Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5187/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və X8) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə iddiaçıya məxsus ünvan 1 fərdi evin 1/3 (2 otaq - y/s - 24,0 kv.m, köm/s - 17,04 kv.m) hissəsində ayrıca çıxarışın ona verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Quliyev Əlövsət küçəsi, dalan-9-da istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 12 otaqlı 121.8 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 72.5 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/3 hissəsi (2 otaq -y/s-24,0 kv.m,köm/s-17,04 kv.m) ona 1/3 hissəsi İbrahimov X5, 1/3 hissə X4 adına paylar müəyyən olunmuşdur. ünvan 1 ünvanında fərdi yaşayış evinin üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi üçün əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Ona müvafiq məzmunda imtina verilmişdir: “ünvan 1 ünvanında fərdi yaşayış evinin üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir”. Bu imtina əsassızdır. Ona görə ki, ona aid hissədə, yəni 1/3 (2 otaq - y/s-24,0 kv.m, köm/s - 17,04 kv.m) hissəsində ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Paylar bəllidirsə, bu zaman payçılar ayrı-ayrılıqda (bölgü planı əsasında notariatda təsdiq etməklə) hər kəs öz adına çıxarış ala bilər. Hər kəsin payı artıq müəyyən olunmuşdur. Ona görə də öz payına görə ayrıca çıxarış ala bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 və X8 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********27 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin 2-ci mərtəbəsində 3, 4, 5, 6 və 7 saylı sahələrin iddiaçının istifadəsində olduğu, həmçinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyi müəyyən edilmişdir. Belə ki, konstruktiv cəhətdən vahid olan tikili bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-M1365-8/2023 **********27 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək bildirilmişdir ki, İdarənin mütəxəssislərinə tam şərait yaradılacağı təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110614202; qeydiyyat tarixi xx.xx.2006-cı il) əsasən Bakı şəhəri, Yasamal rayonu, Quliyev Əlövsət küçəsi, dalan 9-da istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 121.8 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 72.5 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi .paylı mülkiyyət hüququ üzrə İddiaçı-l/3hissə (2otaq=y/s- 24,0kv.m., köm/s-17,04kv.m.), İbrahimov X5-l/3hissə, X4-l/3hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1198 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X2 və X4 qeydiyyatda olması ilə bağlı məlumat yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 9859/2024 **********59 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, dalan 9, 3 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı mülkiyyətində olan (1/3hissə (2otaq=y/s- 24,0kv.m., köm/s-17,04kv.m.) Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, 3 saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X6 və İddiaçı arasında bağlanılmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 fərdi evin 1/3 hissəsi İddiaçı satılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-2847/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən İbrahimova Sitarə (Sara) Xanım Məmməd qızı ilə (satıcı qismində) X7 arasında (alıcı qismində) Bakı şəhəri Ə.Quliyev (keçmiş P.Montin) küçəsi 9 saylı dalanda yerləşən 3 saylı evin ümumi sahəsi 24,0 kv.m olan iki yaşayış otağının, sahəsi 11,04 kv.m olan dəhlizin alqı-satqı müqaviləsinin bağlanılması üzrə əqd etibarlı sayılmışdır. Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Bakı şəhəri Ə.Quliyev (keçmiş P.Montin) küçəsi 9 saylı dalanda yerləşən 3 saylı evin ümumi sahəsi 24,0 kv.m olan iki yaşayış otağına, sahəsi 11,04 kv.m olan dəhlizə X1 adma ümumi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsinin verilməsi həvalə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2-2847/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməyə dair təqdim edilmiş xx.xx.2005-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2005-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 3 ünvanında yerləşən 3 saylı fərdi yaşayış evinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport, evlər idarəsi üzrə texniki inventarizasiyanın dekabr 1964-cü il tarixli kartoçkası, əsas tikililərin mərtəbələr üzrə dekabr 1964-cü il tarixli planı təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 15916/2024 **********16 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, 3 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Yasamal rayonu Ə.Quliyev dalan 9 ev 3-ün yerini təqdim edilmiş sənədlərdə telefon nömrəsi olmadığından təyin etmək mümkün olmamışdır. Şərait yaradılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı və üçüncü şəxslər iştirak etməmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. ... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı paylı mülkiyyətçisi olduğu evin naturada bölünərək özünə aid hissəsinə xüsusi mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi 110614202; qeydiyyat tarixi xx.xx.2006-cı il) əsasən Bakı şəhəri, Yasamal rayonu, Quliyev Əlövsət küçəsi, dalan 9-da istifadədə olan 0.01392 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 121.8 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 72.5 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı-l/3hissə (2otaq=y/s- 24,0kv.m., köm/s-17,04kv.m.), İbrahimov X5-l/3hissə, X4-l/3hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1198 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, dalan 9 ev 3 paylı mülkiyyət hüququ üzrə iddiaçıya və üçüncü şəxslərə məxsusdur. Sözügedən ev naturada bölünməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq çatmaq istədiyi məqsədə dair səmərəli hüquqi müdafiə vasitəsi sözügedən evin naturada bölünməsi, payın ayrılması üsulu və şərtləri haqqında üçüncü şəxslər (evin digər paylı mülkiyyətçiləri) ilə razılığa gələ bilmədikdə isə öz payının naturada ayrılmasını məhkəmə qaydasında (evin naturada bölünməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə) tələb edilməsidir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya evin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq naturada bölündüyü (bölünməsi mümkün olduğu) halda müvafiq sənədlərlə cavabdehə müraciət etmək, imtina aldıqda isə iddia ərizəsi ilə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-5187/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5187/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver