Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-519/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə sentyabr 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixində **********884000 nömrəli məktubla cavabdehin **********794600 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq bildirmişdir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilir. 2019-cu il üçün təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi xx.xx.2020-ci il tarixində təqdim olunmuşdur və xx.xx.2020-ci il tarixində bəyannaməyə kameral münasibət bildirirlmişdir. Göründüyü kimi bəyannamənin təqdim edilməsindən 30 gündən artıq müddət keçmişdir ki, bu da Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinin pozulması deməkdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məcəlləyə əsasən qeyd edilir ki, 2019cu ilin cari mənfəət vergisi bəyannaməsi təqdim edildikdən sonra kameral uyğunsuzluq məktubları gəlmiş və tərəflərindən həmin məktublar cavablandırılmış, dəqiqləşdirilmiş hesabat təqdim olunmuşdur. Vergi orqanından yuxarıda qeyd olunanların nəzərə alınmasını, əsassız olaraq hesablanmış kameral hesablama barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq 26 noyabr 2020-ci il tarixli, **********724100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində **********419600 nömrəli, **********417200 nömrəli və **********421700 nömrəli məktublarla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, əsassız olaraq hesablanmış ƏDV vergi məbləğinin və xx.xx.2020-ci il tarixli, **********724100 nömrəli kameral hesablama barədə qərarın ləğv edilməsini xahiş edilmişdir. Bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində şəxsi hesab vərəqəsində 280494,04 manat əlavə vergi hesablanmışdır. Müvafiq dövr üzrə bank çıxarışını təqdim edərək elektron olan tətbiq edilmiş bütün elektron qaimə və sənədləri isə vergi orqanının da nəzarətdə saxladığı AVİS proqramında müşahidə edilməkdədir. Vergi Məcəlləsi 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanında mənbəyi bəlli olan sənədlər əsasında aparılır. xx.xx.2020-ci tarixdə şəxsi hesab vərəqəsinə işlənmiş 280494,04 manat vergi hesablamasının hansı əsasla və nəyə əsasən hesablandığını və sübutları barədə və hesablamanın izahının onlara təqdim edilməsi xahiş edilmişdir. Lakin vergi orqanına etdikləri müraciətlər nəticəsiz qalmışdır. Həmin qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, “Bildiririk ki, tərəfinizdən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləgvi göstrilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməmişdir.” Halbuki bu qeyd olunan məlumat da kameral vergi hesablaması üçün əsas hesab olunmur. Əlavə olaraq qeyd edilməlidir ki, müəssisə sonradan elektron olaraq mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirilən bəyannamə təqdim etmiş, dəqiqləşdirilən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi qəbul edilmiş, kameral münasibət bildirilmiş, ləğv etmə bəndinə aydınlıq gətirilmişdir. Bəyannamə üzrə əlavə vergilər hesablanmasına əsas yaranmamışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Bu səbəblərin qərarda göstərilməməsi həmin qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini sübut edir. Bu da həmin qərarın ləğv olunması üçün birbaşa əsasdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciəti cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır. Cavabdeh iddia tələbinə etiraz və etiraza əlavə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral ve səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. İddiaçı MMC-yə (VÖEN: **********) 2020-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin "Ləğv edilmişdir" sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansi məlumat təqdim edilməmişdir. Qeyd olunanlar əldə edilmiş malların (hazır məhsul, sair ehtiyat, yarımfabrikat və s.) təqdim edilməsi və əldə edilmiş gəlirlərin vergidən yayındırılması, həmçinin dövrün sonuna müəssisənin istifadəsində qalan, həmçinin əskik gələn malların vergidən yayınma yolu ilə dürüstləşdirilməsi kimi qiymətləndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********794600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan səndlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bayannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020ci ilin sentyabr ayı üçün ƏDV üzrə 280494,04 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı məhkəmə icraatı zamanı silinməyə əsas olmuş material hesabatlarına dair cədvəlləri təqdim edərək qeyd etmişdir ki, müvafiq silinmələr material hesabatında öz əksini tapır. İddiaçının qeyd olunan dəlili ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli Q-08 №-li ilə “İtmiş, əskik gəlmiş, xarab və zay olmuş və oğurlanmış mallar barədə” akt forması təsdiq olunmuşdur. Qeyd olunan hal üzrə iddiaçı tərəfindən müəyyənləşdirilmiş formada akt tərtib edilmədiyindən, material hesabat cədvəli silinməyə əsas olmuş sənəd kimi qəbul edilməməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN: **********). - Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli, **********666300 №-li çıxarışından görünür ki, İddiaçı (VÖEN: **********) qanuni təmsilçisi X1r. - Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli, **********666300 №-li çıxarışından görünür ki, İddiaçı (VÖEN: **********) nizamnamə kapitalının miqdarı (ödənilməmiş) 29,984,310.00 manatdır. Təsisçilər və onların nizamnamə kapitalında mayalarının miqdarı X2 – 30%, X3 – 30% və X5 – 40% təşkil edir. - İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş sentyabr 2020-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması: ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar: təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 34,890.00 manat, əlavə dəyər vergisi 31,25 manat; əməliyyatlar üzrə cəmi - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 111,652.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat: debitor borclar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 51,179.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 241,540.78 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 16,289.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 206,650.78 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 34,890.00 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 34,890.00 manat; xx.xx.2020-ci il tarixə olan debitor borclar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 4,028,655.19 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 4,028,655.19 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1,868,653.58 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 1,868,653.58 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 2,160,001.61 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 2,160,001.61 manat; VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ – dövriyyə məbləği (ƏDV-siz) 20,885,30 manat, əlavə dəyər vergisi məbləği 3,759.35 manat; idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 480.00 manat, əlavə dəyər vergisi məbləği 86.40 manat; idxalda ƏDV-dən azad olunan mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 50,100.00 manat; əməliyyatlar üzrə cəmi dövriyyə məbləği (ƏDV-siz) 71,465.30 manat, əlavə dəyər vergisi məbləği 3,845.75 manat; büdcəyə ödənilməli əlavə dəyər vergisi məbləği 9,380.89 manat bəyan edilmişdir. - Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş **********724100 №-li, 26 noyabr 2020-ci il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC sentyabr 2020-ci il üçün əlavə dəyər vergisi üzrə 9.380,89 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində 289.874,93 manat vergi öhdəliyi müəyyən edilmiş və 280.494,04 manat əlavə vergi hesablanmışdır. - Vergi orqanı tərəfindən müəyyən edilmiş İddiaçı MMC-nin sentyabr 2020-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması: ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi 293,720.68 manat; malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi məbləği 293,720.68 manat; ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar: təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 34,890.00 manat, əlavə dəyər vergisi 31,25 manat; əməliyyatlar üzrə cəmi - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 111,652.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi məbləği 293,720.68 manat; hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat: debitor borclar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 51,179.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 241,540.78 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 16,289.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 206,650.78 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 34,890.00 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 34,890.00 manat; xx.xx.2020-ci il tarixə olan debitor borclar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 4,028,655.19 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 4,028,655.19 manat; ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1,868,653.58 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 1,868,653.58 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 2,160,001.61 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 2,160,001.61 manat; VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ – dövriyyə məbləği (ƏDV-siz) 20,885,30 manat, əlavə dəyər vergisi məbləği 3,759.35 manat; idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 480.00 manat, əlavə dəyər vergisi məbləği 86.40 manat; idxalda ƏDVdən azad olunan mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 50,100.00 manat; əməliyyatlar üzrə cəmi - dövriyyə məbləği (ƏDV-siz) 71,465.30 manat, əlavə dəyər vergisi məbləği 3,845.75 manat; büdcəyə ödənilməli əlavə dəyər vergisi məbləği 289,874.93 manat müəyyən edilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 2019-cu ilə dair dəqiqləşdirilmiş Mənfəət vergisinin bəyannaməsindən görünür ki, əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olan İddiaçı MMC-nin hesabat dövrünün gəlirləri 2,701,055.32 manat, ümumi gəliri 2,920,425.07 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3,358,881.91 manat, ümumi gəlirdən çıxılan xərclər 3,358,881.91 manat, zərər 438,456.84 manat, mənfəət vergisi 0.00 manat bəyan edilmişdir. - Həmin bəyannaməyə 1 №-li Əlavədən görünür ki, cəmiyyətin hesabat dövrünün sonuna aktivləri 47,322,133.17 manat, əsas vəsaitlərin dəyəri 33,595,410.34 manat, ehtiyatlar 381,678.16 manat, debitor borcu 10,493,020.40 manat, pul vəsaitləri 129,666.12 manat, digər aktivlər 2,722,358.15 manat, cəmi kapital öhdəlikləri 47,322,133.17 manat, cəmi öhdəlikləri 17,337,823.17 manat qeyd edilmişdir. - Əlavədən həmçinin görünür ki, 1.3 bəndə göstərilmiş “Ehtiyatlar” hissəsində hesabat dövrünün əvvəlinə 1,368,880.82 manat, dövr ərzində daxil olmuş 810,824.95 manat, 1,798,027.61 manat silinmə, hesabat dövrünün sonuna 381,678.16 manat qeyd edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 079 nömrəli arayışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixində hesablama metodu üzrə təqdim olunmuş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində malların təqdim olunması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı gəlir 2.926.429,57 manat, malların təqdim olunması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı xərclər 3.358.881,91 manat olmuşdur. Müəsissə 2019-cu ildə 432.452,34 manat zərərlə işləmişdir. xx.xx.2021-ci il tarixində hesablama metodu ilə 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində 1.3 bəndində ehtiyyatlar sətrində dövrün əvvəlinə ehtiyyatlar üzrə qalıq 1.368.880,82 manat mövcud olmuş, dövr ərzində 810.824,95 manat mədaxil olmuş, dövr ərzində 1.779.356,40 manat silinmişdir və dövrün sonuna 400.349,37 manat ehtiyyatlar üzrə qalıq mövcud olmuşdur. Qeyd edilir ki, 2019-cu il ərzində silinmişdir bölməsində qeyd edilmiş 1.779.356,40 manat material silginin tərkibində olan 1.237.321,54 manat material silgisinin açıqlaması ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixində hesablama metodu üzrə təqdim edilmiş 2019-cu ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə qalığı dəyişdirmək mümkün olmadığından, çünki həmin dövr üçün vergi orqanı tərəfindən təqdim edilmiş bəyannaməyə kameral münasibət bildirildiyi səbəbindən ehtiyyatlar üzrə qalıq 2018-ci il mənfəət vergisi bəyannaməsi təqdim edildiyindən və həmin bəyannamə üzrə vergi orqanın kameral münasibət bildirmə müddəti keçdiyinə görə vergi orqanı tərəfindən keçmiş ilin qalıqları təsdiqləndiyi səbəbindən 2018-ci il üzrə hər hansı bir uyğunsuzluq verilmədiyindən 2019-cu il üzrə bəyannamə dövrü aktiv olduğu üçün və bu dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi mümkün olduğu üçün tərəfimizdən 2019-cu il üçün təqdim etdiyimiz dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamədəki rəqəm səhvini riyazi olaraq düzəliş edilmişdir. Faktiki olaraq 2019-cu il üzrə 1.779.356,40 manatlıq mal silgisi olmamışdır. Sadəcə 2019-cu ilin dövrün əvvəlinə qalıq 1.368.880,82 manatla dövr ərzində mədaxil 810.824,95 manat dövrün sonuna olan 400.349,37 manat qalığ arasında fərqi düzəltmək üçün bu əməliyyat aparılmışdır. Bu əməliyyat sırf balansda düzəlişə əsaslanır. Material hesabatlarından göründüyü kimi iddiaçının 2019-cu il üzrə əsassız material silgisi aparılmamışdır. 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirildiyindən və bəyannamə təsdiq olunduğundan dövrün sonuna qalığı düzəltmək yalnız 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə dəqiqləşmiş verərək düzəlişi mümkün olunduğundan 2018-ci ilə dəqiqləşmiş bəyannamə təqdim edilmədən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərək həmin qalıqları düzəltmək məqsədi ilə belə bir riyazi düzəliş edilmişdir. Amma faktiki olaraq bu dövrdə material silgisi aparılmamış və mal, iş, xidmət təqdim edilməsi olmamışdır. Əlavə olaraq qeyd edilir ki, mühasibat uçotu haqqında qanunda da qeyd olunur ki, mühasibat uçotunda hesabatlarda müvafiq düzəlişlər aparıla bilər. Mühasibat uçotunun balansında və ya mühasibat uçotu aparılan proqramda bu düzəlişlər edilir, lakin mənfəət vergisi bəyannaməsinin əlavəsində düzəliş deyilən bənd olmadığından 1.237.321,54 manat qalıqlardakı fərqi riyazi olaraq balans üzrə qalıqları düzəltmək üçün mənfəət vergisi bəyannaməsində yalnız ona uyğun gələn ləğv edilmiş, silinmişdir bəndi olduğu üçün həmin məbləğ 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində silinmişdir bəndində qeyd olunmuşdur. Faktiki olaraq 2019-cu il üzrə 1.237.321,54 manat məbləği qədər mal silgisi olmamış, nə də müəssisə tərəfindən bu məbləğ qədər mal, iş, xidmət təqdim edilməmişdir. Bir daha qeyd edilir ki, 2019-cu il üzrə 1.237.321,54 manat məbləğində mal silgisi olmamış və bu məbləğ dövrün əvvəlinə olan qalıqla dövrün sonuna olan qalıq arasındakı fərqdir. Bu fərqi 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirildiyindən və bəyannamə təsdiq edildiyindən bu fərqi 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində riyazi olaraq düzəliş aparılmışdır. Bundan əlavə olaraq bildirilir ki, 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin təqdim etmə müddəti 1 aprel 2020-ci il tarixindən gec olmayaraq olan müddətdir yə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi bu tarixədək təqdim edilir. Təqdim edilmiş bəyannamə üzrə uyğunsuzluq yarandığından və həmin uyğunsuzluqları aradan qaldırmaq üçün dövrün əvvəlinə olan qalıqla dövrün sonuna olan qalıq arasında uyğunsuzluq yarandığından həmin riyazi əməliyyatı başa çatdırılması üçün edilib. Təqdim etdikləri hesabatlarından göründüyü kimi material hesabatlarında dövrün əvvəlinə qalıq ilə mənfəət vergisi bəyannaməsinin dövrün əvvəlinə qalıq arasında 1.237.321,54 manat fərq yaratdığından dövrün sonuna material üzrə qalığı düzəltmək üçün 1.237.321,54 manat məbləğində material silgisini dövr ərzində silinmişdir bölməsinə əlavə edilmişdir. 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli qərardan xx.xx.2020-ci il tarixində şikayət etsələr də, həmin qərar ləğv edilməmiş və şəxsi hesab vərəqəsində heç bir düzəliş aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4125 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan mühasibat sənədlərinə (elektron qaimələr, bank çıxarışları, material hesabatları, depozit hesabından çıxarışlar və s.) və s. sənədlərə və Vergi Məcəlləsinin tələblərinə (yuxarıda qeyd edilən və digər tələblərinə əsasən) əsasən iddiaçının məhəkəmənin ekspertiza təyini haqqında qərarında qeyd etdikləri (əlavə olaraq hesablanmış ƏDV məbləğinin düzgün olmaması ilə bağlı) arasında fərqlilik müəyyən olunmamaqla 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış əlavə ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmadı. Yəni hazırkı tədqiqatla vergi ödəyicisi tərəfindən 2020-ci ilin sentyabr ayı üzrə büdcəyə hesablanmış ƏDV məbləğinin düzgün olmaması müəyyən edilmədi. Eyni zamanda qeyd edilir ki, Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.3 (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdirmi” sütununda göstərilmiş 1.237.321,54 manat və 1.798.027,61 manat fərqinin silinməsi əməliyyatının aparılmasının əsasının nə təşkil etməsinin səbəbi hazırki məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi haqqında qərardadda (iddiaçının qeyd etdikləri ilə bağlı hissədə), iş materiallarında olan iddia ərizəsində və digər sənədlərdə öz əksini tapmışdır. Hazırkı tədqiqat isə yuxarıda qeyd edildiyi kimi təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə və Vergi Məcəlləsinin tələblərinə uyğun aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən verilmiş 2019-cu ilə dair mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyət hesabat dövrünün gəlirlərini 2,701,055.32 manat, ümumi gəlirini 2,920,425.07 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri 2,826,349.53 manat, ümumi gəlirdən çıxılan xərcləri 3,358,881.91 manat, zərəri 438,456.84 manat, mənfəət vergisini 0.00 manat bəyan etmiş, həmçinin bəyannamənin 1 №-li Əlavəsində “Ehtiyatlar” 1.3-cü sətrində 1.237.321,54 manat məbləğində ehtiyatların ləğv edilməsini qeyd etmişdir. İddiaçı MMC sentyabr 2020ci il üçün əlavə dəyər vergisi üzrə vergi öhdəliyini 9.380,89 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə 289.874,93 manat vergi öhdəliyi müəyyən edilmiş və 280.494,04 manat əlavə vergi hesablanmışdır. Vergi orqanı bunu vergi ödəyicinin 2019-cu il üzrə təqdm edilmiş mənfəət vergisi bəyannaməsnin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməməsi ilə əsaslandırmışdır. Hazırda iddiaçı vergi orqanın həmin qərarını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 173-cü maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. - 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. - 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq; 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. - 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. - 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Hazırki mübahisə üzrə məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 2019-cu ilə dair mənfəət vergisinin bəyannaməsinin 1 №-li Əlavəsində “Ehtiyatlar” 1.3-cü sətrində 1,237,321.54 manat məbləğində ehtiyatların ləğv edilməsini qeyd etsə də, məhkəmə baxış zamanı dəqiqləşdirilmiş bəyannamə təqdim edərək 1 №-li Əlavəsində “Ehtiyatlar” 1.3-cü sətrində 1,798,027.61 manat məbləğində ehtiyatların silinməsini bəyan etmişdir. İddiaçı 2019-cu il üzrə 1,798,027.61 manat məbləğində ehtiyatların silinməsini ilkin olaraq onunla əsaslandırmışdır ki, faktiki olaraq 2019-cu il üzrə 1.779.356,40 manatlıq mal silgisi olmamış, sadəcə 2019-cu ilin dövrün əvvəlinə qalıq 1.368.880,82 manatla dövr ərzində mədaxil 810.824,95 manat dövrün sonuna olan 400.349,37 manat qalığ arasında fərqi düzəltmək üçün bu əməliyyat aparılmış, bu əməliyyat sırf balansda düzəlişə əsaslanır, material hesabatlarından göründüyü kimi iddiaçının 2019-cu il üzrə əsassız material silgisi aparılmamışdır, mənfəət vergisi bəyannaməsinin əlavəsində düzəliş deyilən bənd olmadığından 1.237.321,54 manat qalıqlardakı fərqi riyazi olaraq balans üzrə qalıqları düzəltmək üçün mənfəət vergisi bəyannaməsində yalnız ona uyğun gələn “ləğv edilmiş”, “silinmişdir” bəndi olduğu üçün həmin məbləğ 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində “silinmişdir” bəndində qeyd olunmuşdur. Faktiki olaraq 2019cu il üzrə 1.237.321,54 manat məbləği qədər mal silgisi olmamış, nə də müəssisə tərəfindən bu məbləğ qədər mal, iş, xidmət təqdim edilməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən ehtiyatların silinməsini təsdiq etmək üçün 2019-cü il üzrə material-hesabatlar təqdim edilmişdir. Lakin həmin material-hesabatların Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli, Q-08 №-li ilə təsdiq edilmiş “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilmədən iş materaillarında müvafiq məlumatların olması əsas gətirilməklə vergi ödəyicisi tərəfindən 2020-ci ilin sentyabr ayı üzrə büdcəyə hesablanmış ƏDV məbləğinin düzgün olması göstərilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1 və 88-ci maddələrini rəhbər tutaraq iş üzrə alınmış ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, məhkəmə araşdırılması zamanı vergi ödəyicinin 2019-cu il üzrə təqdm edilmiş mənfəət vergisi bəyannaməsnin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvini təsdiq edən əsaslı sübutlar təqdim edə bilməmiş, cavabdeh inzibati orqan isə ehtiyatların ləğvi ilə bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilmədiyindən əldə edilmiş malların (hazır məhsul, sair ehtiyat, yarımfabrikat və s.) təqdim edilməsi və əldə edilmiş gəlirlərin vergidən yayındırılması, həmçinin dövrün sonuna müəssisənin istifadəsində qalan, həmçinin əskik gələn malların vergidən yayınma yolu ilə dürüstləşdirilməsi və kənarlaşmanın yaranmasına səbəb olan hal kimi qiymətləndirərək mübahisələndirilən qərarı qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin sentyabr 2020-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinə görə əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır və ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-519/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-519/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver