Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5185/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X4, X5, X8 və X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4, X5, X8, X11, X12 və X9) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X4, X5, X8, X11, X12 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, əvvəllər Gəncə şəhəri, Kəpəz rayonu, Aydınbəyov küçəsi, döngə 1, ev 57, mənzil 63-də qeydiyyatda olsa da, hal-hazırda heç bir yerdə qeydiyyatda deyildir. O, X8 ilə 10 yanvar 2010-cu ildə rəsmi nikaha daxil olduqdan sonra, sonuncunun qeydiyyatda olduğu və yaşadığı ünvan 1-də onunla birlikdə yaşayır. Birgə nikahlarından onların üç övladı - xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X13 anadan olmuşdur, onların hər biri həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin, qayınatası X4, qayınanası X5, qayınları X12 və X11 da həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. O, həmin ünvanda həyat yoldaşı X1 və digər üçüncü şəxslərin razılığı ilə köçüb yaşayır. O, həmin mənzilə pasport qeydiyyatına alınması ilə bağlı 2021-ci ilin noyabr ayında cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli məktubla cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. Bundan əlavə 37 saylı MKİS tərəfindən verilmiş arayışda onun qeyd olunan ünvanda qeydiyyatsız yaşaması göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş arayışda sözügedən ünvanda üçüncü şəxslərin daimi qeydiyyatda olmaları göstərilmişdir. X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 8 saylı evin 1 saylı mənzilinin onun qeydiyyata düşmək istədiyi ünvanla heç bir əlaqəsi yoxdur. Ünvanlar eyni olsa da onlar ayrı-ayrı mənzillərdir. Onun qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 8 saylı evin 1 saylı mənzilində isə qayınatası və onun ailəsi qeydiyyatda olmaqla yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X4 izahatında bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 8 saylı evin 1 saylı mənzili Nərimanov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 27/404 nömrəli qərarına əsasən ailəsi ilə birlikdə ona verilmişdir. O, ailəsi ilə - yoldaşı Dilarə, qızı Türkan, oğlanları Şahin və Sənan ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Küçənin əvvəlki adı Qolubyatnikova küçəsi olub. X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 8 saylı evin 1 saylı mənzilinin ona məxsus olan, hazırda Fəxrinin qeydiyyata düşmək istədiyi ünvanla heç bir əlaqəsi yoxdur. Ünvanlar eyni olsa da onlar ayrı-ayrı mənzillərdir. O və ailəsi özlərinə məxsus mənzildə qeydiyyatdadırlar və orada yaşayırlar. Fəxri onun qızı Türkanın həyat yoldaşıdır. Hazırda Fəxri də ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. O, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına razıdır və iddia tələbini qəbul edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər üçüncü şəxslər X5, X8 və X11 hər biri ayrıayrılıqda İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına razı olduqlarını bildirdilər və iddia tələbini qəbul edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə prosees iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Nərimanov Rayon Polis İdarəsinə ünvanladığınız ərizəniz icraatımıza daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, Sizin Nərimanov rayonunda yerləşən mənzilinizə pasport qeydiyyatına alınmanız üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) təqdim etməlisiniz. Əks təqdirdə qeydiyyata alınma tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 545403 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev X7 Türkan Arif qızı ilə xx.xx.2010-cu ildə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan ünvan 8tismar Sahəsinin 37/095 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı həqiqətən F.Məmmədov küçəsi, ev 8, mənzil 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, üçüncü şəxslər X4, X5, X8, X12 və X11 ünvan 1 ünvanında qeydiyyatadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində qeydiyyata alınmış ünvan 6 ünvanı barədə məlumat mövcudur və qeyd olunan mənzil hazırda X2 xususi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 1/435 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixədək imzalanmış sərəncamları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialın tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Nərimanov rayon XDS İcraiyyə Komitəsinin «Ermənistan SSRdən gəlmiş Azərbaycanlı milliyyətindən olan vətəndaşların qeydiyyatı haqqında» xx.xx.1989-cu il tarixli, 27/404 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında yaşayış sahələrini əvəzlədirmiş Azərbaycanlı ailələrin qeydiyyata alınmasının Nərimanov rayon polis orqanlarına (pasport stol) tapşırılması qərara alınmışdır. Həmin qərara əlavə edilmiş Siyahıda 19-cu sırada Qolubyatnikova küçəsi, ev 8, mənzil 1 ünvanı üzrə A.İ.Məmmədov 5 nəfər ailə üzvü ilə qeyd olunmuşdur (özü, arvadı, oğlu, qızı, bacısı). Əsas: Fond-25 siyahı 1, iş-2195, vərəq 66, 68, 69, 71 (həmin qərarın surəti iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun ailəsi ilə birlikdə yaşadığı və İddiaçı qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanı X3 məxsus ünvan 1 ünvanı ilə eyni deyildir, ayrı-ayrı ünvanlardır. İş materiallarında olan X4, X5, X8, X11 və X12 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına razıdırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, Nərimanov rayon XDS İcraiyyə Komitəsinin «Ermənistan SSR-dən gəlmiş Azərbaycanlı milliyyətindən olan vətəndaşların qeydiyyatı haqqında» xx.xx.1989-cu il tarixli, 27/404 nömrəli qərarına əsasən notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında yaşayış sahələrini əvəzlədirmiş Azərbaycanlı ailələrin qeydiyyata alınmasının Nərimanov rayon polis orqanlarına (pasport stol) tapşırılması qərara alınmışdır və həmin qərara əlavə edilmiş Siyahıda 19-cu sırada F.Məmmədov küçəsi, ev 8, mənzil 1 ünvanı üzrə A.İ.Məmmədov 5 nəfər ailə üzvü ilə qeyd olunmuşdur. Hazırda üçüncü şəxslər X4, X5, X8, X12 və X11 ünvan 1 ünvanında qeydiyyatadırlar və orada yaşayırlar. İddiaçı Əliyev X7 Türkan Arif qızı ilə nikahdadır və hazırda həmin ünvanda yaşayırlar. ünvan 8tismar Sahəsinin 37/095 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı həqiqətən F.Məmmədov küçəsi, ev 8, mənzil 1 ünvanında qeydiyyatsız yaşayır. X4, X5, X8, X11 və X12 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmasına razıdırlar. Eyni zamanda X4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və məhkəmə iclasında verdiyi izahatdan görünür ki, onun ailəsi ilə birlikdə yaşadığı və İddiaçı qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanı X3 məxsus ünvan 1 ünvanı ilə eyni deyildir, ayrı-ayrı ünvanlardır. Hazırda iddiaçı faktiki olaraq həmin ünvanda yaşayır. O, həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün cavabdehə müraciət etsə də, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, iddiaçı uzun müddətdir qeyd olunan ünvanda yaşayır, onun arvadı və digər ailə üzvləri Nərimanov rayon XDS İcraiyyə Komitəsinin «Ermənistan SSR-dən gəlmiş Azərbaycanlı milliyyətindən olan vətəndaşların qeydiyyatı haqqında» xx.xx.1989-cu il tarixli, 27/404 nömrəli qərarına əsasən həmin ünvana qeydiyyata alınmışlar, həmin ünvanda yaşayırlar və iddiaçının da həmin ünvana qeydiyyata alınmasına və orada yaşamasına razıdırlar. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5185/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5185/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver