Məhkəmə qərarları › İş №2-1(112)-5183/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5183/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5183/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X24, X13 və X25 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı X31, X40, X41, X36, X42, X43 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kooperativin dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim etdiyi sənədlər əsasında “AQRO” Kooperativinin nizamnaməsini İİ redaksiyada dövlət reyestrində qeydiyyata alınması barədə şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5183/2022 nömrəli qərardadı ilə X31, X40, X41, X36, X42, X43 və X7 üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınması barədə ərizə ilə İdarəyə müraciət etmişdir. Müraciətinə şəxsiyyət vəsiqənin surəti -1 vərəqə, Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X35 İcrayyə Komitəsinin 17 yanvar 1989-cu il tarixli 1 nömrəli qərarı, “AQRO” kooperativinin qeydə alındığı nizamnamə - 11 vərəqə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli 11/6413 nömrəli cavab məktubunun surəti - 1 vərəqə, "AQRO” kooperativinin təsis etdiyi "İgid" X21 təsis etməsi barədə 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə şəhadətnamənin surəti - 2 vərəqə, İdarənin 22 iyul 2021-ci il tarixli imtina məktubunun surəti - 2 vərəqə, mərhum X6 08 dekabr 2002-ci il tarixdə və X5 04 oktyabr 2012-ci il tarixdə vəfat etmələri barədə ölüm haqqında şəhadətnamənin surəti - 2 vərəqə, İddiaçı "AQRO” Kooperativinin sədri seçildiyini təsdiq edən 07 yanvar 2003-cü il tarixli 1 nömrəli iclas protokolunun surəti - 1 vərəqə, "AQRO" Kooperativinin nizamnaməsinin İİ redaksiyada təsdiq edilməsi barədə protokolun surəti, “AQRO” kooperativinin İİ redaksiyada olan nizamnaməsi - 3 nüsxə bu sənədləri əlavə etmişdir. Cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli imtina məktubu vermişdir. Həmin məktubda yazılmışdır: “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “AQRO” Kooperativinin (Bundan sonra - Kooperativ) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. “AQRO” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X31, X40, X41 və X36 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenikidze rayonunun X16 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir”. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən qanun normasına əsaslanaraq imtinasını əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir ki, beş nəfər şəxs olan təsisçilər X17, X14, İddiaçı, X31 və X40 1988-ci ildə “AQRO” adlı kooperativini təsis etmək qərarına gəlmişlər. Məqsədləri kənd təsərrüfatı məhsulları yetişdirərək şəhər əhalisini ekoloji təmiz ərzaq məhsulları ilə təmin etmək olmuşdur. Onlar bununla əlaqədar olaraq 10 avqust 1988-ci il tarixdə “AQRO” Kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X22 Ordenli "AZNEFT" X9 X10 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X17, X14, X40, İddiaçı və X32 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, təsisçilərdən X6 “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X35 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X8 həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayonu X35 İcraiyyə Komitəsinə müraciət edərək “AQRO” adlı kooperativin qeydə alınmasını xahiş etmişdirlər. Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X35 İcraiyyə Komitəsinin 17 yanvar 1989cu il tarixli 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Uzun illər fəaliyyət göstərmişlər. “AQRO” Kooperativi 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X23 təsis etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “AQRO” Kooperativinin yenidən qeydiyyata alınmasını xahiş etmişdirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27 may 1998-ci il tarixli, 11/6413 nömrəli cavab məktubunda yazılmışdır ki, “sizin şifahi sorğunuza cavab olaraq təkrarən bildiririk ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanununun 22-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsı və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir ki, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxlərin yenidən qeydə alınması tələb olunmur”. Buna görə də onlar “AQRO” Kooperativin fəaliyyətini davam etdirmişlər. Bu təsisçilərdən X17 08 dekabr 2002-ci il tarixdə və X14 04 oktyabr 2012-ci il tarixdə vəfat etmişlər, təsisçilərin vəfatından sonra vərəsələri olan onlar mirası faktiki qəbul edərək öhdəliklərini yerinə yetirmişlər. 07 yanvar 2003-cü il tarixdə o, “AQRO” Kooperativinin sədri seçilmişdir. 25 yanvar 2004-cü il tarixdə “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X22 Ordenli "AZNEFT" X9 X10 və Quyuların Əsaslı Təmiri İdarəsi (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “AZNEFT” X11 və X3 İdarəsi) yanında təsis edilmiş “AQRO” Kooperativinə təsis olunduğu gündən heç bir maddi yardım etmədiyini nəzərə alaraq müstəqil fəaliyyət göstərmək qərarına gəlinmişdir. Bu ildən “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsi qərarına gəlmişlər, bununla əlaqədar olaraq “AQRO” Kooperativinin müasir tələblərə uyğun fəaliyyətinin təşkil edilməsi üçün nizamnaməsinin yenidən İİ redaksiyada qeydiyyata alınması üçün nizamnaməni kooperativin ümumi yığıncağının qərarı ilə protokolla təsdiq etmişlər. Bir daha qeyd edir ki, “AQRO” Kooperativinin 1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək “İgid” X21 təsis etməsi onu göstərir ki, “AQRO” kooperativi mövcud olub ki, qeyd olunan “Qeyri-hökümət təşkilatı”, yəni qeyri-kommersiya təşkilatını təsis edib. “AQRO” Kooperativini ləğv etməmişlər, ləğv edilmə barədə heç bir qərar yoxdur. İdarəyə müraciət edərək “AQRO” Kooperativinin nizamnaməsinin İİ redaksiyada qeydiyyata alınmasını xahiş etmişdir, lakin bundan imtina olunmuşdur. Çatışmazlıqların nədən ibarət olduğunu, yəni hansı sənədləri təqdim etməli olduğu konkret göstərilməmişdir. Müraciəti öz həllini tapmırsa, cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli məktubunda “Müraciətin cavablandırılması haqqında” imtina məktubunu imtina kimi qəbul edirlər. Cavabdeh bu məktubuna (imtinasına) aydınlıq gətirməmiş, bir sözlə bu halı inzibati aktın rekvizitlərində tam göstərməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdeh İdarənin 13 dekabr 2021-ci il tarixli, **********730800 nömrəli məktubunda “Müraciətin cavablandırılması haqqında” imtina məktubunda yazdığı və imtina kimi əsas tutduğu “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir” sözləri ilə razılaşmaq olmaz. Belə ki, həmin dövrün qanunlarına görə görünür ki, ad və ad yazılması tələb edilməmişdir. Halbu ki, 10 avqust 1988-ci il tarixli protokolla “AQRO” kooperativinin ümumi yığıncağının qərarı ilə təsisçilər X17, X14, X40, İddiaçı və X32 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsini, təsisçilərdən X6 “AQRO” kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri Orconikidze rayon X35 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək kooperativin sədri X8 həvalə edilməsi qərara alınmışdır. Lakin cavabdeh həmin protokolun arxivdə olmadığını əsas tutaraq surətini təqdim etdikləri həmin protokolu nəzərə almamışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırmışıdır ki, iddiaçı “Aqro” Kooperativinin ikinci redaksiyada nizamnaməsinin dövlət qeydiyyatına alınması üçün xx.xx.2021-ci il tarixdə məktubla İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə **********730800 nömrəli məktubla İdarə tərəfindən əsaslı şəkildə cavablandırılmışdır. Bildirmişlər ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Odur ki, ilk növbədə “Aqro” Kooperativi yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alındığından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağının qərarı), müəssisənin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Əlavə olaraq Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Belə ki, xx.xx.2021-ci il tarixdə edilmiş müraciətdə “AQRO” Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X31, X40, X41 və X36 tərəfindən təsdiqlənsə də həmin şəxslərin Kooperativin üzvləri olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Müraciətə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcariyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. Həmçinin müraciətə Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X41, X31, X40 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X33 iddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X36 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən üçüncü şəxs X18 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Ordjonikidze Rayon X16 İcraiyyə Komitəsinin “UPNP və KRS-də qeydiyyatdan keçmiş kənd təsərrüfatı xidmətlərinin göstərilməsi üçün “Aqro” kooperativinin Nizamnaməsinin qeydiyyatı haqqında” 1 №-li, 17 yanvar 1989-cu il qərarının tərcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 30 aprel 1987-ci il tarixli, 165 nömrəli Fərmanına, “SSRİ-də kooperasiya haqqında” Qanuna əsasən, 1 saylı MDNQ keçmiş yeməkxana otaqlarının “Ordjonikidzeneft” NQÇİ-nə ayrılması haqqında “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin 18.11.88-ci il tarixli 01-3/1827 saylı məktubunu, həmçinin “Aqro” kooperativinin sədrinin ərizəsini nəzərə almaqla 10 avqust 1988-ci il tarixli, 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş kənd təsərüfatı xidmətləri göstərilməsi üçün UPNP və KRS-də nəzdində “Aqro” kooperativinin Nizamnaməsini qeydiyyata alınmasına, Kooperativin sədri tərəfindən SSRİ Promstroybankın Bakıdakı Ordjonikidze filialında hesablaşma hesabının açılmasına qərar verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, BA-02444- 2022 nömrəli məktubdan görünür ki, sorğuya əsasən keçmiş Orconikidze rayon XDS İKnin (indiki Suraxanı rayon İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 1 saylı qərarının və həmin qərara əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri 12 (on iki) vərəqdən ibarət göndərilir. - “Aqro” Kooperativinin 10.08.88-ci il tarixli, 1 №-li prokotokolu ilə təsdiq edilmiş Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin nizamnamə ilə “Aqro” Kooperativinin xidmətləri, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, fəaliyyəti, kooperativin əmlakının təşkili və istifadəsi və s. müəyyən edilmiş, qeyd olunan nizamnamə Ordjonikidze Rayon X16 İcra Komitəsinin 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilmişdir. Kooperativin 5 nəfər üzvünün olması nizamnamədə qeyd olunsa da üzvlərin adları qeyd edilməmiş, Koopertivin sədri kimi nizamnamə O.Ə.Əliyev tərəfindən imza edilmişdir. - “SSRİ-nin Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X22 Ordenli “AZNEFT” X9 X10 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çox sahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının” 1 №-li, 10 avqust 1988-ci il tarixli təsis protokolunun surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, SSRİ Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X22 Ordenli “AZNEFT” X9 X10 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında təsisçilər X17, X14, X40, İddiaçı və X32 tərəfindən “AQRO” Kooperativinin təsis edilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilməsi, X6 “AQRO” Kooperativinin sədri seçilməsi, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri, Orconikidze rayon X35 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri X8 həvalə edilməsi qərara alınmışdır. - “AQRO” Kooperativinin 10 avqust 1988-ci il tarixli, 1 №-li protokolu ilə təsdiq edilmiş nizamnaməsində qeyd edilən 5 nəfər təsisçilər haqqında məlumatın surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, X17 (xx.xx.1925-ci il təvəllüdlü), X14 (xx.xx.1929-cu il təvəllüdlü), X40 (xx.xx.1952-ci il təvəllüdlü), İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü), X32 (xx.xx.1950-ci il) kooperativin təsisçiləridir. - Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 3441 №-li, 27 sentyabr 1993-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, “İgid” professional Güləş klubu xx.xx.1993cü ildə mülkiyyət forması kollektiv olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. - Profesional Güləş klubu “İgid”in Nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamə Koopertiv “AQRO”-nun ümumi iclasının 1993-cü il 1 №-li may tarixli protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü ildə 9791 nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “AQRO” Kooperativinin sədri O.Ə.Əliyevə ünvanlanmış xx.xx.1998-ci il tarixli, 11/6413 nömrəli məktubun surətindən görünür ki, şifahi sorğusuna cavab olaraq təkrarən bildirilir ki, “Hüquqi şəxslərin qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22-ci maddəsinə əsasən bu qanunun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatında alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Bu o deməkdir ki, göstərilən qanun qüvvəyə minənədək başqa orqanlarda qeydə alınmış hüquqi şəxslərin yenidən qeydə alınması tələb olunmur. - Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 014484 №-li, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 576853 №-li, xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə ölmüşdür. - “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2003-cü il tarixli, 1 saylı iclas protokolunun surətindən görünür ki, çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi “AQRO” Kooperativi üzvlərinin ümumi yığıncağında beş nəfər üzvlərdən dörd nəfəri X14, İddiaçı, X31 və X40 üzvlər iştirak etmiş, X6 təsisçi kimi “AQRO” Kooperativinin üzvlüyünə və sədrliyinə xitam verilməsi, İddiaçı “AQRO” Kooperativinin sədri seçilməsi, X18 “AQRO” Kooperativinin üzvlüyünə qəbul edilməsi qərara alınmışdır. - “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolunun surətindən görünür ki, çoxsahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və satışı üçün yaradılan ailəvi “AQRO” Kooperativinin ümumi yığıncağında (təsisşilərdən) üzvlərdən beş nəfər İddiaçı, X31, X41, X40v və X36 iclasda iştirak etmiş, ümumi yığıncaq “AQRO” Kooperativinin fəaliyyətinin bərpa edilməsini, “AQRO” Kooperativinin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilərək yeni (ikinci) redaksiyada təsdiq edilərək qəbul edilməsini, “AQRO” Kooperativinin 5 (beş) nəfərdən ibarət İddiaçı, X32, X41, X40 və X36 təsisçilərinin tərkibinin təsdiq edilməsini, İddiaçı yenidən “AQRO” Kooperativinin sədri seçilməsini, “AQRO” Kooperativinin nizamnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X48 Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri İddiaçı həvalə edilməsi qərara alınmışdır. - “AQRO” Kooperativinin ikinci redaksiyada nizamnaməsinin surətindən görünür ki, Kooperativ ilkin olaraq Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X35 İcrayyə Komitəsinin 17 yanvar 1988-ci il tarixli, 1 nömrəli qərarı ilə qeydə alınmışdır. Kooperativin ilkin pay fondu 100 manat müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqqı 100 manatdan ibarətdir. Kooperativ üzvlərinin nizamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: 1. İddiaçı (AZE № 0*******) – 20 manat, 20 pay haqqı, 20%; 2. X31 (AZE № ********) - 20 manat, 20 pay haqqı, 20%; 3. X40 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %; 4. X41 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20 %; 5. X36 (AZE № ********) – 20 manat, 20 pay haqqı, 20%. Nizamnamə “AQRO” Kooperativinin 12 oktyabr 2020-ci il tarixli, 01 nömrəli qərarı ilə üzvləri tərəfindən (İddiaçı, X31, X40, X41, X36) təsdiq edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********730800 №-li, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "AQRO" Kooperativinin (Bundan sonra- Kooperativ) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar dair daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "AQRO" Kooperativinin 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı, X31, X44, X45 və X37 tərəfindən təsdiqlənsə də, həmin şəxslərin Kooperativin üzvləri olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş “Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə 10 08.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmış UPNP və KRS-də nəzdində Kooperativin Nizamnaməsinin qeydiyyata alınması qərara alınmışdır. Lakin Ordjenıkidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixlı qərarı ilə təsdiqlənmış "AQRO" Kooperativinın nizamnaməsində Kooperativin üzvləri barədə məlumat əks etdirilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarıxli, 17-İQ saylı Azərbaycan Respublıkasının Qanunu qüvvəyə mınənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərın qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən: qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçı hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda bu Qanunun 5 3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinın qurumun hər bir qanuni təmsilçisinın adı, soyadı atasının adı vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxıl edilən məlumatlardır. Bildirmişlər ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 2-ci maddəsinə əsasən, vergi orqanlarından vergı ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənın 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafıq qaydada dövlət qeydiyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublıkasının gömrük sərhədindən malların keçirilməsı ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan “AQRO” Kooperativi vergi ödəyicisının eyniləşdırmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərın dövlət qeydıyyati idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfındən təsdiq olunmuş surəti (xx.xx.1988-ci il tarixli 1 saylı kooperativ üzvlərinin ümumi yığıncağının qərarı), müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi nizamnaməyə edilmiş dəyişik layihəsınin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapıtalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərınin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmçinin təqdim olunan sənədlərə Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə olunmuşdur. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1133-cü maddəsınə əsasən ölmüş şəxsin (miras qovanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 05/2001-11 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qeyri-kommersiya qurumlarının dövlər reyestrində “Aqro” Kooperativi barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********909500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyindən təhvil alınmış qeydiyyat qovluqları arasında “Aqro” Kooperativi adlı hüquqi şəxsin qeydiyyat qovluğu aşkar edilməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********335500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "Aqro" Kooperativinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasını hal-hazırda onun təsisçilərinin müəyyən edilməməsi təşkil edir. Belə ki, Kooperativin üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. "Aqro" Kooperativinin dövlət qeydiyyatına alınması üçün müvafiq ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsi, nizamnamənin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə dairəsi müəyyənləşdirilmiş təsisçilərin ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin və təsisçilərinin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim olunmalıdır. - Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X26, X27 və X4 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ataları X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra onlara çatan miras payı qəbul etməmişlər və qəbul etmək niyyətləri yoxdur. İtirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində deyillər. - Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş X42, X43 və X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, 8 dekabr 2002-ci ildə mərhum ataları X6 “AQRO” kooperativində olan təsis paylarının onlara aid hissəsindən imtina edirlər. Həmin təsis paylarının İddiaçı adına rəsmiləşməsinə etiraz etmirlər. Bununla əlaqədar gələcəkdə iddia tələbləri olmayacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “SSRİ-nin Neft Sənayesi Nazirliyi Lenin Ordenli və İ X22 Ordenli “AZNEFT” X9 X10 və Quyuların Əsaslı Təmiri İdarəsi yanında çox sahəli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün ailəvi Kooperativinin təsis edillməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 1 №-li, 10 avqust 1988-ci il tarixli protokoluna əsasən 5 nəfər - X15, X14, X40, İddiaçı və X32 tərəfindən “AQRO” Kooperativi təsis edilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin təsdiq edilərək qəbul edilmiş, X6 “AQRO” Kooperativinin sədri seçilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin Bakı şəhəri, Orconikidze rayon X35 İcraiyyə Komitəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri X8 həvalə edilmişdir. Ordjonikidze Rayon X16 İcraiyyə Komitəsinin (hazırda Suraxanı rayon İcra Hakimiyyəti) 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə “AQRO” Kooperativinin Nizamnaməsi qeydiyyata alınmışdır. “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2003cü il tarixli, 1 saylı iclas protokolu ilə X17 xx.xx.2002-ci il tarixdə öldüyündən təsisçi kimi “AQRO” Kooperativinin üzvlüyünə və sədrliyinə xitam verilmiş, İddiaçı “AQRO” Kooperativinin sədri seçilmiş, X36 “AQRO” Kooperativinin üzvlüyünə qəbul edilmişdir. “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolu ilə “AQRO” Kooperativinin fəaliyyəti bərpa edilmiş, “AQRO” Kooperativinin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilərək yeni (ikinci) redaksiyada təsdiq edilərək qəbul edilmiş, “AQRO” Kooperativinin 5 (beş) nəfərdən ibarət İddiaçı, X32, X41, X40 və X36 təsisçilərinin tərkibi təsdiq edilmiş, İddiaçı yenidən “AQRO” Kooperativinin sədri seçilmiş, “AQRO” Kooperativinin nizamnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X48 Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsində qeydə alınması üçün müraciət etmək üçün kooperativin sədri İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X48 Milli Gəlirləri Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi “AQRO” Kooperativinin nizamnaməsinin ikinci redaksiyada qeydiyyata alınmasından Ordjenikidze rayonunun X16 İcrayə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiqlənmiş “AQRO” Kooperativinin nizamnaməsində Kooperativin üzvləri barədə məlumatın əks etdirilməməsi, kooperativ üzvlərinin xx.xx.1988-ci il tarixli, 1 saylı ümumi yığıncağının protokolunun təqdim edilməməsi, kooperativ üzvü olmaları iddia edilən şəxslərin ölüm haqqında şəhadətnamələri əlavə edilsə də vərəsəlik hüquq münasibətləri ilə bağlı məlumatların təqdim edilməməsini əsas gətirərək imtina etmişdir. Hal-hazırda cavabdeh inzibati orqanın imtinası inzibati məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22ci maddəsinə əsasən bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, “AQRO” X1 (hazırda Suraxanı rayon İcra Hakimiyyəti) Rayon X16 İcraiyyə Komitəsinin 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan “AQRO” Kooperativinin qeydə alınması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı 1 №-li, 17 yanvar 1989-cu il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, “AQRO” Kooperativinin ilkin Nizamnaməsində təsisçilər barədə məlumatlar qeyd olunmasa da həmin Kooperativin təsis edilməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının 1 №li, 10 avqust 1988-ci il tarixli protokolundan X2, X14, X40, İddiaçı və X32 tərəfindən təsis edildiyi müəyyən edilir. X6 xx.xx.2002-ci ilə öldüyü, vərəsələrinin İddiaçı, X42, X43, X7 olduğu məhkəmə araşdırılması zamanı müəyyən edilmiş, X6 vərəsələrindən X42, X43, X7 atalarından miras qalmış hər hansı payı qəbul etmədiklərini və bununla bağlı iddialarının olmadığını notarial qaydada təsdiq edilmiş ərizələri ilə məhkəməyə bildirmişlər. X6 digər vərəsəsi İddiaçı isə Kooperativin təsisçilərindən biridir. xx.xx.2012-ci il tarixdə ölmüş Koopertavin təsisçisi X5 vərəsələri isə Koopertivin digər təsisçiləri X40 və X20r. Halhazırda Kooperativin təsisçiləri İddiaçı, X41, X40, X32 və X28r. Onların təsisçi olmaları və təsis paylarının miqdarı həm “AQRO” Kooperativi (təssisçilərinin) üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 1 saylı iclas protokolunda, həm də “AQRO” Kooperativinin yeni (ikinci) nizamnaməsində öz əksini tapmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 12.8-ci maddəsinə əsasən dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; 12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar; 12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar; 12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu. - 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 14-cü maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. - 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. - 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın “AQRO” Kooperativinin dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı gətirdiyi dəlillər formal xarakterlidir. Ona görə də həmin imtina qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “AQRO” Kooperativinin dövlət deydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “AQRO” Kooperativinin dövlət deydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar