Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-519/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "iddiaçıya xx.xx.2022-ci il tarixdən hərbi xidmətlə bağlı xəstəliyi nəticəsində əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya sonuncu əlillik müddətinin bitdiyi tarixdən həmin tarixdə qüvvədə olmuş qanunvericilik tələblərinə uyğun olaraq müddətsiz əsaslarla əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi”nin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 30.09 cavabdehə həvalə edilməsi.2022-ci il tarixdən xəstəliyi ilə bağlı sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən hərbi xidmətlə bağlı xəstəliyi nəticəsində əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında ona müddətsiz əsaslarla əlillik dərəcəsinin təyin edilməsi məsələsi ilə bağlı mübahisə yaranmışdır. 30 sentyabr 2022-ci il tarixində cavabdeh tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində cavabdeh tərəfindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmiş, ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyyə edilmişdir. İmtinaya əsas səbəb kimi 2021-ci il tarixinə kimi müalicə almamağı qeyd edilmişdir.İddiaçının müraciəti cavabdeh tərəfindən rədd edildiyi üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2015-ci il tarixində cavabdeh tərəfindən ona əlillik təyin edildiyi zaman əlillik səbəbi kimi qoyulmuş diaqnoz belədir: “- Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə. Qabarıq asteno-nevrotik sindrom”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də aşağıdakı xəstəliklər əlillik və sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etmək üçün əsasdırlar: 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45- G46.8, G95-G95.9);..3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98); Yuxarıda qeyd edilən diaqnozlara dair sənədlər onun tərəfindən cavabdehə təqdim edilmiş və hazırki iddia ərizəsinə əlavə edilən tibbi arayışlarla təsdiq edilmişdir. 2 nömrəli Hərbi Psixiatriya Xəstəxana tərəfindən verilmiş arayış ilə onda qeyd edilən diaqnozların olması təsdiq edilir. Cavabdehin imtinası ona görə əsassız hesab edilməlidir ki, onun beynində baş vermiş üzvi xəstəliklərin müalicəsi praktikada yoxdur və ondan əlavə və ya ixtisaslaşmış müalicəni tələb etməsi qanunsuzdur. 2015-ci il tarixində eyni xəstəliklərlə ona əlillik təyin etsə də, bu dəfə eyni diaqnozlarla bunu etməkdən imtina edilmişdir. Qanunvericiliyə əsasən ixtisaslaşmış tibb müəssisəsinin rəyi həlledici rol oynayır və o, hərbçi olduğu üçün travma sahəsində ölkənin baş hərbi ixtisaslaşmış tibb müəssisəsi (2 nömrəli Hərbi Psixiatrik Xəstəxana) tərəfindən verilmiş və daha əvvəlki tarixdə ona cavabdeh tərəfindən əlillik təyin edilməsi üçün tibbi əsas olmuş diaqnozu təsdiqləyən tibbi rəy növbəti dəfə cavabdehə təqdim edilsə də, cavabdeh həmin tibbi sənədi nəzərə almamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 2.2.9-cu və 3.1.6-cı bəndlərinə əsasən ona əlillik dərəcəsinin verilməsi üçün bütün hüquqi və tibbi əsaslar mövcuddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə 38 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ68* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı beyin damarlarının zədələnmələri => İ68.8* - Başqa...; Diaqnozun mətni: Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom. tez-tez vegetativ krizlərlə. Serebral hipertenziya..; Meyar: 22.2. İkinci dərəcə əlillik => DİGƏR: Diensefal sindrom. tez-tez vegetativ krizlərlə.” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. 38 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişinə baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ68* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı beyin damarlarının zədələnmələri => İ68.8* - Başqa...; Diaqnozun mətni: Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə. Qabarıq asteno-nevrotik sindrom.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyin damarlarının revmovaskuliti;” səbəbi ilə iddiaçıya bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişə baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ68* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı beyin damarlarının zədələnmələri => İ68.8* - Başqa...; Diaqnozun mətni: Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə Qabarıq asteno-nevrotik sindrom.; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Beyin damarlarının revmovaskuliti.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci ii tarixli göndərişinə baxılmış və “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozu qoyulmuşdur; “Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə edilməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 7.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
9.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati iş materiallaında olan: Akademik M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında aparılmış “Cranial MRT T-1-coronal, Flair axial, T2 sagital” müayinənin nəticələrinə görə “Alın-təpə paylarında MM-lik paraperiventrikullyar və təpə payında kortikosubkortikal lokalizasiyada MM-lik qliozisə xarakter – damar mənşəli ocaqlar izlənilir, alın gicgah paylarında beyin şırımları dərinləşmiş, subraxnoidal sahə minimal genişlənmişdir – kortikal atrofiya əlaməti izlənir....Etmoidal sümük hüceyrələri və frontal sinusda fokal mukazal qalınlaşma izlənir – minimal xr.frontoetmoidit əlaməti. Sağ maxillyar sinusda retension kista qeyd olunur”; Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatlarına əsasən iddiaçıya xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə, xx.xx.2016-cı ildə ikinci dərəcəli əlillik müəyyən edilmişdir, əmək qabiliyyətsiz olması göstərilmişdir, əlilliyin səbəbi kimi hərbi xidmət dövrü ilə əlaqədar əlillik qeyd edilmişdir, əlillik müddəti hər dəfə 1 il müddətinə təyin edilmişdir, diaznoz: “Beyin damarlarının revmovaskuliti. Diensefal sindrom, tez-tez vegetativ krizlərlə. Qabarıq asteno-nevrotik sindrom” qoyulmuşdur; 2 saylı TSEK-in arayışlarına əsasən iddiaçıya 2008-ci ildə, 2009-cu ildə, 2011-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar əlillik müəyyən edilmişdir, həmin arayışlarda iddiaçının əmək qabiliyyətsiz olması göstərilmişdir; 013935 №li vəsiqəyə əsasən iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil olduğuna görə xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilə qədər pensiya ödənilmişdir; İddiaçının 2 nömrəli X5 tərəfindən verilmiş ambulator kartından çıxarışlarına əsasən iddiaçı “Baş beyin üzvi xəstəliyi (travma mənşəli)”, əsas xəstəliyin ağırlaşması “kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” diaqnozları ilə 2021-ci ildə 2 dəfə (hər dəfə 21 gün), 2022-ci ildə isə 1 dəfə (21 gün) həmin xəstəxanada stasionar müalicədə olmuşdur, TSEK-in məlumatına əsasən isə iddiaçı 2008-ci ildə 5 saylı şəhər Klinik Xəstəxanasında 17 gün “Revmatoid vaskulit” diaqnozu ilə müalicə olunmuşdur; Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozu ilə əlillik təyin edilməsindən imtina edilmişdir, imtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, 2021-ci ilə kimi stasionar müalicənin olmaması, ixtisaslaşmış müalicənin davam etdirilməsinin məsləhət görülməsi göstərilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları ilə məhkəməyə bildirilmişdir ki, məhkəmənin Qərardadına uyğun olaraq İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbdən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1449/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli qərarı ilə iddiaçının diaqnozu “Beyin damarlarının revmovaskuliti, diensefal sindrom, tez-tez baş verən vegetativ-damar krizlərlə.İfadə olunmuş hipertenzion sindrom.Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit” diaqnozu qoyulmuşdur, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir.Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir, 2 nömrəli X2 2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda “Baş beyin üzvi xəstəliyi (travma mənşəli)”, əsas xəstəliyin ağırlaşması “kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi” diaqnozu qeyd edilsə də Akademik M.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli, MRT müayinəsinin nəticəsində “Alın-təpə paylarında MM-lik paraperiventrikullyar və təpə payında kortikosubkortikal lokalizasiyada MM-lik qliozisə xarakter – damar mənşəli ocaqlar izlənilir, alın gicgah paylarında beyin şırımları dərinləşmiş, subraxnoidal sahə minimal genişlənmişdir – kortika atrofiya əlaməti izlənir....Etmoidal sümük hüceyrələri və frontal sinusda fokal mukazal qalınlaşma izlənir – minimal xr.frontoetmoidit əlaməti. Sağ maxillyar sinusda retension kista qeyd olunur” kimi müəyyən edilmişdir, diaqnoz kəllə beyin travmasını təsdiqləməmiş, əlillik təyinatına əsas verməmişdir, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib.Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkət pozqunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb.Aortal və Mitral qapaqlar cüzi fibrotikdir, Min. MR, Min.TR, Perikard təmizdir” kimi müəyyən edilmşdir. Verilmiş anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatın əsas verə biləcək nevroloji, patoloji, şəxsiyyət və davranış pozuntusu əlamətləri, patofunksional pozuntular aşkar edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq iddiaçının diaqnozunun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir; 10.Məhkəmənin 2-1(112)-3490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sualar qoyulmuşdur:- xx.xx.1974-cü il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? - İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? - Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir, xəstəlik hərbi travma nəticəsində yaranıbmı? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 ekspertlərinə həvalə edilmişdir. 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ-nin T778/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı 2 nömrəli X3 tərtib edilmiş sonuncu xx.xx.2022-ci il tarixli, K000257003BİG nömrəli Forma 088 göndərişindən görünür ki, o, “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli” nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkir,əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinə aid deyildir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini hərbi həkim komissiyasının səlahiyyətlərinə aiddir. İV. Məhkəmənin mövqeyi
12.Məhkəmə, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 13.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.1-ci bəndinə əsasən baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, başın travmalarının nəticələri, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası,7.6.2-ci bəndinə isə baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları orqanizmin funksiyalarının davamlı pozulmasına səbəb olan, yəni əlillik təyin edilməsinə əsas olan xəstəliklər kimi göstərilmişlər. 16.İşin faktiki hallarından göründüyü kimi iddiaçının hərbi xidmət dövründə xəstələnməsi nəticəsində orqanizminin funksiyaları davamlı şəkildə pozulmuşdur, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli qərar ilə “Beyin damarlarının revmovaskuliti, diensefal sindrom, teztez baş verən vegetativ-damar krizlərlə.İfadə olunmuş hipertenzion sindrom.Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit” diaqnozu qoyulmuşdur, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir.Hərbi xidmət dövründə alınmışdır” müəyyənləşdirilmişdir, iddiaçıya 2008-ci ildən İİ dərəcəli əlillik təyin edilmiş və iddiaçının əmək qabiliyyətsiz olması müəyyən olunmuşdur, iddiaçı 2021-ci ilə qədər əlilliyə görə pensiya almışdır, 2021-ci ildən sonra iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsindən imtina edilmişdir, cavabdeh imtinasının əsası kimi “əlavə müalicəyə ehtiyacın olmasını,2021-ci ilə kimi stasionar müalicəsinin olmaması, ixtisaslaşmış müalicənin davam edilməsinin məsləhət görülməsi” göstərilmişdir, halbuki iddiaçının 2021-ci ildə 2 dəfə hər dəfə 21 gün olmaqla, 2022-ci ildə isə bir dəfə 21 gün olmaqla 2 nömrəli X3 stasionar müalicə olunması, məhkəmə-tibb ekspertizasının nəticəsinə dair ekspert rəyinə əsasən “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları və yaddaşın zəifləməsi ilə” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsi,iddiaçının 2008-ci ildən 2021-ci ilə qədər fasiləsiz əlil olması iddiaçının orqanizmin funksiyalarının davamlı şəkildə uzun müddət – 13 il ərzində pozulmasını təsdiq edir, eyni zamanda iddiaçının əziyyət çəkdiyi xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1-ci bəndində (baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, başın travmalarının nəticələri, psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası), 7.6.2-ci bəndində (baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları) göstərilən xəstəliklərə aiddir. 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
18. Cavabdeh inzibati orqan iddiaçının 2008-ci ildən 2021-ci ilə qədər İİ dərəcəli əlil olması, əmək qabiliyyətsiz olması, iddiaçının xəstəliyinin hərbi xidmət ilə əlaqəli olması, 2021 və 2022-ci illərdə dəfələrlə stasional müalicədə olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən əsassız olaraq imtina etmiş və bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini, nəticədə sosial təminat almaq hüququ olan Azərbaycan Respublikasının vətəndaşının hüquqlarını pozmuşdur. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 20.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən hərbi xidmətlə bağlı xəstəliyi nəticəsində əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 21.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bağrov Valeriy Valeryeviçə xx.xx.2022-ci il tarixdən hərbi xidmətlə bağlı xəstəliyi nəticəsində əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova