən, eləcə de bağçılığa dair möhürlər məhv edildiyi üçün vətəndaş İddiaçı yuxarıa qeyd edilən sənədlərin təsdiq edilmiş surətinin tərəfimizdən təqdim edilməsi mümkün olmamışdır.... Yuxarıda qeyd etdiyimiz səbəblərdən (bağçılığın ləğvi, möhürün məhv edilməsi) məhkəmənin bu qərarında göstərilənlərin tərəfimizdən icrasının mümkünsüz olduğunu nəzərə alaraq, eləcə də digər tərəfdən məhkəmə qərarının məcburi icrasını təmin etmək məqsədilə hazırki məktubla təsdiq edirik ki, İddiaçı anası X5 “Yaylağ” Bağçılıq Yoldaşlığının üzvüdür və ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən "X7 Azərbaycan X16 və Layihə institutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən 259 saylı sahə ayrılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Bakı şəhər Keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən “Azneft” İstehsalat Birliyinin Azərbaycan X16 və Layihə İnstitutunun nəzdində yaradılmış “Yaylaq” Bağçılıq Yoldaşlığı tərəfindən İddiaçı anası X3 ayrılmış 259 saylı sahənin və ya onun əvəzinə 285-295 saylı sahənin əvəzləşdirmə əsasında onun adına rəsmiləşdrilməsinə SOCAR tərəfindən etiraz edilmir. -Respublika qəzetinin 10 dekabr 2015-ci il tarixli tarixli buraxılışındakı elanlar səhifəsindən görünür ki, X1 adına əsasən "X7 Azərbaycan X16 və Layihə institutunun “Yaylaq” Bağçılıq Yoldaşlığında 259 saylı Bakı Soveti N-19/340 18 sentyabr 1987-ci il qərarına əsasən verilmiş Zirə qəsəbəsində yetrləşən bağ sahəsinə aid üzvlük kitabçası, protokoldan çıxarış, qərarın surəti, əmr, qərar və cizgi plan itdiyi üçün etibarsız sayılması barədə elan yerləşdirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının sorğusuna verilmiş xx.xx.2013-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər keçmiş X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli 19/340 saylı qərarına əsasən Zirə qəsəbəsində yerləşən “AzNSETLİ”-nin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında X1 adına bağ sahəsi ayrılmışdır. -“Yaylaq” bağçılıq yoldaşlığı birliyinin xx.xx.1993-cü il tarixli arayışından görünür ki, həqiqətən Zirə ərazisindəki 259 nömrəli bağ sahəsi Baksovetin 19/340 nömrəli, xx.xx.1987-ci il tarixli qərarında əsasən birliyin üzvü X2 verilmişdir. -2 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 178689 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -Bakı şəhər 38 saylı Notariat ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda X1 vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsi İddiaçı olması barədə məlumat verilmiş və miras əmlak üzərində miras qoyanın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından miras əmlakı üzərində miras qoyanın adına çıxarışın və müvafiq məlumatın sorğunu təqdim edən şəxsə verilməsi xahiş edilmişdir. -“Yaylaq” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv qovluğunda saxlanılan sənədlərin (bağçılıq yoldaşlığı üzvlərinin siyahısı, bağ sahələrinin yerləşmə sxemi, qərar, ayrıc aktı, həmçinin Zirə bağ massivindəki 254-259 saylı bağ sahəsinə dair və digər) surətindən görünür ki: -Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 19/340 saylı qərarı ilə “AzNSETLİ”-yə Zirə qəsəbəsi ərazisində 139 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatının yaradılması üçün torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Dövlət neft sənayesi elmi-tədqiqat və layihə institutunun həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edilmiş bağçının üzvlük kitabçasına əsasən X9 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, sahənin ünvanı Zirə ərazisində bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 254-259 nömrəli bağ sahəsi 19/340 nömrəli, xx.xx.1987ci il tarixli qərara daimi istifadə etmək üçün verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0.12 hektar “Yaylaq” b/y-nın 254-259 saylı bağ sahəsi Usmanova Şəsiyənin mülkiyyətindədir. -AzNSETLİ əməkdaşlarının bağçılıq yoldaşlığının bölgü sxemində 254-259, 259- 264 və 285-295 saylı bağ sahələri mövcuddur. -Bağçılıq üzvlərinin siyahısında X6 19-cu sıradadır. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-462/2022 qətnaməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) məktubuna istinad etməklə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 285-295 saylı torpaq sahəsinin üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi tələbi ilə cavabdeh inziabti orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, imtina qanunazidd olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının istinad etdiyi sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunda nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi bağ sahəsinə dair üzvlük kitabçası, protokoldan çıxarış və sairə sənədlərin verilməsi öhdəliyinin SOCAR-a həvalə edilməsi ilə bağlıdır və həmin qətnamə ilə cavabdehin üzərinə daşınmaz əmlak barəsində hər hansı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi qoyulmamışdır. Bu baxımdan qeyd olunan qətnamə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunun 8.0.4-cü maddəsində göstərilən sənəd kimi qəbul edilə bilməz. SOCAR-ın cavabdeh qeydiyyat orqanına ünvanladığı məktub da həmçinin, həmin qanunun 8-ci maddəsində hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. İddiaçının istinad etdiyi məhkəmə qətnaməsində 259 saylı bağ sahəsinə və ya onun əvəzinə 285-295 saylı bağ sahəsinə dair müvafiq sənədlərin verilməsi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mərhum Sevda Mirzəliyevaya “Yaylaq” bağçılıq yoldaşlığında 259 saylı sahə ayrılmışdır. Həmin bağçılıq yoldaşlığın bağların bölgü sxemində 259 nömrəsi olan iki bağ sahəsi (254-259 və 259-264) mövcuddur. İddia olunan 285-295 nömrəli sahənin isə iddiaçının mərhum anasının qanuni istifadəsində olması iş materialları ilə təsdiqini tapmamışdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olmaqla qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı nə inzibati icraat dövründə cavabdeh orqana, nə də məhkəmə araşdırması dövründə 285-295 nömrəli bağ sahəsinə dair qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd olmamışdır. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5177/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5177/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver