Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5186/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəzinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yerləşən evə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən hazırda həmin evdə qeydiyyatsız yaşayır. Həmin ünvanda ailə üzvləri, yəni arvadı- X5, qızı- X4 və oğlu- X10 2004-cü ildən pasport qeydiyyatındadırlar. Hal-hazırda o, yuxarıda qeyd etdiyi ünvana qeydiyyata düşmək istəyir. Bunun üçün müvafiq sənədləri toplayıb Suraxanı rayon Polis İdarəsinə müraciət etmişdir. Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 096-31626H-1221 saylı imtina məktubu ilə bildirilmişdir ki, yaşadığı və qeydiyyata düşmək istədiyi evin heç bir hüquqi sənədi xxxxxxx. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci ildə Ağdaş rayonunda doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. AZ-T № 898994 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X6 arasında 14 aprel 1981-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1419 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 74 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş: - 23.04.2014-cü il tarixli, 300 nömrəli arayışdan məlum olur ki, X5 həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küşəsindəki 28 nömrəli 1 mərtəbəli evin 1-ci mərtəbəsindəki 26.0 kv/mert sahəsi olan 2 otaqlı mənzildə yaşayır. Mənzilin şəraiti kommunal şəraiti, qazı, işıqı və suyu olan fərdi yaşayış evidir. Mənzil 74 saylı MKİSnə məxsusdur. X1 ailəsi 3 nəfərdən ibarərdir. Həmin mənzildə daimi aşağıdakı şəxslər qeydiyyatdadırlar: X5 – 10.06.1956-cı ildə doğulmuşdur, 03.06.2004-cü ildən həmin ünvana qeydiyyata alınmışdır; X4 – X1 qızıdır, 04.02.1985-ci ildə doğurmuşdur, 11.06.2004-cü ildə həmin ünvana qeydiyyata alınmışdır. X10 – X1 oğludur, 30.03.1987-ci ildə doğulmuşdur, 26.01.2005-ci ildə həmin ünvana qeydiyyata alınmışdır. - 15.11.2021-ci il tarixli, 260 nömrəli arayışdan məlum olur ki, İddiaçı, həqiqətən ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən 12.04.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş X5, X2 və X10 tərəfindən verilmiş **********813 nömrəli ərizədə qeyd olunmuşdur ki, İddiaçı, onların qeydiyyatda olduğu- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən 28 nömrəli evə qeydiyyata alınmasına etiraz etmirlər. 14.04.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, 30.03.1987-ci il təvəllüdlü X10, 10.06.1956-cı il təvəllüdlü X5, 17.09.2019-cu il təvəllüdlü X11, 04.02.1985-ci il təvəllüdlü X2 və 29.03.2018-ci il təvəllüdlü X12 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 096-31626H-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, onun hal-hazırda yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, ev 28 ünvanının “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi xxxxxxx, bu səbəbdən də onun həmin ünvana qeydiyyata alınması mümkün deyildir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 01.03.2022-ci il tarixli, 1/454 nömrəli məktubdan görünür ki, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 74 saylı mənzil istismarı sahəsindən verilmiş 24.02.2022-ci il tarixli 53 saylı arayışa əsasən Suraxanı rayonu, Əmircan qəsəbəsi. T.Bayram küçəsindəki 28 saylı ev MKTB-nin balansında olmaqla 6 nəfər ailə tərkibi ilə vətəndaş X1 istifadəsindədir. Suraxanı Rayon icra Hakimiyyətinin məktuba əvalə edilmiş Suraxanı rayonu MKTB 74 saylı MKİS-nin 24.02.2022-ci il tarixli, 53 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında aşağıdakı vətəndaşlar qeydiyyatdadır: 1. X5; 2. X2; 3.X10; 4. X7; 5. X12; 6. X11. Mənzilin sahibi X3r. Mənzilə aid heç bir hüquqmüəyyənedici sənəd xxxxxxx. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 17.03.2022-ci il tarixli, **********28 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 28 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan küçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 28.03.2021-ci il tarixli, 096-752V-1222 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı və X5 ünvan 1 ünvanında yaşayırlar. İddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsindəki 28 saylı ev MKTB-nin balansında olmaqla üzvləri ilə birlikdə iddiaçının arvadı X1 istifadəsində olmaqla, uzun müddətdir ki, onların daimi yaşayış yeridir və iddiaçı polis idarəsinin inzibati binasında qeydiyyatda olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası aşağıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. İş üzrə müəyyən edilir ki, İddiaçı polis idarəsinin inzibati binasının ünvanı üzrə qeydiyyatdadır və iddiaçı yuxarıda qeyd edilən ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı sözügedən fərdi yaşayış evində yaşadığından, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçıın hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5186/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5186/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver