Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5184/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçın vəkili və nümayəndəsi “Kredo” Vəkil bürosunun vəkiliVəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə X10 Khalilin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: X10 Khalil cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxx 2020-ci il tarixli DMX Vİ-13/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə X10 Khalilin xx xxxx 2020-ci il tarixli vəsatətini təmin edərək, iddiaçı X7çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar şıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi vasitəsilə iddiaçı onun xx xxxx 2020-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə iddiaçı X8çqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx xxx 2020-ci ildə DMX Vİ-13/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. Ərizəçi Əfqanıstan vətəndaşıdır və Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Tabqos kəndində dogulmuşdur. O, etnik olaraq şiə həzaradır, dini etiqadına görə müsəlmandır (şiə). Ərizəçi 1-8-ci sinifləri Sənge şandəh kəndində yerləşən "Liseye Heda-yət" məktəbində, 9-12-ci sinifləri Kabil şəhərində yerləşən "Şəhid Əbdülrəhim" liseyində oxuduğunu, 2014-cü ildə məktəbi bitirdiyini, 2016-cı ildə Kabil şəhərində yerləşən ibn Sina universitetinin "Kompüter elmləri" ixtisasına qəbul olunduğunu, 2 il oxuduqdan sonra, dərslərini maliyyə problemlərinə görə davam etdirə bilmədiyini bildirmişdir. O, Kabildə əmisioğlu Əzimin yanında 6 ay ərzində elektrik işini öyrəndiyini və Azərbaycana gələnə qədər müstəqil olaraq bu işlə məşğul olduğunu qeyd etmişdir. O, 2017-ci ildə Kabil şəhərinin Dəşti Bərçi məntəqəsində ingilis dilini öyrənmək məqsədilə 8 ay "New Star" adlı kursa getdiyini, orada Sima Mohammadi adlı qızla tanış olduğunu, onunla evlənmək istədiyini, 2019-cu ilin iyulavqust aylarında həmin qızın evinə elçi getdiklərini, lakin qızın dayısının bu evliliyə etiraz etdiyini bildirmişdir. Ərizəçi qızın atası taliblərlə müharibədə həlak olduğu üçün dayısının himayəsində yaşadığını bildirmiş, dayısının da evliliyə etiraz etməsinin səbəbini onu (Simanı) öz oğlu Abdullaha ikinci arvad olaraq almaq istəməsi ilə əlaqələndirmişdir. O, Sima ilə evlənməkdə israrlı olduğu üçün Abdullahın onu küçədə saxlayaraq döydüyünü, belə vəziyyətdə Sima ilə birlikdə ölkədənn qaçmağı planlaşdırdıqlarını, lakin pulu az olduğu üçün 2019-cu ilin sentyabr ayının 7-də Simanı və anasını bilet alıb təyyarə ilə İrana göndərdiyini, 3 gün sonra özü də İrana getmək istəyərkən hava limanında Abdullahın bir neçə nəfərlə onun qabağını kəsdiyini, əlindən telefonu alaraq mesajlara baxdığını, Sima ilə yazışmaları oxuduqdan sonra məsələdən xəbərdar olduğunu, onun (ərizəçinin) telefonu ilə Simaya zəng edərək geri dönməyəcəkləri təqdirdə onu öldürəcəkləri ilə təhdid etdiyini qeyd etmişdir. X13 geri dönməsindən sonra Abdullahın onu azad buraxdığını, lakin ölkədə qalacağı təqdirdə Abdullahın onu öldürəcəyindən ehtiyat etdiklərini, bu barədə Simanın ona ölkəni tərk etməyi məsləhət gördüyünü söyləmişdir. Ərizəçi bu səbəbdən də ölkəni tərk etmək qərarına gəlmiş və Özbəkistandan keçməklə xx.xx.2020-cu il tarixdə Azərbaycana gəlmişdir. xx xxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Xidmət onun vəsatətini 35-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi həzara olduğuna görə taliblər tərəfindən pis rəftara məruz qalacağından və Abdullah tərəfindən həyatı üçün təhlükə olduğundan qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. xx xxx 2020-ci ildə DMX Vİ-13/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. Xidmət qərarını onunla əsaslandırıb ki, ərizəçinin söylədikləri mötəbər deyil. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 12.11, 148.11, 151-ci maddələr). Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra 1951-ci il Konvensiyası/1967-ci il Protokolu). AR Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulub (xx xxxxxx 1993-cü ildən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbam olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. 1967-ci il Protokolunun 1 maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə X9 Konvensiyası və onun 1,4, 6, 7 saylı Protokolları (bundan sonra - AİHK) və AİHK-i şərh və tətbiq edən orqan olan X9 Məhkəməsinin (bundan sonra - AİHM) müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK AR Milli Məclisinin xx xxxxxx 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya edilib və xx xxxxx 2002-ci il tarixdən AR-da tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanunun (bundan sonra - Qaçqın Qanunu) 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qaçqın Qanunun 9-cu maddəsinə əsasən qaçqın statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Dövlət Miqrasiya Xidməti) qəbul edirlər. Qaçqın statusunun verilməsi qaydası AR Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar”la (bundan sonra - Qaydalar) tənzimlənir. Başqa sözlə, prosessual hüquq normaları həmin Qaydalarla tənzimlənir. Bundan əlavə, bütün dövlət orqanları kimi cavabdeh də İnzibati icraat haqqında AR Qanunun (bundan sonra - İİQ) tələblərini yerinə yetirməlidir. Hazırkı işin hallarına müvafiq olaraq İİQ-in 1-4 (qaydalar, anlayışlar, tətbiq dairəsi, aidiyyət), 10-19 (Ümumi prinsiplər), 20-27 (Prosedur prinsiplər və təminatlar), 42-47 (vəzifəli şəxslərə etiraz etmək üçün əsaslar, ekspert, mütəxəssis, tərcüməçiyə etiraz etmək üçün əsaslar, etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası, inzibati icraatda siibutetmə, sübutların təqdim edilməsi və tələb edilməsi, sübutların qiymətləndirilməsi), 57-59 (İnzibati aktın forması və rekvizitləri), 61 (İnzibati aktın əsaslandırılması), 67 (Qanunsuz inzibati aktın ləğv edilməsi), 71 (İnzibati şikayət vermək hüququ), 73-cü (İnzibati şikayətin müddəti) maddələri aiddir. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat İPM-lə tənzimlənir. Hazırkı işə tətbiq edilməli “yumşaq hüquq” normaları BMT Qaçqınlar üzrə Ali Komissarlığının (bundan sonra - BMT QAK) tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçidir (2011) (bundan sonra - Bələdçi). Həmin Bələdçinin əsaslı təqib qorxusu meyarına dair 37-50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübutetmə standartına dair 192-205-ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMT QAK-ın Sübutetmə vəzifəsi və standartı adlı Qeydlərindən (bundan sonra - Qeydlər) da istifadə edilməlidir Eyni zamanda, bu işə “Misirdə olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ııı rəhbər prinsipləri” (2016) (bundan sonra - Rəhbər Prinsiplər) tətbiq edilməlidir. Hesab edir ki, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Xidmətin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib. Xidmət işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin mənsubiyyətinə görəm(arvadının ailəsi tərəfindən təhdid edilmə) təqib edilməsi riskidir. Xidmət ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olubolmadığını yoxlanılmalıdır. İş üzrə mühüm faktlar aşağıdakılardır: İddiaçı etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır (İİQ, maddə 45.2.2). Hüquqtətbiqedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatan!ığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitələliyi, ərizəçinin izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“BMTQAK”), Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər, 1998, bənd 1 1). “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub- olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən iki qrupa bölünür: daxili mötəbərlik və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, ələlxüsus MÖMün müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq bu iş üzrə xarici mötəbərliyin olubolmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanılmalı iki əsas amil ərizəçinin izahatlarının müfəsəllik (yaxud təfsilatsızlıq) səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq (yaxud ziddiyyətlilik) dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin dörd indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəlik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (bax Macarıstan Helsinki Komitəsi, Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı, 2013, 31-33- cü səhifələr). Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Xidmət iddia üçün əsas ola bilən aşağıdakı elementləri müəyyən və təhlil etməyib: Ərizəçinin etnik mənsubiyyəti. Ərizəçinin arvadının ailəsinin razılıq vermədiyi halda onların evlənməsi. Ərizəçinin arvadının ailəsi tərəfindən ərizəçinin və arvadının təqib edilməsi riski. Ərizəçi qaçmaq yolu ilə evlənməyə cəhd göstərdiyinə görə arvadının ailəsi tərəfindən təqib edilə biləcəyini iddia edir. İctimaiyyətə açıq olan məlumatlara əsasən sosial normalarını pozan qadın və kişilər yaxın ailə üzvləri tərəfindən ciddi cəzalara məruz qalır: “Xüsusilə müvafiq qaydada müşayət olunmama, evlilikdən imtina və ya evdən qaçma kimi “mənəviyyat cinayətlərinə görə həbs daxil olmaqla adətlərin və şəriət qanunlarının pozulması zamanı qadınlar və qızlar qeyrimütənasib cəzalara məruz qalır. Geniş yayılmış adətlərə qarşı çıxan kişilər, xüsusilə zina və nikahdankənar cinsi əlaqələrdə günahlandırılanlar pis rəftara məruz qala bilər” (BMTnin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK), BMTQAK Əfqanıstandan olan sığınacaq axtaran şəxslərin X2 Qiymətləndirilməsinə dair Müəyyənlik Təlimatları, xx xxxxxx 2018-ci il, keçid: http://www. refworld. org/docid/5 b8900109. html). Bundan əlavə, ərizəçi həzaradır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK), Əfqanıstandan olan sığınacaq axtaran şəxslərin X2 Qiymətləndirilməsinə dair Müəyyənlik Təlimatına əsasən aşağıdakılar müəyyən olunur: “Hazaraların davamlı ictimai ayrı-seçkiliklə üzləşdiyi və qeyri-qanuni vergilər, zorakılıq, məcburi əmək və fiziki istismar yoluyla qəsb üçün hədəf alındıqları bildirilir. Hazaralar həmçinin Taliban və anti-hökumət qüvvələri tərəfindən davamlı təhdid və təhqirlərə məruz qalmaqda davam edir ”. Həmçinin eyni hesabatda bildirilir ki: “Yuxarıdakılara əsasən, BMTQAK hesab edir ki, Əfqanıstanda hər hansı etnik (azlıq) qrupuna aid olan şəxslər, xüsusilə yaşadıqları ərazidə etnik çoxluq təşkil etməyənlər işin fərdi hallarından asılı olaraq milliyətinə görə və ya etnik/irqi əsaslarla beynəlxalq müdafiəyə ehtiyac duya bilərlər". Xidmətərizəçinin mənşə ölkəsi olan Qəzni vilayətində ümumi təhlükəsizlik vəziyyətini və dövlət müdafiəsinin olmamasını müəyyən etmək üçün mənşə ölkəsi məlumatlarına istinad etməyib: Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (miifəssəlik və ardıcıllıq) və xarici (MÖM- lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Bu mərhələdə Cenevrə Konvensiyası (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir (yerli qanunun verdiyi anlayışı qeyd edirik; kursiv mənimdir): Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək.Əsaslı qorxu: Yoxlamanın 1 -ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunıın əsasında MÖM-ə uyğun olaraq ərizəçinin etnik/dini mənsubiyyətinə (həzara olması) və müəyyən sosial qrupa mənsubiyyətinə görə (arvadı ilə ailəsinin razılıq olmadan evlənməsinə görə təqib edilmək riski) əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Əfqanıstana qayıdacağı təqdirdə ona etnik/dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətinə görə ziyan vurula bilər. Təqib, təqib agentləri və təqib üçün əsaslar: "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51-ci bəndi). Bu ehtimal ağlabatandır ki, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır.Beləliklə, Əfqanistana qayıdacağı təqdirdə ərizəçinin X6 Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ərizəçiyə qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir. Ərizəçi təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəsçi həzaradır. MÖM göstərir ki, həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən (77-79-cu paraqraflar) "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Ərizəçinin təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. Ərizəçi həzaradır. MÖM göstərir ki, həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Əfqanıstana dair Mənşə Ölkəsi məlumatlarına əsasən, qeyri-dövlət nümayəndələri tərəfindən təhdid olunana zaman dövlət vətəndaşlarına effektiv müdafiə təmin edə bilmir (BMTQAK, 2018): “Hüquqi çərçivədə insan hüquqlarının qorunmasını nəzərdə tutsa belə, hu hüquqların praktikada təşviq edilməsi və qorunması üçün Əfqanıstanın milli və beynəlxalq hüquqa əsasən öhdəlikləri yerinə yetirilməsi problem olaraq qalır. Əfqanıstan rəhbərliyi xüsusilə zəif olaraq qəbul edilir. Yüksək səviyyədə korrupsiya, səmərəsiz idarəetmə və cəzasızlıq mühiti müşahidəçilər tərəfindən qanunun aliliyinin zəiflədilməsi və dövlətin insan hüquqlarının pozulmasından qorunma qabiliyyətini zəifiədirən amillər kimi təqdim olunur. Hökumətin insan hüquqlarının qorunması imkanları bir çox rayonlarda təhlükəsizliyə və anti-hökumət qüvvələri tərəfindən çox sayda hücumlar səbəbindən səmərəsiz olur". Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı etnik və dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyəti görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hııquqi əsasları mövcuddur. Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilinəsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da İİQ-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətləri verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb.Hesab edirlər ki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konstitusiya, maddə 70); inzibati icraat və ədalət mühakiməsi hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13). Nəticə etibarilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır (iş materialları əsasında təkzib edilir). Cavabdeh tərəfindən qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. İPM-in 73.1-ci maddəsinə əsasən bu halda məhkəmə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoymalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərdi ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1994-cü il təvəllüdlü X14 xx xxxx 2020-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 35-2020 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusunun verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı göstərmişdir ki, Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Tabqos kəndində dogulmuşdur. O, milliyyətçə həzarə, dini etiqadına görə müsəlmandır(şiə). 1-8-ci sinifləri Sənge şandəh kəndində yerləşən "Liseye Heda-yət" məktəbində, 9-12-ci sinifləri Kabil şəhərində yerləşən "Şəhid Əbdülrəhim" liseyində oxuduğunu, 2014-cü ildə məktəbi bitirdiyini, 2016-cı ildə Kabil şəhərində yerləşən ibn Sina universitetinin "Kompüter elmləri" ixtisasına qəbul olunduğunu, 2 il oxuduqdan sonra, dərslərini maliyyə problemlərinə görə davam etdirə bilmədiyini bildirmişdir. O, Kabildə əmisioğlu Əzimin yanında 6 ay ərzində elektrik işini öyrəndiyini və Azərbaycana gələnə qədər müstəqil olaraq bu işlə məşğul olduğunu qeyd etmişdir. O, 2017-ci ildə Kabil şəhərinin Dəşti Bərçi məntəqəsində ingilis dilini öyrənmək məqsədilə 8 ay "New Star" adlı kursa getdiyini, orada Sima Mohammadi adlı qızla tanış olduğunu, onunla evlənmək istədiyini, 2019-cu ilin iyul-avqust aylarında həmin qızın evinə elçi getdiklərini, lakin qızın dayısının bu evliliyə etiraz etdiyini bildirmişdir. Qızın atası taliblərlə müharibədə həlak olduğu üçün dayısının himayəsində yaşadığını bildirmiş, dayısının da evliliyə etiraz etməsinin səbəbini onu (Simanı) öz oğlu Abdullaha ikinci arvad olaraq almaq istəməsi ilə əlaqələndirmişdir. O, Sima ilə evlənməkdə israrlı olduğu üçün Abdullahın onu küçədə saxlayaraq döydüyünü, belə vəziyyətdə Sima ilə birlikdə ölkədənn qaçmağı planlaşdırdıqlarını, lakin pulu az olduğu üçün 2019-cu ilin sentyabr ayının 7-də Simanı və anasını bilet alıb təyyarə ilə İrana göndərdiyini, 3 gün sonra özü də İrana getmək istəyərkən hava limanında Abdullahın bir neçə nəfərlə onun qabağını kəsdiyini, əlindən telefonu alaraq mesajlara baxdığını, Sima ilə yazışmaları oxuduqdan sonra məsələdən xəbərdar olduğunu, onun (ərizəçinin) telefonu ilə Simaya zəng edərək geri dönməyəcəkləri təqdirdə onu öldürəcəkləri ilə təhdid etdiyini qeyd etmişdir. X13 geri dönməsindən sonra Abdullahın onu azad buraxdığını, lakin ölkədə qalacağı təqdirdə Abdullahın onu öldürəcəyindən ehtiyat etdiklərini, bu barədə Simanın ona ölkəni tərk etməyi məsləhət gördüyünü söyləmişdir. Ərizəçi bu səbəbdən də ölkəni tərk etmək qərarına gəlmiş və Özbəkistandan keçməklə xx.xx.2020-cu il tarixdə Azərbaycana gəlmişdir. Ərizəçi Əfqanıstanda ancaq Abdullah tərəfindən təhdid edildiyini başqa heç bir təhdid və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadınagörə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə ə ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Qeyd olunanlara əsasən ərizəçinin vəsatəti təmin olunmamışdır. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehn nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur: X10 Khalil xx.xx.1994-ci ildə Əfqanıstan İslam Respublikasında doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. X10 Khalil xx.xx.2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-cu il tarixli Vİ-13/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq, məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. Göründüyü kimi, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Qaçqın statusunun verilməsi haqqında məsələlər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən qaçqın–Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, X3 Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5184/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5184/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver