Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5182/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı Məmmədova (İbrahimova) Əsmər Ənvər qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Cavabdeh icra məmuru Aydın Vəliyevin hərəkətsizliyin qanunsuz hesab edilməsi, payın müəyyən edilməsi, sorğuların göndərilməsi və tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məmmədova (İbrahimova) Əsmər Ənvər qızı məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-498/2018 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Cavabdeh icra məmuru Aydın Vəliyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində X5 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X5 ½ hissədə payının müəyyən edilməsi, X2 70 manatın X5 xeyrinə tutulmasının təmin edilməsi, icra vərəqəsi üzrə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərinin keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara sorğular göndərilməsi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə uyğun olaraq, aşkar olunduğu halda tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, əks halda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinə uyğun olaraq, borclunun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyinin icrasının işə baxan Bakı şəhəri Cavabdehndən tələb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məmmədova (İbrahimova) Əsmər Ənvər qızı ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşı “birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölgüsü tələbinə dair”, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı “pul tələbinə dair” mülki işə baxılaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-498/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Telnov Küçəsi, 17 saylı evin 86 saylı mənzilində X3 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X3 ½ hissədə payının müəyyən edilməsi, X2 70 manat X3 xeyrinə tutulması qət edilmiş, ilk iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-7939/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-498/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)- 8580/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 7939/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Cavabdehnə xx xxxxx 2018-ci il tarixli, 2(011)- 498/2018 saylı icra vərəqəsi verilmiş və hazırda həmin icra işinə Bakı şəhəri Cavabdeh icra məmuru Aydın Vəliyevin icraatında baxılmaqdadır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8580/2018 saylı qərarının qəbul edildiyi tarixdən 1 il müddətin keçməsinə baxmayaraq Xətai rayon icra şöbəsinin icra və probasiya şöbəsinin icra məmuru Aydın Vəliyev tərəfindən heç bir icra hərəkətləri həyata keçirilmir və əmlakları bölüb iddiaçıya verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş vəxx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Məmmədova (İbrahimova) Əsmər Ənvər qızının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən ərizədə yol verilmiş formal xətaları aradan qaldırmaqla, tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Bundan sonra X5 nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, X8 qızının cavabdeh Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli 2(011)-498/2018 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Cavabdeh icra məmuru Aydın Vəliyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilində X5 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X5 ½ hissədə payının müəyyən edilməsi, X2 70 manat X5 xeyrinə tutulmasının təmin edilməsi, icra vərəqəsi üzrə borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərinin keçirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada aidiyyəti orqanlara sorğular göndərilməsi, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə uyğun olaraq, aşkar olunduğu halda tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi, əks halda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1 və 82.3-cü maddələrinə uyğun olaraq, borclunun məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlərin görülməsi öhdəliyinin icrasının işə baxan Cavabdehndən tələb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-498/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək , Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi 17 saylı evin 86 saylı mənzilində X3 ½ hissədə payının müəyyən edilməsi, “Volkswagen Transporter” minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində X3 ½ hissədə payının müəyyən edilməsi, X2 70 manat X3 xeyrinə tutulması, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq olaraq qətnamə və qərarı ilə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-498/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Cavabdeh icra məmuru Aydın Vəliyevin hərəkətsizliyi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X11 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Cavabdeh icra məmuru Aydın Vəliyevin hərəkətsizliyin qanunsuz hesab edilməsi, payın müəyyən edilməsi, sorğuların göndərilməsi və tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5182/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5182/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver