Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5190/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X7 Ağa qızının katibliyi ilə, İddiaçı “X8 Azərbaycan” QSC-nin Cavabdeh böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Aqil Cəbiyevə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi işə cəlb edilməklə qiymətləndirici dəvət edilməsinə dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə inzibati işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X8 Azərbaycan” QSC Cavabdeh böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Aqil Cəbiyevə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi işə cəlb edilməklə hərrac prosesinin dayandırılaraq, ipoteka predmeti X3 məxsus olan Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 25, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 50.22 kv.m olan mənzilin yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunması barədə öhdəliyin Cavabdeh böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Aqil Cəbiyevin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 51 saylı Notariat ofisinin 8i- 11003 saylı, 28.11.201-cu il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Cavabdeh böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Aqil Cəbiyevin icraatında icra işi var. xx.xx.2020ci il tarixli, xx/xx-193428-16 saylı qərarına əsasən Bakı şəhəri 51 saylı Notariat ofisinin 8İ- 11003 saylı, xx.xx.2019-cu il tarixli icrası ilə əlaqədar Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 25, mənzil 36 ünvanında yerləşən ümumi shaəsi 50.22 kv.m olan mənzilinin qiymətləndirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndiricisi dəvət olunması qərarı qəbul edilmişdir. Tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin ünvanına Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, xx/xx/1934428-16 saylı məktubu daxil olmuşdur və qoşma olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatı əlavə olunmuşdur. Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, xx/xx/193428-16 saylı məktubundan məlum olur ki, X3 məxsus əmlak 85000 manata məbləğində qiymətləndirilmiş və hərrac keçirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə göndərilib. X3 məxsus olan Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 25, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 50.22 kv.m olan mənzilinin ilkin satış qiymətinin 85000 manat olmasında tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC narazıdır, çünki əmlakın bazar qiyməti 85000 manat təşkil etmir. Sözügedən əmlakın bazar qiymətini “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən düzgün hesablanmayıb və yanlış qiymətləndirmə üsulu ilə hesablama apararaq qiymətin müəyyən edilməsi meyarlarını düzgün tətbiq etməyərək həqiqətə uyğun olmayan qiymət təyin etmişdir. Bu səbəblərdən tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC Bakı şəhəri Cavabdeh böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Aqil Cəbiyevə 13.5.2020-ci il tarixdə, 00233 saylı ərizə ünvanlayaraq, hərrac prosesini dayandıraraq ipoteka predmeti X3 məxsus olan Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 25, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 50.22 kv.m olan mənzilinin yenidən qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmasını xahiş etmişdir. Lakin, Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, xx/xx-193428-16 saylı məktubu ilə cavab olaraq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə bildirilir ki, vəsatət təmin olunmur: Əmlakın qiymətləndirilməsi barədə hesabatdan narazı olduğunuz halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyatı məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraqişin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli “İcra ödənişinin alınması haqqında” qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə Nərimanov rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 icraatına daxil olmuş Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata borclu “xxxxxxxx” X1 icra ödənişinin alınması məsələsinə baxaraq, müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu “xxxxxxxx” X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İcra sənədi üzrə tələb olunan pul vəsaiti könüllü icra müddəti ərzində borclu “xxxxxxxx” X2 tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən, Xətai Rayon Məhkəməsinin 3(011)-1519/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı borclu “xxxxxxxx” X2 tərəfindən ödənilməli olan 20000 manat məbləğində 7 % həcmində yəni, 1400 manat məbləğində icra ödənişinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra və Probasiya Şöbəsinin (kodu 21005, VÖEN: **********, M/h: AZE41NABZ**********0000003944: S.W.İ.F.T BİK CTREAZ22: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya Şöbəsi kitabı 142330: VÖEN: **********, Hesab nömrəsi: AZ80CTRE********************) hesabına tutulması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Beləliklə, həmin qərardan müəyyən olunur ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” İş materiallarından görünür ki, hazırkı mübahisənin predmetini 51 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i-11003 saylı, xx.xx.2019-cu il tarixliicra sənədi üzrə aparılmış icra hərəkətləri təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından, mümkünsüz sayılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə aidiyyəti üzrə icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrinirəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “X8 Azərbaycan” QSC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5190/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5190/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver