Məhkəmə qərarları › İş №2-1(112)-5193/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5193/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5193/2020 20.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Üçüncü şəxs X3 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs X5 qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun ünvan 2 ünvanında pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzil qardaşı Elçin İsmayılova məxsusdur. Qardaşının razılığı ilə o, həmin mənzilə qeydiyyata alınması ilə əlaqədar Cavabdehnə müraciət etmiş və qardaşının razılıq ərizəsini müraciətinə əlavə etmişdir. Lakin cavabdeh onu qardaşına məxsus olan mənzilə pasport qeydiyyatına almaqdan əsassız olaraq imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qardaşı həmin ünvana qeydiyyata alındığı halda, belə bir qeydiyyata alınmanın ona münasibətdə tətbiq edilməməsi hüquqlarını pozur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3785/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1046/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(81)-3785/2016 saylı qərarı ləğv olunaraq, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı onun ünvan 3 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X7 iddianın təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, hazırki iddia tələbi üzrə İddiaçı onun bacısı, X6 isə qardaşıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzili onun valideynləri tərəfindən əldə olunmuşdur. Rusiya Federasiyasındanın vətəndaşı olan qardaşı X6 isə 2002-ci ildən Bakı şəhərinə gəlmir, bu mənzildə yaşamır, mənzildə qeydiyyatda qeydiyyatda deyildir və mənzil dövlət mülkiyyətindədir. X2 ona qarşı həmin mənzildən çıxarılması tələbi subyektiv hüququ olmadığı səbəbindən məhkəmə qətnaməsinə əsasən rədd edilmişdir. O, uzun müddətdir ki, həmin ünvanda yaşayır və mənzil faktiki olaraq onun sahibliyindədir. İddiaçının həmin ünvana qeydiyyata alınmasına əsas olmadığından, iddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. Lakin cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşdə olan Binəqədi Rayon Xalq Məhkəməsinin xx xxxxx 1997-ci il tarixli, 2-269/1997 saylı qətnaməsindən müəyyən olunur ki, X1 X4 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilməklə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair X1 adına verilmiş xx.xx.1997-ci il tarixli 061156 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, 14373241 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxx 2016-cı il tarixli, 059- 17727M-1216 saylı imtina məktubundan görünür ki, iddiaçının qardaşı X4 məxsus evə qeydiyyata alınması barədə müraciətinə baxılmış, qanunvericliklə müəyyən edilən sənədləri təqdim etmədiyindən, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı qeydiyyata alınması tələb olunan Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi küçəsi, 4 saylı evin 6 saylı mənzilin icarədarının qardaşı X6 olduğunu, 1991-ci ildən qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını, sonuncunun onun sözügedən ünvana qeydiyyata alınmasına etiraz etmədiyini göstərmişdir. Üçüncü şəxs X7 tərəfindən təqdim edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında iddiaçının təqdim etdiyi sənədlərin əsaslı olmadığı müəyyən edilmişdir. Belə ki, X7 tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-3595/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X5 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilənlərdən görünür ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşamayan X2 dövlət mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 4 saylı evin 6 saylı mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Belə ki, mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra X6 ilə bu mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, X6 hər hansı bir hüququ olmayan mənzildən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında X2 hazırda həmin mənzilə dair hər hansı hüququnun mövcud olmadığı, X3 həmin mənzildə yaşadığı müəyyən edilmişdir. Mənzilə dair hər hansı hüququ mövcud olmadığı halda, X2 həmin mənzilə iddiaçının qeydiyyata alınmasına razılıq verməsi mümkün deyildir və həmin razılığın hər hansı hüquqi qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bununla da cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar